Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2897/2025 11.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin cavabdeh X1rşı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8320/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının icrası ilə əlaqədar hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsinin nəzərə alınması, iddiasının mümkün sayılmaması tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq … MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti cavabdeh X1rşı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8320/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının icrası ilə əlaqədar hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsinin nəzərə alınması, iddiasının mümkün sayılmaması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iddia ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizənin məhkəmə icraatına qəbulundan imtina edilməlidir. Hakim verilmiş iddia ərizə ilə bağlı aşağıdakıları qeyd edir. Hakim qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələblərinə görə məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində və AR MPM-nin 15.2-ci maddəsində əks olunmuşdur. Hakim həmçinin qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Beləliklə, Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsindən məlum olur ki, iddiaçı qanuni qüvvəyə minmiş İnzibati məhkəmənin yekun aktı əsasında verilmiş icra sənədi üzrə borclu olaraq tələbkar tərəfindən icra sənədində üzərinə qoyulmuş vəzifənin icrası ilə əlaqədar hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsinin nəzərə alınmasını xahiş edir. Yəni iddiaçı icra işi üzrə yaranmış mübahisə ilə əlaqədar müstəqil qaydada ümumi məhkəməyə tələblə müraciət etmişdir. Halbuki icra prosesində qeyd edilən məsələ ya yekun məhkəmə aktı qəbul etmiş məhkəməyə izahla bağlı müraciət etmək yolu ilə, ya da icra məmuruna borclu olaraq üzərinə qoyulmuş vəzifənin icrasının mümkünsüzlüyü barədə sübutlar təqdim etməklə həll edilə bilər. AR MPM-nin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. “İcra haqqında” AR Qanununun 26-cı maddəsi icra sənədinin vaxtında və düzgün icra edilməsinə nəzarətin icra qurumunun rəhbəri və məhkəmə tərəfindən həyata keçirilməsini nəzərdə tutur. Həmin Qanunun 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Hakim qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən norması icra sənədinin icrasının mümkün olmaması zamanı icra məmuruna icra sənədinin geri qaytarılması barədə qərar qəbul etmək səlahiyyəti vermişdir. Hakim hesab edir ki, qeyd edilən məsələ icra icraatı qaydasında həll edilməli olduğundan və irəli sürülmüş tələbə mülki mühakimə icraatı qaydasında baxılması yolverilməz olduğundan iddia ərizəsinin məhkəmə icraatına qəbulundan imtina edilməlidir. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. AR MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Hakim izah edir ki, iddiaçı icra icraatı qaydasında icra sənədinin icrası ilə bağlı tələbkar tərəfindən hüquqmüəyyənedici sənədlərin təqdim edilməsinə dair ərizə ilə icra məmuruna müraciət edə bilər. Şərh olunanlara əsasən və AR MPM-nin 151.1, və 153.2.1, 153.3-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti cavabdeh X1rşı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8320/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının icrası ilə əlaqədar hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsinin nəzərə alınması, iddiasının mümkün sayılmaması tələbinə dair iddia ərizəsinin icraata qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddiaçıya icra icraatı qaydasında icra sənədinin icrası ilə bağlı tələbkar tərəfindən hüquqmüəyyənedici sənədlərin təqdim edilməsinə dair ərizə ilə icra məmuruna müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2897/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2897/2025
11.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver