Məhkəmə qərarları › İş №2(009)-2993/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2993/2025

21.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2993/2025 21.01.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X6 Rüstəmlinin sədrliyi, Kərimova Nəzrin Asim qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı «pul» tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 34,700 manat pulun, 195 manat dövlət rüsumuna görə ödənilmiş pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, cavabdeh onun yaxın qohumu X1 qudasıdır. Amalyanın xahişi ilə cavabdehə oğlu X3 ev alıb toy etməsi üçün borc olaraq 50.000 manat pul vermişdir. Cavabdeh borcdan 15,300 manat pulu hissə-hissə ödəmiş, qalan 34,700 manat pulu isə dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq ödəməkdən boyun qaçırmışdır. Cavabdeh ona borclu olduğu 50.000 manat pulu bir neçə aya qaytaracağı barədə qəbz yazıb imzalamışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli qəbzdə onun 50.000 manat borcu İddiaçı iki ay müddətində qaytaracağına dair vəd verdiyi qeyd edilmişdir və qeyd imza ilə təsdiq edilmişdir. 07 yanvar 2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilən X2 bildirmişdir ki, 50,000 manat pul vəsaiti cavabdehin hesabına onun iştirakı ilə MilliÖn aparatı vasitəsi ilə köçürülmüşdür və bununla bağlı iddiaçıda qəbzlər də mövcuddur. Həmin vəsaitdən hazırki vaxta kimi 15,300 manat pul qaytarılmışdır. AR Mülki Məcəlləsinin: 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı və Cavabdeh arasında razılaşdırılmış əqddən yaranmış öhdəlik Cavabdeh tərəfindən tam yerinə yetirilməmiş, borc alan almış olduğu ümumilikdə 50,000 manat məbləğində pul vəsaitini tam həcmdə olmaqla borc verən İddiaçı qaytarmamış və bununla da üzərinə düşən öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, cavabdeh borc məbləğdən hazırki vaxta kimi sadəcə 15,300 manat məbləğində pul vəsaitini iddiaçıya geri qaytarmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, qalan ödənilməmiş 34,700 manat məbləğində borc pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının hazırkı iddia ərizəsi və izahatından məlum olur ki, onu hazırkı tələbinin qanuni əsasını Mülki Məcəllənin 739.1-ci maddəsi təşkil edir. Həmin maddədə təsbit edilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Prosessual qanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının təqdim etdiyi qəbzin iddiaçının tələbində istinad etdiyi halın mövcudluğunu təsdiq edə biləcək sübut kimi qəbul olunmasının mümkünlüyü barədə məhkəmə qeyd edir ki, prosessual qanunda yazılı sübuta dair tələblər nəzərdə tutulmuşdur. Həmin normaya əsasən yazılı sübut-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır; yazılı sübutun əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. İddiaçının sübut kimi təqdim etdiyi həmin qəbz prosessual qanunvericiliyin istinad olunan normalarının tələblərinə cavab verir. Bundan başqa cavabdeh tərəf məhkəmə baxışı zamanı təyin edilmiş məhkəmə iclasları barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmış, lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməyərək, məhkəmə iclaslarından yayınmaqla iddiaçının istinad etdiyi yazılı sənəddə qeyd edilənlərin təkzib etmək imkanından istifadə etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə bu onun vəzifəsi olmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin prosessual qanunvericiliklə üzərinə düşüən vəzifəni yerinə yetirməməsi (etməli olduğunu etməməsi), sübutetməyə dair məsələdə heç bir halda iddiaçının əlavə “yüklənməsi” üçün əsas ola bilməz. Məhkəmə həmçinin ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və hazırki iddia təmin olunduğundan məhkəmə xərclərinə aid edilən 195 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 34,700 manat məbləğində pul vəsaiti və ödənilmiş 195 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar