Məhkəmə qərarları › İş №2(009)-3100/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-3100/2021

10.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-3100/2021 10.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi X3, İddiaçılar İddiaçı1 və İddiaçı2 – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “payın bölünməsi, bu mümkün olmadıqda paya münasibətdə kompensasiyanın ödənilməsi və hərracda satılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “payın bölünməsi, bu mümkün olmadıqda paya münasibətdə kompensasiyanın ödənilməsi və hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 19 saylı notariat ofisi tərəfindən 2V-306 saylı, 19 08 2021-ci il tarixli vərəsəlik şəhadətnaməsi əsasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.5 ha olan torpaq sahəsinə, 2V-307 saylı, 19.08.2021-ci il tarixli vərəsəlik şəhadətnaməsi əsasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən 0.1075 ha torpaq sahəsinə, 2V-309 saylı, 19.08.2021-ci il tarixli vərəsəlik şəhadətnaməsi əsasında Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-828 ünvanında yerləşən ümumi sahəsi 154.3 kv/m olan bağ evinin və mülkiyyətdə olan 0.11 ha torpaq sahəsinin mərhum X2 məxsus olan ½ hissəsinin iddiaçılara düşən paya münasibətdə olan hissəsinə, 2V-308 saylı, 19.08.2021-ci il tarixli vərəsəlik şəhadətnaməsi əsasında ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 511.1 kv/m olan qeyri yaşayış binasından və mülkiyyətində olan 0.2521 ha torpaq sahəsinə onların payına müvafiq naturada bölünməsi, onların payına düşən sahənin cavabdehlərə düşən sahədən tam təcrid olunması, onların həmin sahələrə köçürülməsi, cavabdehlər tərəfindən edilən həmin sahələrdən istifadəsinə olan maneənin aradan qaldırılması, bu mümkün olmadıqda həmin sahələrdə onların payına müvafiq pulun, habelə 04.10.2019-cu il tarixli, AD 631427 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi MMBJLKL10LH008102, mühərrikin nömrəsi 4N15GD2830 və 2019-cu il buraxılışı, olan “Mitshubishi L200” minik markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin, 2V 85-saylı 12.03.2021-ci il tarixli vərəsəlik şəhadətnaməsi əsasında AD5411773 saylı dövlət qeydiyyat şəhadətnaməsinə əsasən, ban nömrəsi JNRAZ2NY0K9111425 mühərrik nömrəsi və buraxılış ili 2019-ci il olan “İnfiniti QX80” minik markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobillərin açıq hərracdan satılması, əldə olunan pulun iddiaçılara düşən hissəsinin ödənilməsi, eləcə də X1 vəfat etdiyi 08 avqust 2020-ci il tarixdən adına açılmış bank hesablarında olan pul vəsaitinin iddiaçıların payına düşən hissəsinin cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.3-cü maddəsində iddiaçının bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlı olduğu göstərilmişdir. Lakin iddiaçıların hazırki iddia ərizəsində bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmişdir. Belə ki, hazırki iddia ərizəsindən görünür ki, iddiaçılar “Bakı şəhəri 19 saylı notariat ofisi tərəfindən 2V-306 saylı, 19.08.2021-ci il tarixli vərəsəlik şəhadətnaməsi əsasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.5 ha olan torpaq sahəsinə, 2V-307 saylı, 19.08.2021-ci il tarixli vərəsəlik şəhadətnaməsi əsasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən 0.1075 ha torpaq sahəsinə, 2V-309 saylı, 19.08.2021-ci il tarixli vərəsəlik şəhadətnaməsi əsasında Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-828 ünvanında yerləşən ümumi sahəsi 154.3 kv/m olan bağ evinin və mülkiyyətdə olan 0.11 ha torpaq sahəsinin mərhum X2 məxsus olan ½ hissəsinin iddiaçılara düşən paya münasibətdə olan hissəsinə, 2V-308 saylı, 19.08.2021-ci il tarixli vərəsəlik şəhadətnaməsi əsasında ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 511.1 kv/m olan qeyri yaşayış binasından və mülkiyyətində olan 0.2521 ha torpaq sahəsinə onların payına müvafiq naturada bölünməsi, onların payına düşən sahənin cavabdehlərə düşən sahədən tam təcrid olunması, onların həmin sahələrə köçürülməsi, cavabdehlər tərəfindən edilən həmin sahələrdən istifadəsinə olan maneənin aradan qaldırılması, bu mümkün olmadıqda həmin sahələrdə onların payına müvafiq pulun, habelə 04.10.2019-cu il tarixli, AD 631427 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi MMBJLKL10LH008102, mühərrikin nömrəsi 4N15GD2830 və 2019-cu il buraxılışı, olan “Mitshubishi L200” minik markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin, 2V 85-saylı 12.03.2021-ci il tarixli vərəsəlik şəhadətnaməsi əsasında AD5411773 saylı dövlət qeydiyyat şəhadətnaməsinə əsasən, ban nömrəsi JNRAZ2NY0K9111425 mühərrik nömrəsi və buraxılış ili 2019-ci il olan “İnfiniti QX80” minik markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobillərin açıq hərracdan satılması, əldə olunan pulun iddiaçılara düşən hissəsinin ödənilməsi” ilə yanaşı, həmçinin cavabdehdən “X1 vəfat etdiyi 08 avqust 2020-ci il tarixdən adına açılmış bank hesablarında olan pul vəsaitinin iddiaçıların payına düşən hissəsinin ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Tələbin bu hissəsi belə əsaslandırılmışdır ki, iddiaçıların atası X1 vafat etdiyi 08 avqust 2020ci il tarixdə müxtəlif banklarda adına acılmış hesabda pul vəsaitləri olmuş, onun ölümündən sonra hesabda olan pullar cavabdehlər tərəfindən nağdlaşdırılaraq bank hesabından çıxarılmış və beləliklə də iddiaçılara qanun üzrə vərəsəlik qaydasında çatası paydan qanunsuz olaraq məhrum edilmişlər. Qeyd olunan məsələylə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankına 01.11.2021-ci il tarixli,250/21 saylı sorğu ilə müraciət edilmiş və 04 noyabr 2021-ci il tarixli,16-05972-2021 saylı məktubla müraciətləri cavablandırılaraq sorğuda qeyd olunan məlumatların bank sirri təşkil etdiyi əsas gətirilərək məlumat verilməkdən imtina edilmişdir. Göründüyü kimi hazırda iddia ərizəsində iddiaçıların həmin puldan onlara qanun üzrə vərəsəlik qaydasında çatası paydan qanunsuz olaraq məhrum edilmələrinin göstərilməsinə baxmayaraq, miras açılan və vərəsəlik şəhadətnamələri verilən zaman X1 adına açılmış müxtəlif bank hesablarında onun vəfat etdiyi 08 avqust 2020-ci il tarixdə olan pul vəsaitinin mövcudluğu, miras əmlak olması və qəbul edilməsi ilə bağlı araşdırma aparılmamaqla münasibət bildirilməmişdir. Belə ki, iddiaçılar özləri də iddia ərizəsində qeyd edirlər ki, iddiaçıların atası X1 vafat etdiyi 08 avqust 2020-ci il tarixdə müxtəlif banklarda adına acılmış hesabda pul vəsaitləri olmuş, onun ölümündən sonra hesabda olan pullar cavabdehlər tərəfindən nağdlaşdırılaraq bank hesabından çıxarılmış və beləliklə də iddiaçılara qanun üzrə vərəsəlik qaydasında çatası paydan qanunsuz olaraq məhrum edilmişlər. Qeyd edir ki, iddia tələbində qeyd edilən digər əmlaklar isə vərəsəlik işinin predmeti olmuş və həmin əmlaklara dair vərəsəlik şəhadətnaməsi verilmişdir. Belə olan halda hesab edir ki, iddiaçılar X1 adına açılmış müxtəlif bank hesablarında onun vəfat etdiyi 08 avqust 2020-ci il tarixdə olan pul vəsaitinin mövcudluğu, miras əmlak olması və onun qəbul edilməsi ilə bağlı ilk öncə məhkəmədən kənar qaydada notariat ofisinə müraciət etməli, bundan sonra bununla bağlı hər hansı bir mübahisə yarandığı halda müvafiq iddia tələbi ilə ayrıca iddia icraatı qaydasında məhkəməyə müraciət edə bilərlər. Həmçinin qeyd edir ki, “X1 vəfat etdiyi 08 avqust 2020-ci il tarixdən adına açılmış bank hesablarında olan pul vəsaitinin iddiaçıların payına düşən hissəsinin ödənilməsi” tələbi ilə iddiaçılar ayrıca iddia icraatı qaydasında müraciət etdikləri halda, cavabdehlərdən birinin rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət etməlidirlər. İddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən iş üzrə Cavabdeh1 qeydiyyatda olduğu ünvan - ünvan 5 ərazisinə aiddir. Həmçinin iddia ərizəsində digər Cavabdeh2 qeydiyyatda olduğu ünvan - ünvan 6ti ərazisinə aiddir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. (MPM 35.2) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.6, 152.1.7-ci maddələrinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, eləcə də bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. (MPM 152.4.) Beləliklə, iddiaçılar İddiaçı1 və İddiaçı2 oğlunun – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “payın bölünməsi, bu mümkün olmadıqda paya münasibətdə kompensasiyanın ödənilməsi və hərracda satılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ona qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “payın bölünməsi, bu mümkün olmadıqda paya münasibətdə kompensasiyanın ödənilməsi və hərracda satılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar