Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-3117/2021 14.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızı, İddiaçı - cavabdeh Daxili İşlər Nazirliyinin Polis İdarəsi Təşkilatı İnspektor idarəsi rəisi Bəkir Sarıyev, X2 İdarəsi rəisi Vaqif Müslümov, X1 Mircavad və Cavabdeh3 qarşı “qarışıq” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh Daxili İşlər Nazirliyinin Polis İdarəsi Təşkilatı İnspektor idarəsi rəisi Bəkir Sarıyev, X2 İdarəsi rəisi Vaqif Müslümov, X1 Mircavad və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddiaçı bir-biri ilə əlaqədar olmayan tələbləri birləşdirdiyinə görə iddianın yolverilməzliyinə geri qaytarılmalıdır. Belə ki, iddiaçının bir tələbi inzibati orqanın vəzifəli şəxslərinin əməllərində qanuna zidd hərəkətlərin olub-olmamasının dəqiq araşdırılması ilə bağlıdır, digər tələbləri isə cavabdeh tərəfindən ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlıdır. İddiaçının maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı tələb Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində ayrıca şəkildə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən bir-biri ilə əlaqədar olmayan tələblər birləşdirildiyindən, eyni zamanda irəli sürümlüş tələblərdən biri mülki mühakimə icraatı qaydasında baxılması yol verilmədiyindən, iddia ərizəsi iddianın yolverilməzliyinə görə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr və məhkəmə kollegiyaları tərəfindən həyata keçirilir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü mübahisə aidiyyəti üzrə müvafiq inzibati mübahisələrə dair işlər kateqoriyasına aid olduğundan iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya aidiyyəti üzrə müvafiq inzibati mübahisələrə dair işlər üzrə məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinin Polis İdarəsi Təşkilatı İnspektor idarəsi rəisi Bəkir Sarıyev, X2 İdarəsi rəisi Vaqif Müslümov və X1 Mircavad və Cavabdeh3 “qarışıq” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, onun hazırkı iddia ərizəsinin birinci tələbi ilə aidiyyəti üzrə müvafiq inzibati mübahisələrə dair işlər üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-3117/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-3117/2021
14.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver