Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-3119/2021 14.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlu İddiaçı cavabdeh X1 qarşı daşınmaz əmlaka dair verilmiş çıxarışın etibarsız hesab edilməsi və yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 qarşı daşınmaz əmlaka dair verilmiş çıxarışın etibarsız hesab edilməsi və yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(001)- 6565/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh X1 qarşı daşınmaz əmlakın çıxarışının etibarsızlığı və əmlakın boşaldılması tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(001)-6565/2021 saylı qərardadından şikayət verilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(001)- 6565/2021 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(001)-6565/2021 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 08.09.2021-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Binəqədi rayon Məhkəməsinin 16 avqust 2021- ci il tarixli qərardadı ləğv edilmiş və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş həmin məhkəmə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 25.10.2021- ci tarixli qərardadı ilə İddiaçı cavabdeh X1 qarşı daşınmaz əmlaka dair verilmiş çıxarışın etibarsız hesab edilməsi və yaşayış sahəsindən çıxarılma tələbinə dair iddiasına ərazi aidiyyatına əsasən Səbail rayon Məhkəməsində baxılmalı olması müəyyən edilmiş və mülki iş Səbail rayon Məhkəməsinə göndərilmişdir. Hakim iş materillarını araşdırıb hesab edir ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə aşağıdakı əsaslar görə geri qaytarılmalıdır. İş materiallarından belə məlum olur ki, İddiaçı cavabdeh X1 qarşı daşınmaz əmlaka dair verilmiş çıxarışın etibarsız hesab edilməsi və yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə ilkin olaraq Səbail rayon Məhkəməsinə müraciət etmiş Səbail rayon Məhkəməsinin (Hakim İ.Rüstəmli) 04.08.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi aidiyyat qaydalarına uyğun verilmədiyindən geri qaytarmışdır. İddiaçı tərəfindən həmin qərardan verilən şikayət təmin edilməmiş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş və Bakı Apellyasiya Məhkəməsinin 17.09.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, həmin iddia ərizəsinin icraata qəbul edilmə məsəlləsinə baxılması üçün mülki iş Səbail rayon Məhkəməsinə qaytarılmışdır. Bakı şəhər Səbail rayon Məhkəməsinin 18.10.2021- cil tarixıli qərardadı ilə İddiaçı cavabdeh X1 qarşı daşınmaz əmlaka dair verilmiş çıxarışın etibarsız hesab edilməsi və yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi icraata qəbul edilmişdir. AR MPM-nin 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, məhkəmə iddianın yolverilməzilyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Hakim qeyd edir ki, qanunvericiliyin tələbləri eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair digər məhkəmənin icraatında iş olduğu halda, analoji iddia ərizəsinin icraata götürülməsini istisna edir.Yuxarıda qeyd edildiyi kimi eyni tələb üzrə iddia ərizəsi Səbail rayon Məhkəməsinin hakimi İ.Rüstəmlinin icraatındadır və mülki iş üzrə məhkəmə baxışı təyin edilmişdir. Bu səbəbdən hakim hesab edir ki, hazırki iddia ərizəsinin məhkəmə icraatı yolverilməzdir və bu səbəbdən onun qəbulundan imtina olunmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 153-cü madədsini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: İddiaçı cavabdeh X1 qarşı daşınmaz əmlaka dair verilmiş çıxarışın etibarsız hesab edilməsi və yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yolverilməz hesab olunsun və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-3119/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-3119/2021
14.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver