Məhkəmə qərarları › İş №2(009)-313/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-313/2021

21.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-313/2021 21.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh "Cavabdeh2" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdehlər "Cavabdeh2" Açıq Səhmdar Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı hərracın nəticələri haqqında protokolun, hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilənin və çıxarışın ləğvi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər “xxxx” MMC-yə və "Cavabdeh2" ASC qarşı hərracın yekunları barədə 09.04.2020-ci il tarixli, 504 saylı protokolun və "Cavabdeh2" ASC-nin adına verilmiş çıxarışın etibarsız hesab edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, 2015-ci ildə müəyyən məbləğə ehtiyacı olduğundan Cavadxan 56, 47 saylı mənzili Cavabdeh2xxxx“Cavabdeh2 ASC ilə İddiaçı Nemət oğlu arasında 13 fevral 2015-ci ildə **********68023 saylı kredit müqaviləsi bağlanılmış, 36 ay müddətində illik 21 faiz ödəmə şərtilə 38494. 63 ABŞ dolları məbləğində vəsait götürmüş, mənzil isə Açıq Səhmdar Cəmiyyəti qarşısında ipoteka ilə yüklü edilmişdir. “Cavabdeh2 ilə bağlanmış kredit müqaviləsi üzrə Banka qaytarılmalı olan məbləğ hissə-hissə tərəfindən ödənilmişdir. Məhkəməyə təqdim olunmuş ödəniş sənədlərindən də göründüyü kimi götürülmüş məbləğdən 18000 ABŞ dolları və 15000 manat miqdarında , təxminən 45000 manata qədər vəsait tərəfindən ödənilmişdir. Lakin sonradan maddi çətinliyi ilə əlaqədar qalan məbləğləri o cümlədən hesablanmış faizəlri ödəyə bilməməmiş, Cavabdeh2 ASC-yə olan qalan borcu faiz və cərimələri ilə birlikdə 49000 manat təşkil etmiş, bununla əlaqədar həmin məbləğin qaytarılması məqsədilə ipoteka ilə yüklü edilmiş mənzilinin açıq hərracdan satılmasına dair cavabdeh məhkəməyə idia ərizəsi ilə müraciət etmişdir. Nəsimi rayon məhkəməsinin 17 aprel 2018-ci il tarixli qətnaməsi ilə alınmış kredit üzrə müqavilənin ləğv olunması və mənzilin açıq hərracda satılması və satışdan əldə olunan məbləğin iddiaçı Cavabdeh2 ASC-ya ödənilməsi qət olunmuşdur. İcra orqanı onun xəbəri olmadan mənzilinin açıq hərracdan satılmasına dair xtisaslaşdırılmış hərrac mərkəzinə müraciət etmiş, mənzilin açıq hərracdan satılmasına dair iddiaçı tərəf ilə Cavabdeh2 ASC ilə alğı satqı müqaviləsi bağlanmış və mənzilin iddiaçının mülkiyyətinə verilməsi isə tam qanunsuz və saxtakarlıqlarla həyata keçirilmişdir. Hərracın nəticələri haqqında 09 aprel 2020-ci il tarixli 504 saylı protokoldan görünür ki, mənzilin satılmasına dair Nəsimi rayon İcra provasiya şöbəsi sifariş vermiş, hərracın təşkilatçısı kimi xxxx çıxış etmiş, lakin həmin hərracda sifarişçi və təşkilatçıdan başqa heç bir kəs —alıcı qismində nəinki hərracda iştirak etmək istəyən digər şəxslər, hətta satılan əmlakın mülkiyyət huququnun sahibi kimi o dəvət olunmamış, bu barədə ona heç bir məlumat verilməmişdir. Stolüstü aparılan bu «əməliyyatda» guya ilkin hərracın keçirilməsi alıcı olmadığından baş tutmamış, mənzilin hərrac qiyməti 1-ci dəfə 15 faiz aşağı salınmış, yenə alıcı olmadığından təkrar hərrac keçirilmiş 2-ci isə 25 faiz qiymət aşağı salınmaqla hərrac qiyməti 31238 manat qiymətləndirilmişdir. Hərracın keçirilməsinə dair protokoldan göründüyü kimi «alıcı olmaması səbəbəindən mənzili Cavabdeh2 ASC 31238 manata satın aldı». «xxxxnin» hərracın nəticələri haqqında protokolunu İpoteka haqqında qanunun 43,5 və 43,7 -ci maddələri ilə əsaslanırsa da, qanunun tələblərinə əməml etməmiş, saxtakarlığa yol verməklə mülkiyyətində olan mənzili onun iştirakı olmadan qanunsuz olaraq iddiaçının adına keçirmiş, Azərbaycan Respublikası Konstitutsiyası ilə qorunan mülkiyyət hüquqlarının pozulmasına səbəb ola biləcək nəticələri nəzərə almamış hüquqlarının həyata keçirilməsi imkanlarının məhdudlaşdırılmasına, mülkiyyət hüquqlarından faktiki olaraq məhrum olunmağına, Azərbaycan Respublikası konstitutsiyası ilə müəyyən olunan hüquqlarının pozulmasına səbəb ola biləcək nəticələrə gətirib çıxarmışdır. Azərbaycan Respublikası MM-nin 152.5-ci maddsinə görə mülkiyyətçi ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və 3 -cü şəxslərin hüquqlarının pozulmasına, yaxud hüquqdan sui istifadə olunmasın. Cavabdehlər mülkiyəttində olan mənzilin açıq hərracda satılması barədə ondan xəbərsiz qərar qəbul etməklə və eyni zamanda mənzilin hərracda ilkin satış qiymətini 49999 manat kimi qiymətləndirilmişdir ki, bu da ciddi maddi hüquq pozuntusu kimi qiymətləndirilməlidir. Çünki həmin mənzil 3 otaqdan ibarət olmaqla şəhərin Nəsimi rayonu ərazisində yerləşməklə yol kənarında Ofis təyinatlı mənzildir, tam təmirli olmaqla bərabər mənzilin zirzəmi hissəsi də vardır ki, bu da mənzilin bazar qiymətini xeyli artırır, mənzilin bazar qiyməti təxminən 120-150 000 manat təşkil etdiyi halda, hərrac mərkəzi ilkin satış qiymətini özünün və cavabdehin mənafeyinə uyğun olaraq ən aşağı öz dəyərindən aşağı absurd bir qiymətə 49000 manata çıxarmış, hətta bu qiymət də cavabdehləri qane etməmiş, guya 1 və 2-ci hərrac zamanı alıcı və təklif olmadığından mənzilin qiymətini 31238 manat qədər endirməklə Cavabdeh2 ASC ilə maraqlarına uyğun əməliyyatı həyata keçirmişlər. “İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3- cü maddəsində deyilir ki, «ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndirmədən sonra məhkəmə qərarı ilə müəyyən olunur. .Azərbaycan Respublikası MM-nin 319.4- cü maddəsinə əsasən açıq hərracdan çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu qarşılıqlı razılaşma əsasında müəyyən edirlər. Mülkiyyətində olan Yaşayış evinin və qeyri yaşayış sahəsinin hərracda satılma qiymətinə dair ipoteka saxlayan tərəfindən heç bir təklif olunmamışdır. Onunla heç bir razılaşma aparılmamışdır. Qanunun tələbindən isə göründüyü kimi ilkin satış qiyməti -ya tələbkar və borclunun qarşılıqlı razılaşması ilə, mübahisə olduqda isə məhkəmə tərəfindən müəyyən olunmalıdır. Ona məxsus yaşayış evinin qiymətinin 49000 manatdan başlamaqla absurd bir qiymətə ipoteka saxlayana 31238 manata satılması yalnız –Bankın hərracın bu qiymətlə keçirilməsində xüsusi marağından, hərrac təşkilatının qanunsuz və səllahiyyətlərindən sui istifadə etməsindən başqa heç nə ilə izah oluna bilməzdi. Azərbaycan Respublikası MM-nin 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyətçisi və ya əmlak hüququnun sahibi çıxış edir. Tərəflər arasında razılaşma olmadıqda isə İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. MM-nin 414.5- ci maddəsinə görə hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir. Göründüyü kimi, qeyd olunan qanunların bütün tələbləri bütün istiqamətlər üzrə pozulmuş, cavabdehlər tərəfindən onun mülkyyətimə qəsd olunmuş, qanunsuz və əsassız olaraq mənzil iddiaçı Bankın mülkiyyətinə keçirilmişdir. Cavabdeh "Cavabdeh2" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X10 iddia ərizəsinə etiraz vermiş və etiraz ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 aprel 2018-ci il tarixli 2(006)-43/2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh2SC-nin cavabdehlər İddiaçı, X3, X4 və X6 qarşı iddiası qismən təmin edilmiş, bankla cavabdeh İddiaçı arasında imzalanmış kredit müqaviləsinin və ona əlavənin ləğv edilməsi, cavabdeh İddiaçının xeyrinə 26031.01 ABŞ dolları əsas, 4043.92 ABŞ dolları faiz, 50.00 ABŞ dolları cərimə olmaqla, cəmi 30124.93 ABŞ dolları borcun (ödəniş gününə valyutanın manata məzənnəsi nəzərə alınmaqla manatla), həmçinin 30.00 manat dövlət rusumunun tutulması, tələbin ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsində yerləşən 56 saylı evin, 28.5 kv.metr ümumi, 16.7 kv.metr yaşayış, 11.8 kv.metr yardımçı sahədən ibarət 1 otaqlı 47 saylı mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti 49000 manat müəyyən edilərək açıq hərracda satılması, həmin daşınmaz əmlakın satışından əldə olunmuş vəsait hesabına qeyd edilən kredit borcunun ödənilməsi, ipoteka predmetinə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlərin həmin mənzildən ən geci bir ay ərzində çıxarılaraq mənzilin boşaldılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8051/2018 saylı 28 avqust 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh X8 və X9 tərəfindən birgə verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon məhkəməsinin 2(006)-43/2018 saylı iş üzrə 17 aprel 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə-iddianın cavabdehlər X4 və X6 qarşı təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-627/2019 saylı 28.02.2019-cu il tarixli qərari ilə cavabdehlər X8 və X9 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8051/2018 saylı 28 avqust 2018-ci il tarixli qətnaməsi verilmiş kassasiya şikayətinə əsasən kassatorlara münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 17 aprel 2018-ci il tarixli 2(006)-43/2018 saylı qətnaməsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsində yerləşən 56 saylı evin, 28.5 kv.metr ümumi, 16.7 kv.metr yaşayış, 11.8 kv.metr yardımçı sahədən ibarət 1 otaqlı 47 saylı mənzilin ilkin satış qiyməti 49000 manat müəyyən edilmişdir və bu səbəbdən müvafiq əmlakın ilkin satış qiyməti hazırkı iddianın mübahisə predmeti ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin bildirib ki, İddiaçı öz ərizəsində iddia edir ki, guya “xxxx” MMC hərracın nəticələri haqqında protokolunu İpoteka haqqında qanunun 43.5-43.7-ci maddələri ilə əsaslandırsa da qanunun tələblərinə əməl etməmiş, saxtakarlığa yol verməklə mənzili onun iştirakı olmadan qanunsuz olaraq iddiaçının adına keçirmişdir. Lakin iddia tələbində qeyd olunanlarla əlaqədar bildirmişdir ki, iddia ərizəsində sadalananların heç biri reallıqda baş verənləri əks etdirmir. Belə ki, hərrac təşkilatı tərəfindən daşınmaz əmlakın hərraclarının keçirilməsi və onun tələbkara təklif edilməsi ilə bağlı hərəkətlərin aparılması “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41-44-cü maddələrinə tam riayət olunmaqla həyata keçirilmiş və cavabdeh tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri heç bir halda pozulmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə sübütlarm qiymətləndirilməsini Mülki Prosessual inin 88-ci maddəsinə uyğun olaraq həyata keçirir. Yəni sübutları qiymətləndirərkən məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara qiymət verir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X2 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə, iclasında cavabdeh "Cavabdeh2" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X10 etiraz ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh “xxxx” MMC nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını, iddiaçının vəkilini və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)627/2019 saylı, 28.02.2019-cu il tarixli Qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 aprel 2018-ci il tarixli 2(006)-43/2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh2SC-nin cavabdehlər İddiaçı, X3, X4 və X6 qarşı iddiası qismən təmin edilmiş, bankla cavabdeh İddiaçı arasında imzalanmış kredit müqaviləsinin və ona əlavənin ləğv edilməsi, cavabdeh İddiaçının xeyrinə 26031.01 ABŞ dolları əsas, 4043.92 ABŞ dolları faiz, 50.00 ABŞ dolları cərimə olmaqla, cəmi 30124.93 ABŞ dolları borcun (ödəniş gününə valyutanın manata məzənnəsi nəzərə alınmaqla manatla), həmçinin 30.00 manat dövlət rusumunun tutulması, tələbin ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsində yerləşən 56 saylı evin, 28.5 kv.metr ümumi, 16.7 kv.metr yaşayış, 11.8 kv.metr yardımçı sahədən ibarət 1 otaqlı 47 saylı mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti 49000 manat müəyyən edilərək açıq hərracda satılması, həmin daşınmaz əmlakın satışından əldə olunmuş vəsait hesabına qeyd edilən kredit borcunun ödənilməsi, ipoteka predmetinə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlərin həmin mənzildən ən geci bir ay ərzində çıxarılaraq mənzilin boşaldılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8051/2018 saylı 28 avqust 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh X8 və X9 tərəfindən birgə verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon məhkəməsinin 2(006)-43/2018 saylı iş üzrə 17 aprel 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə-iddianın cavabdehlər X4 və X6 qarşı təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-627/2019 saylı 28.02.2019-cu il tarixli qərari ilə cavabdehlər X8 və X9 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8051/2018 saylı 28 avqust 2018-ci il tarixli qətnaməsi verilmiş kassasiya şikayətinə əsasən kassatorlara münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan hərracın nəticələri haqqında 09.04.2020-ci il tarixli, Y-50/4 saylı protokoldan və alğı-satqı müqaviləsindən görünür ki, keçirilən iki hərrac baş tutmadığına görə Nəsimi rayon İcra şöbəsinin 03.02.2020-ci il tarixli sifarişli məktubuna əsasən, Nəsimi rayonu, Cavadxan (Gəncəxan) küçəsi, ev 56, mənzil 47 31238 manata ipoteka saxlayan Cavabdeh2 ASC almışdır. Beləliklə, məhkəmə, hazırki iddia tələbinin hüquqi həlli ilə bağlı qeyd edir ki, “İpoteka haqqında” Qanunun ipoteka predmetinə tutmanın yönəldilməsi əsaslarını müəyyən edən 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka haqqında” Qanununun 41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Həmin Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. Tutma yönəldilən ipoteka predmetinin satış üsullarından biri olan hərracların keçirilmə qaydaları, hərracın keçirilməsi ilə bağlı ipoteka saxlayana və ipoteka qoyana göndərilən bildirişdə əks olunan məlumatlar, habelə bildirişin verilmə müddəti “İpoteka haqqında” Qanunun 42-ci maddəsi ilə tənzimlənir. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. “İpoteka haqqında” Qanunun 43.7-43.9-cu maddəsinə əsasən Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Mülki Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Qeyd edilən normalardan göründüyü kimi, qanunverici təşkil edilmiş hərracda eləcə də ipoteka saxlayan və ipoteka qoyanın alıcı qismində iştirak etmək imkanını təmin etməklə, bu imkanın reallaşdırılması və hərracda iştirakla bağlı digər hüquqlardan istifadə edə bilmələri üçün onlara hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilməsini təsdiq etmə üsulu ilə bildirişlərin göndərilməsi kimi məcburi qayda nəzərdə tutmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbinin mənzilin ilkin satış qiyməti ilə bağlı hissəsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsində yerləşən 56 saylı evin, 28.5 kv.metr ümumi, 16.7 kv.metr yaşayış, 11.8 kv.metr yardımçı sahədən ibarət 1 otaqlı 47 saylı mənzilin ilkin satış qiyməti 49000 manat Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 17 aprel 2018-ci il tarixli 2(006)- 43/2018 saylı qətnaməsinə əsasən müəyyən edilmişdir Beləliklə, məhkəmə iş üzrə müəyyən olunmuş hallara qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən ipoteka qoyulmuş əmlaka dair hərracın keçirilməsi ilə bağlı “İpoteka haqqında” Qanunun 42.1, 42.3, 43 və 17.1.7-ci maddələrinin tələblərinin pozulduğu sübuta yetirilmədiyindən iddia tələbi təmin edilməməlidir. MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunmadığı üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar