Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-32/2024 16.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Baş Prokurorluğunun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı (X13 və Azərbaycan Respublikasının Baş Prokurorluğu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə, Nəsimi rayon İcra Şöbəsinə qarşı “əmlakın həbsdən azad edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı (X13 və Azərbaycan Respublikasının Baş Prokurorluğu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə, Nəsimi rayon İcra Şöbəsinə qarşı “icra sənədinin icra edilməməli hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və üzərində olan tikililərin həbsdən azad olunması və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və üzərində olan tikililərin dövlət nəfınə əvəzsiz müsadirə olunması barədə Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icra edilməməli hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X19 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* saylı, 03 sentyabr 2010-cu il tarixli çıxarışa əsasən onun adına qeydə alınmışdır. X3 ilə 02 dekabr 1997-ci ildə Gəncə Şəhəri Nizami Rayon Vətəndaşlıq Vəziyyəti X4 qeydə alınmış nikahda və adı çəkilən nikah dövründə əldə edilmiş ünvan 3 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi üzərində birgə mülkiyyətçilər X14 3/5 və İddiaçı 2/5 hissədə payları müəyyən edilmişdir. 19 dekabr 2022-ci ildə poçt vasitəsilə çatdırılmış Nəsimi Rayon İcra Şöbəsinin 28 noyabr 2022-ci il tarixli, 1441- 57057/2019-5-1 saylı məktubunda Bakı Hərbi Məhkəməsinin 1 (093)-7/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, ünvan 4 ünvanda yerləşən 85 saylı mənzil, ünvan 5 yerləşən 48 saylı mənzil və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və üzərində olan tikililərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı olduğu göstərilməklə, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və üzərində olan tikililərin 15 dekabr 2022-ci ilə kimi boşaldılaraq təhvil verilməsi tələb edilmişdir. Məktubda adı çəkilən ünvan 6 ünvanlarında yerləşən mənzillərin kimə məxsus olması ona məlum deyil və onun ünvanına göndərilən bildirişdə həmin mənzillərin müsadirə edilməli olmasının göstərilməsi anlaşılan deyil. Habelə, məktubda istinad edilən Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin verilməsi üçün əsas olan məhkəmə hökmünün onunla və əmlakı ilə heç bir əlaqəsi və ya bağlılığı yoxdur. Belə ki, Bakı Hərbi Məhkəməsinin iş N 1(093) - 7/2018 saylı, 23 aprel 2018-ci il tarixli hökmü ilə qardaşı X13 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.3, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, habelə, həmin hökmlə bir sıra digər əmlaklarla yanaşı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hökm edilmişdir. Həmin hökmdən ona məxsus əmlakın xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hissəsindən apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının iş № 1-1(103)-40 saylı, 18 oktyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti icraata qəbul edilməmiş və həmin qərardan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Apellyasiya instansiyası qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəllə) 383-cü maddəsində məhkəmənin hökmündən apellyasiya şikayəti vermək səlahiyyətinə malik olan şəxslərin dairəsi konkret göstərilmiş və həmin normaya əsasən məhkəmə hökmündən maraqlı şəxslərin apellyasiya şikayəti vermək hüququna malik olması öz əksini tapmamışdır. ünvan 21rel 2018-ci il tarixli Hökmündən məhkum X13 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının iş № 1-1(103)-01 saylı, 08 fevral 2019-cu il tarixli Qərarı ilə təmin edilməmişdir. Mülkiyyət hüquqlarının müdafiəsi məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə ərizə ilə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 08 fevral 2019-cu il tarixli, №1-1(103)-01 saylı qərarından Ali Məhkəmənin Hərbi Kollegiyasına təqdimat verilməsini xahiş etmişdi. Qeyd olunan ərizəyə Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 may 2019-cu il tarixli, № 3h-30/2019 saylı cavab məktubunda bildirilmişdir ki, təqsirləndirilən şəxs X13 tərəfindən Ali Məhkəmənin Hərbi Kollegiyasına kassasiya şikayəti verilmişdir və həmin kassasiya şikayətinə baxılarkən ərizəçiyə məxsus olan əmlaklarla bağlı dəlillər qiymətləndirilib nəticəsi barədə məlumat veriləcəkdir. Bakı Apellyasiya Məhkəməsinin 08 fevral 2019-cu il tarixli, 1-1(103)-01 saylı X1 tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin Cinayət Kollegiyasının iş 1-1-(102)-2/2021 saylı, 08 iyun 2021-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi “Xalça” firma mağazasının cənub hissəsində yerləşən qeyri-yaşayış binası (Gəncə şəhəri Nizami rayonu, Nizami küçəsi ilə Əhməd Cəmil küçəsinin kəsişməsindəki 131.2 kv.m torpaq sahəsində yerləşən 111.3 kv.m faydalı sahəsi olan mağaza) Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən daşınmaz əmlak, Daşkəsən rayonu, Xoşbulaq kəndində 0,06 ha torpaq sahəsi, Göy-Göl rayonu, Qızılca kəndində yerləşən 0,32 ha torpaq sahəsi, Qusar rayonu, Düztahir kəndində yerləşən 0,74 ha, 0,85 ha, 0,76 ha, 0,42 ha və 0,30 ha torpaq sahələri, ünvan 7 ünvanında yerləşən ev, ünvan 8 ünvanında yerləşən ev, ünvan 9 yerləşən qeyri-yaşayış sahəsi, ünvan 10nındakı evin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair müddəları Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 08 fevral 2019-cu il tarixli qərarından və Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmündən xaric edilmiş və həmin əmlaklar üzərinə qoyulmuş həbs ləğv olunmuş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Beləliklə, mülkiyyətində olan əmlak xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alındığı halda o həmin icraat çərçivəsində aparılan proseslərə cəlb edilməmiş və mülkiyyət hüququnu müdafiə etmək imkanından məhrum edilmişdir. Həmçinin apellyasiya instansiyası tərəfindən əmlakın müsadirəsini qət etmiş hökmdən şikayət etmək hüququnun olmaması da müəyyən edilmişdir ki, bununla da, sözügedən instansiyanın qərarından kassasiya şikayəti vermək hüququndan da məhrum edilmişdir. Mülkiyyət hüququnun mülki məhkəmə icraatında müdafiəsi cəhdləri də uğurlu olmamış, məhkəmələr Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmünə preyudisial xarakterli sənəd kimi yanaşmış və həmin hökmün mövcud olması səbəbindən iddia tələbi rədd edilmişdir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 fevral 2020-ci il tarixli, 2(102)-1004/2020 nömrəli qərarı əlavə olunur) Göründüyü kimi, hazırda mülkiyyət hüququna edilən qanunsuz müdaxilə heç də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən hüquqi mövqeyinə uyğun deyildir. O əmlakların xüsusi müsadirə edildiyi cinayət mühakimə icraatına cəlb edilməmiş, ondan heç bir izahat alınmamış, ümumiyyətlə həmin əmlakların, o cümlədən hazırki mübahisəli əmlakın nə vaxt, kim tərəfindən və necə əldə olunması məhkəmə araşdırmasının predmeti olmamışdır. Hazırda içində olduğu çıxılmaz vəziyyətin izah edilməsi mümkün deyildir. O və həyat yoldaşı heç bir cinayət törətməmiş, əmlakı cinayət yolu ilə əldə etməmiş və bu halların mövcudluğu heç bir məhkəmə prosesində sübuta yetirilməmişdir. Uzun illər ərzində halal zəhmət nəticəsində əldə etdiyi əmlakın heç bir əsas olmadan məcburi qaydada və əvəzsiz olaraq ilə uzlaşmır. Hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqe əsas götürülməklə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və üzərində olan tikililərin müsadirə edilməsi cavabdehlərə qadağan edilməli və həmin əmlaka münasibətdə Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, xx.xx.2019-cu il tarixli tarixli icra sənədi üzrə icra icraatına xitam verilməlidir. Beləliklə, ona məxsus sözügedən əmlak 2 hal olduqda xüsusi müsadirə vasitəsilə dövlət nəfinə alına bilərdi: Əmlakın məhz cinayət yolu ilə əldə etdiyi pul vəsaiti hesabına məhkum Fizuli Əliyev tərəfindən əldə edilmiş olmağı sübuta yetirilsin; O həmin əmlakın Fizuli Əliyev tərəfindən cinayət yolu ilə əldə etdiyi pul vəsaiti hesabına aldığını bilmişdir, yaxud bilməli olmuşdur. Lakin cinayət mühakimə icraatı qaydasında işə baxan məhkəmələrdə iddiaçıya məxsus sözügedən əmlakın məhz Fizuli Əliyev tərəfindən və sonuncunun cinayət yolu ilə əldə etdiyi pul vəsaiti hesabına əldə edilməsi və sonradan İddiaçı adına keçirməsi sübuta yetirilməmişdir. Ümumiyyətlə, hər üç instansiya müsadirə olunan əmlakların nə vaxt, kim tərəfindən, hansı qaydada, hansı vəsait hesabına əldə edilməsi, hazırda həmin əmlakın mövcud olub-olmamasını araşdırmamış, hətta əmlaklara dair hüquq müəyyən edici sənədlər belə tələb edilməmiş və həmin sənədlər məhkəmə araşdırmasının predmeti olmamışlar. Məhkəmələr sadəcə Fizuli Əliyevin qohumlarına məxsus olmuş əmlakları öz hökm və qərarında sadalamaqla kifayətlənmiş və onların dövlət nəfinə keçirilməli olduğunu qeyd etmişlər. Həmçinin işin halları onu deməyə əsas verir ki, ona məxsus olan mübahisəli əmlak yalnız Fizuli Əliyevin qardaşı olduğuna görə xüsusi müsadirəyə məruz qalmışdır. Halbuki, o keçən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq çoxsahəli, o cümlədən, ticarəti əhatə edən sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamıdır, yalnız Azərbaycanda deyil, həmçinin Alımaniyada, Türkiyədə və Rusiya Federasiyasında da bizneslə məşğul olmuşdur. Vaxtilə “VİS” X2, hazırda isə "xxxx" MMC-nin təsisçisi və direktorudur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil, iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Baş Prokurorluğunun nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək bildirmişdir ki, oxşar tələblərə Ali Məhkəmədə baxılıb digər məhkəmə qətnamələri ləğv edilib və mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilibş Odur ki, mülki məhkəmə icraatı qaydasında işə baxılmalı olmadığından icraata xitam verilməsini xahiş etmişdir. Daha əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş X30 ifadəsində göstərmişdir ki, evin torpağını o satmışdır, qonşudur. Pul lazım olduğundan, maklerə evi satdığını istədiyindən məlumat verdi. Atası rəhmətə gedib və evi satmaq istədi. Pulun bir qismini əvvəl aldı, digər qismini lazım olanda götürəcəkdi. Maklerlə evi göstərdik, qiymətdə razılıq əldə edildi. Evi neçəyə satdığı yadında deyil. Razılıqdan bir il sonra sənədləşdirdi. Bir müddət sənədlərini bərpa edirdi, sonra atası rəhmətə getdi, öz işlərini həll etmək üçün pulun bir hissəsini götürüb sənədləri hazır etdi. Evdə Elşən, yoldaşı, üç uşağı yaşayır hal-hazıra qədər. Torpaq sahəsi bacısı ilə onun adına idi birgə mülk kimi, sonra müəyyən prosesdən sonra adına çıxarış aldı. Daha əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş X27 ifadəsində göstərmişdir ki, iddiaçı onun qonşusudur, 2009-cu ildən tanıyır. İddiaçı göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Əliyev Füzulini orada görməyib, tanımır. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olunmasına baxmayaraq, səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini iş materialları əsasında nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -02 dekabr 1997-ci il tarixli, Gəncə Şəhəri Nizami Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X26 ilə İddiaçı arasında nikah bağlanmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli çıxarışından görünür ki, ********** qeydiyyat nömrəsi olan ünvan 2 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi İddiaçı məxsusdur. -Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1094/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı adına qeydiyyata alınmış Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 10-cu döngə, 499b sahəsində yerləşən 0,06 ha torpaq sahəsi birgə nikah dövründə əldə olunan daşınmaz əmlak kimi tərəflər arasında bölünsün və həmin əmlak üzərində İddiaçı 2/5, X14 3/5 pay üzrə mülkiyyət hüquqları tanınması, qətnamə həmin daşınmaz əmlaka dair İddiaçı 2/5 pay üzrə və X14 3/5 pay üzrə paylı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi üçün əsas olması qət edilmişdir. - ünvan 21rel 2018-ci il tarixli hökmü ilə X13 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.3, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, habelə həmin hökmlə bir sıra digər əmlaklarla yanaşı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hökm edilmişdir. - Bakı Apelyasiya Məhkəməsinin 08 fevral 2019-cu il tarixli qərarı ilə Bakı Hərbi Məhkəməsinin məhkumlar X15, X13, X31, X12, X23, X28, X11 və qeyriləri haqqındakı 23 aprel 2018-ci il tarixli hökmü məhkumlar X15, X13, X31, X12, X23, X28, X5 aid hissədə dəyişdirilmədən, apelyasiya şikayətləri təmin edilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 1-1-(102)-2/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə, məhkumlar X23, X31, X11 və X16 müdafiəçisi-vəkil X6 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməməsi, məhkumlar X15 və müdafiəçisi-vəkil X17, X12 və müdafiəçisi-vəkil X18 və X13 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilməsi, məhkumlar X15, X13 və X12 barəsində Bakı Apelyasiya Məhkəməsinin Hərbi Kollegiyasını 08 fevral 2019-cu tarixli qərarı qismən əmlaklara dair tətbiq edilmiş xüsusi müsadirəyə aid hissədə dəyişdirilməsi, məhkum X8 adına olan Abşeron rayonu, Novxanı kəndində yerləşən bağ evi; məhkum X7 anası X22 adına olan ünvan 12 ünvanda yerləşən 56 və 57-ci mənzillər (ünvan 13 mənzillər 56 və 57); məhkum X9 və qohumlarının adına olan: Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi «Xalça» firma mağazasının cənub hissəsində yerləşən qeyri-yaşayış binası (Gəncə şəhəri Nizami rayonu, Nizami küçəsi ilə Əhməd Cəmil küçəsinin kəsişməsindəki 131,2 kv.m. torpaq sahəsində yerləşən 111,3 kv.m faydalı sahəsi olan mağaza); Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən daşınmaz əmlak; Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,06 ha torpaq sahəsi; Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.32 ha torpaq sahəsi; Qusar rayonu, Düztahir kəndində yerləşən 0,74 ha, 0,85 ha, 0,76 ha, 0,42 ha və 0,30 ha torpaq sahələri; ünvan 7 ünvanında yerləşən ev; ünvan 8 ünvanında yerləşən ev; ünvan 14 qeyri-yaşayış sahəsi; ünvan 15 evin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair müddəalar Bakı Apelyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 08 fevral 2019-cu il tarixli qərarından və Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmündən xaric edilməsi, həmin əmlakların üzərinə məhkəmə tərəfindən qoyulmuş həbsin ləğv olunması, qalan hissədə qərarın dəyişdirilməməsi qərara alınmışdır. - Ədliyyə Nazirliyi Nəsimi rayon icra şöbəsinin İddiaçı Zülfüqar oğluna ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı Hərbi Məhkəməsinin 1(093)-7/18 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən ünvan 18 ünvanında yerləşən 85 saylı mənzil, ünvan 19 yerləşən 48 saylı mənzil və Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və üzərində olan tikililər xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Məhkəmə qərarında qeyd olunan Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və üzərində olan tikililəri xx.xx.2022-ci il tarixə kimi boşaldılması tələb olunmuşdur. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-350/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, iş üzrə icraata mülki məhkəmə qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2580/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-350/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi, İddiaçı - (X10 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə, Nəsimi rayon İcra Şöbəsinə qarşı "icra sənədinin icra edilməməli hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və üzərində olan tikililərin həbsdən azad olunması və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və üzərində olan tikililərin dövlət nəfinə əvəzsiz müsadirə olunması barədə Bakı Hərbi Məhkəməsinin 1 (093)-7/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icra edilməməli hesab olunması tələbinə dair mülki iş baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-350/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı (X10 və Azərbaycan Respublikasının Baş Prokurorluğu müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə, Nəsimi rayon İcra Şöbəsinə qarşı “əmlakın həbsdən azad edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi, ərizədə göstərilən xüsusatlarla bağlı Konstitusiya Məhkəməsi Plenumunun 03 aprel 2023-cü il tarixli Qərarında nəzərdə tutulmuş qaydada cinayət işinə 3-cü şəxs qismində cəlb edilməklə ərizəsinə baxılması üçün müvafiq məhkəməyə müraciət etmək müraciət etmək hüququnun iddiaçıya izah edilməsi, iddia ərizəsi ilə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı qaytarılması qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5982/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-350/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş mülki işin baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.2, 59.1, 357.1 və 357.2-ci maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 03 aprel 2023-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedən görünür ki, “beləliklə, cinayət mühakimə icraatında iştirak etməyən, lakin məhkəmənin hökmünün, məsələn hökm əsasında xüsusi müsadirə edilməli olan əmlakın təqsirləndirilən şəxsə deyil, ona məxsus olduğu və cinayət yolu ilə əldə edilmədiyi əsası ilə hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğunu hesab edən şəxslər, o cümlədən ümumi mülkiyyət hüququ subyektləri olaraq ər-arvad və ya digərləri mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilərlər.” Cinayət prosesinin iştirakçısı (tərəfi) olmayan və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunulan şəxsin statusunun səciyyəvi əlamətləri ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, belə şəxslər məhkəmədə baxılan iş üzrə tərəf qismində cəlb edilməməsi, iş üzrə qəbul edilmiş məhkəmə qərarı ilə onların hüquq və qanuni maraqlarına toxunulması, öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində maddi və prosessual marağının olması ilə xarakterizə olunurlar (K.Maraevin şikayəti üzrə 2016-cı il 29 iyul tarixli Qərar). Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, cinayət prosesinin iştirakçısı (tərəfi) olmayan və məhkəmə qərarı ilə hüquq və azadlıqları pozulan yaxud üzərinə əlavə öhdəliklər qoyulan şəxs pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin edilməlidirlər ("Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 24 fevral tarixli Qərar). X21 Məhkəməsinin Plenumu Cinayət-Prosessual Məcəlləsinin 12.3-cü maddəsinə istinadən də hesab etmişdir ki, məhkəmə hökmü ilə maraqlarına toxunulan şəxsin apellyasiya şikayəti vermək hüququnun təmin edilməsi, həmin şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu hallarda mümkün hesab edilməlidir. Qeyd edilən maddəyə əsasən, cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etməyə hüququ vardır. Məhkəmə qeyd edir ki, məhkəmənin qəbul etdiyi məhkəmə aktı cinayət prosesində iştirak edən digər şəxsin (şahidin və s.) hüquq və qanuni maraqlarına toxunduğu halda, həmin aktdan şikayət vermək hüququnun normativ qaydada müəyyən edilməməsi səbəbindən, belə şikayətə yol verilməməsi məhkəmə baxışının ədalətli hesab edilməsini istisna edir. Belə ki, həmin şəxslər bu zaman pozulmuş hüquqlarının bərpası üçün təsirli vasitələrə təmin edilməmiş olurlar. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında formalaşan hüquqi mövqeni, eləcə də cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, hazırda iddiaçı tərəfindən mübahisələndirilən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən 0,06 ha torpaq sahəsi ünvan 21rel 2018-ci il tarixli hökmü ilə müsadirə edildiyindən, hökm qanuni qüvvəyə minməklə icraya yönəldiyindən, iddia ərizəsində göstərilən hallara mülki məhkəmə icraatı qaydasında deyil, Konstitusiya Məhkəməsi Plenumunun 03 aprel 2023-cü il tarixli Qərarında nəzərdə tutulmuş qaydada–cinayət işinə 3-cü şəxs qismində cəlb edilməklə baxılıb qiymət verilə bilər. Odur ki, hazırkı işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməli və iddiaçıya sözügedən yekun məhkəmə aktını onun hüquqlarını və qanunla qorunan maraqlarını əhəmiyyətli dərəcədə pozan hissəsini cinayət işinin icraatı çərçivəsində mübahisələndirmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin məhkəmə orqanlarına aid olmaması nəticəsində icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. (MPM-262.3) İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. (MPM-262.5) Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı (X13 və Azərbaycan Respublikasının Baş Prokurorluğu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə, Nəsimi rayon İcra Şöbəsinə qarşı “əmlakın həbsdən azad edilməsi” tələbinə dair iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli, iddiaçıya Konstitusiya Məhkəməsi Plenumunun 03 aprel 2023-cü il tarixli Qərarında nəzərdə tutulmuş qaydada–cinayət işinə 3-cü şəxs qismində cəlb edilməsi və ərizəsinə baxılması üçün müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. MPM-nin 114.1.4-cü maddəsinə əsasən, ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı (X13 və Azərbaycan Respublikasının Baş Prokurorluğu müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə, Nəsimi rayon İcra Şöbəsinə qarşı “əmlakın həbsdən azad edilməsi və s.” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, ərizədə göstərilən xüsusatlarla bağlı Konstitusiya Məhkəməsi Plenumunun 03 aprel 2023-cü il tarixli Qərarında nəzərdə tutulmuş qaydada cinayət işinə 3-cü şəxs qismində cəlb edilməklə sözügedən yekun məhkəmə aktını onun hüquqlarına və qanunla qorunan maraqlarına toxunan hissədə həmin cinayət işinin icraatı çərçivəsində mübahisələndirmək hüququ vardır. Məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (xx.xx.2022-ci il tarixli ********** saylı qəbz) iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-32/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-32/2024
16.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver