Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-346/2021 27.01.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı cavabdeh X1 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh X2 ona xx.xx.2017-ci ildə Bakı şəhəri 50 saylı notariat kontorunda daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Səbail rayonu, Neftçilər prospekti, ev 19, mənzil 10 ünvanındakı mənzili satmışdır. Müqaviləyə əsasən cavabdeh X2 xx.xx.2018-ci ildə mənzili boşaldaraq ona təhvil verməyi öhdəsinə götürmüşdür. Lakin bu günə kimi mənzil təhvil verilməmişdir. Buna görə o, iki azyaşlı uşağı ilə Bakı şəhərində başqa-başqa ünvanlarda kirayə qalmağa məcbur olmuşdur. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehdən iddiaçının xeyrinə 7000 manat miqdarında ona dəymiş maddi və mənəvi zərərin əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh X2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. İş üzrə Bakı şəhəri 50 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2017-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin kserosurətinə əsasən Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən 19 saylı evin 10 saylı mənzilini 40.000 manat məbləğində İddiaçı satmışdır. Həmin müqavilənin 5-ci bəndinə əsasən İddiaçı əmlakın bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan qiymətindən 10.000 manat xx.xx.2017-ci il tarixdə bağlanmış 3M-427 reyestr saylı ”Beh müqaviləsi” əsasında Cavabdeh ödəmiş, hal-hazırda olana 7000 manat məbləği Cavabdeh notariusun banka açılan depozit hesabı vasitəsi ilə ödəmiş, qalan 23.000 manat məbləği isə xx.xx.2018-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 11-ci bəndinə əsasən satıcı Cavabdeh mənzili xx.xx.2018-ci ilədək alıcı İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-1468/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Ağaməd qızının Cavabdeh qarşı mənzilin boşaldılması tələbinə dair iddiasının təmin edilməsi, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən 19 saylı evin 10 saylı mənzili Cavabdeh, onun ailə üzvləri və digər şəxslər tərəfindən boşaldılması və mənzilin İddiaçı Ağaməd qızına təhvil verilməsi qət edilmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10858/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-1468/2019 saylı tarixli qətnaməsi iddia tələbinin təmin edilən - Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən 19 saylı evin 10 saylı mənzilin Cavabdeh ailə üzvləri və digər şəxslər tərəfindən boşaldılması hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd edilmiş, qətnamə qalan hissədə və apellyatora münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-8096/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin kserosurətindən görünür ki, X3 aylıq 300 manat ödənilməklə Bakı şəhəri, A.Məmmədov küçəsində yerləşən 47 saylı evin 25 saylı mənzili icarəyə götürmüşdür. İş üzrə xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin kserosurətindən görünür ki, X3 aylıq 250 manat ödənilməklə Quba rayonu, Paratəpə kəndində 2 otaqlı evi icarəyə götürmüşdür. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onunla cavabdeh arasında bağlanılmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh özünə məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən 19 saylı evin 10 saylı mənzilini 40000 manat satmışdır. Həmin alğı-satqı müqaviləsi bağlandıqdan sonra iddiaçı müqavilə şərtlərinə uyğun olaraq cavabdehə ödəməli olduğu pulu hissə-hissə ödəmişdir Lakin aldığı mənzilin alğı-satqı qiymətini ödədikdən sonra cavabdeh evi boşaltmaqdan və təhvil verməkdən imtina etmiş və bu zəmində tərəflər arasında mübahisə yaranmışdır. Cavabdeh alğı-satqı müqaviləsində mənzilin qiymətinin 40000 manat göstərilməsinə baxmayaraq, əslində mənzili 85000 manata satdığını və müqavilədə göstərilməmiş 45000 manata Buzovnada onun üçün ayrı ev tikilməli olmasını, həmin ev tikilmədiyi üçün evi iddiaçıya təhvil verməkdən imtina etmişdir. İddiaçı isə evin dəyərinin tam şəkildə cavabdehə ödənilməsini və bu səbəbdən cavabdehin mənzili onlara təhvil verməməsinin qanunsuz hesab etmişdir. Tərəflər arasında yaranmış mübahisə ilə bağlı iddiaçı cavabdehin məcburi şəkildə mənzildən çıxarılması və mənzilin ona təhvil verilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən mənzilin boşaldılması və İddiaçı təhvil verilməsi qət edilmişdir. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının tələbi qanuni hesab edilmiş və cavabdeh Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən 19 saylı evin 10 saylı mənzilindən çıxarılmışdır. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində başqa ünvanlarda kirayədə yaşamağa məcbur olmuş və nəticədə ona 7000 manat ziyan dəymişdir. Bu səbəbdən cavabdehdən vurulmuş ziyanın əvəzi kimi 7000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasının əsası kimi məhkəməyə kserosurət icarə müqavilələri təqdim etmişdir. Həmin icarə müqavilələrindən görünür ki, müqavilələrdə icarəçi kimi X3 göstərilmişdir. Həmin müqavilələrdən birində kirayə verilən mənzil kimi Quba rayonu, Qaratəpə kəndində yerləşən ev(kirayə müddəti 1 il müddətinə müəyyən edilmişdir), digər müqavilədə isə Bakı şəhəri, Aydın Məmmədov küçəsində yerləşən 47 saylı evin 25 saylı mənzil (müddəti razılaşma yolu ilə) göstərilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, mənzillərə dair bağlanılmış və məhkəməyə kserosurətləri təqdim olunan icarə müqavilələri iddiaçı ilə deyil, X3 ilə bağlanılmışdır. Digər tərəfdən iddiaçının kirayə götürülmüş evlərdə yaşaması, həmin evlərdə məhz onun cavabdehdən alınmış mənzilin cavabdeh tərəfindən vaxtında təhvil verilməməsi səbəbindən məcburi yaşamasını təsdiq edən mötəbər sübutlar təqdim olunmamışdır. Eyni zamanda iş materiallarından görünür ki, tərəflər arasında alğı-satqı müqaviləsi xx.xx.2017-ci il tarixdə bağlanılmış, mənzilin təhvil verilməsi ilə bağlı mübahisə isə Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə başa çatmışdır. Həmin müddət ərzində, eyni zamanda həmin vaxtdan hazırki iddia qaldırılanadək iddiaçının cavabdehin hərəkətləri nəticəsində 7000 manat ziyan çəkməsi hər hansı mötəbər sübutla təsdiq olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. AR MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 88, 217.1 və 217.4-cü maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli Qərarı). Beləliklə, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı ona iddiaçının hərəkətləri nəticəsində 7000 manat ziyan vurmasını iddia etsə də, məhkəməyə bu halları təsdiq edən mötəbər sübutları təqdim edə bilməmişdir. Təqdim edilmiş sübutlar isə vurulmuş ziyanın müəyyən edilməsi üçün kifayət qədər güclü və mötəbər deyil və həmin sübutlar iddianın təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb etmir. Yəni cavabdehin hərəkətləri nəticəsində iddiaçıya hər hansı ziyanın vurulması onun təqdim etdiyi sübutlarla təsdiq olunmadığından, məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi əsaslı hesab edilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı cavabdeh X1 qarşı dəymiş maddi və mənəvi zərərin əvəzi kimi 7000 manat pulun tutulması barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-346/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-346/2021
27.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver