Məhkəmə qərarları › İş №2(009)-363/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-363/2023

27.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-363/2023 27.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1na və "xxxx" MMC-yə qarşı icra qeydinin ləğv olunması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1na və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 28 saylı notariat ofisi tərəfindən aparılmış 8İ- 3443 reyestr nömrəli 08 iyul 2022-ci il tarixli icra qeydinin (658,50 manat) ləğv edilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, iddiaçıya dəymiş 150 manat məbləğində maddi və 150 manat məbləğində mənəvi ziyanın cavabdeh Bakı şəhəri 28 saylı notariat ofisindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iddiaçı X5 arasında BL272460 saylı, 10 aprel 2019-cu il tarixli “Nisyə satış müqaviləsi” və ona həmin tarixli 1 saylı əlavə imzalanmışdır. Müqavilənin (1 saylı əlavənin) şərtlərinə görə iddiaçı cavabdehdən 629 manat dəyərində “HUAWEİ P20 LİTE 64GB BLUE” markalı mobil telefon alaraq, onun dəyərini 12 ay müddətində yəni xx.xx.2019-cu il tarixdən etibarən xx.xx.2020-ci il tarixə kimi hər ay 53 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı aldığı telefonda istehsal qüsürü olduğu üçün telefon bir ay keçməmiş sıradan çıxmışdır. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehin müəyyən etdiyi (cavabdehə məxsus) telefon təmiri xidmətinə müraciət etmiş, lakin cavabdeh telefonun qeyd edilən səbəbdən, yəni telefonda istehsal qüsürü olduğu üçün sıradan çıxmasına etiraz etmiş və telefonun təmir edilərək saz vəziyyətə gətirilməsi üçün əlavə 400-500 manat məbləğində haqq istəmişdir. Beləliklə, telefon qeyri işlək vəziyyətdə qalmışdır. Bir müddət sonra iddiaçının iş yerinə Bakı şəhəri Səbail rayon İcra şöbəsindən 658,60 manat məbləğində borcun və həmin məbləğin 7 faizi həcmində icra ödənişinin (46,10 manat) tutulması barədə 153221/2022-16-24 saylı, xx.xx.2022-ci il tarixli məktub daxil olmuşdur. Qeyd edilən məktuba Bakı şəhəri 28 saylı notariat ofisi tərəfindən aparılmış 8İ-3443 reyestr nömrəli, 08 iyul 2022-ci il tarixli icra qeydinin surəti əlavə edilmişdir. Hesab edir ki, Bakı şəhəri 28 saylı notariat ofisi tərəfindən aparılmış 8İ-3443 reyestr nömrəli, 08 iyul 2022-ci il tarixli icra qeydi qanunsuz aparılmışdır və aşağıda göstərilən səbəblərə görə ləğv edilməlidir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır.Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci maddəsinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mubahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Beləliklə, tələbkar icra qeydinin aparılması üçün Notariat Ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya, tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməmiş və tələbkar belə bir sübutu təqdim edə bilməmişdir. Belə ki, bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə edilməmişdir. Həmçinin Notariat Ofisinin xüsusi notariusu tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimaf”ın 162-ci maddəsinin tələbləri kobud şəkildə pozularaq, əsassız icra qeydi açılmış və aidiyyəti üzrə göndərilmişdir. Qeyd edilməlidir ki, qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. Çünki tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. Bundan əlavə, Notariat Ofisi borcun ödənilməsi barədə iddiaçıya yazılı bildiriş göndərməmiş, onun hüquqlarını pozaraq borcun mübahisəsiz olubolmamasını müəyyənləşdirmək üçün heç bir notarial hərəkət etməyərək yalnız “Nisyə satış müqaviləsi”nə əsaslanmaqla həmin “Nisyə satış müqaviləsi” üzrə yoxlama aparmadan əsassız icra qeydi aparmışdır. İcra qeydinin ləğvi tələbinə münasibətdə “Notariat haqqında” Qanunun 76-cı maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 167 saylı qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”na görə qanunvericiliyin tələblərinə əsasən notarius icra qeydini borcun mübahisəsiz olduğunu, borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq etdiyi, həmçinin notarius vasitəsi ilə kreditorun ödəniş müddətinin keçirilməsi haqqında yazılı bildirişin borcluya göndərildiyi halda aparır. İşdə olan sübutlardan aydın olur ki, notarius tərəfindən borcun mübahisəsiz olduğu araşdırılmamışdır. Odur ki, icra qeydi qanunvericiliyin tələblərinə uyğun verilməmiş, iddiaçının hüquqları pozulmuşdur, buna görə də, ləğv edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Bakı şəhəri 28 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin məhkəməyə ünvanlandığı etiraz ərizəsində bildirmişdir ki, iddiaçı iddia ərizəsində həqiqətə uyğun olmayan hallara istinad edərək, barəsində aparılmış icra qeydinin qanunsuz olmasını bldirir. Halbuki onun istinad etdiyi hallar ümumiyytlə mövcud deyildir. Əksinə, qeyd etmək istəyir ki, iddiaçı Ülviyyə Ələkbərovanın digər cavabdeh "xxxx" MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli “Nisyə satış” müqaviləsinə əsasən cavabdeh tərəfindən icra olunmalı pul öhdəliyi icra olunmamışdır. Məhz bu səbəbdən də kreditor (cavabdeh) "xxxx" MMC icra qeydininin verilməsi ilə bağlı müraciət etdiyindən, onun müraciəti təmin olunaraq tərəflərindən 8İ-3443 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli “İcra qeydi” aparılmışdır. Daha sonra isə icra qeydinin icra olunması məqsədilə aidiyyatı üzrə İcra Şöbəsinə göndərilmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, icra qeydi qanunsuz verilmişdir və ona görə də, o, məhkəmə tərəfindən ləğv olunmalıdır. Buna əsas kimi isə, iddiaçının həqiqətə uyğun olmayan gətirdiyi dəlillərdir. Belə ki, iddiaçı qeyd edir ki, guya ona icra qeydinin veriləcəyi haqqında əvvəlcədən xəbərdarlıq məktubu kreditor "xxxx" MMC tərəfindən verilməmişdir. Halbuki icra qeydi verilməmişdən oncə bütün sənədlərin surəti (sənədlər və icra qeydinin verilməsi haqqında müraciət e-notariat sistemi vasitəsilə göndərilmişdir) digər cavabhdeh tərəfindən İddiaçı göndərilmişdir. Həmin sənədlərin sırasına borcluya (iddiaçıya) ən azı 20 gün əvvəlcədən verilməli olan xəbərdarlıq məktubu (bildiriş), onun İddiaçı çatdırılması haqqında poçt qəbzinin surəti də əlavə olunmuşdur. Yalnız bütün sənədlər kreditor tərəfindən təqdim olunduqdan sonra Bakı şəhəri 28 saytı notariat ofisi tərəfindən müvafiq icra qeydi verilmişdir. Bundan başqa, qeyd etmək istəyir ki, iddiaçıya guya cavabdeh Notariat Ofisi tərəfindən vurulan maddi və mənəvi ziyanın nədən ibarət olması da anlaşıqlı tərzdə, hər hansı bir sübutla əlaqələndirilməyib və əsaslandırılmayıb. Hesab edir ki, bu hissədə də onun iddia tələbi əsassızdır və təmin olunmalı deyildir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq İddiaçı iddia tələblərinin tam həcmdə təmin olunmaması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan "xxxx" MMC ilə X5 arasında bağlanmış BL272460 saylı, xx.xx.2019-cu il tarixli “Nisyə satış müqaviləsi”nə əsasən satıcı qiyməti 629 manat olan avadanlığı alıcıya verməyi, alıcı isə onu qəbul edib, avadanlığın qiymətini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 10 aprel 2019-cu il tarixli BL272460 saylı nisyə satış müqaviləsinə 1 saylı əlavəsindən görünür ki, X5 borcunu xx.xx.2019-cu il tarixdə hər ay 53 manat ödəməklə, xx.xx.2020-ci il tarixdə bitməli idi. İş materiallarında olan "xxxx" MMC-nin borca dair xx.xx.2022-ci il tarixli arayışından görünür ki, BL272460 saylı, xx.xx.2019-cu il tarixli “Nisyə satış müqaviləsi” üzrə qalıq əsas borc 576 manat, qalıq cərimə borcu 57,60 manat olmaqla, ümumi borc 633,60 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən borclu X4 icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, tərəflər arasında bağlanmış BL272460 saylı, xx.xx.2019-cu il tarixli “Nisyə satış müqaviləsi”nin 1 saylı əlavəsində nəzərədə tutulmuş ödəniş cədvəlinə əsasən borclu hər ay 53,0 manat ödəniş etməli idi, lakin onun tərəfindən aylıq ödənişlər gecikdirilmiş və onun xx.xx.2022-ci il tarixinə 633,60 manat ümumi gecikdirilmiş borcu yaranmışdır və həmin borc onun tərəfindən ödənilməlidir. Borc 20 gün müddətində ödənilmədiyi halda borcun ödənilməsi (əmlakın geri qaytarılması) tələbi ilə məhkəməyə müraciət olunacaq və ya “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius tərəfindən icra qeydi aparılacaqdır. İş materiallarında olan “Mərkəzi Ekspress” şirkətinin poçt qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən X4 xx.xx.2022-ci il tarixdə göndərilən sənəd sonuncunun yaşadığı ünvan 1 ünvanında xx.xx.2022-ci il tarixdə “Ələkbərli” soyadlı şəxs tərəfindən imzalanaraq qəbul edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş notariat icra qeydi haqqında xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, "xxxx" MMC ilə X5 arasında bağlanmış BL272460 nömrəli, xx.xx.2019-cu il tarixli nisyə satış müqaviləsi üzrə borclunun 576 manat əsas, 57.60 manat cərimə borcu olmaqla, cəmi 633,60 manat borcu vardır. İcra qeydinin aparıacağı barədə tələbkar tərəfindən borcluya bildiriş xx.xx.2022-ci il tarixdə göndərilmişdir. Bildirişə borclu cavab verməmişdir. İş materiallarında olan Bakı şəhəri 28 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən aparılmış xx.xx.2022-ci il tarixli icra qeydindən görünür ki, "xxxx" MMC xeyrinə X2 BL272460 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 576 manat tutulmalıdır. X1 57,60 manat cərimə penya, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 658,60 manat pul tutulmalıdır. İş materiallarında olan Bakı şəhəri Səbail rayon İcra şöbəsi tərəfindən tərəflərə və "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 153221/2022-16-24 nömrəli məktubdan görünür ki, Cavabdeh1 3443 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə X1 633,60 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Qeyd edilənləri nəzərə alaraq borclu X3 əmək haqqının 50% məbləğində pulun tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməli və borc məbləği tam ödənildikdən sonra oğlundan cəmi 658,60 manat borc məbləğinin 7 faiz həcmində, yəni 46,10 manat icra ödənişinin Səbail rayon icra şöbəsinin depozit hesabına köçürülməsini təmin edilməsi xahiş olunmuşdur. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5, xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatdadır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən edilmişdir ki, iddiaçı Ülviyyə Ələkbərova ilə cavabdeh "xxxx" MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli “Nisyə satış müqaviləsi”nə əsasən İddiaçı tərəfindən icra olunmalı pul öhdəliyi icra olunmamışdır. Məhz bu səbəbdən də kreditor (cavabdeh) "xxxx" MMC icra qeydininin verilməsi ilə bağlı Bakı şəhəri 28 saylı notariat ofisinə müraciət etmiş, onun müraciəti təmin olunaraq, borclu Ülviyyə Ələkbərovadan "xxxx" MMC-nin xeyrinə müddət üçün vaxtında ödənilməmiş 57.60 manat cərimə, tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla, cəmi 658.60 manat məbləğində pul tutulması barədə xüsusi notarius tərəfindən 8İ-3443 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli “İcra qeydi” aparılmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Notariat Ofisi borcun ödənilməsi barədə iddiaçıya yazılı bildiriş göndərməmiş, onun hüquqlarını pozaraq borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir notarial hərəkət etməyərək yalnız “Nisyə satış müqaviləsi”nə əsaslanmaqla həmin “Nisyə satış müqaviləsi” üzrə yoxlama aparmadan əsassız icra qeydi aparmışdır. Eləcə də, notarius tərəfindən borcun mübahisəsiz olduğu araşdırılmamışdır. Bu səbəbdən iddiaçı həmin icra qeydinin ləğv edilməsini xahiş etmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın» 161-ci maddəsinə əsasən borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı AR Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Həmin Təlimatın 162-ci maddəsinin 1-ci bəndinə əsasən əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə, notarius tərəfindən icra qeydi verilir. AR Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli; ödəniş müddətinin keçirilməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında notarius vasitəsi ilə kreditorun borcluya göndərdiyi yazılı bildiriş təqdim olunur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədi sayılır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən notarius icra qeydini mübahisəsiz olduğu, borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq etdiyi, həmçinin notarius vasitəsi ilə kreditorun ödəniş müddətinin keçirilməsi haqqında yazılı bildiriş borcluya göndərildiyi halda aparır. Məhkəmə qeyd edir ki, iddiaçı icra qeydi qanunsuz aparılması üçün mübahisələndirdiklərindən icra qeydini ləğv olunmasını xahiş edir. Qanunvericilik icra qeydinin verilməsini istisna edən hallar olduğu təqdirdə icra qeydinin verilməli olmamasını nəzərdə tutur. Lakin hazırki halda məhkəmə araşdırması zamanı 28 saylı notariat ofisi tərəfindən qanunvericiliyin tələblərinə tam riayət olunduğu və qanuni əsaslarla icra qeydinin çıxarılması müəyyən edildiyindən, bununla da həmin qeydin ləğv edilməsinin hüquqi əsasları məhkəmə tərəfindən müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, iddia əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Məhkəmə izah edir ki, iddiaçı icra qeydində tələb olunan məbləği mülki mühakimə icraatı qaydasında mübahisələndirə bilər. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi dəymiş maddi zərərə görə 150 manat, mənəvi zərərə görə 150 manat olmaqla, cəmi 300 manat məbləğində pulun tutulması hissəsində əsassızdır və təmin edilməməlidir. İddiaçı Cavabdeh1 hərəkətləri nəticəsində ona cəmi 300 manat məbləğində maddi və mənəvi ziyan vurulmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib haiların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnsan Hüquqlarının və X6 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə hesab edir ki, iddia üzrə iddiaçı maddi və mənəvi zərərin əvəzi olaraq cavabdehdən onun xeyrinə cəmi 300 manat tutulması barədə tələb irəli sürsə də, bununla yanaşı, cavabdehin hərəkətləri ilə bağlı mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar sübutları məhkəməyə təqdim etməmişdir, ona görə də, həmin hissədə də iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1na və "xxxx" MMC-yə qarşı icra qeydinin ləğv olunması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar