Məhkəmə qərarları › İş №2(009)-370/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-370/2021

01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-370/2021 01.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC ünvan 1 ünvanında yerləşən evə yanğın nəticəsində vurulmuş ziyana görə "xxxx" ASC tərəfindən ödənilmiş 12750 manat sığorta ödənişi məbləği və bu iddianın verilməsi ilə bağlı 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə sığortalı X5 arasında bağlanan RGU ********** saylı 18 yanvar 2020-ci il tarixli əmlakın yanğın və digər risklərdən sığortası müqaviləsinə əsasən, iddiaçı sığortalıya məxsus, ünvan 1 ünvanda yerləşən əmlakı sığortalamışdır. Həmin sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə, 08 iyun 2020-ci il tarixində ünvan 1 ünvanda yerləşən ev yanğın nəticəsində zərərə məruz qalmışdır. Zərərçəkənə əmlakının zədələnməsi ilə bağlı 12750 manat məbləğində sığorta ödənişi verilmişdir. Azərbaycan Respublikası FHN-nin 07 avqust 2020-ci il tarixli qərarında yanğına təqsirkar kimi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci Badamdar küçəsi, ev 6 ünvanda yerləşən 1 saylı mənzilin sahibi Cavabdeh göstərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Odur ki, məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı və 1108-ci maddələrinə əsasən Cavabdeh qarşı iddiası əsaslıdır. Mülki iş materiallarına əlavə edilmiş RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci Badamdar küçəsi, ev 6 ünvanda yerləşən 2 saylı mənzil X3 adına xüsusi mülkiyyət kimi 10.01.2012-ci il tarixdə qeydiyyatdan keçmişdir. İş materiallarında olan BB seriyalı, 295096 nömrəli sığorta aktına əsasən sığortalanmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci Badamdar küçəsi, ev 6 ünvanda yerləşən 2 saylı mənzil 12.01.2020-ci il tarixdən 11.01.2021-ci il tarixədək "xxxx" ASC sığortalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası FHN-nin 07 avqust 2020-ci il tarixli qərarında yanğına təqsirkar kimi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci Badamdar küçəsi, ev 6 ünvanda yerləşən 1 saylı mənzilin sahibi Cavabdeh göstərilmişdir. İş materiallarına əlavə edilmiş sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci Badamdar küçəsi, ev 6 ünvanda yerləşən 2 saylı mənzilə dəymiş zərərin miqdarı 16546.25 manat müəyyən edilmişdir. İş materiallarında olan 16.09.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X4 12750 manat ödəniş həyata keçirilmişdir. İş materiallarına əlavə edilmiş 24.09.2021-ci il tarixli, 10/4114 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci Badamdar küçəsi, ev 6 ünvanda yerləşən 2 saylı mənzilə 19538.5 manat müəyyən edilir. (aparılmış tədqiqatın dəyəri 100 manat) Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə(zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddia təmin edilməklə, Cavabdeh 12750 (on iki min yeddi yüz əlli) manat məbləğində pul tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107.2-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşdə olan ödəniş tapşırığından görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməlidir. Həmçinin keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası xərci, 100 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 12750 (on iki min yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi, 30 (otuz) manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilsin. Keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası xərci, 100 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar