Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-375/2025 23.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdeh1 Arxeologiya və Antropologiya İnstitutunun nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1na və Cavabdeh1 Arxeologiya və Antropologiya İnstitutuna (X14 və X9 3-cü şəxs qismində cəlb edilməklə) qarşı “mülkiyyətdə olan şəxsi əşyaların geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1na və Cavabdeh1 Arxeologiya və Antropologiya İnstitutuna qarşı “mülkiyyətdə olan şəxsi əşyaların geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aktlaşdırılaraq saxlanca verilmiş şəxsi əşyalarının natura şəklində geri qaytarılması öhdəliyinin cavabdehlərin müştərək qaydada üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: Cavabdeh1 Arxeologiya və Etnoqrafiya İnstitutunun “Arxeoloji fondu”nda yerləşən institutun "baş hüquqşünası” İddiaçı xidməti otağının boşaldılması barədə AMEA-nın Rəyasət Heyəti 19 iyul 2011-ci il tarixli, 163 nömrəli sərəncam vermişdir. Cavabdeh1 Arxeologiya və Etnoqrafiya İnstitutu 19 iyul 2011-ci il tarixli, 163 nömrəli sərəncamı əsas götürərək, xidməti otağı boşaltmaq üçün komissiyanın yaradılması barədə 12 sentyabr 2011-ci il tarixli 60 saylı əmrdən çıxarış imzalamışdır. Yaradılan komissiya 21 sentyabr 2011-ci il tarixli aktla şəxsi əmlakını (əşyalarını) onsuz siyahıya alaraq saxlanca təhvil vermişdir. Bu günə kimi müxtəlif vaxtlara “işəgötürən”ə və AMEA-nın Prezidentinə şəxsi əmlakının (əşyalarının) geri qaytarılması barədə müraciət etsə də, müraciətləri qərəzli şəkildə cavabsız qalmışdır. Şəxsi əşyaları heç bir halda geri qaytarılmır. Müxtəlif bəhanələrlə tələbdən yayınırlar. AMEA-nın Maliyyə şöbəsinin müdiri İlqar Quliyevə ünvanladığı 52-22-586 qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli ərizəsinə cavab verilməmişdir. Ərizəsində şəxsi əşyalarının natura şəklində və ya dəyərinin ödənilməsi barədə köməklik göstərilməsini xahiş etmişdir. AMEA-nın Prezidenti, akademik İsa Həbibbəyliyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 8-1-8/2-95/2023 nömrəli ərizəsində komissiya tərəfindən aktlaşdırılaraq saxlanca verilmiş şəxsi əşyalarının natura şəklində geri qaytarılması üçün AMEA Maliyyə şöbəsinin müdiri İlqar Quliyevə və AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru Abbas Seyidova göstəriş verilməsini xahiş etmişdir. 18 aprel 2023-cü il tarixli, 8-1-8/2-148/2023 saylı məktubla AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru Abbas Seyidov AMEA Prezidenti, akademik İsa Həbibbəyliyə institutun “baş hüquqşünası” İddiaçı mülkiyyətində olan şəxsi əşyalarının oğurlanması (talanması) nəticəsində dəymiş ziyanın dəyərinin ödənilməsi ilə əlaqədar qanunamüvafiq tədbir görülməsi üçün AMEA-nın Maliyyə şöbəsinə göstəriş verilməsini xahiş etmişdir. AMEA-nın Hüquq şöbəsinin müdiri Nümayəndə2 19 aprel 2023-cü il tarixli 8-1/1- 658/2023 daxili qeydiyyat nömrəli məktuba cavab olaraq bildirmişdir ki, “işçinin şəxsi əşyalarına dəymiş ziyanın işəgötürən tərəfindən ödənilməsi qanunun tələblərinə ziddir”. Cavabdeh1 Arxeologiya və Antropologiya İnstitutunun baş direktoru, v.m.i.e Fərhad Quliyevə ünvanlandırdığı xx.xx.2023-cü il tarixli, 349 qeydiyyat nömrəli ərizəsinə ümumiyyətlə əhəmiyyət verilməmişdir. Çünki şəxsi əşyalarının aktlaşdırılaraq saxlanca verilməsi barədə aktda şəxsən onun imzası var. Bütün qeyd olunanlara baxmayaraq, komissiya tərəfindən aktlaşdıraraq saxlanca verilmiş şəxsi əşyaları (əmlakı) natura şəklində geri qaytarılmır. Mülkiyyətində olan şəxsi əşyalarının natura şəkilində geri qaytarılması barədə əmək mübahisəsinin mediasiya vasitəsilə həll edilməsi məqsədi ilə tərəfindən cavabdehlərə mediasiya prosesinin tətbiqi barədə təklif göndərməklə Mediasiya şurasına müraciət edilmişdir. xx.xx.2024-cü il tarixdə baş tutmuş əmək mübahisəsi üzrə ilkin mediasiya sesiyasında razılıq əldə etmək mümkün olmamışdır. Cavabdeh1 nümayəndəsi Nümayəndə2 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, həqiqətən də, bu iddia ərizəsini verməzdən əvvəl iddiaçı 2023-cü ilin aprel ayında Cavabdeh1na, 2011-ci ildə Cavabdeh1 Arxeologiya və Antropologiya institutunda işləyərkən bir sıra şəxsi əmlaklarının itməsi ilə bağlı müraciət etmiş və həmin müraciətə AMEA Rəyasət Heyəti aparatının Hüquq şöbəsində baxılarkən müəyyən olunmuşdur ki, iddiaçının məktubunda qeyd etdiyi onun, yəni İddiaçı şəxsi mülkiyyətində olan əşyalarının oğurlanması nəticəsində ona dəymiş maddi ziyanın işəgötürən tərəfindən ödənilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 196-cı (İşçiyə dəymiş maddi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi qaydası) maddəsinin 3cü (Əgər işəgötürən əmək müqaviləsi bağlayarkən və ya sonralar işçinin öz əmək funksiyasını yerinə yetirmək üçün ona məxsus əmək alətlərindən, vasitələrindən və digər əşyalardan istifadə edilməsi barədə razılığa gəlmişdirsə, onda o, işçinin şəxsi əşyalarına vurulan ziyana görə maddi məsuliyyət daşıyır.) və 4-cü (İşəgötürən müvafiq əmək şəraiti yaradaraq işçiyə öz şəxsi əmək alətlərini və digər əşyaları müəssisəyə gətirməyə icazə verməyibsə, lakin işçi bunun əksinə olaraq əmək funksiyasının icrası üçün həmin əşyaları gətirib onlardan istifadə edibsə, bu halda işəgötürən yalnız işçinin əmlakına qəsdən vurduğu ziyana görə müəyyən olunmuş qaydada maddi məsuliyyət daşıyır.) bəndlərində nəzərdə tutulmuş hallar olduqda işəgötürən, yəni AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu şəxsi əmlakına ziyan vurulmuş işçi qarşısında maddi məsuliyyət daşıya bilərdi. Digər hallarda işçinin şəxsi əşyalarına dəymiş ziyanın işəgötürən tərəfindən ödənilməsi qanunun tələblərinə ziddir. Bu səbəbdən də, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya institutunun baş hüquqşünası İddiaçı dəymiş maddi ziyanın dəyərinin işəgötürən tərəfindən ödənilməsi qanunamüvafiq hesab edilmir. Xüsusi olaraq qeyd olunmalıdır ki, fakt üzrə 23 dekabr 2016-cı il tarixdə Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinın 177.1-ci maddəsinin əlamətləri ilə ********* saylı cinayət işi başlanılaraq, həmin cinayət işi üzrə ibtidai araşdırılma aparıldığından, AMEA-nın və ya onun struktur bölmələrinin cinayət işinin istintaqına müdaxilə etmək və ibtidai araşdırmanın predmetlərinə daxil olan hallarla bağlı hər hansı bir qərar qəbul etmək səlahiyyətləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin və digər qanunların tələblərinə görə, ibtidai araşdırılması aparılan cinayət işi üzrə müəyyən nəticələrə gəlinməsi barədə prosessual qərarların qəbul olunmaları ibtidai araşdırma orqanının, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun, müvafiq yuxarı instansiya prokurorlarının və məhkəmələrin səlahiyyətlərinə aiddir.” Baxılan halda Cavabdeh1 iddia tələbi yönəldiləcək tərəf, yəni cavabdeh tərəf deyildir və ola da bilməzdi. Cavabdeh tərəf Cavabdeh1 tamamilə haqlı olaraq hesab edir ki, yuxarıda da qeyd olunduğu kimi İddiaçı tərəfindən irəli sürülmüş iddialar tamamilə əsassızdır. Bununla yanaşı iddialar əsaslı olsaydılar belə iddiaçının hadisənin baş verməsini iddia etdiyi 2011ci ildən bu vaxta kimi iddianı irəli sürmək üçün qanunda nəzərdə tutulmuş maksimal on ildən artıq müddət çoxdan keçmişdir, yəni cavabdehlər Cavabdeh1na və Cavabdeh1 Arxeologiya və Antropologiya İnstitutuna qarşı iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət etmək iddiaçının iddiasını irəli sürməsi üçün qanunda nəzərdə tutulmuş bütün müddətlər artıq çoxdan keçmişdir. Cavabdeh tərəf məhkəmənin diqqətinə çatdırır ki, iddiaçının irəli sürdüyü iddiası tamamilə əsassız olmaqla yanaşı, iddiaçı öz iddiasını iddia müddəti keçəndən sonra vermişdir. Cavabdeh tərəf nəzərə çatdırır ki, məhkəmə iddia müddətinin keçməsindən asılı olmayaraq, iddia ərizəsi məhkəmə tərəfindən baxılmağa qəbul edilsə də, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməlidir. Odur ki, cavabdeh tərəf müvafiq ərizə ilə məhkəməyə müraciət edir. Cavabdeh tərəfin mübahisə tərəfinin mülki məcəllənin iddia müddəti ilə bağlı müddəalarının tətbiq edilməsi barədə hazırda ərizə verməsi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsas olduğundan, iddiaçı tərəfin iddiasının tamamilə əsassız olması ilə yanaşı, iddia ərizəsini öz iddiasını iddia müddəti keçəndən sonra verdiyindən, yəni 2(009)-2803/2025 mülki iş üzrə iddiaçı tərəf iddia ərizəsini iddia müddətləri keçdikdən sonra verdiyindən iddiaçının iddiasından imtina barəsində müvafiq məhkəmə qərarı çıxarmasını Bakı şəhəri Səbail Rayon Məhkəməsindən xahiş etməlidir. Digər tərəfdən isə İddiaçı 11 mart 2025-ci il tarixdə özünün 07 mart 2025-ci il tarixli ərizəsini və ona əlavə etdiyi 12 iyul 2016-cı il tarixli 2(004)-4706/2016 saylı Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qətnaməsinin və iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd olunan faktlar üzrə 23 dekabr 2016-cı il tarixdə Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinın 177.1-ci maddəsinin əlamətləri ilə ********* saylı cinayət işi başlanılması qərarının və digər sənədlərin kserosurətlərini Bakı şəhəri Səbail rayon Məhkəməsinə təqdim etmişdir. AMEA-nın və ya onun struktur bölmələrinin cinayət işinin istintaqına müdaxilə etmək və ibtidai araşdırmanın predmetlərinə daxil olan hallarla bağlı hər hansı bir qərar qəbul etmək səlahiyyətləri yoxdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12 iyul 2016-cı il tarixli 2(004)-4706/2016 saylı qətnaməsindən görünür ki, İddiaçı 2016-cı ildə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə tamamilə eyni məzmunlu iddia ərizəsi ilə müraciət etmiş və iddiaçının iddiası tamamilə əsassız olduğundan, iddiaçının iddia tələbləri Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qeyd olunan qətnaməsinin çıxarılması ilə təmin olunmayaraq rədd olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsi nəzərə almalıdır ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarları olduğundan, iddianın yolverilməzliyinə görə məhkəmə (hakim) iddia ərizəsini qəbul etməkdən imtina edilməsi haqqında əsaslandırılmış qərardad çıxarmalıdır və iddia ərizəsini qəbul etməkdən imtina haqqında qərardad iddia ərizəsinə əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada verilməlidir. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarı olduğundan, iddianın yolverilməzliyinə görə məhkəmə (hakim) iddia ərizəsini qəbul etməkdən imtina edilməsi haqqında əsaslandırılmış qərardad çıxarılması və iddia ərizəsini qəbul etməkdən imtina haqqında qərardad iddia ərizəsinə əlavə olunmuş bütün sənədlərlə birlikdə rəsmi qaydada iddiaçıya verilməsi, digər tərəfdən isə əgər onların qeyd olunan vəsatəti bu və ya digər səbəbdən təmin olunmazsa, cavabdeh tərəf olaraq, mülki iş üzrə iddiaçı tərəf iddia ərizəsini iddia müddətləri keçdikdən sonra verdiyindən iddiaçının iddiasından imtina barəsində müvafiq məhkəmə qərarı çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək əlavə olaraq bildirdi ki, əlyazma olan aktda mənfi müsbət nədir – aktı yazanların adları qeyd edilib əlyazmanın heç bir hüquqi əsası yoxdur. Bu akt oğurluq hadisəsindən sonra tərtib edilib. Oğurlanan əşyaların önündə mənfi işarəsini yazıblar. 2011-ci ildə də akt tərtib edilib, əgər monitor, prosessor, klaviatura və digər əşyalar yox idisə, onlar sınıq vəziyyətdə otağa necə yerləşdirilib? Üç nəfərin imzası ilə digər akt tərtib edilib – iki akt təsdiqləyir ki, həmin əşyalar olmayıb. Əşyaların saxlanıldığı yer Milli Elmlər Akademiyasının balansında olan zirzəmidir, İnstitutun balansında deyil. 2016-cı ildə əşyalar gətiriləndə Nəsimi Rayon İcra Şöbəsi müraciət edib və bunun əsasında bu otaq saxlanc yeri kimi ayrılıb və yerləşdirilib. Ona bununla bağlı məktub və müraciət edilməyib, müraciət Maisə Məmmədovaya olub və əşyalar möhürlənmiş qaydada saxlanc otağına yerləşdirilib və İnstitutun möhürü ilə təsdiq edilib. 2011 və icra məmurunun aktlarında iki kreslo Yuqoslaviya və İtaliya istehsalı qeyd edilib, amma qarşı tərəfin təqdim etdiyi aktda öz əksini tapmayıb. 4 ədəd taxta stul da buna aiddir. Akademiyanın hüquqşünası Kamal müəllimə dəfələrlə demişdir - əşyaları haradadır, demişdir bilmir. Otağının açarı onda olmayıb. Qapı laqunda ilə açılandan sonra gəlib görmüşdür ki, açılıb və əşyalar yox idi, o da polisə müraciət etmişdir. İdrisdən əşyaları barədə məlumat almışdır. Əşyalarını aktlaşdırıb götürəndən sonra o, faktiki oradan uzaqlaşdırılmış, adı yox idi, çünki bu məsələlər qərəzli şəkildə həll edilib. Əşyalarını mütəmadi olaraq Maisə Rəhimovadan – direktordan tələb etmiş, sonra İdris Əliyevə bildirdi ki, əşyalarına baxmaq istəyirdi ki, götürsün – imkan yaradılmadı. Onun əşyaları lazım idi onlara, bu səbəbdən onun əşyalarını götürmüşdülər. O, əşyalarını dəfələrlə tələb etmişdir. İşdən çıxarılandan sonra 2021-ci ildə işə bərpa edilmişdir. Yazılı surətdə natura şəklində əşyalarını tələb etmişdir. İddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 Arxeologiya və Antropologiya İnstitutunun nümayəndəsi Nümayəndə1 bildirdi ki, 2016-cı ildə icra məmuru tərəfindən tərtib edilmiş aktda göstərilən əşyalar İnstitutdadır, əşyaları hazıradək iddiaçı özü götürməyib. 2011-2013-cü illərdə iddiaçı orada işləyib, əşyaları gəlib götürə bilərdi. Yazışmalarda iddiaçı əşyalarını yox, həmişə əşyaların dəyərini istəyib. Oğurlanan əşyalarla bağlı onlar heç bir öhdəlik daşımırlar. İddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 Arxeologiya və Antropologiya İnstitutunun direktoru X11, 2011-ci ildən iddiaçıya dəfələrlə gəlib əşyalarını götürməsi bildirilmiş, lakin o, əşyaları götürməmişdir. Onun məqsədi əşyaları götürmək deyil, İnstitutdan kompensasiya almaqdır, bu isə yolverilməzdir. 2016-cı ildə icra məmuru tərəfindən tərtib edilmiş aktda göstərilən əşyalar İnstitutdadır, iddiaçı nə vaxt istəsə gəlib götürə bilər. Oğurlanan əşyalara görə Akademiya və ya İnstitut cavabdehlik daşımır. Həmçinin bildirmişdir ki, 2016-cı ildə icra məmuru aktlaşdırıb, qapı bağlandıqdan sonra ilk dəfə hazırki məhkəmə icraatı zamanı iddiaya dəqiq münasibət bildirmək üçün direktorun tapşırığı ilə qapı açılmış və orada olan əşyalar xx.xx.2025-ci il tarixində yenidən siyahıya alınmışdır. 2016-cı ildə icra məmuru tərəfindən tərtib edilmiş aktda göstərilən əşyaların iddiaçıya verilməsinə etiraz etmir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 izahatında bildirmişdir ki, 2011-ci ildə İnstitutda təmirlə bağlı iddiaçının otağının boşaldılması ona bildirildi, lakin o imtina etdi, komissiya təşkil edildi, əşyaları siyahıya alındı və saxlanca verildi. Məsələn: qutu qeydə alınırdı, içindəkilər ətraflı göstərilmirdi aktda. 2016-cı ildə məsələ yenə qalxdı, ikinci komissiya təşkil edildi, əşyalar yenidən yığıldı və akademiyanın zirzəmisinə yerləşdirilidi. İddiaçı əşyalara görə 15.000 manat məbləğin ödənilməsini istəmişdir. Əşyalara baxılsa müəyyən edilər ki, əşyalar qədimi əşyalardır. 2016-cı ildə Aktla qapını bağladılar, iddiaçıya dəfələrlə bildirdilər ki, gəlib əşyalarını götürsün, lakin o götürməyib. Məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 bildirdi ki, o, İnstitutda təchizat və xidmət şöbəsinin müdiridir. 2025-ci ilin Fevral ayında direktor bildirmişdir ki, iddiaçının əşyalarının saxlanıldığı otaq açılsın və baxılsın orada nə var. Texniki işçilərin, həmkarlar təşkilatının iştirakı ilə komissiya yaradılıb iştirak etdi, otaqda əşyaları bir-bir qeyd etmişlər. Onlar qutuda əşyaları çıxarıb dəqiq baxmamışlar, toz idi, qutu kompyuter qutusu olduğu üçün düşünmüşlər ki, içində kompyuter var, sonra daha dəqiq baxıb müəyyən ediblər ki, qutuda iddiaçıya məxsus əşyalar və sənədlər var. İcra məmurunun 2016-cı ildə tərtib etdiyi akta olan bütün əşyalar oradadır. Xalçalar, monitor və prosessor 2011-dən yoxdur. Portretlər, kitablar, 1958-ci ilə aid kitablar bağ evi ilə bağlı sənədlər də aşkarlanıb. Printer və supra televizor da var. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X14 bildirdi ki, o, ümumi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. 2011-ci ildən bu mübahisə var idi. İnstitutun yerləşdiyi binanın bir otağına (xüsusi hazırlanmamış idi, adi otaq idi) yığılmışdır. Bina təcili boşalmalı idi, avadanlıqlar çıxarılmalı idi. Bu məsələ ilə bağlı iddiaçıya əşyaların çıxarılması barədə məlumat verilmişdir. O, iddiaçını 1985-ci ildə tanıyır, onunla şəxsi ədavəti və qərəzi yoxdur. Komissiyada iştirak edən yoldaşlar, rəis, rəis müavini, məhkəmə icraçıları, adi əməkdaşlar əşyaların 2016-cı ildə noyabr ayında köçürülməsində iştirak edib, fəhlələr həmin əşyaları otaqlardan birinə yığmışlar, icra məmurun aktı tərtib edildi, qapı möhürləndi. O işdən çıxanda iddiaçı onun otağına köçməsi barədə ona müraciət etmiş, 2021-ci ildə işdən çıxanda o, iddiaçının əşyaları olan otağın açarını iddiaçıya (kartondan biroçkası da var idi) vermiş və bildirmişdir ki, avadanlıqlar ekspedisiya üçün mövcuddur. Bildiyinə görə iddiaçı əmlak tələbinə dair məhkəməyə müraciət etmişdir. Açar iddiaçının özündə olub. Adil müəllimin həmin saxlanc otağında olduğundan otağın açılmasını ondan tələb edib, o isə möhürləndiyindən etiraz etmişdir. Əşyaların təhvil-təslim komissiyasında iştirak etmiş, bir qüsur olmadan bütün əşyaları təhvil vermişdir. Sübutlar: İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İşəgötürən Cavabdeh1 Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı baş hüquqşünas peşəsinə qəbul edilmiş, əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə müddətsiz bağlanılmışdır. - Cavabdeh1 (AMEA) X5 və X1 və Etnoqrafiya İnstitutunun otağın boşaldılması haqqında 19 iyul 2011-ci il tarixli 163 saylı sərəncamından görünür ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun F.Əmirov küç. ev 9 ünvanında yerləşən Arxeoloji Fondunun binasında bərpa-təmir işləri aparılır. təmir işləri aparılması ilə əlaqədar olaraq binadakı otaqları boşaldılması zərurəti meydana gəlmişdir. İnstitut rəhbərliyi tərəfindən dəfələrlə müraciət edilməsinə baxmayaraq İnstitutun baş hüquqşünası İddiaçı həmin binada 2008-ci ilin iyul ayından müvəqqəti olaraq onun istifadəsinə verilmiş otağı boşaltmaqdan imtina edir. Bununla da binada təmir işlərinin aparılmasına ciddi maneə yaradır. Bunu nəzərə alaraq Arxeologiya və Etnoqrafiya İnstitutuna tapşırılmışdır ki, X10 binasında İddiaçı istifadəsində olan otağın 1 həftə ərzində boşaldılmaı, zərurət yarandığı təqdirdə müvafiq dövlət orqanlarına müraciət edilərək problemin inzibati qaydada həll edilməsinin təhlil edilməsi, İddiaçı şəxsi əşyalarının siyahısı tərtib edilərək aktlaşdırılması tapşırılmışdır. - Cavabdeh1 Arxeologiya və Etnoqrafiya İnstitutunun xx.xx.2011-ciil tarixli 60 saylı əmrindən çıxarışdan görünür ki, 19 iyul 2011-ci il tarixli 163 saylı sərəncamına əsasən İddiaçı istifadəsndə olan otaqdakı əşyaların aktlaşdırılaraq X4 otaqdan çıxarılması üçün komissiya yaradılmışdır. - xx.xx.2011-ci il tarixdə imzalanmış həm əlyazma variantından, həm də kompüterdə yığılmış variantından görünür ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun F.Əmirov küç. ev 9 ünvanında yerləşən Arxeoloji Fondunun binasında təmir işlərinə manne olan İnstitutun hüquqşünası İddiaçı müvəqqəti istifadəsinə verilmiş otaq akt tərtib edənlər tərəfindən açıldı və orada olan əşyalar siyahıya alınaraq akt zalına yığıldı və İnstitutun elmi arxivinin müdiri komissiya üzvü İ.Əliyevə təhvil verildi. Siyahıda göstərilənlərdən əlavə otaqdan çıxarılması mümkün olmayan 1 ədəd kondisioner, 2 ədəd dəmir seyf siyahıya alındı. Lakin aktın əlyazma variantında 7. Monitor,
8. klaviatura, 10. prosessor, 22. meyvə qabı, 26. xalça hissələrində mənfi işarəsi çəkilmişdir. (yəni həmin əşyalar aşkarlanmamışdır) - Cavabdeh1 Arxeologiya və Antropologiya İnstitutu tərəfindən təsdiq edilmiş 05 aprel 2016-cı il tarixli aktdan görünür ki, xx.xx.2011-ci il tarixdə yaradılmış komissiya tərfindən İddiaçı xidməti otağında olan şəxsi əşyaların siyahısı 42 adda əşya aşkar edilmişdir. 05 aprel 2016-cı il tarixdə İddiaçı əşyalar yığılan otağın qapısı İdris Əliyev tərəfindən açılmış və həmin avadanlıqlara baxış zamanı 21 sentyabr 2011-ci ildə tərtib olunmuş aktın siyahısından kənarlaşma (yəni çatışmayan) əşyalar 1 ədəd monitor, 1 ədəd klaviatura, 1 ədəd prosessor, 3 ədəd stolüstü lampa, 1 ədəd meyvə qabı, 1 ədəd xalça (ölçüsü məlum deyil) aşkarlanmışdır. - 11 iyul 2016-cı il tarixli 2(004)-4706/2016 saylı Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qərardadından görünür ki, İddiaçı iddianın təmin etmə tədbiri barədə ərizəsi təmin edilərək ünvan 1 ünvanında yerləşən Cavabdeh1 (AMEA) X5 və X2 Fondunun binasında yerləşən İddiaçı mülkiyyətində olan 1. əşyalardan istifadə edilməsi, üzərlərində hər hansı təmir-bərpa işlərinin aparılması, habelə icra məmurunun iştirakı olmadan yerinin dəyişdirilməsi Cavabdeh1 (AMEA) X5 və Etnoqrafiya İnstitutuna və digər şəxslərə qadağa edilməsi qərara alınmışdır. - 12 iyul 2016-cı il tarixli 2(004)-4706/2016 saylı Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 Arxeologiya və Etnoqrafiya İnstitutuna qarşı işçiyə vurulmuş maddi və mənəvi ziyanın və şəxsi əşyaların əvəzinin ödənilməsi tələbinə dair iddiaçı əsassız olduğu üçün rədd edilməsi qət edilmişdir. - Nəsimi rayon İcra şöbəsinin 11 noyabr 2016-cı il tarixli aktından görünür ki, 1. Supra markalı televizor 1 ədəd işlənmiş, 2. 2 ədəd kreslo, 3. 5 ədəd taxta oturacaq, 4. 2 ədəd dəmir seyf, 5. 2 ədəd dəmir ayaqlı qara rəngli stul, 6. 1 ədəd yatran elektrik çap maşını, 7. Şüvəlan qəsəbəsində yerləşən bağ sahəsinin 1952-ci ilin sənədləri 6 cild, 8. Kondisioner split markalı Aair kool 1 ədəd, 9. Süni palma 1 ədəd, 10. Nəqliyyatın dayanmasını qadağan edən dəmir lövhələr 4 ədəd, 11. Mexaniki çap maşını 1 ədəd, 12. Samovar 1 ədəd, 13. Panasonic telefon 1 ədəd, 14. Kinoproyektor birləşdirici kabel ilə, 15. Televizor üçün kranşteyn 1 ədəd, 16. Jurnal masası 3 gözlü 1 ədəd, 17. Kitab şkafı 1 ədəd, 18. Kompyuter masası 1 ədəd, 19. Taxta masa 1 ədəd, 20. Etojerka, bayraq, dünya xəritəsi, tozsoran, çaynik, HP markalı printer 1 ədəd, 21. Abşeronun kosmosdan xəritəsi 1 ədəd, 22. Kağız (vatman) 10 ədəd, 23. 2 ədəd dini portret və 2 ədəd prezidentin portreti,
24. Ofis yazı masası 1 ədəd komplekt, 25. 13 ədəd hüquqi kitab, 27 ədəd digər kitablar, 44 ədəd müxtəlif jurnal, 26. Stolüstü yazı üçün dəst, Qələm, manometr, 1 ədəd Şirvanşahlar saray kompleksinə aid şəkillər, 1 ədəd şəxsi şəkil çərçivədə, kinoproyektor Ukrayna 1 ədəd, Proton markalı proyektor 1 ədəd əmlaklar aşkar edilmişdir. Akt R.M.Quliyev, A.Ə.Heydərov, K.Ə.Əhmədova, M.Ə.Əliyev, Q.O.Qoşqarlı, A.A.Quliyev, M.E.Bağırzadə, R.Ə.Mukimov, F.N.Kərimov, Ç.F.Hacıyev, X.M.İbrahimov tərəfindən imzalanmış və icra sənədi üzrə İddiaçı mülkiyyətində olan əşyaların saxlanıldığı otağın olduğu inzibati bina Cavabdeh1 Neft və Qaz İnstitutunun sərəncamına verildiyi üçün həmin əşyalar Cavabdeh1 Arxeologiya və Etnoqrafiya İnstitutunun fəaliyyət göstərdiyi ünvan 2 ünvanına daşınmışdır. - Nəsimi RPİ-nin İŞ-nin 23 dekabr 2016-cı il tarixli cinayət işi başlama və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, İddiaçı şikayəti üzrə oğurluq faktı əsasında Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. Belə ki, ilkin araşdırma materiallarından məlum olmuşdu ki, 2016-cı ilin təxminən sentyabr ayının əvvələindən xx.xx.2016-cı il tarixədək olan müddət ərzində namaməlum şəxslər tərəfindən ünvan 4 ünvanda yerləşən Cavabdeh1 (AMEA) X5 və X2 Fondunda (AMEA) Rəyasət Heyətinin 19 iyul 2011-ci il tarixli 163 saylı sərəncamı, Arxeologiya və Etnoqrafiya İnstitutunun xx.xx.2011-ci il tarixli 60 saylı əmri ilə yaradılmış xüsusi komissiya tərəfindən aktlaşdırılıb siyahıya alınaraq saxlanca verilmi təhvil verilmiş İddiaçı mülkiyyətində olan 1 ədəd «HR» markalı monitor, klaviatura, mous və prosessordan ibarət olan kompüter dəsti, bir qutu qab-qacaq, bir ədəd xrustal materialdan olan meyvəqabı, bir ədəd yun materialdan hazırlanmış 2x3 metr ölçüdə xalça, bir ədəd masaüstü portret-saat, bir ədəd Yapon istehsalı olan «Panasonik» markalı diktafonu gizli talayaraq oğurluq etmişdir. - Nəsimi RPİ-nin İŞ-nin 23 fevral 2017-cı il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, İddiaçı şikayəti üzrə oğurluq faktı əsasında Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə başlanılmış 16007082 saylı cinayət işinin icraatı təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunanadək dayandırılması qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 6(103)-5/2021 saylı qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X8 “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 23 fevral 2017-ci il tarixli qərarının ləğv edilməsi barədə İddiaçı məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsinə, qeyd olunan qərarın qanuni və əsaslı hesab edilməsinə dair 24 dekabr 2020-ci il tarixli qərarı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X8 “cinayət işi üzrə icraatın ayandırılması haqqında” 23 fevral 2017-ci il tarixli qərarının ləğv edilməsi, ********* saylı cinayət işi üzrə dayandırılmış cinayət təqibi üzrə icraat təzələnməsi qərara alınmışdır. - İddiaçı AMEA-nın Maliyyə şöbəsinin müdiri İ Quliyevə ünvanladığı 52-22-586 qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o ərizəyə əlavə olan siyahıda göstərilən əmlakın natura şəklində ona verilməsi və ya dəyərinin ödənilməsi barədə köməklik göstərilməsini xahiş etmişdir. - İddiaçı AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 8-1-8/2-95/2023 nömrəli ərizəsindən görnür ki, o komissiya tərəfindən aktlaşdırılaraq saxlanca verilmiş şəxsi əşyalarının natura şəklində geri qaytarılması üçün AMEA Maliyyə şöbəsinin müdiri İlqar Quliyevə və AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru Abbas Seyidova göstəriş verilməsini xahiş etmişdir. - Cavabdeh1 Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, AMEA Rəyasət Heyətinin 19 iyul 2011-ci il tarixli AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun 12 sentyabr 2011-ci il tarixli, 60 saylı əmrinə əsasən İnstitutun Bakı şəhəri, Nəsimi rayonu, F.Əmirov 9 ünvanında yerləşən Arxeoloji Fondunda aparılan təmir işləri ilə əlaqədar İnstitutun baş hüquqşünası İddiaçı şəxsi mülkiyyətində olan əşyalar bir otaqdan digər otaqda saxlanılması üçün siyahıya alınaraq aktlaşdırılmışdır. 2016-cı ilin sentyabr ayında X6 yenidən təmir işləri aparılarkən baş hüquqşünas İddiaçı saxlancda olan şəxsi əşyaları bir qrup şəxslər tərəfindən və qalan əşyalar yararsız vəziyyətə salınmışdır. Oğurluq faktına görə 23 dekabr 2016-cı il tarixdə Bakı şəhəri Nəsimi RPİ-nin İstintaq şöbəsində AR CM-nin 177-ci maddəsinin tərkib əlamətləri olduğundan cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İddiaçı mülkiyyətində olan şəxsi əmlakının oğurlanması nəticəsində ona dəyiş ziyan ilkin hesablaşmaya görə 14250 manat təşkil edir. Yuxarıda qeyd olunanları nəzərə alıb, İnstitutun baş hüquqşünası İddiaçı mülkiyyətində olan şəxsi əmlakına dəymiş ziyanın dəyərinin ödənilməsi ilə əlaqədar qanunamüvafiq tədbir görülməsi üçün AMEA-nın Maliyyə şöbəsinə göstəriş verilməsi xahiş edilmişdir. - Cavabdeh1 Rəyasət Heyəti aparatının Hüquq şöbəsinin Cavabdeh1 Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı şəxsi mülkiyyətində olan əşyalarının oğurlanması nəticəsində ona dəymiş maddi ziyanın işəgötürən tərəfindən ödənilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 196-cı (İşçiyə dəymiş maddi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi qaydası) maddəsinin 3-cü (Əgər işəgötürən əmək müqaviləsi bağlayarkən və ya sonralar işçinin öz əmək funksiyasını yerinə yetirmək üçün ona məxsus əmək alətlərindən, vasitələrindən və digər əşyalardan istifadə edilməsi barədə razılığa gəlmişdirsə, onda o, işçinin şəxsi əşyalarına vurulan ziyana görə maddi məsuliyyət daşıyır.) və 4-cü (İşəgötürən müvafiq əmək şəraiti yaradaraq işçiyə öz şəxsi əmək alətlərini və digər əşyaları müəssisəyə gətirməyə icazə verməyibsə, lakin işçi bunun əksinə olaraq əmək funksiyasının icrası üçün həmin əşyaları gətirib onlardan istifadə edibsə, bu halda işəgötürən yalnız işçinin əmlakına qəsdən vurduğu ziyana görə müəyyən olunmuş qaydada maddi məsuliyyət daşıyır.) bəndlərində nəzərdə tutulmuş hallar olduqda işəgötürən, yəni AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu şəxsi əmlakına ziyan vurulmuş işçi qarşısında maddi məsuliyyət daşıya bilərdi. Digər hallarda işçinin şəxsi əşyalarına dəymiş ziyanın işəgötürən tərəfindən ödənilməsi qanunun tələblərinə ziddir. Bu səbəbdən də, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya institutunun baş hüquqşünası İddiaçı dəymiş maddi ziyanın dəyərinin işəgötürən tərəfindən ödənilməsi qanunamüvafiq hesab edilmir. Xüsusi olaraq qeyd olunmalıdır ki, fakt üzrə 23 dekabr 2016-cı il tarixdə Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinın 177.1-ci maddəsinin əlamətləri ilə ********* saylı cinayət işi başlanılaraq, həmin cinayət işi üzrə ibtidai araşdırılma aparıldığından, AMEA-nın və ya onun struktur bölmələrinin cinayət işinin istintaqına müdaxilə etmək və ibtidai araşdırmanın predmetlərinə daxil olan hallarla bağlı hər hansı bir qərar qəbul etmək səlahiyyətləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin və digər qanunların tələblərinə görə, ibtidai araşdırılması aparılan cinayət işi üzrə müəyyən nəticələrə gəlinməsi barədə prosessual qərarların qəbul olunmaları ibtidai araşdırma orqanının, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun, müvafiq yuxarı instansiya prokurorlarının və məhkəmələrin səlahiyyətlərinə aiddir. - Cavabdeh1 Arxeologiya və Etnoqrafiya İnstitutunun xx.xx.2025-ci il tarixli 64 saylı əmrindən görünür ki, Səbail Rayon Məhkəməsinin icraatında olan 16(009)-63/2025 saylı mülki işlə bağlı İddiaçı əşyaları saxlanılan zirzəmidə yerləşən otaqda siyahıya alınmanın həyata keçirilməsi üçün otaq açılmışdır. - Cavabdeh1 Arxeologiya və Antropologiya İnstitutu tərəfindən təsdiq edilmiş 14 fevral 2025ci il tarixli aktdan görünür ki, institutun zirzəmisində olan 19 adda əşya 3 ədəd masa, 1 ədəd printer HP, 1 ədəd kompyuter HP (köhnə), 2 ədəd qara parça stul, 1 ədəd TV Supra (köhnə), 2 ədəd kinoproektor, 1 ədəd kondisioner AİCOOL, 1 ədəd tok peçi, 1 ədəd ventilyator, 1 ədəd tozsoran (avto), 1 ədəd faks, 1 ədəd gül paketi sintetik, 1 ədəd çap maşını, ev əşyaları (qab-qcaq), 2 ədəd köhnə stul, köhnə stol, 3 ədəd kitab rəfi (köhnə), 2 ədəd jalüz, 1 ədəd bayraq (Azərbaycan) qeydiyyata alınmışdır. - İddiaçı təqdim etdiyi xidməti otağında olan şəxsi əşyalarının siyahısından görünür ki, 1 ədəd Azərbaycan dövlətinin bayrağı (metaldan bayraq dirəyi ilə birlikdə dayanıqlı) – 450 manat, 2 ədəd portret çərçivədə – 160 manat, 2 ədəd stul (ayaqları metaldan qara rəngli) – 100 manat, 2 ədəd ofis üçün kreslo (qara rəngli, dəri) – 1600 manat, 2 ədəd dini portret (çərçivədə) – 80 manat, 1 ədəd printer (komputer üçün), 1 ədəd monitor, 1 ədəd klaviatura və maus, 1 ədəd çaynik (elektrik), 1 ədəd tozsoran, 1 ədəd prosessor, 1 ədəd “Yatran” elektrik çap maşını – 250 manat, 1 ədəd mexaniki çap maşını – 150 manat, 6 cild 1952-ci ilin Şüvəlan bağ sənədləri – 300 manat, 1 ədəd telefon (Panasonic) – 150 manat, 1 ədəd telefon (faks), 1 ədəd sənədlər üçün etojerka – 80 manat, 1 qutu qab-qacaq, 1 ədəd kinoproyektor (Ukrayna) (komplekt, uzun birləşdirici kabeli ilə) – 500 manat, 3 ədəd stolüstü lampa, 4 ədəd nəqliyyatın dayanmasını qadağan edən dəmir lövhələr – 200 manat, 1 ədəd televizor “Supra” 32 ekran – 340 manat, 1 ədəd meyvə qabı, 1 ədəd televizor üçün kranşteyn – 100 manat, 1 ədəd komputer stolu – 150 manat, 1 ədəd ofis yazı masası (komplekt mebel) – 2100 manat, 1 ədəd xalça, 1 ədəd stolüstü portret saat, 1 ədəd jurnal stolu (3 siyirtməli) – 150 manat, Müxtəlif kitablar (13 ədəd hüquqi kitab, 10 ədəd digər), 1 ədəd dünyanın siyasi xəritəsi – 50 manat, 1 ədəd Abşeronun kosmosdan xəritəsi – 50 manat, 1 ədəd kitab şkafı – 150 manat, 10 ədəd vatman kağız – 100 manat, 1 ədəd kağız səbət, 1 ədəd süni Palma ağacı – 200 manat, 1 ədəd işlənmiş tok samovarı – 90 manat, 4 ədəd taxta stul – 200 manat, 2 ədəd jalüz – 300 manat, 1 ədəd kondisioner (split) – 900 manat, 1 komplekt stolüstü avtoqələm dəsti – 50 manat, 1 ədəd “stolüstü” (yazı üçün) dəst – 60 manat, 1 ədəd diktafon (panasonic), 1 ədəd stol (taxta) – 200 manat, 2 ədəd dəmir seyf – 1600 manat.
Əsaslandırıcı hissə:
Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehlə əmək münasibətlərində olmuş, Bakı Apelyasiya Məhkəməsinin 10 dekabr 2013-cü il tarixli, 2(103)-6229/2013 saylı qətnaməsinə əsasən,Cavabdeh1 Arxeologiya və Etnoqrafiya institutunda “baş hüquqşünas” vəzifəsinə bərpa olunmuş, bu mübahisəli ilə bağlı tərəflər arasında hüquqi müstəvidə digər çəkişmələr davam etmişdir. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh1 Arxeologiya və Etnoqrafiya İnstitutunun “Arxeoloji fondu”nda xidməti otağında özünə məxsus olmuş əşyaları olmuş, AMEA-nın Rəyasət Heyəti onun xidməti otağının boşaldılması barədə 19 iyul 2011-ci il tarixli, 163 nömrəli sərəncam vermiş, bu sərəncama əsasən xidməti otağı boşaltmaq üçün komissiyanın yaradılması barədə Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən 12 sentyabr 2011-ci il tarixli 60 saylı əmr də verilmişdir. Q.O.Qoşqarlı, A.İ.Ələkbərov, F.E.Quliyev, İ.N.Əliyev və A.A.Quliyev tərəfindən imzalanan akt üzrə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun F.Əmirov küçəsi ev 9 ünvanında yerləşən “Arxeoloji Fondu”nun binasında aparılan təmir işlərinə mane olan, İnstitutun hüquqşünası olmuş İddiaçı müvəqqəti istifadəsinə verilmiş otaq, aktı imzalayan şəxslər tərəfindən açılmış və orada olan əşyalar siyahıya alınaraq akt zalına yığılmış, İnstitutun elmi arxivinin müdiri, komissiya üzvü İ.Əliyevə təhvil verilmişdir. Həmin vaxtdan iddiaçı dəfələrlə cavabdehə müraciət edərək şəxsi əmlakının (əşyalarının) geri qaytarılmasını tələb etmiş, hətta əmlaklarla bağlı dəymiş zərərin əvəzinin ödənilməsi barədə məhkəməyə iddia ilə müraciət etmişdir. 12 iyul 2016-cı il tarixli 2(004)-4706/2016 saylı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçının iddiası rədd edilsə də, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-4706/2016 saylı, 11 iyul 2016-cı il tarixli Qərardadı ilə ünvan 6 ünvanında yerləşən AMEA-nın Arxeologiya və X2 Fondunun binasında İddiaçı mülkiyyətində olan əşyalarından istifadə edilməsi, üzərilərində hər hansı təmir-bərpa işlərinin aparılması, habelə icra məmurunun iştirakı olmadan yerinin dəyişdirilməsi Cavabdeh1 Arxeologiya və Etnoqrafiya İnstitutuna və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Nəsimi rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş R.M.Quliyev, A.Ə.Heydərov, K.Ə.Əhmədova, M.Ə.Əliyev, Q.O.Qoşqarlı, A.A.Quliyev, M.E.Bağırzadə, R.Ə.Mukimov, F.N.Kərimov, Ç.F.Hacıyev və X.M.İbrahimov tərəfindən imzalanmış 11 noyabr 2016-cı il tarixli aktdan görünür ki, icra sənədi üzrə İddiaçı mülkiyyətində olan əşyaların saxlanıldığı otağın olduğu inzibati bina Cavabdeh1 Neft və Qaz İnstitutunun sərəncamına verildiyi üçün həmin əşyalar Cavabdeh1 Arxeologiya və Etnoqrafiya İnstitutunun fəaliyyət göstərdiyi ünvan 2 ünvanına daşınmışdır. Həmçinin iş materiallarında olan Nəsimi RPİ-nin İŞ-nin 23 dekabr 2016-cı il tarixli cinayət işi başlama və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, İddiaçı şikayəti üzrə oğurluq faktı əsasında Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. Belə ki, ilkin araşdırma materiallarından məlum olmuşdu ki, 2016-cı ilin təxminən sentyabr ayının əvvələindən xx.xx.2016-cı il tarixədək olan müddət ərzində namaməlum şəxslər tərəfindən ünvan 4 ünvanda yerləşən Cavabdeh1 (AMEA) X5 və X2 Fondunda (AMEA) Rəyasət Heyətinin 19 iyul 2011-ci il tarixli 163 saylı sərəncamı, Arxeologiya və Etnoqrafiya İnstitutunun xx.xx.2011-ci il tarixli 60 saylı əmri ilə yaradılmış xüsusi komissiya tərəfindən aktlaşdırılıb siyahıya alınaraq saxlanca verilmi təhvil verilmiş İddiaçı mülkiyyətində olan 1 ədəd «HR» markalı monitor, klaviatura, mous və prosessordan ibarət olan kompüter dəsti, bir qutu qab-qacaq, bir ədəd xrustal materialdan olan meyvəqabı, bir ədəd yun materialdan hazırlanmış 2x3 metr ölçüdə xalça, bir ədəd masaüstü portret-saat, bir ədəd Yapon istehsalı olan «Panasonik» markalı diktafonu gizli talayaraq oğurluq etmişdir. İşin materiallarından daha sonra görünür ki, Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Elxan Tağızadə tərəfindən qəbul edilmiş 23 fevral 2017-ci il tarixli “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” Qərarla ********* saylı cinayət işi üzrə Cinayət-Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs müəyyən olunmadığından təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunanadək cinayət işi üzrə icraat dayandırılsa da Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 6(103)-5/2021 saylı qərarı ilə sözügedən qərar ləğv edilərək ********* saylı cinayət işi üzrə dayandırılmış cinayət təqibi üzrə icraat təzələnməsi qərara alınmışdır. Hazırda iddiaçı tələbində komissiya tərəfindən aktlaşdırılaraq saxlanca verilmiş şəxsi əşyaların (əmlakın) geri qaytarılmasını iddia edir. Cavabdeh tərəf Cavabdeh1 iddianı qəbul etməsə də iddiaçının 2011-ci ildə Cavabdeh1 Arxeologiya və Antropologiya institutunda işləyərkən bir sıra şəxsi əmlaklarının itməsi ilə bağlı müraciət etməsini təsdiq etməsinə baxmayaraq AMEA-nın iddia tələbi yönəldiləcək tərəf, yəni cavabdeh tərəf olmamasını qeyd edərək nəzərdə tutulmuş hallar olduqda işəgötürən, yəni AMEAnın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu şəxsi əmlakına ziyan vurulmuş işçi qarşısında maddi məsuliyyət daşıya bilməsini, həmçinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarı olmasının və iddia ərizəsini iddia müddətləri keçməsi ilə verilməsinin nəzərə alınmasını göstərmişdir. Digər Cavabdeh1 Arxeologiya və Antropologiya İnstitutu isə iddia ilə bağlı mövqeyi ondan ibarətdir ki, əşyalarla bağlı onların iddiaçı qarşısıda öhdəliyi yoxdur. O, 2011-ci ildə əşyalarını götürməli olduğu halda götürməmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, işin materiallarından görünür ki, təqdim edilən və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla tələb edilən əmlakların əksəriyyətinin mövcudluğu öz təsdiqini tapmışdır və bu əmlakların iddiaçıya aid olması işin mübahisəsiz halıdır. Məhkəmə cavabdeh tərəfin dəlillərinə münasibət bildirərək qeyd edir ki, əvvəla iş materiallarında olan eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarı mövcud deyildir. Belə ki, 12 iyul 2016-cı il tarixli 2(004)-4706/2016 saylı Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçının iddiası rədd edilsə də, qətnamədən aydın görünür ki, mülkiyyətində olan əmlakın özünə geri qaytarılmasına dair onun əvəzinin ödənilməsi tələbinin əsassız olması onunla əsaslandırılmışdı ki, iddiaçı tərəfindən əvəzi tələb edilən əşyaların tam siyahısı və dəyəri barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməsə də, cavabdeh təşkilat tərəfindən təqdim olunmuş akla ona məxsus cəmi 42 adda əşyların (əmlakın) Cavabdeh1 Arxeologiya və Etnoqrafiya İnstitutunda saxlanması müəyyən edilmişdir. Belə olan halda iddiaçının mülkiyyətində olan əmlakının özünə qaytarılmasına dair deyil, onların əvəzinin ödənilməsinə dair tələbi əsassızdır. Həmçinin məhkəmə hesab edir ki, iddiaçının geri qaytarılmasını tələb etdiyi əmlaklar onun şəxsi əmlakları olduğu üçün bu tələblərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən iddia müddəti şamil edilmir. Məhkəmə qeyd edir ki, MM-in 384.0.4-cü maddəsi müqavilədən irəli gələn tələb etmək hüququnu deyil, əşya hüquqları ilə bağlı halları tənzimləyir. Əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır. Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Konstitusiyanın 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir. Bundan əlavə, məhkəmə Cavabdeh1 iddia tələbi yönəldiləcək tərəf, yəni cavabdeh tərəf olmaması ilə bağlı dəlilinə də qiymət verərək hesab edir ki, hazırki mübahisəli ilə bağlı ilk hərəkətlər Cavabdeh1 (AMEA) Rəyasət Heyətinin “Arxeologiya və Etnoqrafiya İnstitutunun otağın boşaldılması” haqqında 19 iyul 2011-ci il tarixli 163 saylı sərəncamından irəli gəlmişdir ki, sonuncu da məhz bu sərəncama əsasən İddiaçı istifadəsndə olan otaqdakı əşyaların aktlaşdırılaraq X4 otaqdan çıxarılması üçün komissiya yaratmış və yuxarıda qeyd edilən hərəkətlər baş vermişdir. Bundan əlavə, işin materiallarından görünür ki, Nəsimi rayon İcra şöbəsinin 11 noyabr 2016cı il tarixli aktından da görünür ki, icra sənədi üzrə İddiaçı mülkiyyətində olan əşyaların saxlanıldığı otağın olduğu inzibati bina Cavabdeh1 Neft və Qaz İnstitutunun sərəncamına verildiyi üçün həmin əşyalar Cavabdeh1 Arxeologiya və Etnoqrafiya İnstitutunun fəaliyyət göstərdiyi ünvan 2 ünvanına daşınmışdır. Göründüyü kimi, hazırki iddia üzrə hər iki Cavabdeh1 və onun tabeliyində olan Arxeologiya və Antropologiya İnstitutu cavabdehlik daşıyırlar. Arxeologiya və Antropologiya İnstitutu iddianı qəbul etməsə də, iddianı qəbul etməyən digər Cavabdeh1ndan fərqli olaraq iddia ilə bağlı mövqeyində əlavə olaraq göstərmişlər ki, Nəsimi rayon İcra şöbəsinin 11 noyabr 2016-cı il tarixli və 14 fevral 2025-ci il tarixli aktında göstərilən əmlaklar (kompyuter istisna olmaqla) faktiki olaraq mövcud olmaqla iddiaçı tərəfindən yalnız həmin aktlarda göstərilən əmlakların götürülə bilməsinə etiraz yoxdur, lakin mövcud olmayan əmlaklara münasibətdə cavabdehlik daşımırlar. Araşdırma zamanı müəyyən edilmişdir ki 14 fevral 2025-ci il tarixli aktda kompüter mövcud əmlak kimi göstərilsə də, Nəsimi rayon İcra şöbəsinin 11 noyabr 2016-cı il tarixli aktında həmin əmlakın mövcud olması qeyd edilməmişdir. Cavabdeh tərəf kompüter və ona aid avadanlıqların 14 fevral 2025-ci il tarixli aktda qeyd edilməsinin səbəbi kimi, İnstitutun zirzəmisinə baxış keçirən zaman komputerin qutusunu gördükləri üçün bu əmlakların orada olmasını yəqin edərək akta əlavə etmişlər. Sonradan müəyyən edilmişdir ki, qutuda komputer və onunla bağlı avadanlıqlar deyil, iddiaçıya məxsus digər şəxsi əşyalar sənədlər mövcud olmuşdur. Məhkəmə cavabdeh tərəfin Nəsimi rayon İcra şöbəsinin 11 noyabr 2016-cı il tarixli və 14 fevral 2025-ci il tarixli aktındakı müəyyən əmlakla bağlı ziddiyyətin yaranmasına dair izahatlarını işin digər sübutları ilə tamamlandığı üçün inandırıcı sayır. Belə ki, iş materiallarında olan İddiaçı şikayəti üzrə oğurluq faktı əsasında Nəsimi RPİ-nin İŞnin 23 dekabr 2016-cı il tarixli cinayət işi başlama və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, şikayətçi oğurlanan əmlakların içərisində 1 ədəd «HP» markalı monitor, klaviatura, mous və prosessordan ibarət olan kompüter dəstinin olmasını göstərmişdir. Başqa sözlə, cavabdeh tərəfin kompüter və ona aid avadanlıqların 14 fevral 2025-ci il tarixli aktda həmin əşyanın qutusunun mövcudluğuna görə səhvən qeyd edilməsi anlaşılandır. Məhkəmə həmçinin hesab edir ki, Nəsimi rayon İcra şöbəsinin 11 noyabr 2016-cı il tarixli və 14 fevral 2025-ci il tarixli aktındakı göstərilən əmlaklar (kompüter istisna olmaqla) faktiki olaraq mövcud olmaqla onlar İddiaçı təqdim etdiyi xidməti otağında olan şəxsi əşyalarının siyahısında olan əmlaklar sırasındadır. Araşdırma zamanı iddiaçının təqdim etdiyi siyahıda sadalanan əmlaklardan sözügedən aktlarda iddiaçı tərəfindən əks edilmiş əmlakların dəyəri belə cavabdeh tərəfindən mübahisələndirilməmiş və etiraz olunmamışdır. Belə ki, cavabdeh tərəf həmin əmlakların mövcudluğunu etiraf etməklə onların iddiaçı tərəfindən götürüləcəyi təqdirdə mübahisənin artıq həll olunmasını göstərmişlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1ci maddəsinə görə “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə, Nəsimi rayon İcra şöbəsinin 11 noyabr 2016-cı il tarixli və 14 fevral 2025-ci il tarixli aktındakı göstərilən əmlakların faktiki mövcud olmaqla cavabdeh tərəfindən də bu hala etiraz olmadığını nəzərə alaraq hesab edir ki, bu aktlarla İddiaçı təqdim etdiyi xidməti otağında olan şəxsi əşyalarının siyahısı ilə əsasən uzlaşdığı üçün ona məxsus 1 ədəd Azərbaycan dövlətinin bayrağı (metaldan bayraq dirəyi ilə birlikdə dayanıqlı), 2 ədəd portret çərçivədə, 2 ədəd stul (ayaqları metaldan qara rəngli), 2 ədəd ofis üçün kreslo (qara rəngli, dəri), 2 ədəd dini portret (çərçivədə), 1 ədəd printer (komputer üçün), 1 ədəd çaynik (elektrik), 1 ədəd tozsoran, 1 ədəd “Yatran” elektrik çap maşını, 1 ədəd mexaniki çap maşını – 6 cild 1952-ci ilin Şüvəlan bağ sənədləri, 1 ədəd telefon (Panasonic), 1 ədəd sənədlər üçün etojerka, 1 ədəd kinoproyektor (Ukrayna) (komplekt, uzun birləşdirici kabeli ilə), 4 ədəd nəqliyyatın dayanmasını qadağan edən dəmir lövhələr, 1 ədəd televizor “Supra” 32 ekran, 1 ədəd televizor üçün kranşteyn, 1 ədəd komputer stolu, 1 ədəd ofis yazı masası (komplekt mebel), 1 ədəd jurnal stolu (3 siyirtməli), Müxtəlif kitablar (13 ədəd hüquqi kitab, 10 ədəd digər), 1 ədəd dünyanın siyasi xəritəsi, 1 ədəd Abşeronun kosmosdan xəritəsi , 1 ədəd kitab şkafı, 10 ədəd vatman kağız, 1 ədəd süni Palma ağacı, 1 ədəd işlənmiş tok samovarı, 4 ədəd taxta stul, 2 ədəd jalüz, 1 ədəd kondisioner (split), 1 komplekt stolüstü avtoqələm dəsti, 1 ədəd “stolüstü” (yazı üçün) dəst 1 ədəd stol (taxta), 2 ədəd dəmir seyf, əşyalar cavabdehlər Cavabdeh1ndan və Cavabdeh1 Arxeologiya və Antropologiya İnstitutundan alınaraq İddiaçı verilməli, əşyalar olmadıqda onların dəyəri İddiaçı təqdim etdiyi xidməti otağında olan şəxsi əşyalarının siyahısında qeyd edilmiş məbləğlərdə cavabdehlər Cavabdeh1ndan və Cavabdeh1 Arxeologiya və Antropologiya İnstitutundan müştərək tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qalan hissədə təmin edilməməlidir Belə ki, Nəsimi rayon İcra şöbəsinin 11 noyabr 2016-cı il tarixli və cavabdehin 14 fevral 2025-ci il tarixli aktındakı göstərilən əmlaklardan başqa digər və qaldırılmış cinayət işinin predmeti olan əmlakların cavabdehlərdə olmasına dair sübutlar təqdim edilmədiyi üçün iddia qeyd edilən aktlarda əksini tapmayan əmlaklara münasibətdə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdehlər Cavabdeh1ndan və Cavabdeh1 Arxeologiya və Antropologiya İnstitutundan müştərək qaydada 50 (əlli) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 80, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə:
Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. İddiaçı məxsus 1 ədəd Azərbaycan dövlətinin bayrağı (metaldan bayraq dirəyi ilə birlikdə dayanıqlı) – 450 manat, 2 ədəd portret çərçivədə – 160 manat, 2 ədəd stul (ayaqları metaldan qara rəngli) – 100 manat, 2 ədəd ofis üçün kreslo (qara rəngli, dəri) – 1600 manat, 2 ədəd dini portret (çərçivədə) – 80 manat, 1 ədəd printer (komputer üçün), 1 ədəd çaynik (elektrik), 1 ədəd tozsoran, 1 ədəd “Yatran” elektrik çap maşını – 250 manat, 1 ədəd mexaniki çap maşını – 150 manat, 6 cild 1952-ci ilin Şüvəlan bağ sənədləri – 300 manat, 1 ədəd telefon (Panasonic) – 150 manat, 1 ədəd sənədlər üçün etojerka – 80 manat, 1 ədəd kinoproyektor (Ukrayna) (komplekt, uzun birləşdirici kabeli ilə) – 500 manat, 4 ədəd nəqliyyatın dayanmasını qadağan edən dəmir lövhələr – 200 manat, 1 ədəd televizor “Supra” 32 ekran – 340 manat, 1 ədəd televizor üçün kranşteyn – 100 manat, 1 ədəd komputer stolu – 150 manat, 1 ədəd ofis yazı masası (komplekt mebel) – 2100 manat, 1 ədəd jurnal stolu (3 siyirtməli) – 150 manat, Müxtəlif kitablar (13 ədəd hüquqi kitab, 10 ədəd digər), 1 ədəd dünyanın siyasi xəritəsi – 50 manat, 1 ədəd Abşeronun kosmosdan xəritəsi – 50 manat, 1 ədəd kitab şkafı – 150 manat, 10 ədəd vatman kağız – 100 manat, 1 ədəd süni Palma ağacı – 200 manat, 1 ədəd işlənmiş tok samovarı – 90 manat, 4 ədəd taxta stul – 200 manat, 2 ədəd jalüz – 300 manat, 1 ədəd kondisioner (split) – 900 manat, 1 komplekt stolüstü avtoqələm dəsti – 50 manat, 1 ədəd “stolüstü” (yazı üçün) dəst – 60 manat, 1 ədəd stol (taxta) – 200 manat, 2 ədəd dəmir seyf – 1600 manat dəyəri olan əşyalar cavabdehlər Cavabdeh1ndan və Cavabdeh1 Arxeologiya və Antropologiya İnstitutundan alınaraq İddiaçı verilsin, əşyalar olmadıqda onların dəyəri cavabdehlər Cavabdeh1ndan və Cavabdeh1 Arxeologiya və Antropologiya İnstitutundan tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh1ndan və Cavabdeh1 Arxeologiya və Antropologiya İnstitutundan müştərək qaydada 50 (əlli) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəna Qafarova