Məhkəmə qərarları › İş №2(009)-379/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-379/2022

05.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-379/2022 05.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, İddiaçı cavabdehlər Cavabdeh1 (FHN) X2 Ağentliyi (SEDA) "xxxx" MMC və onun direktoru X1, direktor müavini Cavabdeh3 və X3 İstismar İdarəsinin rəisi Cavabdeh4, SEDA-nın sabiq rəisi, FHN-nin Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarəsinin əməkdaşı Cavabdeh5 və FHN-nin nazir müavini Cavabdeh6 qarşı dəymiş maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN E T D İ M: İddiaçı cavabdehlər Cavabdeh1 (FHN) X2 Ağentliyi (SEDA) "xxxx" MMC və onun direktoru X1, direktor müavini Cavabdeh3 və X3 İstismar İdarəsinin rəisi Cavabdeh4, SEDA-nın sabiq rəisi, FHN-nin Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarəsinin əməkdaşı Cavabdeh5 və FHN-nin nazir müavini Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.10.2014-cü il tarixli əmək müqavilənin bərpa olunmaqla, bu müqavilə üzrə ona dəymiş 12.755 manat ziyanın ödənilməsi və buna uyğun olaraq 3188 manat əmək pensiyasını nəzərə alınmaqla yenidən hesablanması, müəssisənin işləri üçün nağd şəkildə xərclədiyi 16 220 manatın, ümumilikdə 28 975 manatın Hidrotex" MMC-dən tutularaq ona ödənilməsi barədə; "xxxx" MMC-nin onun təşəbbüsü ilə sahilbərkitmə üçün dövlətin ayırdığı böyük vəsaitin (7 milyon) çox böyük hissəsinin şəxsi maraqlara istifadə edildiyindən və onun uzun illər boyu ağır və şərəfli əməyinin nəticələrini məhv edərək ərazini ekoloji fəlakət həddinə gətirdiyinə görə zəhmətinə dəyən ziyana və buna görə də ona dəyən mənəvi ziyana görə "xxxx" MMC-dən zəhmətinin cəmi 3 faizi miqdarında - yəni ən azı 1,8 milyon manat həddində təzminatın ödənilməsi barədə; şərəf və ləyaqətinin ləkələnməsinə, sağlamlığına vurduqları zərərə və mənəvi ziyana görə nağd xərclədiyi 3000 manatla yanaşı, 1,8 milyon manat təzminatın bir hissəsinin Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 aylıq maaşlarının 15 misli həddində; dəfələrlə müraciət və baş verən qanunsuzluqlarla əlaqədar xəbərdarlıqlarına heç bir reaksiya vermədiyi, əksinə məhkəməyə onun əksinə saxta arayış təqdim etdiyi üçün nazir müavini Cavabdeh6 aylıq maaşının 10 misli həddində gələcəkdə qanunamüvafiq qaydada onların maaşından tutulmaq şərti ilə birdəfəlik hesabı ilə "xxxx" MMC-dən ona ödənilməsi barədə; ona ağır şər və böhtan atdıqlarına görə təşkilatçılar Cavabdeh5 və Cavabdeh2 başda olmaqla, Nazirliyin istintaq idarəsinin araşdırılmasına əsasən və ona qarşı böhtan xarakterli aktın tərtib edilməsində iştirak etmiş hər bir şəxsin həmin aktı tərtib etməklə onu ağır şəkildə təhqir etdiklərinə görə qanunamüvafiq qaydada Cinayət Məcəlləsinin 147-ci maddəsinin 1-ci və 2-ci bəndləri ilə cəzalandırılması üçün qətnamə qəbul etməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsindən göründüyü kimi, iddiaçı bir neçə cavabdehə qarşı bir biri ilə əlaqədar olmayan (əmək müqavilənin bərpa olunması, şərəf və ləyaqətinin ləkələnməsinə görə dəyən mənəvi ziyanın ödənilməsi və s.) iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Digər tərəfdən, pensiyanın yenidən hesablanması, qeyri müəyyən şəxslərin Cinayət Məcəlləsinin 147-ci maddəsinin 1-ci və 2-ci bəndləri ilə cəzalandırılması hissəsində isə iddia tələbi ümumiyyətlə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, milki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də, iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə deyil, başqa məhkəmədə, yaxud başqa məhkəmə icraatı qaydasında baxılmalı olmasını ehtiva edir. Məhkəmə hesab edir ki, fərqli icraat qaydalarında baxılmalı olan tələblər, eləcə də, bir biri ilə əlaqədar olmayan tələblər bir ərizədə birləşdirilə bilməz və onlara məhkəmənin eyni icraat çərçivəsində baxması mümkün deyildir. Məhkəmə hesab edir ki, pensiyanın yenidən hesablanması, qeyri müəyyən şəxslərin Cinayət Məcəlləsinin 147-ci maddəsinin 1-ci və 2-ci bəndləri ilə cəzalandırılması hissəsində iddia tələbinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina olunmalıdır. İddiaçıya müvafiq tələblərlə Bakı İnzibati Məhkəməsinə müraciət etməsi izah olunmalıdır. İddia tələblərinin qalan hissəsi ilə bağlı iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 153-cümaddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı cavabdehlər Cavabdeh1 (FHN) X2 Ağentliyi (SEDA) "xxxx" MMC və onun direktoru X1, direktor müavini Cavabdeh3 və X3 İstismar İdarəsinin rəisi Cavabdeh4, SEDA-nın sabiq rəisi, FHN-nin Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarəsinin əməkdaşı Cavabdeh5 və FHN-nin nazir müavini Cavabdeh6 qarşı dəymiş maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər bir neçə cavabdehə qarşı bir biri ilə əlaqədar olmayan (əmək müqavilənin bərpa olunması, şərəf və ləyaqətinin ləkələnməsinə görə dəyən mənəvi ziyanın ödənilməsi və s.) iddia tələbləri hissəsində geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Pensiyanın yenidən hesablanması, qeyri müəyyən şəxslərin Cinayət Məcəlləsinin 147-ci maddəsinin 1-ci və 2-ci bəndləri ilə cəzalandırılması hissəsində iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah olunsun ki, o, müvafiq tələblə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar