Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-392/2020 07.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, iddiaçının nümayəndəsi və vəkili X6, cavabdeh “X3 Mərkəzi” MMC-nin nümayəndəsi X7, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxxxxxxx” ASC-nin ləğvedicisi “X1”nun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı – cavabdehlər “X3 Mərkəzi” MMC-yə və Cavabdeh2nə (üçüncü şəxs kimi Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğv edicisi X1 qeyd edilən) qarşı “X11 yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdehlər “X3 Mərkəzi” MMC-yə və Cavabdeh2nə (üçüncü şəxs kimi Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğv edicisi X1 qeyd edilən) qarşı “X11 yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri Cavabdeh2 sifarişi əsasında "X3 Mərkəzi“ MMC tərəfindən ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 11 saylı evin 39 saylı mənzilinə dair keçirilmiş X11 xx xxxxxx 2016-cı il tarixli Y-334 nömrəli yekun Protokolunun və həmin tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki,Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2011-cİ il tarixli, 2(006)-998/2011 saylı qətnaməsi ilə iddiaçı "xxxxxxxxx” X9 qarşı “verilmiş kreditin hesablanmış faizlərlə qaytarılması və məbləğin girov qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, ondan iddiaçının xeyrinə cəmi 35032 (otuz beş min otuz iki) manat borcun tutulması qət edilmişdir. Həmçinin, tələbin ipotekaya qoyulmuş Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 11 saylı evin 39 saylı mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin borcluya ödənilməsi qərara alınmışdır. Uzun illər davam edən məhkəmə mübahisələrindən sonra, məhkəmə tərəfindən icra sənədi verilmiş və Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin sifarişi əsasında mənzil X3 Mərkəzinin xx xxxxxx 2013-cü il tarixli Y-221 nömrəli Protokolu əsasında açıq hərracda 41438 (qırx bir min dörd yüz otuz səkkiz) manata, alqı-satqı müqaviləsi ilə tələbkar "xxxxxxxxx” X18 satılmışdır. Protokol və alqı-satqı müqaviləsini mübahisələndirərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(009)-39/2014 saylı qətnaməsi ilə onun “X3 Mərkəzi” MMC-yə və “xxxxxxxxx” ASC-yə qarşı X11 protokolun və alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın xx xxxxxx 2015-ci il tarixli, 2(103)-581/2015 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı “X3 Mərkəzi” MMC-yə və “xxxxxxxxx” ASC-yə qarşı X11 protokolun və alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilmiş, “X3 Mərkəzi” MMC-nin İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 11 saylı evin 39 saylı mənzilinin "xxxxxxxxx” X18 satılması barədə X11 xx xxxxxx 2013-cü il tarixli Y-221 saylı protokolu ləğv edilmiş, “X3 Mərkəzi” MMC-dən 41438 manat pulun alınıb "xxxxxxxxx” ASC-yə verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın xx xxxx 2015-ci il tarixli,2(102)- 3201/2015 saylı Qərarı ilə cavabdeh “X3 Mərkəzi” MMC-nin kassasiya şikayəti təmin ediməmiş, Bakı Apellyasiya Məhkəməsi MK-nın xx xxxxxx 2015-ci il tarixli, 2(103)- 581/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. "xxxxxxxxx” X22 ləğv edildiyindən, səlahiyyətlər ləğvetmə komissiyası tərəfindən icra olunur. Hazırda ləğvetmə komissiyasının funksiyasını X1 həyata keçirir. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın xx xxxx 2015-ci il tarixli, 2(102)-3201/2015 saylı Qərarı qüvvəyə mindikdən sonrakı hərəkətlər barəsində onun heç bir məlumatı olmamışdır. Belə ki, ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 11 saylı evin 39 saylı mənzilin açıq hərracda satılması, hərracın baş tutması, qalibin kim olması, 2015-ci ildən 2019-cu ilədək icra işi ilə əlaqədar heç bir hərəkətin edilməməsi, yalnız 2019-cu ildən başlayaraq tələbkar tərəfindən yalnız mənzilin boşaldılmasının tələb edilməsi, ona təzyiqlər göstərilməsi, halları onu cavabdeh “X3 Mərkəzi” X4 müraciət etməyə vadar etmişdir. Çünki, digər Cavabdeh2 tərəfindən ona heç bir məlumat verilməmişdir. Buna baxmayaraq, Cavabdeh2 və "xxxxxxxxx” X15 ləğvedici komissiyası tərəfindən hər gün zəng olunaraq mənzilin boşaldılması, müvafiq pul vəsaitinin hissə-hissə ödənilməsinə belə razı olmadıqlarını, hərrac vasitəsilə qalib gəldiklərini bildirmişlər, lakin ona isə bu barədə heç bir sənəd təqdim etməmişlər. Cavabdeh “xxxxxxxxxxxxxx” MMC-yə etdiyi müraciətə cavab olaraq bir sıra sənədləri ona təqdim etmişlər. Həmin sənədləri əldə edəndən sonra, ona məlum olmuşdur ki, mənzilə dair təkrar olaraq hərracın keçirilməsi qanunvericiliyə zidd olaraq təşkil edilmişdir. xxxxxxxxxxxxxxndən müvafiq sənədləri əldə etdikdən sonra məhkəməyə müraciət etmək qərarına gəlmişdir. X11 Protokoldan məlum olur ki, xx xxxxxx 2016-cı il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 11 saylı evin 39 saylı mənzilinə dair hərrac keçirilmiş, hərracın qalibi tələbkar bankın ləğvedicisi olmuş və əmlaka dair həmin tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin bu müqavilə digər Cavabdeh2 tərəfindən təsdiq edilməmişdir. Belə ki, daşınmaz əmlaklara dair hərracın keçirilməsi barədə yalnız 1 dəfə bildiriş verilmiş və hərracın keçirilməsi xx xxxx 2019-cu il tarixə təyin edilmişdir. Həmin bildiriş ona xx.xx.2019-cu il tarixdə azyaşlı oğlu tərəfindən imza edilməklə verilmişdir. Bundan sonra hərrac barədə onun heç bir məlumatı olmamışdır. İcra şöbəsi, Bank və Hərrac təşkilatının nümayəndələrinin hərəkətləri nəticəsində yeganə sığındığı mənzil real şəkildə əldən çıxmış və 3-cü şəxs əmlaklara mülkiyyət hüququnu rəsmiləşdirməkdədir. Məhkəmədən kənar şəkildə mübahisənin həlli mümkün olmamışdır. Bu mübahisələrə qiymət verilməsi üçün məhkəməyə müraciət edir. Sonradan iddiaçı AzərbaycanRespublikasının MPM-nin 53-cü maddəsinə uyğun iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh Bakı şəhəri Cavabdeh2 sifarişi əsasında "X3 Mərkəzi” X8 tərəfindən ipoteka predmeti elan Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 11 saylı evin 39 saylı mənzilinə dair keçirilmiş X11 xx xxxxxx 2016-cı il tarixli Y-334 nömrəli yekun Protokolun və həmin tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2016-cı il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 11 saylı evin 39 saylı mənzilinə dair hərrac keçirilmiş, hərracın qalibi tələbklar bankın ləğvedicisi olmuş və əmlaka dair həmin tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin, bu müqavilə digər cavabdeh, Cavabdeh2 tərəfindən təsdiq edilməmişdir. Məhkəmədə bildirmişdir ki, daşınmaz əmlaklara dair hərracın keçirilməsi barədə yalnız 1 dəfə ona bildiriş verilmiş və hərracın keçirilməsi xx xxxx 2019-cu il tarixə təyin edilmişdir. Həmin bildiriş ona hərracın keçirilməsi barədə məlumatdan 5 gün sonra, xx.xx.2019-cu il tarixdə azyaşlı oğlu tərəfindən imza edilməklə çatdırılmışdır. Bundan sonra hərrac barədə onun heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X12 iddia tələbini müdafiə edərək, izahatında göstərmişdir ki, hərracın keçirilməsi barədə bildirişləri iddiaçının yetkinlik yaşına çatmayan oğlu almışdır. İddiaçı etiraf edir ki, bildirişləri oğlu alsa da onun məlumatı olmuşdur hərracın keçirilməsindən, lakin daha əvvəl də məhkəmə qərarlarına əsasən hərracın nəticələri ləğv edildiyindən bu dəfə də məhkəməyə müraciət etmək istəməmiş, tələbkarla aralarında razılıq əldə ediləcəyinə inanmışdır. Həmçinin bildirmişdir ki, iddiaçı başqa bir məhkəmə mübahisəsi üzrə tələbkardır və ona borcu olan şəxs borcunu yaxın zamanda ödəməlidir. İddiaçı həm də bu səbəbdən borcunu hazırki iş üzrə tələbkara vaxtında ödəyə bilməmişdir. İddiaçı həmin borc məbləği ona ödənildiyi halda dərhal öz borcunu ödəyəcəyinə inanır. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh “X3 Mərkəzi” MMC-nin nümayəndəsi X13 izahatında göstərmişdir ki, Nəsimi rayon İcra Şöbəsinin xx/xx-1774/9 saylı, xx.xx.2016-cı il tarixli sifarişinə əsasən “X3 Mərkəzi” MMC tərəfindən icra sənədi üzrə borclu İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 11 saylı evin 39 saylı mənzili ilkin satış qiyməti 65000 (altmış beş min) manat olmaqla ilkin satış qiyməti ilə hərraca çıxarılmış, hərracın keçirilməsi barədə sifarişçiyə, tələbkara və borcluya bildiriş göndərilmiş və tərəflərin hərracın keçirilməsi barədə məlumatları olmuşdur. “İpoteka haqqında” Qanunun 43.5 və 43.7-ci maddələrinə əsasən ilkin satış qiymətindən əvvəlcə 15%, sonradan isə daha 25% endirməklə qiyməti – 41438 (qırx bir min dörd yüz otuz səkkiz) manat müəyyən edilməklə ipoteka saxlayan "xxxxxxxxx" ASC-yə satılmış və həmin protokol əsasında sözü gedən əmlakın “xxxxxxxxx” ASC-yə satılmasına dair alqı-satqı Müqaviləsi bağlanmış və X11 xx xxxxxx 2016-cı il tarixli, Y-481 saylı protokol tərtib edilmişdir. Hərrac keçirilən zaman heç bir qanun pozuntusuna yol verilməmişdir. Odur ki, iddia tələbinin əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müsəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxxxxxxx” ASC-nin ləğvedicisi “X1”nun nümayəndəsi X10 izahatında göstərmişdir ki, hazırda mübahisə predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 11 saylı evin 39 saylı mənzil ipoteka predmeti olduğundan hərraca çıxarılmış və hərrac zamanı xx xxxxxx 2016-cı il tarixli müvafiq müqavilə və Y-334 №-li X11 yekun protokol əsasında “xxxxxxxxx” ASC tərəfindən alınmışdır. Hərrac keçirilən zaman heç bir qanun pozuntusuna yol verilmədiyindən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh2 tərəfindən “X3 Mərkəzi” MMC-yə ünvanlanmış xx.xx.2016-cı il tarixli xx/xx-1774/9 nömrəli sifarişdən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-998/2011 saylı, xx.xx.2011-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı tələbkar “xxxxxxxxx” ASC-nin xeyrinə 26965 ( iyirmi altı min doqquz yüz altmış beş) manat kredit borcu, 8067 (səkkiz min altmış yeddi) manat faiz borcu olmaqla, cəmi 35032 (otuz beş min otuz iki) manat borc, 20 manat ödənilmiş dövlət rusumunun əvəzi və 200 manat xidmət haqqı tutulmalı, tələb ipotekaya qoyulmuş Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 11 saylı evin 39 saylı mənzilinə yönəldilməli, həmin mənzil açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına kredit borcu ödənilməli, borc ödənildikdən sonra qalan məbləğ İddiaçı qaytarılmalı, banka ipotekaya qoyulmuş mənzil açıq hərrac vasitəsilə satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmalıdır. “xxxxxxxx” MMC-nin 12-614 saylı, xx.xx.2012-ci il tarixli hesabatına əsasən mənzil 65000 manata qiymətləndirilmiş və açıq hərracdan satılması üçün sənədlər “X3 Mərkəzi” MMC-yə gönldərilmişdir. xx.xx.2013-cü il tarixdə keçirilən hərrac zamanı mənzil 41438 manata satılmışdır. Lakin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-581/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə xx.xx.2013-cü il tarixli, Y-221 saylı protokol ləğv edilmişdir. Göstərilənlərə əsasən mənzilin satışının təşkil edilməsi xahiş olunmuşdur. İş materiallarından görünür ki, “X3 Mərkəzi” MMC əmlakın ilkin satış qiymətini və hərracın keçirilmə yerini və vaxtını göstərməklə xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixdə sürətli poçt xidməti vasitəsilə İddiaçı yaşadığı ünvana bildirişlər göndərmiş və həmin bildirişlər borclunun (2016-cı ildə yetkinlik yaşına çatmamış olan) oğlu “Ramin Bayramov” soyadlı şəxs tərəfindən imza edilərək qəbul edilmişdir. İş materiallarında olan X11 xx xxxxxx 2016-cı il tarixli, Y-334 saylı protokoldan görünür ki, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2016-cı il tarixli xx/xx-1774/9 nömrəli sifarişinə əsasən “X3 Mərkəzi” MMC tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 11 saylı evin 39 saylı mənzili 65000 (altmış beş min) manat ilkin satış qiyməti ilə hərraca çıxarılmış, “İpoteka haqqında” Qanunun 43.5 və 43.7-ci maddələrinə əsasən ilkin satış qiymətindən əvvəlcə 15%, sonradan isə daha 25% endirməklə qiyməti – 41438 (qırx bir min dörd yüz otuz səkkiz) manata ipoteka saxlayan "xxxxxxxxx" ASC-yə satılmış və həmin protokol əsasında sözü gedən əmlakın "xxxxxxxxx" ASC-yə satılmasına dair alqı-satqı Müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X14, ana qrafasında X19 qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-998/2011 saylı, xx.xx.2011-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı tələbkar “xxxxxxxxx” ASC-nin xeyrinə 26965 ( iyirmi altı min doqquz yüz altmış beş) manat kredit borcu, 8067 (səkkiz min altmış yeddi) manat faiz borcu olmaqla, cəmi 35032 (otuz beş min otuz iki) manat borc, 20 manat ödənilmiş dövlət rusumunun əvəzi və 200 manat xidmət haqqı tutulmalı, tələb ipotekaya qoyulmuş Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 11 saylı evin 39 saylı mənzilinə yönəldilməli, həmin mənzil açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına kredit borcu ödənilməli, borc ödənildikdən sonra qalan məbləğ İddiaçı qaytarılmalı, banka ipotekaya qoyulmuş mənzil açıq hərrac vasitəsilə satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmalıdır. “xxxxxxxx” MMC-nin 12- 614 saylı, xx.xx.2012-ci il tarixli hesabatına əsasən mənzil 65000 manata qiymətləndirilmiş və açıq hərracdan satılması üçün sənədlər “X3 Mərkəzi” MMC-yə gönldərilmişdir. xx.xx.2013-cü il tarixdə keçirilən hərrac zamanı mənzil 41438 manata satılmışdır. Lakin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-581/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə xx.xx.2013-cü il tarixli, Y-221 saylı protokol ləğv edilmişdir. Göstərilənlərə əsasən mənzilin satışının təşkil edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2016-cı il tarixli xx/xx-1774/9 nömrəli sifarişinə əsasən “X3 Mərkəzi” MMC tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 11 saylı evin 39 saylı mənzili 65000 (altmış beş min) manat ilkin satış qiyməti ilə hərraca çıxarılmış, “X3 Mərkəzi” MMC əmlakın ilkin satış qiymətini və hərracın keçirilmə yerini və vaxtını göstərməklə xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixdə sürətli poçt xidməti vasitəsilə İddiaçı yaşadığı ünvana bildirişlər göndərmiş, “İpoteka haqqında” Qanunun 43.5 və 43.7-ci maddələrinə əsasən ilkin satış qiymətindən əvvəlcə 15%, sonradan isə daha 25% endirməklə qiyməti – 41438 (qırx bir min dörd yüz otuz səkkiz) manata ipoteka saxlayan "xxxxxxxxx" ASC-yə satılmış və X11 xx xxxxxx 2016-cı il tarixli, Y-334 saylı protokol tərtib edilmiş, həmin protokol əsasında sözü gedən əmlakın "xxxxxxxxx" ASC-yə satılmasına dair alqı-satqı Müqaviləsi bağlanmışdır. Həmçinin müəyyən edilmişdir ki, “X3 Mərkəzi” MMC tərəfindən əmlakın ilkin satış qiymətini və hərracın keçirilmə yerini və vaxtını göstərməklə xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixdə sürətli poçt xidməti vasitəsilə İddiaçı yaşadığı ünvana göndərilmiş bildirişlər borclunun həmin vaxt hələ yetkinlik yaşına çatmamış ailə üzvü, yəni oğlu olan və onunla birlikdə yaşayan “Ramin Bayramov” soyadlı şəxs tərəfindən imza edilərək qəbul edilmişdir. Hazırda iddiaçı ipoteka predmeti olan - Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 11 saylı evin 39 saylı mənzilə dair “X3 Mərkəzi” MMC əmlakın ilkin satış qiymətini və hərracın keçirilmə yerini və vaxtını göstərməklə sürətli poçt xidməti vasitəsilə onun yaşadığı ünvana bildirişlər göndərilsə də, həmin bildirişlərin onun tərəfindən deyil, azyaşlı oğlu “Ramin Bayramov” tərəfindən qəbul edildiyinə və s. hallara istinad edərək “X5 Mərkəzi” MMC-nin xx xxxxxx 2016-cı il tarixli, Y-334 saylı protokolunun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı və “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə hərracın keçirilməsinin ümumi qaydaları müəyyən edildiyi halda, “İpoteka haqqında” Qanunla borcun ipoteka predmetinə yönəldilməsi məqsədilə keçirilən hərracın xüsusiyyətləri nəzərə alınmaqla qaydalar müəyyən edilmişdir. Belə ki, “İpoteka haqqında” Qanunun: - 41.2-ci maddəsinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. - 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. - 42.3-cü maddəsinə əsasən, İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. - 42.8-ci maddəsinə əsasən, X11 protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. - 43.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. - 43.3-cü maddəsinə əsasən, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. - 43.4-cü maddəsinə əsasən, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. - 43.5-ci maddəsinə əsasən, Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. - 43.6-cı maddəsinə əsasən, təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. - 43.7-ci maddəsinə əsasən, Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Məhkəmə hesab edir ki, İddiaçı hazırkı iş üzrə cavabdeh olan hərrac təşkilatçısı “X3 Mərkəzi” MMC tərəfindən ipoteka predmeti olmuş əmlakın hərraca çıxarılarkən ona heç bir bildirişin göndərilməməsini, göndərilən bildirişlərin isə onun tərəfindən deyil azyaşlı oğlu tərəfindən qəbul edildiyini və onun hərracın keçirilməsi barədə məlumatının olmadığını əsas gətirib, hərracın yekunları barədə protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb etsə də, məhkəmə “X3 Mərkəzi” MMC tərəfindən hərracın keçirilmə yeri və vaxtı göstərilən bildirişlərin iddiaçının yaşadığı ünvana göndərməsini, həmin bildirişlərin iddiaçının yetkinlik yaşına çatmayan oğlu Ramin Bayramov tərəfindən qəbul edilməsinə baxmayaraq, həmin şəxsin iddiaçının oğlu olmaqla onunla eyni mənzildə yaşadığını nəzərə alır və iddiaçının hərracın keçirilməsi yeri və vaxtı barədə məlumatlı olması qənaətinə gəlir. Qeyd edilən hal iddiaçı tərəfin izahatı ilə də öz təsdiqini tapır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. X24 Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş xx xxxxx 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı № 25657/94, §282). Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi iddiaçıtərəföz hüquqi mövqeyini sübut etməküçünhər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının tələbinin əsası kimi irəli sürdüyü dəlillərin əksi olaraq, hərrac təşkilatçısı “X3 Mərkəzi” MMC tərəfindən ipoteka saxlayana və ipoteka qoyana keçiriləcək hərracla bağlı məlumat verilməsi istiqamətində tədbirlər görüldüyü, həmçinin kütləvi informasiya vasitələrində elanların dərc edildiyi iş materiallarında olan sənədlərlə sübut olunur və mübahisəsiz qaydada təsdiq olunur ki, hərracın təyin olunması və keçirilməsindən iddiaçının kifayət qədər məlumatı olmuşdur. Məhkəmə iddiaçının iddia tələbini əsaslandırdığı halların öz təsdiqini tapmadığını, məhkəmə tərəfindən də cavabdeh “X3 Mərkəzi” MMC tərəfindən keçirilmiş “X11” xx xxxxxx 2018-ci il tarixli, Y-481 saylı protokolun etibarsız hesab edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır. Bununla yanaşı məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı etibarsızlıq ilə bağlı iddia üzrə Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddəti də ötürmüşdür. Belə ki, AzərbaycanRespublikasının MülkiMəcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı səxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Məhkəmə həmin maddənin hüquqi mahiyyəti ilə əlaqədar qeyd edir ki, Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulmuş iddia müddəti ilə, Mülki Məcəllənin 354cü maddəsində nəzərdə tutulmuş müddət tamamilə fərqli anlayışlardır. Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddətlər iddia müddəti deyil, kəsici müddət olmaq etibarı ilə hüququnun pozulması ehtimal olunan şəxsin müraciət müddətidir. Yəni qanunun tələbinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Həmçinin qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun "B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, “mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz.” Beləliklə də, MülkiMəcəllənin354.2-ci maddəsi qanunda müstəqil xarakter daşıyan xüsusi norma kimi nəzərdə tutulmaqla əqdin etibarsızlığı barədə mübahisə yalnız orada müəyyən olunmuş müddətlər çərçivəsində irəli sürülə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hərracın keçirildiyindən məlumatlı olduğu halda, X11 xx.xx.2016-cı il Y-334 №-li yekun protokolun və xx.xx.2016-cı il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin bağlanması tarixindən üç ildən artıq vaxt keçdikdən sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməklə qanunvericiliklə nəzərdə tutulmuş bir illik müddəti də ötürmüşdür. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, İddiaçı ipoteka predmetinə dair “X3 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş xx xxxxxx 2016-cı il tarixli Y- 334 nömrəli yekun Protokolun və həmin tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi tələbi ilə əsassız olaraq məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı – cavabdehlər “X3 Mərkəzi” MMC-yə və Cavabdeh2nə (üçüncü şəxs kimi Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğv edicisi X1 qeyd edilən) qarşı “X11 yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı – cavabdehlər “X3 Mərkəzi” MMC-yə və Cavabdeh2nə (üçüncü şəxs kimi Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğv edicisi X1 qeyd edilən) qarşı “X11 yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin ləğv edilməsi” tələbinədair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-392/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-392/2020
07.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver