Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-402/2021 10.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı “maddi və mənəvi ziyan tələbi” barədə mülki işə Bakı şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı “maddi və mənəvi ziyan tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 37,370 manat məbləğində maddi ziyanın, 10.000 manat məbləğində mənəvi ziyanın, vəkillərə ödənilmiş 212 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı 2014-cü ildən “xxxx” MTK-nı ailə üzvləri ilə birgə təsis etmişdir. 2013-2014-cü ildən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində və Bakı-Sumqayıt avtomobil yolunun Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən keçən 15-ci km-də hündürmərtəbəli yaşayış binalarının tikintisinə başlanılmışdır. 2019-cu ilin yanvar ayında özünü “İntroduktion of X3” şirkətinin baş direktoru kimi təqdim edən Cavabdeh “xxxx” MTK-nın ofisinə gələrək rəhbəri olduğu şirkətin qaz çəkilişi üçün texniki şərtin, layihənin, qaz sayğaclarının alınması və quraşdırılması işi ilə məşğul olduğunu bildirmişdir. Cavabdehlə 16 mərtəbəli binanın texniki şərtinin alınması üçün 10.000 manat, layihəsi üçün 9.000 manat, hər bir mənzilə quraşdırılacaq sayğaca görə 245 manat olmaqla ümumilikdə 120 mənzilə 29.400 manat, əlavə hər mənzilə quraşdırılan datçik, detektor, vintel və digər işlərə görə hər bir mənzil üçün 35 manat olmaqla 120 mənzilə görə ümumilikdə 4200 manat,qaz paylayıcısı qurğusuna görə 2500 manat, digər 7 sayda 12 mərtəbəli binalar üçün texniki şərt alınmış, hər binanın layihəsi üçün 9000 manat, hər bir mənzilə quraşdırılan sayğaca görə 245 manat olmaqla ümumilikdə 88 mənzilə 21,560 manat, əlavə hər mənzilə quraşdırılan datçik, detektor, vintel və digər işlərə görə hər bir mənzil üçün 35 manat olmaqla 88 mənzilə görə ümumilikdə 3080 manat, qaz paylayıcı qurğusuna görə 2500 manat müqabilində razılaşmışdırlar. Bundan əlavə iddiaçı cavabdehə hər bir su sayğacına görə 50 manat olmaqla 300 ədəd su sayğaclarının alınması üçün 15.000 manat məbləğində pul vermişdir. Beləliklə də, ümumilikdə iddiaçı cavabdehə 91,390 manat nəğd pul ödəmişdir. Cavabdeh məxaric orederlərinə əsasən aldığı 91,390 manat pulu öz imzası ilə təsdiq etmişdir. Cavabdeh aldığı puldan 39,020 manat müqabilində MTK-nın Bakı-Sumqayıt avtomobil yolunun Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən keçən 15-ci km-də yerləşən 16 mərtəbəli binanın layihəsini hazırlamış, qaz xətlərini çəkmiş və texniki şərtini almış, lakin aldığı pulun qalan hissəsində yəni, 52,370 manat hissəsində isə Xırdalan şəhəri M.Hüseynzadə küçəsində və Bakı-Sumqayıt avtomobil yolunun Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən keçən 15-ci km-də yerləşən hündürmərtəbəli yaşayış binalarında vəd verərək görəcəyi işlərin heç birini yerinə yetirməmişdir. Qeyd olunan işlərin başa çatdırılması Cavabdeh tələb edildikdə, sonuncu qaçıb gizlənmiş və yayınmışdır. Bundan başqa toplanmış materiallar üzrə faktla bağlı, CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır. İstintaq müddəti ərzində yalnız su sayğaclarının alınması üçün iddiaçıya dəymiş 15.000 manat məbləğində ziyanı Cavabdeh ödədiyindən həmin hissədə iddia tələbinin həcmini azaldaraq sonuncunun cinayətkar əməli nəticəsində iddiaçıya 37,370 manat məbləğində maddi, 10.000 manat məbləğində mənəvi ziyan dəymişdir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmədə iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmədə iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Az. Res. MPM-nın 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2020-ci il tarixli Sübutların qiymətləndirilməsi haqqında qərarın surətindən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh xx.xx.2020-ci il tarixdə CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham qüvvəsində saxlanılmışdır. Həmin qərarda qeyd edilmişdir ki, Cavabdeh tərəfindən “xxxx” MTK-nın direktoru olan zərərçəkmiş şəxs İddiaçı 15.000 manat məbləğində pul ödənilmişdir. Qeyd olunan xüsusat Cavabdeh “xxxx” MTK-nın mənzillərinə su sayğaclarının quraşdırılması ilə əlaqədar həmin MTK-nın 15.000 manat məbləğində nəğd pulunun dələduzluq yolu ilə ələ keçirməsini bir daha təsdiq edir. İfadələr arasında yaranmı ziddiyyətlərin aradan qaldırılması məqsədi ilə iş üzrə zərərçəkmiş İddiaçı ilə Cavabdeh arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və İddiaçı ifadəsində göstərdiklərini Cavabdeh üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. xx.xx.2019-cu il tarixli məxaric orderinin surətindən görünür ki, Cavabdeh qaz sayğacı alışı üçün 4,655 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2019-cu il tarixli məxaric orderinin surətindən görünür ki, Cavabdeh qaz tənzimləyici şkafın alışı üçün 2,500 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2019-cu il tarixli məxaric orderinin surətindən görünür ki, Cavabdeh qaz sayğacı alışı üçün 4,165 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2019-cu il tarixli məxaric orderinin surətindən görünür ki, Cavabdeh qaz layihəsi ödənişi üçün 1,500 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2019-cu il tarixli məxaric orderinin surətindən görünür ki, Cavabdeh qazın çəkilişi üçün 1,000 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2019-cu il tarixli məxaric orderinin surətindən görünür ki, Cavabdeh layihə üçün 3,000 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2019-cu il tarixli məxaric orderinin surətindən görünür ki, Cavabdeh qaz turbalarının alışı üçün 3,500 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2019-cu il tarixli məxaric orderinin surətindən görünür ki, Cavabdeh sayğac quraşdırılması üçün 4,200 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2019-cu il tarixli məxaric orderinin surətindən görünür ki, Cavabdeh qaz çəkilişi üçün 4,500 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2019-cu il tarixli məxaric orderinin surətindən görünür ki, Cavabdeh texniki şərtin alışı üçün 10,000 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2019-cu il tarixli məxaric orderinin surətindən görünür ki, Cavabdeh su sayğacı alışı üçün 15,000 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2019-cu il tarixli məxaric orderinin surətindən görünür ki, Cavabdeh qaz çəkilişi üçün 1,200 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2019-cu il tarixli məxaric orderinin surətindən görünür ki, Cavabdeh binanın qazlaşması üçün 500 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2019-cu il tarixli məxaric orderinin surətindən görünür ki, Cavabdeh qaz sayğacı alışı üçün 6,370 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2019-cu il tarixli məxaric orderinin surətindən görünür ki, Cavabdeh verilməsi üçün X1 qaz çəkilişi üçün 1,000 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2019-cu il tarixli məxaric orderinin surətindən görünür ki, Cavabdeh qaz çəkilişi üçün 2,000 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2019-cu il tarixli məxaric orderinin surətindən görünür ki, Cavabdeh qaz xətlərinin çəkilişi üçün 1,000 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2019-cu il tarixli məxaric orderinin surətindən görünür ki, Cavabdeh qaz çəkilişi üçün 500 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2019-cu il tarixli məxaric orderinin surətindən görünür ki, Cavabdeh qaz çəkilişi üçün 1,000 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2019-cu il tarixli məxaric orderinin surətindən görünür ki, Cavabdeh qaz layihəsində mənzillərin əlavəsi üçün 1,000 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2019-cu il tarixli məxaric orderinin surətindən görünür ki, Cavabdeh qaz sayğacı alışı üçün 9,800 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2019-cu il tarixli məxaric orderinin surətindən görünür ki, Cavabdeh qaz çəkilişi üçün 2,000 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2019-cu il tarixli məxaric orderinin surətindən görünür ki, Cavabdeh qaz çəkilişi üçün 1,000 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2019-cu il tarixli məxaric orderinin surətindən görünür ki, Cavabdeh qaz çəkilişi üçün 10,000 manat pul vəsaiti ödənilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh ondan 91,390 manat məbləğində pul almış, 39,020 manat müqabilində MTK-nın Bakı-Sumqayıt avtomobil yolunun Xırdalan şəhəri ərazisindən keçən 15-ci km-də yerləşən 16 mərtəbəli binanın layihəsi hazırlamış, lakin qalan 52,370 manat pulun müqabilində öhdəsinə götürdüyü işləri yerinə yetirməmiş və həmin puldan ona yalnız 15.000 manat məbləğində pul qaytarılmışdır. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş və Cavabdeh tərəfindən imzalanmış qəbzlərin surətindən görünür ki, müxtəlif vaxtlarda müəyyən işlərin yerinə yetirilməsi üçün iddiaçı tərəfindən cavabdehə ümumilikdə 91,390 manat pul vəsaiti ödənilmişdir. Həmin məbləğdən 39,020 manat müqabilində yerinə yetirilməli olduğu işlər cavabdeh tərəfindən yerinə yetirilmiş, o cümlədən 15.000 manat pul vəsaiti istintaq dövründə iddiaçının özünün bildirdiyinə, habelə iş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında qərar”da qeyd olunduğuna görə iddiaçıya geri qaytarılmışdır. Lakin cavabdehə ödənilmiş ümumi məbləğdən qalan hissə yəni 37,370 manat pul vəsaiti müqabilində cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bundan başqa 37,370 manat pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya qaytarılmasını təsdiq edə biləcək hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən 37,370 manat məbləğində pulun iddiaçıdan alınması iş materiallarında olan sübutlarla təsdiq olunduğundan və həmin pulun iddiaçıya qaytarılmasını təsdiq edə biləcək sübutlar məhkəməyə təqdim olunmadığından, cavabdehdən iddiaçının xeyrinə 37,370 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə iddiaçının mənəvi ziyana görə 10.000 manat tələb etməsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də əsassız olduğundan təmin edilməməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında izah edilir ki, mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və y ahəmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə yuxarıda sadalananları və işin hallarını əsas götürərək hesab edir ki, iddiaçı cavabdeh tərəfindən aldadılmaqla mənəvi sarsıntı keçirdiyini bildirsə də, hansı mənəvi sarsıntı və ya fiziki itirab keçirdiyi barədə məhkəməyə əsaslı bir sübut təqdim edə bilməmişdir. Məhkəmə iddia tələbinin vəkillərə ödənilmiş 212 manat pul vəsaitinin cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, iş materiallarında əlavə edilmiş ödəniş qəbzlərinin surətindən görünür ki, iddiaçı tərəfindən hüquqi xidmət üçün vəkil bürosuna 212 manat pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respbulikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respbulikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarınm əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsaslanaraq hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi halda və hazırkı iddia tələbi isə qismən təmin olunduğu üçün, ödənilmiş 30 AZN dövlət rüsumunun 15 manat məbləğində hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və AR Mülki-Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” MTK-nın sədri İddiaçı xeyrinə vurulmuş ziyanın əvəzi kimi 37,370 manat, hüquqi xidmət üçün ödənilmiş 212 manat və ödənilmiş dövlət rüsumunun 15 manat hissəsi, ümumilikdə isə 37,597 manat məbləğində pul tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-402/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-402/2021
10.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver