Məhkəmə qərarları › İş №2(009)-411/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-411/2022

15.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-411/2022 15.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi və qətnamənin düzgün icra edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Müdafiə Nazirliyinin X1 rəisinin 28.12.2021-ci il tarixli 314 №-li əmrinin ləğv edilməsi, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş icra sənədi üzrə tələbin borclu tərəfindən düzgün icra edilməsinə və dövlət rüsumuna görə ödənilmiş 20 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 03.12.1990-cı il tarixdə Müdafiə Nazirliyinin X2nda sürücü vəzifəsində işə qəbul olunmuş və həmişə ona göstərilən etimadı doğrultmuşdur. Lakin işçisi olduğu müəssisədə ciddi qanun pozuntularına yol verilməsinə etiraz bildirdiyinə görə uzun müddətdir təqib olunur. Məhz ona qarşı bu cür qərəzli münasibət göstərilməsinin nəticəsində 18 iyun 2020-ci il tarixində MƏA-nın rəisinin 135 №-li əmri ilə qanunsuz olraq işdən azad edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2814/2021 saylı, 12.04.2021-ci il tarixli qətnaməsi ilə Müdafiə Nazirliyi X2 rəisinin 18.06.2020-ci il tarixli 135 saylı əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki işinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 21.09.2021-ci il tarixli qərarına əsasən qanuni qüvvəyə minmişdir. Qətnamə icra edilməsi üçün Bakı Apellyasiya Məhkəməsi tərəfindən 05.11.2021-ci il tarixdə icra vərəqəsi verilmiş, lakin icra sənədi üzrə tələb bu günə qədər təmin edilməmişdir. Belə ki, qətnamənin icrasının gecikdirilməsi barədə 2021-ci ilin dekabr ayının ikinci yarısında Azərbaycan Respublikasının prezidentinə, Birinci vitse-prezidentinə, Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkilinə və s. əlaqədar instansiyalara elektron qaydada müraciət etdikdən sonra, MƏA-dan poçt vasitəsi ilə ona göndərilən, MƏA-nın rəisi C.Kərimov tərəfindən imzalanmış 22.12.2021-ci il taixli 3603 №-li məktubda göstərilir ki, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin 10.11.2021-ci il tarixli e269798/2021-53-31-002/28483 nömrəli məktubunu 10 gün müddətinə icra edilməsi məqsədilə Müdafiə Nazirliyinin X2na dəvət olunur və 13 adda əlavə sənədlər təqdim etməyi tələb edilir. Halbuki AR ƏM-in 48-ci maddəsinin 6-cı hissəsinin tələbinə əsasən hətta əmək münasibətlərinə yeni girən işçidən belə bu Məcəllədə nəzərdə tutulmamış, habelə işin (vəzifənin) xüsusiyyətlərinə uyğun gəlməyən əlavə sənədlərin tələb edilməsi qadağandır. Odur ki, 28.12.2021-ci il tarixdə poçt vasitəsilə MƏA-nın rəisinə ünvanlanmış ərizə göndərərək, icra haqqında Azərbaycan Respublikası Qanununun 70.2-ci maddəsinə müvafiq olaraq, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş icra sənədi üzrə tələbin icra edilməsi barədə verilmiş əmrin surətinin poçt vasitəsi ilə ona göndərilməsini xahiş etmişdir. MƏA-dan ona göndərilən 29.12.2021-ci il tarixli 3657№-li cavab məktubuna əlavə edilmiş, icra edilməli qətnamə ilə qətiyyən heç bir əlaqəsi olmayan, hüquq məsləhətçisi mülki işçi Nümayəndə daxil olma №-si 2163 olan 27.12.2021-ci il tarixli raportuna əsasən verilmiş 28 dekabr 2021-ci il tarixli 314 №-li əmr X2 rəisinin, nəyin haqqında olması barədə heç bir məlumata malik olmadığı, 18 iyun 2020ci il tarixli hansısa 152 №-li əmrinin 5-ci paraqrafının etibarsız hesab edilməsi haqqındadır. Həmin əmrdə həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 21.09.2021-ci il tarixli 2(102)-4699/21 nömrəli qərarı ilə İddiaçı əvvəlki vəzifəsinə (Daşıma bölməsinin avtomobil-sürücüsü espeditoru) bərpa olunsun. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12.04.2021-ci il tarixli 2(103)- 2814/2021 saylı qətnaməsi ilə ləğv edilməli olan Daşıma bölməsinin avtomobil sürücüsü ekspeditoru İddiaçı işdən azad edilməsi haqqında X2 rəisinin 18.06.2020-ci il tarixli 135 №-li əmri ləğv edilmədiyindən icra sənədi icra edilməmiş hesab edilir. Onun işdən azad ediməyi haqqında əmr verilən tarixə qədər MƏA-nın Daşıma Bölməsində onun adına təhkim edlmiş “MAZ544005” markalı P340QQ dövlət nömrə nişanlı və “MAZ630305” markalı P332QQ dövlət nömrə nişanlı avtomobilləri idarə edirdi. Göstərilənlərə əsasən MƏA-nin rəisinin 28.12.2021-ci il tarixli 314 №-li əmrinin ləğv edilməsi, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş icra sənədi üzrə tələbin borclu tərəfindən düzgün icra edilməsinə və dövlət rüsumuna görə ödənilmiş 20 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 16.02.2022-ci il tarixdə İddiaçı məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək, Müdafiə Nazirliyinin MƏA-nın rəisinin 18.06.2020-ci il tarixli 152 №-li, 01.07.2020-ci il tarixli 150 №-li, 28.12.2021-ci il tarixli 314 №-li əmrlərinin ləğv edilməsi, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş icra sənədi üzrə tələbin borclu tərəfindən düzgün icra edilməsinə və dövlət rüsumuna görə ödənilmiş 20 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavəni onunla əsaslandırmışdır ki, hazırki mülki işlə əlaqədar olan sənədləri nəzərdən keçirdikdə, AR MN X1 rəisi tərəfindən onun işdən azad edilməyi barədə bir deyil, bir neçə əmr verildiyi açıq-aydın görünür. Belə ki, ona rəsmi qaydada təqdim edilən əmrdən çıxarışdan görünür ki, onunla bağlanmış əmək müqaviləsinə MƏA rəisinin 18.06.2020-ci il tarixli 135 №-li əmrinə əsasən xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2814/2021 saylı 12.04.2021-ci il tarixli qətnaməsi ilə X2 rəisinin 18.06.2020-ci il tarixli 135 saylı əmrinin ləğv edilməsi qət edilmişdir. Lakin qeyd edilən qətnamənin icrası ilə əlaqədar olaraq verilmiş MƏA rəisinin 28.12.2021-ci il tarixli 314 №-li əmri 18.06.2020-ci il tarixli 135 saylı əmrin ləğv edilməsi deyil, 18 iyun 2020-ci il tarixli 152 №-li əmrinin 5-ci paraqrafının etibarsız hesab edilməsi haqqındadır. Həmçinin MƏA-dan poçtla ona göndərilən 10.08.2020-ci il tatixli 2879 №-li məktubda qeyd edilir ki, onunla əmək müqaviləsinə MƏA rəisinin 18.06.2020-ci il tarixli 152 nömrəli əmrinə əsasən xitam verilmişdir. Eləcə də, MƏAdan ona göndərilən 06.07.2020-ci il tatixli 944 №-li aktda qeyd edilir ki, MƏA rəisinin 01.07.2020-ci il tarixli 150 nömrəli əmri ilə işdən azad edilmiş İddiaçı təhkim olunmuş avtomobillər birtərəfli qəbul edilərək baxış keçirilmişdir. Hesab edir ki, cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2814/2021 saylı 12.04.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş eyni qanun pozuntularına yol verildiyinə görə, MƏA-nın rəisinin 18.06.2020-ci il tarixli 152 №-li və 01.07.2020-ci il tarixli 150 №-li əmrləri də ləğv edilməlidir. 14.03.2022-ci il tarixdə İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Müdafiə Nazirliyi X2 rəisinin 18.06.2020-ci il tarixli 152 №-li, 28.12.2021-ci il tarixli 314 №-li əmrlərinin ləğv edilməsinə, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş icra sənədi üzrə tələbin borclu tərəfindən düzgün icra edilməsinə və 20 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, 07.01.2022ci il tarixdə AR Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və qətnamənin düzgün icra edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işlə əlaqədar onda olan sənədləri nəzərdən keçirərək müəyyən etmişdir ki, AR MN X1 rəisi tərəfindən onun işdən azad edilməsi barədə bir deyil, bir neçə əmr verilmirdir. Belə ki, MƏA-dan rəsmi qaydada ona təqdim edilən əmrdən çıxarışdan görünür ki, onunla bağlanmış əmək müqaviləsinə MƏA rəisinin 18.06.2020-ci il tarixli 135 №-li əmrinə əsasən xitam verilmişdir. İş materiallarında olan, MƏA-dan ona göndərilən 10.08.2020-ci il tatixli 2879 №-li məktubda isə qeyd edilmişdir ki, onunla əmək müqaviləsinə MƏA rəisinin 18.06.2020ci il tarixli 152 nömrəli əmrinə əsasən xitam verilmişdir. Eləcə də, iş materiallarında olan, MƏA-dan ona göndərilən 06.07.2020-ci il tatixli 944 №-li aktda qeyd edilir ki, MƏA rəisinin 01.07.2020-ci il tarixli 150 nömrəli əmri ilə işdən azad edilmiş İddiaçı təhkim olunmuş avtomobillər birtərəfli qəbul edilərək baxış keçirilmişdir. Bu səbəbdən də, 16.02.2022-ci il tarixdə işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində iddia ərizəsinə əlavə təqdim edərək, iddia tələbinin həcmini artırmış və MƏA-nın rəisinin 18.06.2020-ci il tarixli 152 №-li, 01.07.2020-ci il tarixli 150 №-li, 28.12.2021-ci il tarixli 314 №-li əmrlərinin ləğv edilməsi, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş icra sənədi üzrə tələbin borclu tərəfindən düzgün icra edilməsinə və dövlət rüsumuna görə ödənilmiş 20 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 06.07.2020-ci il tatixli 944 №-li aktın mətnində cümlələr anlaşılmaz şəkildə yazıldığından, orada qeyd edilən 01.07.2020-ci il tarixli 150 №-li əmrin konkret olaraq nəyin barəsində verildiyini dəqiq müəyyən etmək mümkün deyildir. Lakin 09.03.2022-ci il tarixdə keçirilən məhkəmə baxışında cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi MƏA rəisinin 01.07.2020-ci il tarixli 150 №-li əmrindən çıxarışdan müəyyən olunur ki, 18.06.2020-ci il tarixli 152 №-li əmrdən fərqli olaraq, həmin əmrin 18.06.2020-ci il tarixdə onun işdən azad edilməyi ilə birbaşa əlaqəsi yoxdur. Ona görə də, Müdafiə Nazirliyi X2 rəisinin 18.06.2020-ci il tarixli 152 №-li, 28.12.2021-ci il tarixli 314 №-li əmrlərinin ləğv edilməsinə, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş icra sənədi üzrə tələbin borclu tərəfindən düzgün icra edilməsinə və 20 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq mənə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə X1 rəisinin 28.12.2021-ci il tarixli 314 №-li əmrinin ləğv edilməsi, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş icra sənədi üzrə tələbin borclu tərəfindən düzgün icra edilməsi tələbinə dair iddia üzrə icraata xitam verilməlidir. İddia ərizəsindən görünür ki, Müdafiə Nazirliyi X2 rəisinin 18.06.2020-ci il tarixli 135 №-li əmri ilə iddiaçı qanunsuz olraq işdən azad edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2814/2021 saylı, 12.04.2021-ci il tarixli qətnaməsi ilə Müdafiə Nazirliyi X2 rəisinin 18.06.2020-ci il tarixli 135 saylı əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki işinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 21.09.2021-ci il tarixli qərarına əsasən qanuni qüvvəyə minmişdir. Bakı Apellyasiya Məhkəməsinin 05.11.2021-ci il tarixli icra vərəqəsi əsasında X2 rəisi tərəfindən onun 18.06.2020-ci il tarixli 152 №-li əmrinin 5-ci paraqrafının etibarsız hesab olunması, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 21.09.2021-ci il tarixli 2(102)-4699/21 nömrəli qərarı ilə İddiaçı əvvəlki vəzifəsinə (Daşıma bölməsinin avtomobil-sürücüsü ekspeditoru) bərpa olunası, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi barədə 28.12.2021-ci il tarixli 314 №-li əmr qəbul edilmişdir. İddiaçı həmin əmrlə razılaşmayaraq, Bakı Apellyasiya Məhkəməsinin icra sənədinin cavabdeh tərəfindən düzgün icra edilməməsini mübahisələndirmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən icra qaydasında həll olunmalı məsələ, yəni icra sənədinin borclu tərəfindən düzgün icra edilməməsi ilə bağlı məsələ məhkəmə qaydasında mübahisələndirilmişdir. Halbuki iddiaçı tərəfindən irəli sürülən həmin tələb məhkəmə baxışının predmeti ola bilməz, iddiaçı icra sənədinin düzgün icra edilməməsi ilə bağlı icra məmuruna müraciət etməlidir və yalnız onun hərəkət və ya hərəkətsizliyi ilə bağlı narazı olduğu təqdirdə məhkəməyə şikayət edə bilər. Belə olduğu təqdirdə, mhəkəmə hesab edir ki, hazırki iddiaya məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 314 №-li, 28.12.2021-ci il tarixli əmrin ləğv edilməsi və Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş icra sənədi üzrə tələbin borclu tərəfindən düzgün icra edilməsi tələbinə dair iddiası üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar