Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-411/2025 12.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Yeni ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun itirilməsi və həmin ünvandan qeydiyyatdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini 0nunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Yeni ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59,2 kv.metr təşkil edən yaşayış sahəsi xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 22 noyabr 2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə onun adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdın və halhazirda onun sahibliyində və istifadəsindədır. Bildirir ki, onun Cavabdeh ilə nikah münasibətlərinə Səbail rayon məhkəməsinin 19 aprel 2024-cü il tarixli qətnaməsinə əsasən Səbail rayon qeydiyyat şöbəsi tərəfindən 29 may 2024-cü il tarixdə xitam verilmişdir. Cavabdeh birgə nigah dövründə ona dövlət tərəfindən bağışlanmış mənzilə qeydiyyata alınmışdır. Lakin onun yaşayış sahəsinə heç bir əmlak hüquqları olmamışdır. Mülkiyyətində olan sözügedən mənzili satmaq istədiyi üçün cavabdehi yaşayış sahəsindən qeydiyyatdan çıxartmaq zəruriyyəti yaranmışdır. Belə ki, Asan 1 tərəfindən verilmiş 18 dekabr 2024-cü il tarixli, ******* saylı arayışa əsasən cavabdeh onun mülkiyyətində olan mənzildə qeydiyyatdadır. Cavabdehin hərəkəti nəticəsində onun mülkiyyət hüquqları və qanuni maraqları pozulmuşdur. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək bildirmişdir ki, 19 iyul 2017-ci ildə “Kütləvi informasiya vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi qaydaları və şərtləri”nin müəyyənləşdirilməsi, həmin qaydalar və şərtlər əsasında sənədlərin qəbulu prosesinin şəffaf və ədalətli şəkildə həyata keçirilməsi məqsədilə yaradılmış birgə komissiyanın yekun iclası keçirilib. İclasda şəxsi göstəriciləri komissiya tərəfindən elan olunmuş kriteriya və şərtlərə cavab verən KİV əməkdaşlarının müvafiq seçimlərdən sonra hazırlanmış yekun siyahısı müzakirə olunub. Komissiya üzvləri namizədlərin jurnalistika sahəsindəki xidmətlərini, ailə tərkibini, mənzilə olan ehtiyaclarını və haqqının çatmasını nəzərə alaraq mənzillərin bölgüsünü həyata keçiriblər. Bu bölgüyə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi informasiya X1 Dəstəyi Fondu tərəfindən Bakı şəhəri, Səbail rayonu, Yeni ünvan 2 ünvanda yerləşən ümumi yaşayış sahəsi 59.2 kv.m olan tam təmirli mənzil “Olaylar” qəzeti redaksiyasının əməkdaşı olaraq İddiaçı verilmişdir. 20 iyul 2017-ci ildə X2 jurnalistlər üçün tikilmiş həmin binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak etmişdir. Yaşayış binasına dair sənədləşmə işləri başa çatdıqdan sonra xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu, Yeni ünvan 2 ünvanda yerləşən ümumi yaşayış sahəsi 59.2 kvm olan mənzil "xxxx" MMC tərəfindən rəsmi olaraq notarial qaydada İddiaçı hədiyyə olunmuşdur. Məhz həmin müqaviləyə əsasən iddiaçının bu mənzilə tam mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. İddia ərizəsinə əlavə olunmuş Nikahın pozulması haqqında Şəhadətnamədən göründüyü kimi 2024-cü ildə iddiaçı ilə cavabdeh arasında olmuş nikah pozulmuşdur. Cavabdeh 2024-cü ildə mənzildən çıxmış və özünə məxsus əşyalarını da götürmüşdür. İddiaçı cavabdehə qarşı iddia ərizəsi əsaslı olduğu üçün təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, iddia ərizəsində göstərildiyi kimi, mənzil iddiaçıya bağışlanmamışdır. Mənzilin alınmasında onun da əməyi olmuşdur. Mənzildəki əşyalar da onun tərəfindən alınmışdır. İddiaçı ilə aralarındakı nikah pozulduqdan sonra o özünə məxsus əmlakını götürərək evdən çıxıb getmişdir. İddia tələbini əsassız hesab edir. Məhkəmə tərəfləri dinləyib, işə baxıb, təqdim olunmuş sübutları tədqiq edərək, hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakılara görə təmin olunmalıdır. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Yeni ünvan 3 mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan ASAN 1 xidmətin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Yeni ünvan 3 mənzilində Cavabdeh qeydiyyatdadırlar. İş materiallarında olan AZ-İ 478830 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı nikahları Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2024 ilin 05 ayının 30 günündə 107 No ilə qeyd edilmişdir. İş materiallarında olan AA******* xxxxxxx nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci ildə anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri 53 saylı notariat ofisində təsdiq edilmiş 29 oktyabr 2019cu il tarixli, 4Ə-1599 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, “hədiyyə verən” "xxxx" MMC xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Yeni ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 59,2 kv.m. olan 2 otaqlı mənzili “hədiyyə alan” İddiaçı mülkiyyətinə verir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafıəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyən olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Yeni ünvan 2 ünvanında yerləşən ümumi yaşayış sahəsi 59.2 kv.m olan mənzil "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-1599 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən İddiaçı hədiyyə olunmuşdur. Məhz həmin müqaviləyə əsasən iddiaçının bu mənzilə tam mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Tərəflər arasındakı nikah məhkəmə qaydasında 19 aprel 2024-cü il tarixdə pozulmuş və bundan sonra cavabdeh özünə məxsus əşyalarını götürərək iddiaçıya məxsus mənzildən getmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalması iddiaçının mənzil üzərində mülkiyyət hüququnu həyata keçirməsinə maneə yaratdığından, cavabdehin mənzilə dair istifadə hüquqlarının itirilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPMnin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Yeni ünvan 4 ünvnında yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab olunsun. Həmin qətnamə Cavabdeh Bakı şəhəri, Səbail rayonu, ünvan 4 ünvanda yerləşən mənzildə qeydiyyatının ləğv edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-411/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-411/2025
12.03.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver