Məhkəmə qərarları › İş №2(009)-412/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-412/2023

17.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-412/2023 17.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, cavabdehin nümayəndə və vəkilləri Vəkil1 və Nümayəndə3 iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində 10-20 (yeni adı Ziya Yusifzadə) ünvanlarında yerləşən yaşayış binasının blok “G”, yaşayışın 9-cu ümumi 12-ci mərtəbəsində, ümumi sahəsi 225,66 kv.m. mənzilin İddiaçı təhvil verilməsi, Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində 10-20 (yeni adı Ziya Yusifzadə) ünvanlarında yerləşən yaşayış binasının blok “G”, yaşayışın 9-cu ümumi 12-ci mərtəbəsində, ümumi sahəsi 225,66 kv.m. mənzilə dair İddiaçı sahiblik və istifadə hüququna dair maneə yaradılmasının qadağan olunması, həmin mənzilə 3-cü şəxslərin daxil olmasına və liftdən istifadəyə şərait yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulması, həmin mənzilə su, elektrik, qazın verilməsinin dayandırılmasının cavabdehə qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MTK ilə aralarında bağlanmış 01 noyabr 2019-cu il tarixli SRM 047 nömrəli payın alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə əsasən MTK Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində (keçmiş 10-20 ünvanında) inşa edəcək hündürmərtəbəli yaşayış binasının mənzilini ona verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu Müqavilə üzrə pay haqqınn məbləği 578.818 manat təşkil etmişdir. Cavabdeh MTK-nın İdarə Heyətinin sədri A.S.Səfərov tərəfindən verilmiş maliyyə arayışından görünür ki, İddiaçı Cavabdeh MTK-nın Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində 10-20 (yeni adı Ziya Yusifzadə) ünvanlarında yerleşən yaşayış binasının blok “G”, yaşayışın 9-cu, ümumi 12-ci mərtəbəsində, ümimi sahəsi 225.66 kv.m., dəyəri 578.818 manat olan mənzilin payçısıdır və pay haqqını tam ödəyərək kooperativə borcu yoxdur. Göründüyü kimi, tərəfindən müqavilənin 3.1-ci bəndində qeyd edilən öhdəlik (mənzilin pulunun ödənilməsi) yerinə yetirilməsinə baxmayaraq, MTK tərəfindən müqavilənin 2.1-ci bəndində qeyd edilən öhdəlik (mənzilin ona təhvil verilməsi) yerinə yetirilməmişdir. Sözügedən yaşayış binası inşa edilməsinə baxmayaraq, mülkiyyətində olan mənzili təmir etmək, ona baxış keçirmək və s. istifadə ilə bağlı hüqüqlarının həyata keçirilməsinə MTК tərəfindən müxtəlif maneələr törədilir. Belə ki, MTK-nın ofisinə yaxınlaşaraq binanın inşasının başa çatdığını və artıq sakinlərə mənzillərin açarlarının verildiyini bildirs də, ona heç bir mənzil verilməyəcəyi deyilmişdir. Bununla bağlı pretenziya qaydasında cavabdehə müraciət etsə də, nəticə əldə edilməmşdir. Odur ki, adıçəkilən mənzilin təhvil verilməsini, həmin mənzilə onun və 3-cü şəxslərin daxil olmasına və orada hər hansı təmir-bərpa işlərinin görülməsinə Cavabdeh Mənzil Tikinti Kooperativinə tərəfindən qoyulmuş məhdudiyyətin dərhal aradan qaldırılması və mülkiyyətində olan mənzillərə münasibətdə istifadə hüquqlarının bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmiş və bildirmişdir ki, fiziki şəxs kimi İddiaçı Cavabdeh MTK ilə xx.xx.2019-cu il tarixli, SRM047 №-li payın alqı-satqısı müqaviləsi bağlamış, iddiaçı müqavilə üzrə öhdəliyini tam şəkildə yerinə yetirmiş və MTK tərəfindən iddiaçıya pay haqqını tam ödədiyi və kooperativə borcu olmadığı barədə maliyyə arayışı təqdim edilmişdir. MTK isə öz öhdəliklərini yerinə yetirməkdən, mənzili iddiaçıya təqdim etməkdən imtina etmişdir. Mübahisə predmeti olan mənzilin alqı-satqı müqaviləsində həmin mənzilin "xxxx" MMC ilə Cavabdeh MTK arasında bağlanılan hər hansı bir podrat müqaviləsinin əvəzi olaraq verilməsi baradə heç bir bənd yoxdur. Hazırki mübahisəyə "xxxx" MMC-nin heç bir aidiyyəti yoxdur. Cavabdehin tərəfindən şifahi çıxışlarından başqa, "xxxx" MMC-yə qarşı inzibati məhkəmədə qaldırdığı iddiada hər hansı bir yazılı sübut yoxdur ki, mənzil həmin MMC-nin görəcəyi işlərlə əvəzləşdirilmişdir. Eləcə də, Cavabdeh MTK tərəfindən "xxxx" MMC-yə qarşı qaldırılmış həmin iddiada və proses getdiyi dövrdə iddiaya əlavələrdə bir kəlmə də söz yazılmayıb ki, əvəzləşmə ilə əlaqədar bu müqaviləni sizə vermişik və bu müqaviləni ləğv edirik. Cavabdehin bir məktubla bildirməsi ki, mənzilin alqı-satqı müqaviləsini ləğv edir, bu, qanunvericiliyin tələblərinə ziddir. Hesab edir ki, cavabdehin təqdim etdiyi həmin sənəd müqavilə öhdəliklərindən yayınmaqdır və iddiaçının hazırki iddiasının əsaslarına xələl gətirir. Cavabdeh belə bir iddia ilə məhkəməyə müraciət edə bilərdi. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil1 iddianı qəbul etməyərək bildirmişdir ki, iddia tələbi tamamilə əsassızdır və təmin edilməməlıdır. İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2019-cu ıl tarixli, SRM 047 nömrəli payın alqı-satqı müqaviləsinin 2.1-ci maddəsinə əsasən iddiaçı Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində 10-20 (yeni adı Ziya Yusifzadə) ünvanında yerləşan yaşayış binasının blok “G", yaşayışın 9-cu, ümumi 12-ci mərtəbəsində, ümumi sahəsi 225,66 kv.m. olan mənzilin dəyərinə uyğun pay haqqını Kooperativə ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, mənzilin dəyərinə uyğun pay haqqı İddiaçı həyat yoldaşı Mustafa Korkmazın təsisçisi, hal-hazırda direktoru olduğu "xxxx" MMC tərəfindən podrat müqaviləsi əsasında görüləcək işlərlə əvəzləşdirılməli idi. "xxxx" MMC işləri təhvil verdikcə iddiaçıya görülmüş işlərin dəyərinə müvafiq qəbzlər təqdim edilmişdir. Lakin sonradan podratçı işləri tam təhvil vermədiyinə görə mənzil iddiaçıya təhvil verilməmişdir. Belə ki, "xxxx" MMC Cavabdeh MTК ilə aralarında bağlanmış 01 mart 2019cu il tarixli, “Dəmir beton konstruksiyalarının inşası işlərinin görülməsi barədə” podrat müqaviləsinin müddəalarına əsasən üzərinə düşən öhdəlikləri vaxtında və tam icra etməmiş, bu səbəbdən də, Kooperativə və onun işgüzar nüfuzuna külli miqdarda zərər dəymişdir. Cavabdeh MTК "xxxx" MMC-yə qarşı inzibati məhkəmədə iddia qaldırdıqdan sonra "xxxx" MMC-nin işləri vaxtında və keyfiyyətli görmədiyi məhkəmə qətnaməsi ilə sübuta yetirilmişdir. Məhz Cavabdeh MTК "xxxx" MMC-yə qarşı inzibati məhkəmədə iddia qaldırdıqdan sonra İddiaçı Korrupsiyaya qarşı mübarizə idarəsinə müraciət etmiş və onun ərizəsi araşdırılarkən Cavabdeh MTК izahatında bildirmişdir ki, mənzil müqaviləsi podrat müqaviləsi ilə şərtləndirilib. İddiaçının məhkəməyə təqdim etdiyi qəbzlər tam deyil. İddiaçı izahatlarında gah qəbzlərin bir hissəsini itirdiyini, gah da, qəbzlərin bir hissəsini aldıqdan sonra mənzilin qalan dəyərini birdəfəyə ödədiyi üçün ona daha qəbz deyil, mənzilin dəyərinin tam ödənildiyi və borcunun olmadığı barədə maliyyə arayışının verildiyini bildirmişdir. Cavabdeh MTК iddiaçıya maliyyə arayışının verilməsi MTK ilə "xxxx" MMC arasında olan qarşılıqlı hörmət və etimaddan irəli gəlir. Maliyyə arayışının üzərində möhür yoxdur, heç bir tarix göstərilməyib. İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2019-cu il tarixli SRM 047 nömrəli payın alqı-satqı müqaviləsinin 8.3-cü maddəsinə əsasən “Payçı tərəfindən bu Müqavilə üzrə öhdəliklər tam yerinə yetirilmədikdə və həmçinin ödəmə bildirişində göstərilən müddətdə ödənişlər tam şəkildə həyata kcçırilmədıkdə “Kooperativ” bununla əlaqədar “Payçı”nı qabaqcadan xəbərdar etməklə müqaviləni bır tərəfli qaydada ləğv edə bilər. Cavabdeh MTK müqavilə şərtlərinə uyğun olaraq ona xitam vermişdir və müqavilə artıq mövcud deyil. Ona görə də, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə3 iddianı qəbul etməyərək, nümayəndə və Vəkil1 izahatı ilə tam razı olduğunu bildirmiş və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə işə baxb, tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh MTK (“Kooperativ”) ilə İddiaçı (“Payçı”) arasında bağlanmış 01 noyabr 2019-cu il tarixli, SRM 047 nömrəli payın alqı-satqı müqaviləsindən görünür ki, “Kooperativ” Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində (keçmiş 10-20 ünvanında) inşa ediləcək hündürmərtəbəli yaşayış binasının mənzilini “Payçı”ya verməyi, “Payçı” isə mənzilin dəyərinə uyğun pay haqqını “Kooperativ”ə ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən bu Müqavilə üzrə pay haqqının məbləği 578.818 manat təşkil edir. Həmin pay haqqı “Kooperativ” tərəfindən rəsmi ödəmə bildirişi göndərildiyi tarixdən hissə-hissə mənzilin inşası başa çatdırılanadək “Payçı” tərəfindən “Kooperativ”ə ödənilir. Həmin Müqavilənin 8.3-cü maddəsinə əsasən “Payçı” tərəfindən bu Müqavilə üzrə öhdəliklər tam yerinə yetirilmədikdə və həmçinin ödəmə bildirişində göstərilən müddətdə ödənişlər tam şəkildə həyata keçirilmədikdə “Kooperativ” bununla əlaqədar “Payçı”ya xəbərdarlıq bildirişi göndərir. “Payçı” həmin bildirişi aldıqdan sonra 10 (on) gün müddətində qeyd edilən öhdəlikləri, o cümlədən həmən günə hesablanmış dəbbə pulunu tam şəkildə ödəmədikdə, “Kooperativ” “Payçı”nı 5 (beş) gün qabaqcadan xəbərdar etməklə bu Müqaviləni bir tərəfli qaydada ləğv edə bilər. İş materiallarında olan maliyyə arayışından görünür ki, İddiaçı Cavabdeh MTK-nın ünvan 3 ünvanlarında yerləşən yaşayış binasının blok “G”, yaşayışın 9-cu, ümumi 12-ci mərtəbəsində, ümimi sahəsi 225.66 kv.m., dəyəri 578.818 manat olan mənzilin payçısıdır və o pay haqqını tam ödəyib, kooperativə borcu yoxdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MTK 50000 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MTK 30000 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MTK 30000 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MTK 50000 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MTK 50000 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MTK 50000 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MTK 30000 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MTK 50000 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MTK 50000 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-59/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamədən görünür ki, iddiaçı Cavabdeh MTK-nın cavabdeh "xxxx" MMC-yə qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək, 01.03 2019-cu il tarixli “Dəmir beton konstruksiyalarının inşası işlərinin görülməsi barədə" podrat müqaviləsinə əsasən öhdəliyin icrasının gecikdirilməsinə görə 453790 manat məbləğində cərimə, zərər olaraq sakinlərə ödənilmiş 233361 manat məbləğində kirayə haqqı, cəmi 687151 manat məbləğində pulun iddiaçı Cavabdeh MTK-nın xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan "xxxx" ASC-dən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh MTK (VÖEN:1********) müəssisəsindən "xxxx" MMC-yə (VÖEN:**********) xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 2 293 752,66 (iki milyon iki yüz doxsan üç min yeddi yüz əlli iki manat 66 qəpik) manat vəsait daxil olmuşdur. Təqdim olunmuş Cavabdeh MTK tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, təkrarən ona müraciət edilərək bildirilir ki, onunla Cavabdeh MTK arasında 01 noyabr 2019-cu il tarixli, SRM 047 nömrəli “Payın alqı-satqısına dair” müqavilə imzalanmışdır. Həmin müqavilə üzrə mənzilin dəyəri onun tərəfindən ödənilməmişdir. Kooperativ ilə aralarında razılaşmaya əsasən onun adına rəsmiləşdirilən mənzilin dəyəri onun həyat yoldaşı Mustafa Korkmazın təsisçi və direktoru olduğu "xxxx" MMC ilə Cavabdeh MTK arasında bağlanmış podrat müqaviləsinə əsasən gördüyü işlərin əvəzi olaraq əəvəzləşdirilməli idi. Lakin "xxxx" MMC tərəfindən həmin müqavilə üzrə öhdəliklər vaxtında və lazımi keyfiyyətdə görülməmişdir və bununla bağlı Cavabdeh MTK tərəfindən məhkəmədə mübahisə qaldırılmışdır. Bildirilir ki, onun adına rəsmiləşdirilmiş mənzilin dəyəri onun tərəfindən ödənilmədiyi, həmçinin "xxxx" MMC-nin Cavabdeh MTK ilə arasında bağlanmış podrat müqaviləsi üzrə gördüyü işlərin dəyəri (həmin işlər lazımi keyfiyyətdə və vaxtında yerinə yetirilmədiyinə görə) əvəzləşdirilmədiyi üçün 01 noyabr 2019-cu il tarixli, SRM 047 nömrəli “Payın alqı-satqısına dair” müqavilə üzrə mənzilin dəyərinin ödənilməsi zərurəti yaranmışdır. Onunla aralarındakı razılaşmaya uyğun olaraq mənzilin dəyərinin ödənilməsi ilə bağlı arayış verilsə də, lakin mənzilin dəyəri tam əvəzləşdirilmədiyinə görə müvafiq qəbzlər də tam şəkildə ona təqdim edilməmişdir. Onun nəzərinə çatdırılır ki, müqavilənin 8.3-cü maddəsinə əsasən “Payçı” tərəfindən bu Müqavilə üzrə öhdəliklər tam yerinə yetirilmədikdə və həmçinin ödəmə bildirişində göstərilən müddətdə ödənişlər tam şəkildə həyata keçirilmədikdə “Kooperativ” bununla əlaqədar “Payçı”ya xəbərdarlıq bildirişi göndərir. “Payçı” həmin bildirişi aldıqdan sonra 10 (on) gün müddətində qeyd edilən öhdəlikləri, o cümlədən həmən günə hesablanmış dəbbə pulunu tam şəkildə ödəmədikdə, “Kooperativ” “Payçı”nı 5 (beş) gün qabaqcadan xəbərdar etməklə bu Müqaviləni bir tərəfli qaydada ləğv edəcək, mənzil satışa çıxarılacaqdır. Odur ki, mənzilin dəyərinin 10 (on) gün müddətində ödənilməsi xahiş edilir, əks halda müqavilə birtərəfli qaydada ləğv ediləcək və mənzil satışa çıxarılacaq. Təqdim olunmuş Cavabdeh MTK tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, ona müraciət edilərək bildirilir ki, onunla Cavabdeh MTK arasında 01 noyabr 2019-cu il tarixli, SRM 047 nömrəli “Payın alqı-satqısına dair” müqavilə imzalanmışdır. Dəfələrlə ona müraciət etmələrinə baxmayaraq, həmin müqavilə üzrə mənzilin dəyəri onun tərəfindən tam ödənilməmişdir. Kooperativ ilə aralarında razılaşmaya əsasən onun adına rəsmiləşdirilən mənzilin dəyəri onun həyat yoldaşı Mustafa Korkmazın təsisçi və direktoru olduğu "xxxx" MMC ilə Cavabdeh MTK arasında bağlanmış podrat müqaviləsinə əsasən gördüyü işlərin əvəzi olaraq əəvəzləşdirilməli idi. Lakin "xxxx" MMC tərəfindən həmin müqavilə üzrə öhdəliklər vaxtında və lazımi keyfiyyətdə yerinə yetirilməmişdir və bununla bağlı Cavabdeh MTK tərəfindən məhkəmədə mübahisə qaldırılmışdır. Bildirilir ki, onun adına rəsmiləşdirilmiş mənzilin dəyəri onun tərəfindən tam ödənilmədiyi, həmçinin "xxxx" MMC-nin Cavabdeh MTK ilə arasında bağlanmış podrat müqaviləsi üzrə gördüyü işlərin dəyəri (həmin işlər lazımi keyfiyyətdə və vaxtında yerinə yetirilmədiyinə görə) əvəzləşdirilmədiyi üçün 01 noyabr 2019-cu il tarixli, SRM 047 nömrəli “Payın alqı-satqısına dair” müqavilə üzrə mənzilin dəyərinin ödənilməsi zərurəti yaranmışdır. Onun nəzərinə çatdırılır ki, müqavilənin 8.3-cü maddəsinə əsasən “Payçı” tərəfindən bu Müqavilə üzrə öhdəliklər tam yerinə yetirilmədikdə və həmçinin ödəmə bildirişində göstərilən müddətdə ödənişlər tam şəkildə həyata keçirilmədikdə “Kooperativ” bununla əlaqədar “Payçı”ya xəbərdarlıq bildirişi göndərir. “Payçı” həmin bildirişi aldıqdan sonra 10 (on) gün müddətində qeyd edilən öhdəlikləri, o cümlədən həmən günə hesablanmış dəbbə pulunu tam şəkildə ödəmədikdə, “Kooperativ” “Payçı”nı 5 (beş) gün qabaqcadan xəbərdar etməklə bu Müqaviləni bir tərəfli qaydada ləğv edəcək, mənzil satışa çıxarılacaqdır. Odur ki, göstərilənlərə əsasən ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilə üzrə öhdəliyini tam yerinə yetirmədiyi üçün Müqavilənin 8.3-cü maddəsi rəhbər tutularaq, həmin Müqavilə Cavabdeh MTK tərəfindən ləğv edilmişdir. Müqavilə üzrə ona ödənilən qəbzlərdə göstərilən məbləğlər podrat müqaviləsi üzrə görülmüş işlərlə əvəzləşdirildiyinə və bu işlər lazımi vaxtda və keyfiyyətlə icra edilmədiyinə, həmçinin hazırki məsələ məhkəmədə mübahisələndirildiyinə görə ona təqdim edilmiş qəbzlər üzrə məbləğlərin ona geri qaytarılıb- qaytarılmayacağı "xxxx" MMC ilə Cavabdeh MTK arasındakı məhkəmə mübahisəsinin nəticəsinə müvafiq həll olunacaqdır. Təqdim olunmuş Cavabdeh MTK-nın üzvlərinin xx.xx.2023-cü il tarixli Ümumi Yığıncağının növbədənkənar iclasının protokolundan çıxarışdan görünür ki, İddiaçı ilə Cavabdeh MTK arasında 01 noyabr 2019-cu il tarixli, SRM 047 nömrəli “Payın alqı-satqısına dair” müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən Cavabdeh MTK-ya məxsus Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində (keçmiş 10-20 ünvanında) inşa edilmiş 19 mərtəbəli yaşayış binasının G blokunun 9-cu mərtəbəsinin (ümumi 12-ci mərtəbəsinin) 225,66 kv.mlik mənzil İddiaçı həyat yoldaşı Mustafa Korkmazın təsisçisi və direktoru olduğu "xxxx" MMC-nin Cavabdeh MTK ilə bağladığı Sabah Residence yaşayış kompleksində dəmir beton konstruksiyaların inşası ilə bağlı SBH 003 saylı, xx.xx.2019-cu il tarixli podrat müqaviləsi üzrə işlərin dəyəri ilə əvəzləşdirilməli idi. Lakin həmin podrat müqaviləsi üzrə “podratçı” olan "xxxx" MMC tərəfindən görülməsi nəzərdə tutulan işlər vaxtında və keyfiyyətli şəkildə icra edilməmiş, ona görə də, müqavilə dəyərinin əvəzləşdirilməsi mümkün olmamışdır. Bu barədə dəfələrlə İddiaçı xəbərdarlıq edilmiş və onunla bağlanılmış “Payın alqı-satqısına dair” xx.xx.2019-cu il tarixli, SRM 047 nömrəli müqavilə üzrə mənzilin dəyərinin ödənilməsi təklif edilmişdir. Buna baxmayaraq, İddiaçı tərəfindən mənzilin dəyəri ödənilməmişdir. İddiaçı ilə Cavabdeh MTK arasında “Payın alqı-satqısına dair” xx.xx.2019cu il tarixli, SRM 047 nömrəli müqavilənin şərtlərinə əsasən mənzilin dəyəri İddiaçı tərəfindən ödənilmədiyinə görə müqaviləyə birtərəfli qaydada xitam verilməsi zərurəti yaranmışdır. Ümumi yığıncağın qərarına əsasən İddiaçı ilə Cavabdeh MTK arasında olan “Payın alqı-satqısına dair” xx.xx.2019-cu il tarixli, SRM 047 nömrəli müqaviləsinə müqavilənin dəyəri İddiaçı tərəfindən ödənilmədiyinə görə xitam verilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 387.2-ci mad.). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı Korkmaz, Hicran Allahverdi qızı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2019-cu il tarixli, SRM 047 nömrəli payın alqı-satqı müqaviləsinin 2.1-ci maddəsinə əsasən, iddiaçı Bakı şəhəri, Səbail rayonu. Xanlar küçəsində 10-20 (yeni adı Ziya Yusifzadə) ünvanında yerləşan yaşayış binasının blok “G", yaşayışın 9-cu, ümumi 12-ci mərtəbəsində, ümumi sahəsi 225,66 kvadrat metr olan mənzilin dəyərinə uyğun pay haqqını Kooperativə ödəməyi öhdəsinə götürmüşdür. Belə kı, mənzilin dəyərinə uyğun pay haqqı İddiaçı həyat yoldaşı Mustafa Korkmazın rəhbəri olduğu "xxxx" MMC tərəfindən podrat müqaviləsi əsasında görüləcək işlərlə əvəzləşdirilməli idi. Lakin "xxxx" MMC Cavabdeh MTК ilə aralarında bağlanmış 01 mart 2019-cu il tarixli, “Dəmir beton konstruksiyalarının inşası işlərinin görülməsi barədə” podrat müqaviləsinin müddəalarına əsasən üzərinə düşən öhdəlikləri vaxtında və tam icra etməmiş, bu səbəbdən də Kooperativə və onun işgüzar nüfuzuna külli miqdarda zərər dəymişdir. Buna görə də, Cavabdeh MTK "xxxx" MMC-yə qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə eləcə də müəyyən olundu ki, tərəflər arasındakı razılaşmaya uyğun olaraq mənzilin dəyərinin ödənilməsi ilə bağlı arayış verilsə də, lakin mənzilin dəyəri tam əvəzləşdirilmədiyinə görə müvafiq qəbzlər də tam şəkildə iddiaçıya təqdim edilməmişdir. Tərəflər arasındakı müqaviləyə əsasən mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilmədiyi üçün Müqavilənin 8.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddiaçıya xəbərdarlıq bildirişi göndərilərək, 10 (on) gün müddətində qeyd edilən öhdəliklərin yerinə yetirilməsi, əks təqdirdə müqavilənin birtərəfli qaydada ləğv ediləcəyi və mənzilin satışa çıxarılacağı bildirilmişdir. Buna baxmayaraq, İddiaçı tərəfindən mənzilin dəyəri ödənilmədiyi üçün Cavabdeh MTK-nın üzvlərinin xx.xx.2023-cü il tarixli Ümumi Yığıncağının növbədənkənar iclasının qərarı ilə İddiaçı ilə Cavabdeh MTK arasında olan “Payın alqı-satqısına dair” xx.xx.2019-cu il tarixli, SRM 047 nömrəli müqaviləsinə müqavilənin dəyəri İddiaçı tərəfindən ödənilmədiyinə görə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-cı maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəlləsinin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.4 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında göstərmişdir ki, müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır. Burada “tərəflərin razılaşması ilə yol verildikdə” müddəasının “əvvəlcədən müqavilədə nəzərdə tutulan hallarda” mənasını ehtiva etdiyi xüsusilə qeyd edilməlidir. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinin dispozisiyasından göründüyü kimi, burada hüquqi tənzimetmə qarşılıqlı razılaşma ilə deyil, məhz müqavilənin bilavasitə birtərəfli qaydada ləğv edilməsi (maddədə “imtina” olaraq ifadə edilib) ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda qeyd olunan qərarında izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Məhkəmə Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan qərarını rəhbər tutaraq və iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, tərəflər arasındakı müqaviləyə cavabdeh tərəfindən birtərəfli qaydada xitam verildiyi üçün İddiaçı Cavabdeh MTK-ya qarşı“mənzilin təhvil verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar