Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-428/2021 16.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Məmmədli Kənan Fuad oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 933 manat pulun alınaraq ona verilməsi, cavabdehin hərəkətində cinayət əməlinin olduğunun müəyyən edildiyi təqdirdə müvafiq orqanlara məlumat verməklə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, hal-hazırda ünvan 1 mənzil 20 ünvanında yaşayır. Laçın rayonundan məcburi köçkündür. Cavabdeh atasına məxsus “Qədim Şəki” restoranında işlədiyi vaxdan tanıyır. O, həmin restoranda idarəedici işində işləyirdi. Belə ki, o, 2019-cu ilin oktyabr ayından 2020-ci ilin mart ayına kimi Bakı şəhəri, Badamdar qəsəbəsi, Y.Qarayev ünvanında yerləşən “Qədim Şəki” restoranında ofisiant kimi çalışmışdır. Lakin sonradan ona məlum oldu ki, ofisiant kimi çalışsa da onun adını müqavilədə aşbaz kimi qeyd etmişlər. “Qədim Şəki” restoranından sonra o işləmək üçün “Qoşa Çinar” kafesinə getdi. O həmin kafedə işləyərkən həmin kafedə ofisiant işləyən Nihad adlı oğlan ona yaxınlaşıb, əvvəl işlədiyi “Qədim Şəki” restoranının müdürinin oğlu Kamranın onun nömrəsini axtardığını bildirdi. O Nihaddan Kamranın nömrəsini götürüb onun “vatsapına” səsli mesaj göndərdi. O, isə ona cavabında bildirdi ki, “Korona virus” pandemiyası ilə əlaqədar onun hesabına dövlət tərəfindən pul köçürülüb və bir gün vaxt tapıb onunla birlikdə gedib həmin pulu bankdan çıxarsınlar. xx xxxxxxxx 2020-ci il tarixdə Kamranla Badamdar qəsəbəsində yerləşən “Tiflis” restoranında görüşüb, Yasamal rayonu, C.Cabbarlı küçəsində yerləşən “Kapital Bank”a gedərək onun adına hesab nömrəsi açdırdı. Sonra isə xx xxxxxxxx 2020-ci il tarixdə Kamran onun “vatsapına” səsli mesaj göndərərək bildirdi ki, onun hesab nömrəsinə pul köçürülüb və gedib həmin pulu çıxarmaq lazımdır. Həmçinin onuda bildirdi ki, 3-cü rn/r dairəsi tərəfdədir və gəlib onu götürüb banka aparacaqdır. Təxminən 30 dəqiqə sonra Kamran özünə məxsus avtomobillə gələrək onunla birlikdə Yasamal rayon ərazisində yerləşən “Kapital Bank”a getdilər. Kamran maşını bankdan çox aralı məsafədə saxladı. Ondan nə üçün maşını uzaqda saxlamağının səbəbini soruşarkən cavabında o, dedi ki, guya bankın ətrafı həmişə maşınla dolu olduğu üçün maşını kənarda saxlayır. Əslində bankın ətrafında çox maşın yox idi. Sonra o banka girib onun hesab nömrəsinə oturmuş 983 (doqquz yüz səksən üç) manat pulu bankdan alaraq oradan çıxdı. Həmin vaxt Kamran “Kapital Bank”m qabağında gözləyirdi. O, bankdan çıxdıqdan sonra təxminən 100 (yüz) metr bankdan aralıda saxlanmış Kamranın maşınına oturdu. Maşına oturduqdan sonra Kamran ona dedi ki, aldığın pulları ver sayım. Saysın deyə 983 (doqquz yüz səksən üç) manat pulu ona verdi. Düşündü ki, yəqin pulu sayıb onun özünə qaytaracaqdır. Lakin pulu saydıqdan sonra o, həmin pulun içərisindən 50 manat çıxardıb ona verdi. Qalan pulları, yəni 933 (doqquz yüz otuz üç) manat pulu isə öz cibinə qoyub maşını sürməyə başladı. Əvvəlcə o anlaşılmaz vəziyyətdə qalıb heç nə demədi. Sonradan özünə gəlib nə üçün belə etdiyini ondan soruşmaq istədi. Lakin sonra qorxdu ki, o, ona nəsə edər, yəni zəzər yetirər. Buna görədə heç bir söz demədi. Kamran adlı həmin şəxs idarə etdiyi şəxsi avtomobili ilə onu “Papanin” adlanan ərazidə yerləşən körpünün altına gətirdi və orada maşından endirib maşını sürərək getdi. Sonra o Kamranın atası, “Qədim Şəki” restoranının müdüri Çingiz adlı şəxsə zəng vurub dedi ki, oğlun Kamran saymaq adı ilə ondan aldığı 983 (doqquz yüz səksən üç) manat pulu saydıqdan sonra həmin puldan 50 (əlli) manat ona verib qalan hissəsini isə öz cibinə qoydu. O, ona dedi ki, oğlu Kamranın borcu çoxdur və o, 50 (əlli) manatı gündəlik iş görməyin müqabilində vermişdir. Bundan sonra onların arasındakı telefon danışığı sonlandı. Sonra o Kamranın özünə məxsus mobil nömrəyə “vatsap” vasitəsi ilə səsli ismarıc göndərərək pulu nə üçün götürdüyünü soruşdu. O, ona bildirdi ki, o, pul işçilərə çatacaq və həmin pulun yalnız əlli manatı ona çatacaqdır. O ona bildirdi ki, bankda pulu o alarkən pulu verən şəxs ona bildirdi ki, bu pul “Korona virus” xəstəliyi ila əlaqədar dörd aylıq əmək haqqı əvəzinə dövlət tərəfindən ona verilmişdir. Ondan xahiş etdi ki, ondan aldığı pulları geri qaytarsın və əks təqdirdə ondan polisə şikayət edəcəy. Onun cavabı bu oldu ki, narahat etmə və hara istəyirsən şikayət et. Onun bu qanunsuz hərəkətləri barədə 2020-ci ilin oktyabr ayında Yasamal RPİ-nə müraciət etdi. Onun şikayət xarakterli müraciəti Yasamal Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis leytenantı X2 tərəfindən araşdırılmış və toplanmış materiallar cinayət tərkibinin əlamətləri olmadığı üçün cinayət işimin başlanması rədd edilmiş və ona baş vermiş hadisənin mülki xarakterli olduğu və bununla əlaqədar olaraq məhkəməyə müraciət etmək hüququm izah edilmişdir. Onun şikayəti əsasında Yasamal Rayon Polis İdarəsinin Təhqiqi Şöbəsinə dəvət edilmiş Cavabdeh təhqiqat şöbəsində yazdığı izahatında xx xxxxxxxx 2020-ci il tarixdə onunla bir yerdə olarkən ona 983 (doqquz yü səksən üç) manat pul verdiyini, yəni həmin pulu ondan aldığını və sonra o, pulun ona qaytarmadığını etiraf etmişdir. Eyni zamanda guya həmin pulun 491.5 manatının Sadiq adlı kassirə çatmalı olduğunu, 50 manatının ona çatmalı olduğunu və qalan hissəsinin isə onun ona olan borcuna çıxdığını göstərmişdir. Onun bu yazdıqları isə tam yalan və böhtandır. Pulu Bankdan almamışdan əvvəl Kamranın özü və pulu Bankdan alarkən isə Bankda pulu ona verən şəxs ona bildirdi ki, bu pul ona dörd aylıq əmək haqqının əvəzinə “Kopona virus” xəstəliyi ilə əlaqədar dövlət tərəfindən verilir. Ərizədə onuda bildirir ki, onun nə Cavabdeh, nə də heç kimə borcu olmamışdır. Həmin puldan 491.5 manatın isə Sadiq adlı şəxsə çatması barədə Kamranın yazdıqları tam yalan və onun uydurmasıdır. Əgər onun dediklərini təsdiq edən sübutları varsa məhkəməyə təqdim etsin. Onun isə irəli sürdüyü iddianı təsdiq edən sübutları var. Birinci sübutlarım “Kapital Bank”dan həmin məbləğ pulu almağına dair sənədlərin olması və ikinci də Cavabdeh ərizədə yazdığı 983 (doqquz 'yüz səksən üç) manat məbləğində pulu ondan alıb, həmin puldan 50 (əlli) manat ona qaytarması və qalan pulu ona qaytarmaması və özünə götürməsini Polis İdarəsinin Təhqiqat Şöbəsində verdiyi izahatında yazması, yəni əməlini etiraf etməsidir. Hesab edir ki, cavabdehdən 933 (doqquz yüz otuz üç) manat pul məhkəmə qaydasında alınaraq ona verilməlidir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X3 iddianın tam əsassız olduğu üçün qəbul etmədiyini, iddiaçı pulu cavabdehə borcu olduğu üçün verdiyini qeyd edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, irəli sürülən tələbin dəlillərini müzakirə edib, təqdim olunmuş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı A.Qədiməliyevin cinayət işi başlanmasının rədd edilməsi barədə xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından və qeyd edilən xüsusatlar mülki xarakterli olduğundan toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Kapital Bankın hesabdan çıxarışdan görünür ki, İddiaçı AZ83AİİB410100C**********104 saylı hesabına xx.xx.2020-ci il tarixdə 990 manat 4 aylıq əmək haqqı oturulmuşdur. İş materiallarında olan Cavabdeh Bakı şəhəri, Yasamal RPİ-nə şikayət ərizəsi ilə bağlı verdiyi izahatından görünür ki, o, xx xxxxxxxx 2020-ci il tarixdə iddiaçı ilə bir yerdə olarkən ona 983 (doqquz yü səksən üç) manat pulu ondan aldığını, həmin pulun 491.5 manatının Sadiq adlı kassirə çatmalı olduğunu, 50 manatının iddiaçıya çatmalı olduğunu və qalan hissəsinin isə onun ona olan borcuna çıxdığını göstərmiş və 933 manat pulun ona qaytarmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermis sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, Cavabdeh 933 manat pulu iddiaçıdan əldə etməklə əsassız varlanmışdır və əsassız varlanma nəticəsində əldə etdiklərini iddiaçıya qaytarmalıdır. Ona görə də, iddia tələbi bu hissədə təmin edilməlidir. İddia tələbinin cavabdehin hərəkətində cinayət əməlinin olduğunun müəyyən edildiyi təqdirdə müvafiq orqanlara məlumat verməklə cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu tələb əsassızdır. Cinayət işinin rədd edilməsi barədə qərar mövcuddur və bu qərar iddiaçı tərəfindən mübahisələndirilməyib. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 933 (doqquz yüz otuz üç) manat və ödənilmiş 5 (beş) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-428/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-428/2021
16.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver