Məhkəmə qərarları › İş №2(009)-431/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-431/2024

01.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-431/2024 01.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Beynəlxalq Bankı ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Əlı̇ yev Nazı̇ m Əli oğlunun (Azərbaycan Beynəlxalq Bankı ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti və Cavabdeh1nə qarşı "hərracın etibarsız hesab edilməsi, yenidən qiymətləndirmə və hərrac keçirilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təsviri hissə: İddiaçı Əlı̇ yev Nazı̇ m Əli oğlu (Azərbaycan Beynəlxalq Bankı ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh ̇"xxxx" Məhdud Məsulı̇ yyət Cəmı̇ yyəti və Cavabdeh1nə qarşı "hərracın etibarsız hesab edilməsi, yenidən qiymətləndirmə və hərrac keçirilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 20-ci sahə ünvanında yerləşən 0.05 ha torpaq sahəsinin “ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 26 sentyabr 2023-cü il tarixli 201/23 saylı protokolun etibarsız hesab edilməsi, həmin protokolun hüquqi nəticələrinin ləğv edilməsi, torpaq sahəsinin yenidən qiymətləndirilməklə yenidən hərraca çıxarılması, qanunvericiliklə dairəsi müəyyən edilmiş şəxslərin iştirakı ilə təkrar hərrac keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-363/2022, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 20-ci sahə ünvanında yerləşən 0,05 ha torpaq sahəsi 126 591,28 manat borc əvəzi olaraq Səbail rayon İcra Şöbəsi tərəfindən hərraca çıxarılaraq ilkin satış qiyməti 135000 manat, son qiyməti 86062,50 manat olmaqla ipoteka saxlayanın özünə təklif edilməklə ipoteka saxlayan tərəfindən əldə edilmişdir. 26 sentyabr 2023-cü il tarixli 201/23 saylı protokol üzrə cavabdeh Əmlak Hərrac Mərkəzi MMC tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş hərracın nəticələri ilə razı deyil və hesab edir ki, hərrac barəsində verilmiş 201/23 saylı, xx.xx.2023-cü il tarixli protokol etibarsız hesab edilməli, həmin protokolun hüquqi nəticələri ləğv edilməli, torpaq sahəsi yenidən qiymətləndirilməklə yenidən hərraca çıxarılmaqla, qanunvericiliklə dairəsi müəyyən edilmiş şəxslərin iştirakı ilə təkrar hərrac keçirilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, həmin ərazidə yerləşən torpaqların 1 sotunun dəyəri 50 000 manat olmaqla mübahisəli torpaq sahəsinin üzərində həmçinin tikili də mövcuddur. Cavabdeh hərrac təşkilatı tərəfindən hərrac keçirilən zaman ona heç bir məlumat verilməmiş və tərəf olaraq bununla bağlı 30 gün qalmış bildiriş göndərilməmişdir. Hərrac iştirakı olmadan keçirilmiş və xx.xx.2023-cü il tarixdə Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə özgəninkiləşdirmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iş materiallarında poçt bildirişləri olmadığını, iddiaçının ünvanı kimi bütün bildirişlərdə onun ünvanının göstərildiyini və qanunla müəyyən edilmiş müddətləri pozmaqla göndərildiyini, qiymətlərin artmasını nəzərə alaraq iddianın təmin edilməsini xahiş etmişdir. Etirazın dəlilləri: Məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia əsassızdır, belə ki, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə qətnaməsi ilə müəyyən edilib, məhkəmə qərarlarının əsaslandırıcı hissəsindən görünür ki, ilkin satış qiymətinin müəyyən edilməsi üçün sonuncu dəfə keçirilən əmtəəşünaslıq ekspertizası zamanı qanunsuz tikililərin də nəzərdə tutulması qeyd edilmişdir. İddianın digər dəlilləri ilə bağlı qeyd edir ki, hərracın keçirilməsi vaxtı barədə həm tələbkar, həm də hərrac təşkilatı tərəfindən müvafiq bildirişlər borcluya göndərilmişdir. Bundan başqa, ipoteka predmetinə dair hərracın keçirilməsi qaydaları və müddətləri “İpoteka haqqında” Qanunla tənzimlənir, həmin müddətlərə əməl edilmişdir, buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh "xxxx" MMC məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmiş, Cavabdeh1 məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər "xxxx" MMC-nin və Cavabdeh1 nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbləri aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-76/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı 97425,66 manat (doxsan yeddi min dörd yüz iyirmi altı manat, altmış altı qəpik) məbləğində əsas, 27798,95 manat (iyirmi yeddi min yeddi yüz doxsan səkkiz manat, doxsan beş qəpik) məbləğində faiz borcu, müqavilə üzrə kreditin verilməsi müddəti bitdikdən sonrakı müddət üçün 1366,67 manat (bir min üç yüz altmış altı manat, altmış yeddi qəpik) məbləğində faiz borcu, cəmi 126.591,28 manat (bir yüz iyirmi altı min beş yüz doxsan bir manat iyirmi səkkiz qəpik) məbləğində borc, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti və iddianın qaldırılması ilə bağlı çəkilmiş digər məsrəflərin əvəzi olaraq 31,76 manat (otuz bir manat yetmiş altı qəpik) məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tələb üzrə tutma cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 20-ci sahə ünvanında yerləşən 0,05 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiyməti 244.000 manat (iki yüz qırx dörd min) məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına "xxxx" ASC-nin borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin cavabdeh İddiaçı qaytarılması, satışdan əldə edilmiş vəsait ödənilməsi qət edilmiş borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə, qalan məbləğin cavabdeh İddiaçı tutulması, qiymətləndirici rəylərinin alınmasına görə cavabdeh İddiaçı 200 (iki yüz) manat məbləğində pul vəsaitin tutularaq "xxxx" MMC-yə və 300 (üç yüz) manat məbləğində pul vəsaitin tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-363/2022, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-76/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 135000 manat məbləğində müəyyən edilməsi, qətnamənin digər mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan cəmi 100 manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinin 14 oktyabr 2022-ci il tarixli 10/4062 saylı ekspert rəyinə əsasən İddiaçı mülkiyyətində olan, Bakı şəhəri, Səbail rayon, Badamdar qəsəbəsi, 20-ci sahə ünvanında yerləşən 500 kv.m torpaq sahəsinin orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 122,500,0 manat (5,0 sot x 24500) məbləğində, 10% azalma əmsalı tətbiq edilməklə həmin torpaq sahəsinin likvid dəyəri təqribən 110.250.0 manat məbləğində müəyyən edilir. İddiaçı mülkiyyətində olan, Bakı şəhəri, Səbail rayon, Badamdar qəsəbəsi, 20-ci sahə ünvanında yerləşən 500 kv.m torpaq sahəsinin tikili ilə bilikdə orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 150.000,0 manat (5,0 sot x 30.000) məbləğində, 10% azalma əmsalı tətbiq edilməklə həmin torpaq sahəsinin likvid dəyəri təqribən 135.000.0 manat məbləğində müəyyən edilir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(102)-195/2023 saylı qərarından görünür ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmaması, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 6 dekabr tarixli, 2-2(103)-363/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. -2-2(103)-363/2022 saylı, 06 dekabr 2022-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İcra vərəqəsindən görünür ki, cavabdeh İddiaçı 97.425,66 manat (doxsan yeddi min dörd yüz iyirmi altı manat, altmış altı qəpik) məbləğində əsas, 27.798,95 manat (iyirmi yeddi min yeddi yüz doxsan səkkiz manat, doxsan beş qəpik) məbləğində faiz borcu, müqavilə üzrə kreditin verilməsi müddəti bitdikdən sonrakı müddət üçün 1366,67 manat (bir min üç yüz altmış altı manat, altmış yeddi qəpik) məbləğində faiz borcu, cəmi 126.591.28 manat (bir yüz iyirmi altı min beş yüz doxsan bir manat iyirmi səkkiz qəpik) məbləğində borc, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti və iddianın qaldırılması ilə bağlı çəkilmiş digər məsrəflərin əvəzi olaraq 31,76 manat (otuz bir manat yetmiş altı qəpik) məbləğində pul vəsaiti tutularaq iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC-yə ödənilməli, Tələb üzrə tutma cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 20ci sahə ünvanında yerləşən 0,05 ha torpaq sahəsinə yönəldilməli, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 135.000 manat (yüz otuz beş mln) məbləğində müəyyən edilsin. Əmlakın satışından əldə olunmuş vəsait hesabına ləğv prosesində olan “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ cavabdeh İddiaçı Əll oğluna qaytarılmalı, satışdan eldə edilmiş vəsait ödənilməsi qət edilmiş borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə, qalan məbləğ cavabdeh İddiaçı tutulmalı, qiymətləndirici rəylərinin alınmasına görə cavabdeh İddiaçı 200 (iki yüz) manat məbləğində pul vəsaiti tutularaq “Əmlak Ekspert Mərkəzi" MMC-yə və 300 (üç yüz) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilməlidir. - Səbail rayon İcra şöbəsinin həmçinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-363/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qərarla icraata başlanılmışdır. İcra sənədinin icrasının təmin edilməsi məqsədi ilə icra sənədində göstərilən ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 20-ci sahə ünvanında yerləşən 0,05 ha torpaq sahəsinin satışının təmin olunması məqsədi ilə hərracın keçirilməsinin təşkil edilməsi və nəticəsi barədə məlumat verilməsi xahiş olunur. - "xxxx" MMC-nin “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 201/23 nömrəli, xx.xx.2023-ci il tarixli protokolundan görünür ki, keçirilən hərracda sifarişçi kimi Səbail rayon icra şöbəsi, hərracın təşkilatçısı kimi "xxxx" MMC, satılan əmlak isə Bakı Apellyasiya Məhkəməsinin 2-2 (103)-363/2022, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 20-ci sahə ünvanında yerləşən 0,05 ha torpaq sahəsi, ilkin satış qiyməti 135000 manat, satılmış son qiyməti isə 86062,50 manat, İpotekasaxlayan "xxxx" ASC olmaqla, keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka haqqında" AR qanununun 43.7. maddəsinə əsasən ipotekasaxlayan "xxxx" ASC əmlakı 86062.50 (səksən altı min altmış iki manat əlli qəpik) manata alması qeyd olunmuşdur. - “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” xx.xx.2023-ci il tarixli müqavilədən görünür ki "xxxx" MMC-nin direktoru və "xxxx" ASC-nin nümayəndəsi X1 arasında müqavilə bağlanmış və Bakı Apellyasiya Məhkəməsinin 2-2 (103)-363/2022, xx.xx.2022ci il tarixli icra sənədinə əsasən Səbail rayon icra şöbəsinin sifarişi əsasında keçirilən iki hərrac baş tutmağına görə “İpoteka haqqında” AR qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" ASC əmlakı -Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 20-ci sahə ünvanında yerləşən 0,05 ha torpaq sahəsini 86062,50 (səksən altı min altmış iki manat əlli qəpik) manata almışdır. - xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli 201/23 saylı Hərrac bildirişlərindən və xəbərnamələrdən görünür ki, hərracın keçirilmə vaxtı və yeri barədə Səbail Rayon İcra Şöbəsinə, İddiaçı və "xxxx" ASC-yə məlumat verilmişdir. -Market qəzetindən çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 20ci sahə ünvanında yerləşən 0,05 ha torpaq sahəsinin açıq hərracının keçirilməsinin vaxtı, yeri və tarixi barədə kütləvi informasiya vasitəsində məlumat dərc olunmuşdur. - Kuryer.net sürətli poçt daşınma xidmətinin xx.xx.2023-cü il tarixli aktından görünür ki, İddiaçı (Bakı şəh, Səbail r-nu O.F.Nemanzadə küç, 88 mənzil 15) göndərilmiş məktub "İmtina" qeydi ilə geri qaytarılmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 20-ci sahə ünvanında yerləşən 0,05 ha torpaq sahəsini tam mülkiyyət hüququ üzrə "xxxx" ASC-nin adına daşınmaz əmlakın reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2-2(103)-363/2022 saylı, 06 dekabr 2022-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İcra vərəqəsinə əsasən, cavabdeh İddiaçı 97.425,66 manat (doxsan yeddi min dörd yüz iyirmi altı manat, altmış altı qəpik) məbləğində əsas, 27.798,95 manat (iyirmi yeddi min yeddi yüz doxsan səkkiz manat, doxsan beş qəpik) məbləğində faiz borcu, müqavilə üzrə kreditin verilməsi müddəti bitdikdən sonrakı müddət üçün 1366,67 manat (bir min üç yüz altmış altı manat, altmış yeddi qəpik) məbləğində faiz borcu, cəmi 126.591.28 manat (bir yüz iyirmi altı min beş yüz doxsan bir manat iyirmi səkkiz qəpik) məbləğində borc, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti və iddianın qaldırılması ilə bağlı çəkilmiş digər məsrəflərin əvəzi olaraq 31,76 manat (otuz bir manat yetmiş altı qəpik) məbləğində pul vəsaiti tutularaq iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC-yə ödənilməsi, tələb üzrə tutmanın cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 20-ci sahə ünvanında yerləşən 0,05 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlak açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 135.000 manat (yüz otuz beş min) məbləğində müəyyən edilmişdir. Əmlakın satışından əldə olunmuş vəsait hesabına ləğv prosesində olan “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ cavabdeh İddiaçı Əll oğluna qaytarılmalı, satışdan eldə edilmiş vəsait ödənilməsi qət edilmiş borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə, qalan məbləğ cavabdeh İddiaçı tutulmalı, qiymətləndirici rəylərinin alınmasına görə cavabdeh İddiaçı 200 (iki yüz) manat məbləğində pul vəsait tutularaq “Əmlak Ekspert Mərkəzi" MMC-yə və 300 (üç yüz) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilməlidir. İşin materiallarından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 20-ci sahə ünvanında yerləşən 0,05 ha torpaq sahəsi "xxxx" MMC tərəfindən keçirilən hərrac zamanı tələbkar "xxxx" ASC tərəfindən əldə edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən "xxxx" ASC Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 20-ci sahə ünvanında yerləşən 0,05 ha torpaq sahəsinin tam mülkiyyətçisi kimi qeydiyyata alınmışdır. Hazırda İddiaçı mübahisəli torpaq sahəsinə dair keçirilmiş hərracın pozuntulara yol verilərək keçirilməsinə istinad etməklə hazırki iddianı qaldıraraq Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 20-ci sahə ünvanında yerləşən 0,05 ha torpaq sahəsinə dair "xxxx" MMC-nin 201/23 nömrəli, xx.xx.2023-ci il tarixli protokolunun, həmin protokolun hüquqi nəticələrinin ləğv edilməsini və torpaq sahəsinin yenidən qiymətləndirilməklə yenidən hərraca çıxarılmaqla, qanunvericiliklə dairəsi müəyyən edilmiş şəxslərin iştirakı ilə təkrar hərrac keçirilməsini tələb etmişdir. İddiaçı eyni zamanda qeyd etmişdir ki, həmin ərazidə yerləşən torpaqların 1 sotunun dəyəri 50 000 manat olmaqla mübahisəli torpaq sahəsinin üzərində həmçinin tikili də mövcud olmuşdur, odur ki, torpaq sahəsi yenidən qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416.1-cı maddəsinə əsasən müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə qanuni qüvvəsini almış və preyudisial əhəmiyyət kəsb edən yuxarıda göstərilən məhkəmə aktları ilə birmənalı olaraq İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 20-ci sahə ünvanında yerləşən 0,05 ha torpaq sahəsinin ilkin satış qiyməti 135000 manat müəyyən edilmiş, icra sənədinin icrasını həyata keçirən Səbail Rayon İcra Şöbəsi tərəfindən də əmlakın satışının təşkili üçün sifariş verilərkən İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 20-ci sahə ünvanında yerləşən 0,05 ha torpaq sahəsinin satışı sifariş edilmiş, hazırkı iş üzrə müvafiq "xxxx" MMC hərracın nəticələri haqqında “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 201/23 nömrəli, xx.xx.2023-ci il tarixli protokol və “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” xx.xx.2023-ci il tarixli müqavilə əsasında "xxxx" ASC-nin Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 20-ci sahə ünvanında yerləşən 0,05 ha torpaq sahəsinə mülkiyyət hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra həmin məhkəmənin 2- 2(103)-363/2022 saylı, 06 dekabr 2022-ci il tarixdə verdiyi icra vərəqəsində Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 20-ci sahə ünvanında yerləşən 0,05 ha torpaq sahəsinin ilkin satış qiymətinin 135000 manat müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən məhkəmə həmin torpaq sahəsinin ilkin satış qiymətini müəyyən edərkən Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14 oktyabr 2022-ci il tarixli 10/4062 saylı ekspert rəyinə əsaslanmışdır ki, həmin rəyə əsasən İddiaçı mülkiyyətində olan, Bakı şəhəri, Səbail rayon, Badamdar qəsəbəsi, 20-ci sahə ünvanında yerləşən 500 kv.m torpaq sahəsinin tikili ilə birlikdə qiymətləndirilməklə likvid dəyəri təqribən 135.000 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, icra vərəqəsində də İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 20-ci sahə ünvanında yerləşən 0,05 ha torpaq sahəsinə tutmanın yönəldilməsi və həmin torpaq sahəsinin ilkin satış qiyməti 135000 manat müəyyən edilmişdir. Həmçinin, Səbail rayon icra şöbəsi tərəfindən göndərilən sifariş məktubunda, hərracın nəticələri haqqında “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 201/23 nömrəli, xx.xx.2023-ci il tarixli protokolda və “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” xx.xx.2023-ci il tarixli müqavilədə torpaq sahəsinin ilkin satış qiyməti 135000 manat kimi qeyd edilmiş, ilkin satış qiymətinin enmiş faizləri “İpoteka haqqında” AR qanununun 43.5. maddəsinə əsasən təkrar hərracda -15 % (on beş) və 43.7. maddəsinə əsasən - 25 % (iyirmi beş) göstərilməklə hərrac zamanı tələbkar tərəfindən də 86062,50 manata alınmışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının həmin ərazidə yerləşən torpaqların 1 sotunun dəyəri 50 000 manat olmaqla mübahisəli torpaq sahəsinin üzərində həmçinin tikilinin də mövcud olması, odur ki, torpaq sahəsi yenidən qiymətləndirilməsi barədə iddiaçının dəlilləri əsassız olmaqla yanaşı həmçinin hərrac keçirilərkən hərracın keçirilməsi qaydalarını özündə əks etdirən məcburi göstərişlərin və normativ hüquqi aktların tələblərinin pozulmaqla qanun pozuntularına yol verilməsindən ibarət iddiasında sadaladığı dəlilləri də işin müəyyən edilmiş halları və məhkəmə baxışı zamanı tədqiq olunmuş sənədlərlə öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı Mülki qanunvericiliyin və ya “İpoteka haqqında” Qanunun hazırkı münasibətləri tənzimləyən müddəalarının pozulması halları da müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 20-ci sahə ünvanında yerləşən 0,05 ha torpaq sahəsi üzrə "xxxx" MMC tərəfindən keçirilən 201/23 nömrəli, xx.xx.2023-ci il tarixli hərrac protokolunun etibarsızlığı ilə bağlı irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin bu hissədə qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır və buna görə də iddianın digər hissələrinə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə də məhkəmə hesab edir ki, iddiaçı Əlı̇ yev Nazı̇ m Əli oğlunun (Azərbaycan Beynəlxalq Bankı ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti və Cavabdeh1nə qarşı "hərracın etibarsız hesab edilməsi, yenidən qiymətləndirmə və hərrac keçirilməsi" tələbinə dair iddiası əsassızdır və rədd edilməlidir. İddia tələbi rədd edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Əlı̇ yev Nazı̇ m Əli oğlunun (Azərbaycan Beynəlxalq Bankı ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti və Cavabdeh1nə qarşı "hərracın etibarsız hesab edilməsi, yenidən qiymətləndirmə və hərrac keçirilməsi" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar