Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-455/2025 07.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X10 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair (Maraqlı şəxs qismində qeyd olunan) ərizəsi üzrə mülki işə Bakı şəhərində 07 fevral 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair (Maraqlı şəxs qismində qeyd olunan) ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2002-ci il tarixli 359 saylı sərəncamda səhvən qeyd edilmiş X7 X6 kimi oxunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Maraqlı şəxs tərəfindən məhkəmə qətnaməsinin icrasına dair 359 saylı, 26 iyul 2002-ci il tarixli sərəncam verilmişdir. Lakin həmin sərəncamda vətəndaş X4 adı və soyadı səhv göstərilmişdir. Belə ki, sərəncamda vətəndaşın adı və soyadı X6 əvəzinə səhvən X5raq göstərilmişdir. Hazırda X4 adına olan daşınmaz əmlaklara dair vərəsəlik işi açılmışdır və daşınmaz əmlakın vərəsələrə çatması üçün sərəncamda yol verilmiş səhvlik aradan qaldırılmalıdır. Məhkəmə iclasında iştirak etmiş ərizəçi ərizədə göstərilənlərə uyğun məzmunda izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş: Maraqlı şəxs 26 iyul 2002-ci il tarixli 359 nömrəli Sərəncamının surətindən görünür ki, Səbail rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli 2-613 nömrəli qətnaməsi ilə N.Bağırovun R. və X. Seyfutdinovlara qarşı iddiası rədd edilərək, qarşılıqlı iddia təmin edilmişdir. Məhkəmə qətnaməsinin qanuni qüvvəsini alması ilə əlaqədar olaraq vətəndaş X8 4 nəfər ailə üzvü ilə A.Məmmədov küçəsi 74 nömrəli evin y/sahəsi, 51,7 kv.m olan 3 otaqlı 23/23a nömrəli mənzilin icarəçisi hesab edilmişdir. Səbail rayon Məhkəməsinin 23 iyul 2001-ci il tarixli 2-613 nömrəli qətnaməsinin surətindən görünür ki, bu qətnamə ilə A.Məmmədov küçəsi 74 nömrəli evin 23a saylı mənzilinin X4 adına rəsmiləşdirilməsi qət edilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla, ərizəçinin izahatı və iş materialları ilə müəyyən olunmuşdur ki, xx.xx.2002-ci il tarixli 359 saylı sərəncamda X4 adı səhvən X8 kimi qeyd edilmişdir. Ərizəçinin həmin sərəncamda adında buraxılmış səhvi təhlil edərək məhkəmə hesab edir ki, həmin yanlışlıq ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlərdə göstərilən həqiqi adı nəzərə alınmadan, diqqətsizlik nəticəsində yaranmışdır. Belə ki, sözügedən sərəncamın verilməsinə əsasə olan Səbail rayon Məhkəməsinin 23 iyul 2001ci il tarixli 2-613 nömrəli qətnaməsinin surətindən də görünür ki, A.Məmmədov küçəsi 74 nömrəli evin 23a saylı mənzilinin X4 adına rəsmiləşdirilməsi qət edilmiş və sözügedən sərəncam da məhz bu qətnamənin icrası məqsədilə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iş materiallarında olan sübutlara istinadən belə qənaətə gəlir ki, xx.xx.2002ci il tarixli 359 saylı sərəncamda qeyd olunan X8 məhz X2. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220, 227, 233, 307-308, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2002-ci il tarixli 359 saylı sərəncamının 4-cü bəndində qeyd olunan Seyfutdinov Xafiz X1ması olması faktı müəyyən edilsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-455/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-455/2025
07.02.2025 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver