Məhkəmə qərarları › İş №2(009)-47/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-47/2023

01.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-47/2023 01.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X4, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı açılmış pəncərənin sökülməsi və onun əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddiası, iddiaçı Cavabdeh İddiaçı qarşı yardımçı tikilinin sökülməsi, cavabdehin hesabına divar çəkilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evdən həmin ünvan üzrə onun Ö.F.Nemanzadə küçəsi, ö/t 22 ünvanında yerləşən həyətinə qanunsuz açılmış pəncərələrin Cavabdeh hesabına sökülməsi və pəncərənin yerinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 40 ildən çoxdur ki, Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsi, 22 saylı evdə ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla yaşayır. Yaşadığı evin sahəsi 3 sota yaxındır və onun istifadəsindədir. Onun qonşuluğunda yaşayan Cavabdeh Ö.F.Nemanzadə küçəsi, 22B saylı evdə yaşayır. 2021ci ilin əvvələrində, gecə saatlarında, həyətindən səs-küy səsləri eşitdi. Həyətə çıxdıqda qonşusu Cavabdeh orada qanunsuz və özbaşına olaraq onun həyəti istiqamətində 2 pəncərə dəliyi açaraq plastik pəncərə qoyduğunu gördü. O ona bir qonşu kimi bu hərəkətlərə son qoymağını və pəncərələrin sökülərək bağlanmasını dəfələrlə tələb etdi. Onun cavabdehin böyük qardaşı Rafiq Hüseynovla bu məsələ ilə bağlı danışıqları olmuşdur. Nə Oqtay, nə də ki, Rafiq onun dediklərinə məhəl qoymaraq, “get nə bacarırsan et, yaxşı etmişəm sənin həyətin istiqamətinə pəncərə qoymuşam, bu pəncərə bağlanmayacaq” sözlərini demişdir. Həmçinin bu barədə polisə şikayətlər etsə də, heç bir nəticəsi olmamış, məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Cavabdeh tərəfindən hasarda quraşdırılan həmin pəncərələr onun yaşadığı həyət sahəsinə baxdığı üçün ona maneçilik yaradır. Cavabdeh tərəfindən hasardan həyətinə bu cür pəncərələrin açılması həm əxlaq normalarına, həm də tikinti-texniki normalara ziddir. Cavabdehin qanunsuz və özbaşına hərəkətləri nətiçəsində onun həyəti istiqamətində pəncərələr qoyulduğundan, onun və ailə üzvlərinin rahatlığı və istirahət huququ pozulur. xx.xx.2011-ci il tarixli, 19 saylı MİS-in Ö.F.Nemanzadə küçəsi ö/t 22-nin faktiki cizgi planına əsasən həm yerdə pəncərə mövcud olmamışdır. Lakin vəkil sorğusu əsasında xx.xx.2021-ci il tarixli, 189 saylı məktubdan görünür ki, Səbail rayonu, 20-ci sahə, Ö.F.Nemanzadə küçəsi, ö\t 22B-nin 149 saylı MKİS tərəfindən verilən sxeminə əsasən həmin yerdə pəncərə mövcuddur. Qanunverçiliyin tələblərinə əsasən pəncərələrin açılması «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları»na riayət olunmadan inşa olunmuşdur. Ortaq divarlarda pəncərə boşluqlarının açılması da normativ sənədlərə və hər iki qonşunun tələbatına cavab verməlidir. Bu baxımdan mübahisə qiymətləndirildikdə yaşayış sahəsinin fasad divarında pəncərənin quraşdırılması nəticəsində onun hüququ cavabdeh tərəfindən pozulmuşdur. Odur ki, cavabdehin qanunsuz inşa etdiyi pəncərənin onun öz hesabına bağlanmasını tələb etmək qərarına gəlmişdir. Belə olan halda açıq şəkildə görünür ki, qanunsuz olaraq həmin pəncərələr sonradan açılmışdır. Bu da onun və ailəsinin şəxsi həyatına qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsi, ö/t 22-də yaşayan İddiaçı iddia tələbinin rədd edilməsi, cavadeh İddiaçı tərəfindən onun yataq otağına bitişik vəziyyətdə tikmiş olduğu yardımçı tikilinin sökülməsi, otağın pəncərəsinin və dəhlizin nəfəsliyinin qarşısında yığmış olduğu qum kisələrinin və digər əşyaların yığılması, onun yataq otağının və dəhlizinin divarlarının azad və sərbəst təmiri üçün həmin divarlardan 2 metr məsafədə onun həyətinə çıxışla cavabdeh İddiaçı hesabına divar çəkilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsində göstərmiş olduğu guya 40 ildən çox həmin ünvanda yaşaması həqiqətə uyğun deyil, belə ki, İddiaçı 1975-ci ildə Tovuz rayonu, Ağdam kəndində anadan olmuş və ata-anası ilə həmin kənddə yaşamışdır. İddiaçı həmin kənddə yaşayaraq Ağdam kənd orta məktəbini bitirmiş, bundan sonra hərbi qulluqda olmuş, hərbi qulluqdan sonra yenə həmin kəndə qayıdaraq bir müddət orada yaşamış, sonra işləmək üçün bir neçə illik Rusiya Federasiyasına getmiş və oradan qardaşı İntiqam Həsənov 2005-ci ildə Tovuz rayonunda öldükdən sonra qayıdaraq evlənib ailəsi ilə hal-hazırda yaşadığı evə köçmüşdür. İddiaçı hal-hazırda yaşadığı evə köçənəcən həmin evdə onun atası X5 qanuni nigahda olan arvadı X6 yaşamışdır. Lakin onların uşaqları olmadığından, Əşrəf Həsənov münaqişələr yaradaraq Bəsti Həsənovanı evdən qovmaq istəmişdir. Onların aralarında baş verən münaqişələr nəticəsində Bəsti Həsənova hüqüq mühafizə orqarlarına şikayət etmiş və nəticədə Əşrəf Həsənov 1971-1972-ci illərdə Bakı şəhəri 26 Bakı komissarları rayon məhkəməsi tərəfindən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Əşrəf Həsənov azadlıqdan məhrum edildikdən sonra ikinci arvadı Tovuz rayonu Ağdam kəndinə köçmüşdür. Əşrəf Həsənov azadlığa buraxıldıqdan sonra Tovuz rayonu, Ağdam kəndinə ikinci arvadının yanına getmiş və orada İddiaçı anası ilə yaşamışdır. Əşrəf Həsənov Bakı şəhərindən köçdükdən sonra İddiaçı həmin ünvana ailəsi ilə köçənəcən həmin evdə Bəsti Həsənova tək yaşamışdır. İddiaçı ailəsi ilə hal-hazırda yaşadığı evə köçdükdən sonra həmin evin onun evi tərəfində X6 2015-ci ildə ölənə kimi, əks tərəfdə isə İddiaçı ailəsi ilə yaşamışlar. Beləliklə də, İddiaçı yaşadığı ünvanda iddia ərizəsində göstərdiyi kimi 40 ildən çox yaşamamışdır. O həmin ünvanda cəmi 16-17 ildir ki, yaşayır və iddiasının səbəbi atasının azadlıqdan məhrum edilməsidir. İddiaçı iddia ərizəsində göstərmiş olduğu iki pəncərələrin guya 2021-ci ilin əvvəllərində hasarına gecə vaxtı qoyulması barədə vermiş olduğu məlumat da həqiqətə uyğun deyildir, belə ki, həmin pəncərələrdən biri onun yataq otağındadır və İddiaçı hasarında deyildir. Həmin yataq otağı 1952-1953-cü illərdə X5 evinə bitişik halda onun atası X1 tərəfindən tikilib. Bu otaq tikilərkən otağın 2 pəncərəsi olmuşdur və qabağı boşluq olub. Sonralar qonşusu X7 otağın qabağındakı ərazini çəpərə alaraq öz həyətyanı sahəsi etmişdir. 1992-1993-cü illərdə onun atası Hüseynov Hüseynqulu həmin yataq otağının 2 pəncərələrini çıxardaraq, əvəzinə hündürlüyü 140 sm, eni 200 sm olan bir taxta pəncərə qoymuşdur. 2015-ci ildə Bəsti Həsənova öldükdən və onun yaşadığı ev hissəsi İddiaçı tərəfindən ələ keçirildikdən sonra, İddiaçı ondan tələb etdi ki, yataq otağının pəncərəsinin şüşələrini dəyişdirsin ki, pəncərədən onun həyəti görünməsin. O bir qonşu kimi 2017-ci ilin oktyabr ayında həmin taxta pəncərəni eyni ölçüləri olan plastik pəncərə ilə dəyişdi və pəncərənin şüşələrini görünməyən (matovıy) şüşə qoydurdu (taxta pəncərənin fotoşəklini təqdim etdiyi diskə köçürtmüşdür).Onun yataq otağının sağ və arxa tərəfində evlər, sol tərəfində isə onun qonaq otağı yerləşir və buna görə də, onun həmin yataq otağına təbii işıq həmin pəncərədən düşür, otağın havasını dəyişmək ancaq həmin pəncərə vasitəsi ilə mümkündür (videogörüntü təqdim olunmuş diskdə vardır). İddiaçı iddia ərizəsində göstərmiş olduğu həyətinin hasarında olan 2-ci pəncərə hasarda yox, onun evinin dəhliz divarında yerləşir, hündürlüyü 63 sm, eni 146 sm olan nəfəslikdir.Həmin nəfəslik döşəmədən 185 sm hündürlükdə yerləşir, nəfəslikdən İddiaçı həyəti görünmür və nəfəsliyin qarşısında ağac bitir. Dəhlizə də təbii işıq ancaq həmin nəfəslikdən düşür (təqdim olunmuş diskdə görüntülər mövcuddur).Həmin nəfəslik 1988-1989-cu illərdə Bəsti Həsənovanın razılığı ilə atası Hüseynov Hüseynqulu tərəfindən quraşdırılmışdır. Həmin vaxt İddiaçı Tovuz rayonunda orta məktəb şagirdi olmuşdur. Yataq otağının pəncərəsinin 2017-ci ildə plastik pəncərə ilə əvəzlənməsi, dəhlizdə olan nəfəsliyin 1988-1989-cu illərdə quraşdırılması həm də pəncərə və nəfəslik ətrafında olan suvağın nümunələri götürülərək İddiaçı hesabına ekspertizaya təqdim olunaraq rəy alınmaqla təsdiq oluna bilər. Beləliklə də, onun yataq otağının pəncərəsinin şüşələri görünməyən (matovıy) şüşəlidir, dəhlizdə olan nəfəslik insan boyundan hündürdə yerləşir və bunların hər ikisindən İddiaçı həyətyanı sahəsi görünmür, həmçinin onların bağlanması sanitar yaşayış normalarına ziddir. Buna görə də, İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsində göstərilmiş iddiası əsassızdır. Təqdim olunmuş videodiskdən göründüyü kimi, İddiaçı onun yataq otağına bitişik olaraq yardımçı tikili tikmişdir. Bundan başqa, İddiaçı tərəfindən onun yataq otağının divarına söykək vəziyyətdə pəncərənin altında kisələrdə qum saxlanılır. Habelə dəhlizin nəfəsliyinin altında da İddiaçı özünə məxsus əşyaları saxlayır. Bunların nəticəsində həmin qum və əşyalar yağış vaxtı islanır və onun otağına və dəhlizinə rütubət keçir. Həmçinin o, yataq otağının pəncərəsi və dəhliz otağının nəfəslik olan divarlarının vaxtlı-vaxtında təmiri ilə məşğul ola bilmir, çünki həmin divarların yanına onun giriş-çıxışı yoxdur. Divarların vaxtlı-vaxtında təmiri ilə məşğul olmaq üçün ona tikinti-texniki qaydalara müvafiq olaraq divarlar boyu ən azından 2 metr məsafə lazımdır. Lakin həmin məsafə dəfələrlə müraciət edilməsinə baxmayaraq İddiaçı tərəfindən ona təqdim olunmur və “mənim həyətimdə başqa adamın bir işi yoxdur” deyilir. Buna görə də, İddiaçı onun yataq otağının divarına bitişik olan yardımçı tikilinin sökülməsi, otağın pəncərəsinin qarşısında olan qum kisələri və dəhlizin nəfəsliyinin altında olan əşyaların götürülməsi, onun yataq otağının və dəhlizin divarlarının azad və sərbəst təmiri üçün həmin divarlardan 2 metr məsafədə onun həyətinə çıxışla İddiaçı hesabına divar çəkilməsinə ehtiyac vardır. Məhkəmə iclasında İddiaçı qarşılıqlı iddia tələbini qəbul etmyərək onun təmin edilməməsini, öz iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia tələbinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X8 qarşılıqlı iddia tələbini qəbul etmyərək onun təmin edilməməsini, ilkin iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmiş və qarşılıqlı iddia tələbinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən iddia və qarşılıqlı iddia tələblərinin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıda göstərilənlərə görə iddia və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. İş materiallarında olan 149 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 189 saylı, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsi, 22B saylı evdə Cavabdeh xx xxxxxx 1959-cu ildən hal-hazıra kimi qeydiyyatdadır. İş materiallarında olan AZE 0******* nömrəli, xx.xx.2011-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsi, 22 saylı evdə qeydiyyatdadır. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizası üzrə AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizsıa Mərkəzinin 10/5115 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh tərəfindən İddiaçı yaşadığı ümumi istifadədə olan həyətinə tərəf açılmış pəncərə və nəfəsliyin (cavabdehin dəhlizindəki) bağlanması nəticəsində yaşayış otağının və dəhliz tikilisinə günəş işığının və hava axınının daxil olmasına mənfi təsir göstərdiyi müəyyən edilir. ünvan 1 ünvanında yaşayan Cavabdeh evinin daxilində yerləşən yaşayış otağının pəncərəsi və dəhliz tikilisində olan nəfəslik iddiaçının və onun ailə üzvlərinin həyat və sağlamlıqları üçün təhlükə yaradıb-yaratmamasının müəyyən edilməsi tikinti ekspertinin səlahiyyətinə aid deyildir. Tikililərin inşa olunma müddətinin müəyyən edilməsinə dair metodika olmadığından qərardadda qoyulan birinci sualın üçüncü hissəsi üzrə tədqiqat aparılmadı. İddiaçı yaşadığı Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Ö.F.Nemanzadə küçəsi, ö/t 22 ünvanında Cavabdeh pəncərəsinin yanında inşa etdiyi yardımçı (anbar) tikilinin cavabdehin və onun ailə üzvlərinin həyat və sağlamlıqları üçün təhlükə yaradıbyaratmamasının müəyyən edilməsi tikinti ekspertinin səlahiyyətinə aid deyildir. Həmin yardımçı (anbar) tikili cavabdehin mənzilinin pəncərəsi və nəfəsliyin qarşısında inşa olunmadığından günəş işığının və havanın daxil olmasına maneə törətmədiyi müəyyən edilir. Məhkəmə iddia və qarşılıqlı iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Mülki Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Mülki Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Məhkəmə tərəfindən mübahisəli ünvanlara keçirilmiş yerli müayinə ilə müəyyən olunmuşdur ki, İddiaçı yaşadığı 22 saylı özbaşına tikili və Cavabdeh yaşadığı 22B saylı özbaşına tikili bir-birindən hasarla ayrılmışdır. Cavabdehin yataq otağının pəncərəsi iddiaçının həyətyanı torpaq sahəsinə açılır və həmin pəncərənin şüşələri qeyri şəffafdır, belə ki, otaqdan baxdıqda həyət görünmür. Həmin otaqda başqa pəncərə yoxdur. Eləcə də, müəyyən olundu ki, həyətləri ayıran hasarda iddiaçının həyətinə təxminən 2 metr hündürlükdə nəfəslik açılmışdır ki, həmin hasar eyni zamanda cavabdehin dəhlizinin divarı rolunu oynayır. Həmin nəfəslik yerdən kifayət qədər hündürdə yerləşməklə iddiaçının qeyd etdiyi kimi onun həyətini sərbəst şəkildə müşahidə etməyə imkan vermir. İddiaçı 2020-ci ildə cavabdehin pəncərəsinin yanında öz evinə bitişik yardımçı tikili tikib. Məhkəmə iclasında tərəflərin izahatları ilə müəyyən olundu ki, iddiaçı 22 saylı özbaşına tikilidə 1997-ci ildən əsgərlikdən qayıtdıqdan sonra yaşayır. Cavabdeh isə 1959-cu ildən doğulandan 22 B saylı özbaşına tikilidə yaşayır. Onun evinin yataq otağından 1952-1953cü illərdə qonşunun, hal-hazırda iddiaçının həyətinə iki balaca pəncərəsi olmuş, 1975-ci ildə pəncərələr dəyişdirilərək, onların yerində bir böyük taxta pəncərə qoyulmuş, 2017-ci ildə isə həmin taxta pəncərə plastik pəncərəyə dəyişdirilmişdir. Hasarda olan nəfəslik cavabdehin dəhlizinin divarında 1989-cu ildə açılıb. İş üzrə təyin olunmuş tikinti-texniki ekspertizası üzrə ekspert rəyi ilə Cavabdeh tərəfindən İddiaçı həyətinə tərəf açılmış pəncərə və nəfəsliyin (cavabdehin dəhlizindəki) bağlanması nəticəsində yaşayış otağının və dəhliz tikilisinə günəş işığının və hava axınının daxil olmasına mənfi təsir göstərdiyi müəyyən edilir. Eləcə də, ekspert rəyi ilə İddiaçı yaşadığı ö/t 22 ünvanında Cavabdeh pəncərəsinin yanında inşa etdiyi yardımçı (anbar) tikili cavabdehin mənzilinin pəncərəsi və nəfəsliyin qarşısında inşa olunmadığından günəş işığının və havanın daxil olmasına maneə törətmədiyi müəyyən edilir. Beləliklə, məhkəmə tərəfindən sübutların tədqiqi ilə kifayət qədər müəyyən edilmişdir ki, iddia tələbində bağlanılması tələb edilən pəncərə cavabdehin yaşadığı evin yataq otağına hava, işıq və günəş şüasının daxil olması üçün yeganə yerdir. Digər tərəfdən, keçirilmiş yerli müayinə ilə müəyyən olunmuşdur ki, həmin pəncərənin şüşələri qeyri şəffaf olmaqla iddiaçının qeyd etdiyi kimi onun həyətini sərbəst şəkildə müşahidə etməyə imkan vermir. Eləcə də, cavabdehin dəhliz divarında iddiaçının həyətinə təxminən 2 metr hündürlükdə açılmış nəfəslik yerdən kifayət qədər hündürdə yerləşməklə iddiaçının qeyd etdiyi kimi onun həyətini sərbəst şəkildə müşahidə etməyə imkan vermir. Yuxarıda qeyd olunanlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia və qarşılıqlı iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı açılmış pəncərənin sökülməsi və onun əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Cavabdeh İddiaçı qarşı yardımçı tikilinin sökülməsi, cavabdehin hesabına divar çəkilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat bərabər qaydada İddiaçı və Cavabdeh tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X3, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ**********0000003944, SWİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar