Məhkəmə qərarları › İş №2(009)-5/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-5/2023

12.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-5/2023 12.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyət hüququnun müdafiəsi tələbinə dair iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüquqularının pozulmasına yönəlmiş cavabdehin özbaşına hərəkətlərinin qadağan edilməsi, mülkiyyətinə qarşı edilən qəsdin və maneələr aradan qaldırılması, qanunsuz quraşdırılmış qapının sökülməsi, divarın bərpa eilməsi, həyata qırış qapısının açarını bir nüsxəsinin ona təhvil verilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, DƏDRX-nin Bakı şəhəri Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2020-ciiltarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanda daşınmaz əmlak mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh1 onun qonşusudur: o, ailəsi ilə ünvan 2 ünvanda yaşayır. Son zamanlar cavabdeh heç bir qanuni əsas olmadan onun mülkiyyət hüquqlarına qəsd etməklə, mülkiyyətində olan mənzildən sərbəst istifadə etməyinə maneələr yaratmaqla məşğuldur. Belə ki, cavabdehin onu sixişdırıb zorla mənzilindən çıxarmaq niyyətinə düşmüş və bu məqsədlə onun öz mənzilinə şərbət girişçıxışına problemlər yaratmışdır. Cavabdeh həyətə daxil olmaq üçün nəzərdə tutulan qapının açarlarını iddiaçıya verməkdən imtina edir və bu səbəbdən iddiaçı öz mənizlinə daxil olub ondan istifadə edə bilmir. Bundan əlavə, cavabdeh binanın alt hissəsində olan yarımzirzəminin bir hissəsini zəbt etmiş və həmin zirzəmiyə hüquqlarını təstiq edən hər hansı sənədi olmadığı halda, özbaşınalıq edərək iddiaçının mənzilinin texniki pasport üzrə iddiaçıya məxsus 10.3 kv. metr olan 1 saylı otağa qırış hissəsinin yan tərəfindən divarı uçurub ortadan qanunsuz zəbt etdiyi zirzəmiyə ikinçi qırış qapısını açmışdır. Halbuki binanın əsas qırış hissəsində həmin zirzəmiyə daxil olmaq üçün daha əlverişli qırış qapısı vardır. Cavabdehin əsas məqsədi iddiaçıya qəsdən propblemlər yaratmaq, onu daimə narahat edib stress vəziyyətində saxlamaq və bu təzyiqlər sayəsində iddiaçını sıxışdırıb mənzilini dəyər-dəyməzə ona satmağa vadar etməkdir. Bu niyyətinə nail olduğu halda cavabdeh bütöv binanı bütövlüklə ələ keçirmiş olur. İddiaçı cavadehin qanunsuz əməllərindən dəfələrlə “İçəri şəhər” qoruğ idarəsinə və polisə şikayət etmişdir, lakin heç bir tətbir görülməmişdir. Mübahisənin mülki xarakterli olduğunu bəhanə gətirən bu dövlət orqanları son nəticədə iddiaçıya mülki məhkəməyə müraciət etməyi məsləhət bilmişlər. Halbuki cavabdehin hərəkətlərində ən azından özbaşnalıq cinayət əməlinin əlamətləri mövcüddur, habelə iddiaçıya qarşı özbaşınalıq və saymamazlıq etməklə cavabdeh bilə-bilə qəsdən iddiaçını təxribata sürükləyir. Qeyd etmək istəyir ki, mübahisəli mənizillərin mülkiyyətçiləri arasında məhkmələrtdə dəflərlə mənzil mübahisələri olımuş, məhkəmə-texniki ekspertizasının rəyləri əsasında mənzilərin sahələri, sərhədləri və qırış-şıxış qapılarının yerləri müəyyən edilmişdir. Yəni bütün mübahisəli məsəslələr qanun qüvvəyə minmiş məhkəmə qətnamələri əsasında müəyyən edilmişdir və həmin qətnamələr icra məmurları tərəfindən icra edilmişdir. Lakin cavabdeh məhkəmə qətnamələrinə məhəl qoymadan yenidən özbaşnalıq etməyə başlamış, məhkəmədən kənar yeni qaydalar müəyyən etmək niyyətinə düşmüşdür. Cavabdeh mülki qanunvericiliyin fundamental prinsiplərinə zidd olaraq iddiaçını mülkiyyət hüquqlarına özbaşına müdaxilə edir, ona təzyiqlər edir, onun təklif etdiyi şərtlərlə iddiaçını öz mənzilini satmağa vadar edir, onu mənzilindən sərbəst istifadə etməyinə, yaşamağa mane olur və burada yaşamağına imkan vermir. xx.xx.2021-ci il tarixndə iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iddiaçının mülkiyyət hüquqlarının pozulmasına son qoyulması, onun mənzildən istifadə edilməsinə qəsdən törədilən maneələrin aradan qaldırılması, mənzilə daxil olarkən dəhlizin sol yan divarından, yəni texniki pasport üzrə 1 nömrəli sahəsi 10,3 kv.m. olan otağın divarından cavabdehin açdığı giriş qapısının ləğv edilməsi və divarın bütövlüyünün bərpa edilməsi, ümumi istifadədə olan həyətin giriş qapısının açarının bir nüsxəsinin, habelə iddiaçının mənzilinin giriş qapısının açarının iddiaçıya təhvil verilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 vəsatəti təmin edilərək, Cavabdeh2 cavabdeh qismində işə cəlb olunmuşdur. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasının iddiaçının iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Cavabdeh1 ünvan 2 ünvanda yaşayır. ünvan 3isi X2 məxsus olub. Cavabdehin bibisi qızı Cavabdeh2 mübahisəli mənzilə dair onun anası ilə iddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsini və iddiaçının adına verilmiş çıxarışı Bakı şəhəri Nəsimi rayon Məhkəməsində mübahisələndirmişdir. Hazırki mülki işin icraatı Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə qərar qanuni qüvvəsini alanadək dayandırılmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1179/2020 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 Nümayəndə və İddiaçı qarşı “alqı-satqı müqavilələrinin etbarsız hesab edilməsi və onlar əsasında verilmiş çıxarışların ləğv olunması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 9418/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 verdiyi apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1179/2020 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6573/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı Cavabdeh2 kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9418/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5387/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, X3 apellyasiya baxışı zamanı icraata qəbul olunmuş müstəqil iddia tələbi də nəzərə alınmaqla iş üzrə yeni qətnamənin çıxarılması, Cavabdeh2 Nümayəndə və İddiaçı qarşı “alqı-satqı müqavilələrinin etbarsız hesab edilməsi və onlar əsasında verilmiş çıxarışların ləğv olunması” tələblərinin qismən təmin edilməsi, ünvan 4 ünvanında yerləşən 4 saylı mənzilə dair X1 adından Nümayəndə ilə İddiaçı arasında Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə bağlanmış AN-İ No ******* saylı alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv olunması, Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin 1 otağına dair X1 adından Nümayəndə ilə İddiaçı arasında Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə bağlanmış AN-İ No ******* saylı alğı-satqı satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 iddia tələbinin qalan hissədə, həmçinin X3 İddiaçı və X5rşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinin təmin olunmaması, Nümayəndə 210 000 (iki yüz on min) manat pulun alınaraq Cavabdeh2 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası 2(102)-717/2022 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5387/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlamışdır. Məhkəmə aktlarından göründüyü kimi, ünvan 4 ünvanında yerləşən 4 saylı mənzilə dair X1 adından Nümayəndə ilə İddiaçı arasında bağlanmış 08.01,2020-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edildiyindən və onun əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış ləğv olunduğu üçün İddiaçı cavabdehlərə qarşı hazırki tələblərlə məhkəməyə müraciət etməyə heç bir subyektiv hüququ olmamışdır. Yuxarıda göstərilənlərə əsasən iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh2i məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbləri əsassız olduğundan təmin edilməməlidir: İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuşdur, ünvan 5 ünvanında qeydiyyatdadır. İş materiallarında olan daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il tarixli, ********** nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsi, 13 saylı evin 4 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. Təqdim olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-1179/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Nümayəndə qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və vreilmiş çıxarışların ləğv edilməsi» tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə qət edilmişdir. Təqdim olunmuş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 9418/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1179/2020 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6573/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı Cavabdeh2 kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9418/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5387/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1179/2020 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, X3 apellyasiya baxışı zamanı icraata qəbul olunmuş müstəqil iddia tələbi də nəzərə alınmaqla iş üzrə yeni qətnamənin çıxarılması, Cavabdeh2 Nümayəndə və İddiaçı qarşı “alqı-satqı müqavilələrinin etbarsız hesab edilməsi və onlar əsasında verilmiş çıxarışların ləğv olunması” tələblərinin qismən təmin edilməsi, ünvan 4 ünvanında yerləşən 4 saylı mənzilə dair X1 adından Nümayəndə ilə İddiaçı arasında Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə bağlanmış AN-İ No ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv olunması, Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin 1 otağına dair X1 adından Nümayəndə ilə İddiaçı arasında Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə bağlanmış AN-İ No ******* saylı alğı-satqı satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 iddia tələbinin qalan hissədə, həmçinin X3 İddiaçı və X5rşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinin təmin olunmaması, Nümayəndə 210 000 (iki yüz on min) manat pulun alınaraq Cavabdeh2 ödənilməsi qət edilmişdir. Təqdim olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-717/2022 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, cavabdehlər İddiaçı, Nümayəndə və üçüncü şəxs X4 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5387/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qanunverciliyə əsasən hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda qeyd olunan qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən olunmuşdur ki, mübahisəli ünvan 1 mərhum X1 verdiyi etibarnamə əsasında hərəkət edən Nümayəndə tərəfindən öz qızı İddiaçı satılmış, alqı-satqı zamanı alıcının (İddiaçı) ödəməli olduğu pul vəsaitini bilavasitə Nümayəndə notariusun depozit hesabına mədaxil etmiş və sonradan hesabdan məxaric etmişdir. Başqa sözlə, Zemfira Mikayılova (təmsil olunan), Nümayəndə özünün maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və yenə onun maraqlarından çıxış etmək səlahiyyəti vermiş, Nümayəndə isə onun maraqlarından deyil, öz maraqlarından hərəkət edərək mənzili həm də təmsilçisi olduğu qızının adına rəsmiləşdirmiş, mənzilin formal satışından hər hansı pul vəsaiti əldə olunmayaraq Zemfira Mikayılovaya (təmsil olunana) verməmişdir; bu o deməkdir ki, qanunvericiliyin etibarnamə institutu ilə bağlı tələbləri pozulmuş, Nümayəndə faktiki olaraq öz xeyrinə əqd bağlamışdır. Göstərilən hallar isə ünvan 4 ünvanında yerləşən 4 saylı mənzilə dair X1 adından Nümayəndə ilə İddiaçı arasında Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə bağlanmış AN-İ No ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv olunması nəticəsinə gəlməyə əsas olmuşdur. Həmin məhkəmə aktları ilə müəyyən edilən hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən məhkəmə hesab edir ki, iddianın “mülkiyyət hüquqlarının pozulmasına son qoyulması, onun mənzildən istifadə edilməsinə qəsdən törədilən maneələrin aradan qaldırılması” hissəsi ilə bağlı irəli sürülən arqumentlər əhəmiyyətli olmamaqla onların əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur. Məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. İddiaçının mübahisəli mənzilə münasibətdə hər hansı hüququnun müəyyən edilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı “mülkiyyət hüquqlarının pozulmasına son qoyulması, onun mənzildən istifadə edilməsinə qəsdən törədilən maneələrin aradan qaldırılması” tələbini irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Bu hal isə iddia tələbinin rədd edilməsi üçün şərtsiz əsasdır. İddiaçının “mülkiyyət hüquqlarının pozulmasına son qoyulması, onun mənzildən istifadə edilməsinə qəsdən törədilən maneələrin aradan qaldırılması” tələbinin əsassız olması qənaətinin hüquqi nəticəsi olaraq məhkəmə, “mənzildə cavabdehin açdığı giriş qapısının ləğv edilməsi və divarın bütövlüyünün bərpa edilməsi, ümumi istifadədə olan həyətin giriş qapısının açarının bir nüsxəsinin, habelə iddiaçının mənzilinin giriş qapısının açarının iddiaçıya təhvil verilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulması” tələbinin da təmin edilməsini mümkün hesab etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyət hüququnun müdafiəsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar