Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-50/2021 17.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili X1 və Cavabdeh2 QSC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Xudaverdi oğlunun – cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 QSC-yə qarşı «əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Xudaverdi oğlu - cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 QSC-yə qarşı «əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MMC-nin xx xxxxxx 2017-ci il tarixli 67-1139 nömrəli “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında Hesabatın” ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ağsu rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən X4, İddiaçı Xudaverdi oğlu və X3 müştərək qaydada 38,424,71 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq Cavabdeh2 QSC-yə ödənilməli, tutma ipoteka ilə yüklü edilmiş Ağsu şəhəri, Ə.Xaqani küçəsi 0,004 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 4 otaqlı 17 nömrəli fərdi yaşayış evinə yönəldilməlidir. “xxxx” MMC-nin qeyd edilən əmlakın dəyərinin 70.000 manat məbləğində qiymətləndirilməsinə dair xx xxxxxx 2017-ci il tarixli hesabatı həddindən artıq şişirdilmiş qiymət olduğundan ləğv edilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinə uyğun məzmunda izahat vermiş və iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, təmin olunmamasını xahiş etmişdir. Digər cavabdeh məhkəmə tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə ounn iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Ağsu rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən, X4, İddiaçı Xudaverdi oğlu və X3 45,191,14 ABŞ dolları məbləğində borc və 42,70 manat məhkəmə xərcinin tutularaq Cavabdeh2 QSC-yə ödənilməsi və tutumanın ipoteka ilə yüklü edilmiş Ağsu şəhəri, Ə.Xaqani küçəsi 0,004 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 4 otaqlı 17 nömrəli fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. Ağsu rayon İcra və probasiya Şöbəsinin xx.xx.2017-ci il tarixli sifariş məktubu əsasında Cavabdeh1 MMC tərəfindən qiymətləndirmə işi həyata keçirilmiş, İddiaçı Xudaverdi oğluna məxsus olan Ağsu şəhəri, Ə.Xaqani küçəsi 0,004 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 4 otaqlı 17 nömrəli fərdi yaşayış evi 70.000 manata qiymətləndirilmişdir və bu barədə Cavabdeh1 MMC tərəfindən xx.xx.2017-ci il tarixli “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında Hesabat” tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli Cavabdeh1 MMC-nin «Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında» mübahisəli Hesabatın surətindən görünür ki, İddiaçı Xudaverdi oğluna məxsus olan Ağsu şəhəri, Ə.Xaqani küçəsi 0,004 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 4 otaqlı 17 nömrəli fərdi yaşayış evi 70.000 manata qiymətləndirilmişdir. «Qiymətləndirmə fəaliyyəti haqqında» Qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə həqiqi sayılır. Həmin Qanunun 7-ci maddəsinin 2-ci hissəsinə əsasən, qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. İddiaçı Xudaverdi oğluna məxsus olan Ağsu şəhəri, Ə.Xaqani küçəsi 0,004 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 4 otaqlı 17 nömrəli fərdi yaşayış evinə dair «xxxx» MMC tərəfindən qəbul edilmiş qiymətləndirilmənin nəticələri haqqında hesabat ona görə ləğv edilməməlidir ki, göstərilən əmlakın 2017-ci il tarixdə 70.000 manat məbləğində qiymətləndirilməsi real bazar qiymətini əks etdirir. Belə ki, Səbail Rayon Məhkəməsinin qərardadı ilə İddiaçı Xudaverdi oğluna məxsus olan Ağsu şəhəri, Ə.Xaqani küçəsi 0,004 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 4 otaqlı 17 nömrəli fərdi yaşayış evinin qiymətləndirilməsi məqsədilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması «X8» MMC-yə həvalə edilmişdir. İş materiallarında olan «X8» MMC-nin ƏEM/D 77-766/20 saylı ekspert rəyində Ağsu şəhəri, Ə.Xaqani küçəsi 0,004 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 4 otaqlı 17 nömrəli fərdi yaşayış evinin 2017-ci il üçün orta bazar dəyərinin 66.000, likvid dəyərinin isə 68.000 manat olduğu göstərilmişdir. Göründüyü kimi mübahisəli Cavabdeh1 MMC tərəfindən qəbul olunmuş xx.xx.2017-ci il tarixli «Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında Hesabat»da Ağsu şəhəri, Ə.Xaqani küçəsi 0,004 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 4 otaqlı 17 nömrəli fərdi yaşayış evinin 2017-ci il tarix üçün ilkin qiyməti real bazar qiymətinə uyğun olaraq düzgün müəyyənləşdirilmişdir. «Qiymətləndirmə fəaliyyəti haqqında» Qanunun 8-ci maddəsinin 1-ci hissəsinə əsasən, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Həmin Qanunun 8-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azər.Resp. MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlarla yanaşı məhkəmə hesab edir ki, Az. Resp. MPM-nın 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş «X8» MMC-nin xx.xx.2020-ci il tarixli ƏEM/D 77-766/20 saylı məktubundan görünür ki, məhkəmə xərcinə aid edilən iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri 150 manat məsrəfdən ibarətdir. Göstərilənlərə müvafiq olaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçı ləğv prosesində olan İddiaçı Xudaverdi oğluna aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Xudaverdi oğlunun – cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 QSC-yə qarşı «əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul vəsaiti İddiaçı Xudaverdi oğlundan tutulub «X8» MMC-yə (VÖEN:**********, Hesab N AZN: AZ30GUNA********************47944, KOD: 505594; SWİFT: GUNAAZ22) ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-50/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-50/2021
17.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver