Məhkəmə qərarları › İş №2(009)-523/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-523/2021

01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-523/2021 01.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, İddiaçı “İddiaçı» Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh oğluna qarşı borc tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti «İveco Urbanvay» markalı 99 JX dövlət qeyddiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 226,56 (iki yüz iyirmi altı manat əlli altı qəpik) manat ödənilməmiş ödənilməmiş sığorta ödənişi məbləği, 20,40 (iyirmi manat qırx qəpik ) manat dövlət rüsumu, ümumilikdə 246,96 (iki yüz qırx altı manat doxsan altı qəpik) manat pul məbləğinin Cavabdeh oğlundan alınaraq “İddiaçı» Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin iki min manatdan az olduğu üçün hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin maddənin tələblərinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən qeyd olunan mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Cavabdeh Azərpoçt vasitəsi ilə məktub göndərilmiş, həmin məktub xx xxxxxx 2021-ci il tarixdə cavabdehin köçməsi səbəbilə geri qaytarılmışdır. İddia tələbi belə əsaslandırılmışdır ki, iddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə idarə etdiyi “Opel Astra” markalı, ** UE *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Binəqədi yolu ilə hərəkət edərək manevr etmə qaydasını pozaraq “İveco Urbanway” markalı ** JX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq hadisə yerindən yayınmışdır. “İveco Urbanway” markalı ** JX *** dövlət qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisəsi baş verdiyi zaman nəqliyyat vasitələrinin kasko sığortası növü ilə "xxxx" ASC tərəfindən sığortalanmışdır. Sözügedən yol nəqliyyat hadisəsi nəticəsində zərərə uğramış avtomobilin təmiri üçün "xxxx” ASC tərəfindən 226.56 AZN sığorta ödənişi həyata keçirilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı zərərvuran şəxs Cavabdeh tərəfindən idarə olunan “Opel Astra” markalı, ** UE *** dövlət qeydiyyat nişanlı avtomobil “İddiaçı Sığorta" Şirkəti ASC-də PAT ********** saylı sığorta müqaviləsinə əsasən icbari qaydada sığortalanmışdır. Bununla da xx.xx.2019- cu il tarixli 5215 saylı ödəniş tapşırığına əsasən “İddiaçı Sığorta” Şirkəti ASC tərəfindən “xxxx” ASCyə 226.56 AZN ödəniş edilmişdir. Göstərilənlərə uyğun olaraq “Opel Astra” markalı, ** UE *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh qarşı Azərbaycan Respublikası İcbari Sığortalar Haqqında Qanunun 63-cü maddəsinə əsasən subroqasiya hüquqları yaranmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh təqsirli olması DYPİ- nin Səbail rayon DYPŞ-nin TP 562531 saylı İnzibati Tənbeh vermə haqqında qərarında öz əksini tapmışdır. xx.xx.2018-ci il tarixli “BakuBus” tərəfindən təqdim edilmiş nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə “Zərər Aktf’na uyğun olaraq “İveco Urbanway” markalı ** JX *** dövlət qeydiyyat nişanlı avtomobilə 226.56 manat ziyan dəymişdir. PAT ********** saylı sığorta müqaviləsinin 065889 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti ASC 226.56 Manat sığorta ödənişi həyata keçirmişdir. Qeyd olunan nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkətinə dəyən 226.56 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş üzrə təqdim olunmuş sübutlar sırasına daxil olan PAT ********** saylı sığorta müqaviləsinin 065889 saylı sığorta aktına və xx.xx.2019-cu il tarixli 5215 saylı ödəniş tapşırığına əsasən “İddiaçı Sığorta” Şirkəti ASC tərəfindən “xxxx” ASC-yə 226.56 AZN ödəniş edilmişdir. İş materiallarından görünür ki, cavabdehə borcunun ödənilməsi, əks halda həmin borcun məcburi qaydada ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq göndərilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında Kredit Müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin Müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada Kredit Müqaviləsi bağlanılmış, həmin Müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə «İveco Urbanvay» markalı 99 JX dövlət qeyddiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 226.56 (iki yüz iyirmi altın manat əlli altı qəpik) manat sığorta ödənişi və və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 20.40 (iyirmi manat qırx qəpik) manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Cavabdeh İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə «İveco Urbanvay» markalı 99 JX dövlət qeyddiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 226.56 (iki yüz iyirmi altın manat əlli altı qəpik) manat sığorta ödənişi və və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 20.40 (iyirmi manat qırx qəpik) manat dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar