Məhkəmə qərarları › İş №2(009)-526/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-526/2023

30.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-526/2023 30.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq…… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnndan 95.000 (doxsan beş min) manat məbləğində pulun tutulması tələbinə dair iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Hakim qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsinə müəyyən olunmuş məbləğdəhəddə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmamışdır. Yəni iddia ərizəsində tələb olunan 95.000 manat pul məbləğinin tutulması ilə bağlı dövlət rüsumu 375 manat olduğu halda iddiaçı tərəfindən 285 manat məbləğində dövlət rüsumu ödənilmişdir. «Dövlət rüsumu haqqında» AR Qanunun 8.1.3-cü maddəsinə əsasən iddianın qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi nəzərdə tutulmuşdur. Belə ki, hazırki tələb üzrə (95.000 manat) 375 manat dövlət rüsumu ödənməlidir. Hakim qeyd edir ki, iddiaçı tərəfindən qaldırılan tələbə görə müəyyən olunmuş məbləğdə dövlət rüsumu ödənilmədiyindən, iddia ərizəsinin məhkəmə icraatı mümkün deyil. AR MPM-nin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi geri qaytarılır. Hakim hesab edir ki, iddia ərizəsinə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sübut əlavə edilmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar