Məhkəmə qərarları › İş №2(009)-538/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-538/2021

12.01.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-538/2021 12.01.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, İddiaçı 3-cü şəxs qismində Bakı Dövlət Universiteti cəlb olunmaqla cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı “dissertasiya işinin müdafiəsinə icazə verilməsi barədə” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı 3-cü şəxs qismində Bakı Dövlət Universiteti cəlb olunmaqla cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun “Azərbaycan Respublikasında hüquqidemokratik dövlətin yaradılması və formalaşması tarixi (1991-2005-ci illər)” adlı tarix üzrə fəlsəfə doktoru dissertasiya mövzusunun Bakı Dövlət Universitetində müdafiə etməsinə icazə verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının onun tarix üzrə fəlsəfə doktoru dissertasiya işinin Bakı Dövlət Universitetində müdafiəsinin təşkilindən imtinasını qanunsuz hesab edərək, dissertasiya mövzusunun Bakı Dövlət Universitetində müdafiə etməsinə icazə verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının üzərinə qoyulması məsələsini mübahisələndirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə qeys edir ki, Azərbaycan Respublikası Prezidentinin 21.02.2003-cü il tarixli, 857 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasını, onlara elmi dərəcələr və elmi adlar verilməsini, o cümlədən xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlar haqqında sənədlərin tanınmasını, elmi müəssisələrin (təşkilatların) akkreditasiyasını, bu sahədə dövlət siyasətini və tənzimləməsini həyata keçirən, elmi potensialın formalaşmasında iştirak edən dövlət orqanıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası dövlət orqanı olmaqla onun elm, təhsil sahəsində həyata keçirdiyi fəaliyyət publik fəaliyyətlə bağlıdır. İddia ərizəsindən göründüyü kimi, iddiaçı ilə cavabdehin arasında yaranmış münasibətlər publik hüquq münasibətlərindən irəli gəlir. Cavabdeh Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası dövlət orqanı olmaqla onun elm, təhsil sahəsində həyata keçirdiyi fəaliyyət publik fəaliyyətlə bağlı olduğundan və tərəflər arasında yaranmış münasibətlər publik hüquq münasibətlərindən irəli gəldiyindən, məhkəmə hesab edir ki, hazırki ərizəyə mülki prosessual qanunvericiliyin tələbləri qaydasında deyil, inzibati prosessual qanunvericiliyinin tələbləri qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, milki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də, iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə deyil, başqa məhkəmədə, yaxud başqa məhkəmə icraatı qaydasında baxılmalı olmasını ehtiva edir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263- 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı 3-cü şəxs qismində Bakı Dövlət Universiteti cəlb olunmaqla cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı “dissertasiya işinin müdafiəsinə icazə verilməsi barədə” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah olunsun ki, o, hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar