Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-560/2025 19.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X5 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı iştirakı ilə, iddiaçı X1 – cavabdehlər X6, Cavabdeh2, X3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə 19 fevral 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdehlər X6, Cavabdeh2, X3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmədə iddia qaldıraraq, cavabdehlərin Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 45 saylı evin 3 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, o, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 45 saylı evin 3 saylı mənzilini almışdır. Cavabdehlər ailə üzvləri ilə birlikdə bütün əşyalarını götürərək, mənzili təhvil verib başqa ünvana getmişdir. Lakin həmin vaxt evə iş üzrə olan cavabdehin qohumları qeydiyyatda qalmışdırlar.Sadalananlara əsasən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun məzmunda izahat verib, iddianın təmin olunması barədə qənamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlərin faktiki yaşayış yeri məlum olmadığından, məlum olan sonuncu qeydiyyatda olduğu əraziyə aid olan 46 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən cavabdehlərin həmin mənzildə yaşamadığına dair qeyd yazılmış məktub olduğundan məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 45 saylı evin 3 saylı mənzili Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reystrindən verilmiş çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. İddiaçı ilə satıcı X2 xx.xx.2005-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 45 saylı evin 3 saylı mənzilinin alqı-satqısına dair müqavilə bağlamışdırlar. Alqı-satqıdan sonra satıcı həmin mənzili iddiaçıya təhvil verərək mənzildən köçmüşdür.Hazırda həmin mənzil iddiaçının sahibliyində və mülkiyyətindədir, cavabdeh hal-hazırki vaxtadək qeydiyyatdan çıxmamışdır, cavabdehlər həmin mənzildə yaşamamaqla və istifadə etməməklə, mənzildə yaşayış yeri üzrə qeydiyyatı formaldır. Qeyd edilənlər iddia ərizəsi, iddiaçının izahatı, işdə olan xx.xx.2005-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış, ******* nömrəli arayış ilə təsdiqlənir. Məhkəmə tələbin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı işin faktiki hallarına və Mülki Məcəllənin 203.1-ci, 228.4-cü və 262.2-ci maddələrinə əsaslanaraq cavabdehlərə qarşı hazırkı tələbini irəli sürməkdə haqlıdır və bu səbəbdən iddia təmin edilməlidir. Belə ki, satıcı daşınmaz əmlakın dövlət reyestrində mənzilə dair öz adına olan qeydiyyat yazısını ləğv edib, daşınmaz əmlakın mülkiyyətini iddiaçıya keçirməklə, həmin mənzil üzərindəki mülkiyyət hüquqlarını (habelə onun tərkib hissəsi olan mənzildən istifadə hüququnu) aradan qaldırmış, iddiaçı isə mənzilin mülkiyyətini əldə etmişdir. Belə olan halda onun və ailə üzvü sayılan digər cavabdehlərin Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 45 saylı evin 3 saylı mənzilinə olan istifadə hüququ itirilmiş sayılmalıdır. Çünki Mülki Məcəllənin 203.1-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Məhkəmə xüsusilə qeyd edir ki, hazırki cavabdehlər iddiaçıya məxsus mənzilin onun keçmiş mülkiyyətçisinin mülkiyyətində olduğu dövrdə həmin mənzildə qeydiyyatda olsa da iddiaçı mənzili daşınmaz əmlakın dövlət reyestri məlumatına əsasən, yüksüz əldə etmiş və hazırda onun mülkiyyətçisidir. Cavabdehlər mənzilin satılmasına notarial razılıq verməklə artıq orada yaşamadığından və daimi yaşamaq üçün başqa yerə getdiyindən, onların iddiada göstərilən mənzildən istifadə hüquqları aradan qalxmışdır. Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında da göstərilmişdir ki, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi istifadə hüququ sahibinin yaşayış sahəsinə ehtiyacının və mənzildən istifadə (şəxsi servitut) hüququnun qalxdığı hallara aiddir. Digər tərəfdən, adı çəkilən reyestrdə qeydə alınmayan istifadə hüququ yeni mülkiyyətçiyə (iddiaçıya) qarşı irəli sürülə bilməz. Belə ki, Mülki Məcəllənin 228.4-cü maddəsinə görə, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. MM-nin 262.2-ci maddəsinə görə, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər X6, Cavabdeh2, X3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 45 saylı evin 3 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Hazırkı qətnamə X6, Cavabdeh2, X3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 45 saylı evin 3 saylı mənzilinə olan yaşayış yeri üzrə pasport qeydiyyatının ləğvi üçün əsasdır. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-560/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-560/2025
19.02.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver