Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-566/2023 16.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh ilə aralarında olan münasibət zəminində o, cavabdehə 65.000 manat pul vermişdir. Lakin həmin pulu ondan ala bilməmişdir. Belə ki, cavabdeh həmin pulları ondan hissə-hissə olmaqla guya Türkiyədən paltarlar alaraq Bakıda satmaq məqsədilə almışdır. Lakin onu aldatmış və burada nə mağaza açmış, nə də satış üçün paltar almamışdır. O, da aldanıldığını başa düşdükdə ondan pulunu tələb etmişdir. O, isə müxtəlif bəhanələrlə həmin pulu ona qaytarmaqdan boyun qaçırdı. Göstərilən pulun cavabdehdə olmasını təsdiq edən əl yazısı da mövcuddur. Əvvəlcə o, polis orqanlarına müraciət etmişdir. Lakin orada araşdırma aparılsa da, son nəticədə cavabdehin əməlində cinayət tərkibi olmadığına dair qərar qəbul edilmişdir. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh 65000 manat borcun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, o, uşaq və qadın paltarlarını satışı ilə məşğul olmuş, Cavabdeh tanımamış, 2019-cu ildə sosial şəbəkələr vasitəsi ilə tanış olmuş, Cavabdeh bildirmişdir ki, əvvəllər də o, bu işlə məşğul olub, özünün pul vəsaiti yoxdur, onun tərəfindən pul verilsə sifariş əsasında geyim əşyalarının gətirilib satışını təşkil edəcək və əldə olan gəliri yarı hissəyə böləcək. Bu məqsədlə o, Cavabdeh müxtəlif məbləğlərdə cəmi 65.000 manat məbləğində pul vermiş, lakin Əsmər həmin pulun müqabilində ona hər hansı məbləğdə pul verməmişdir. Məcbur olub hüquq-mühafizə orqanlarına müraciət etmişdir, bir neçə dəfə cinayət işinin başlanmasından imtina barədə qərarlar ləğv olunmuş, lakin istintaq orqanı cavabdehi cinayət məsuliyyətinə cəlb etməmişdir. O, məcburiyyət qarşısında qalıb mülki qaydada iddia qaldırmışdır. Polisdə ona bildirmişlər ki, Cavabdeh başqa şəxsi aldatması barədə də şikayət var. 2020-ci ilin mart ayında Cavabdeh ona 90.000 manat borcu olmasını etiraf etmişdir, lakin o, Əsmərə 65.000 manat pul vermişdir. Əsmər 90.000 manat ona görə yazmışdır ki, 25.000 manat onun qazancı olmalı idi. Həmin qəbzi yazarkən Əsmərə hər hansı təzyiq olmamışdır. Cavabdeh yaşayış yeri məlum olmadığından onu məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onun axırıncı yaşayış yerindən məhkəmə bildirişləri müvafiq qeydlərlə (“bu ünvanda yaşamır”, “köçüb”) məhkəməyə daxil olduqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqləri Əflatun Səlimovun və Nicat Nəbiyevin xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlarına əsasən Cavabdeh əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş və İddiaçı mülki mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmin materiallar üzrə Cavabdeh vermiş olduğu izahatında bildirmişdir ki, onun tərəfindən İddiaçı 90.000 manat borcun olması barədə yazmış olduğu qəbzi hədə-qorxu nəticəsində yazmışdır. İş üzrə Cavabdeh tərəfindən yazılmış xx.xx.2020-ci il tarixli iltizamın surətindən görünür ki, o, İddiaçı 90.000 manat pul və 6.000 dollar borc götürmüş, həmin məbləği xx.xx.2020-ci il tarixə qədər qaytarmağa söz vermişdir. İş üzrə Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 6(001)-53/2022 saylı qərarına əsasən Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi Əflatun Səlimov tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ləğv edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh Türkiyədən paltarlar alaraq Bakıda satmaq məqsədilə ondan hissə-hissə 65.000 manat pul məbləği almışdır. Lakin cavabdeh onu aldadaraq, nə mağaza açmış, nə də satış üçün paltarlar almamışdır. O, da aldanıldığını başa düşdükdə cavabdehdən pulunu tələb etmiş, cavabdeh isə müxtəlif bəhanələrlə həmin pulu ona qaytarmaqdan boyun qaçırmışdır. O, Binəqədi RPİ-nə şikayət ünvanlanmış, lakin orada araşdırma aparılsa da, son nəticədə cavabdehin əməlində cinayət tərkibi olmadığına dair qərar qəbul edilmişdir. Bu səbəbdən iddiaçı cavabdehdən 65.000 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, öhdəlik – konkret şəxslər arasında müəyyən iqtisadi münasibətlər yaradır və subyekt tərkibi qeyri-müəyyən olan mütləq hüquq münasibətlərindən fərqli olaraq nisbi hüquq münasibətidir. Öhdəlik hüququnun hüquqi nizamasalma predmetinə daxil olan ictimai münasibətlər əmlakın mülkiyyətə verilməsi ilə, əmlakın istifadəyə verilməsi ilə, xidmət göstərilməsi ilə, iş görülməsi ilə, müqavilədənkənar hərəkətlərlə bağlı yarana bilər. Başqa sözlə, öhdəliyin predmeti – pul ödənilməsi, əmlak verilməsi, iş görülməsi, xidmətlər göstərilməsi və ya müəyyən hərəkətdən çəkilmək kimi konkret hərəkət və ya hərəkətsizlik ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında birgə biznes fəaliyyəti ilə əlaqədar müvafiq razılıq əldə olunmuş, həmin fəaliyyətinin həyata keçirilməsi məqsədilə iddiaçı tərəfindən cavabdehə 65.000 manat məbləğində pul vəsaiti verilmiş, cavabdeh həmin fəaliyyət nəticəsində iddiaçıya 90.000 manat pul qaytaracağını vəd etmiş və bunun təsdiqi kimi müvafiq qəbz tərtib edilərək cavabdeh tərəfindən imzalanmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçı tərəfindən ona verilən pul vəsaiti hesabına geyim əşyaları sifariş edib əldə etsə də, onun satışından əldə edilən hər hansı bir pul vəsaitini iddiaçıya ödəməmiş, buna görə iddiaçı tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunmuş, istintaq orqanı tərəfindən mübahisənin mülki xarakterli olma əsası ilə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən cavabdehə 65.000 manat məbləğində pulun verilməsi təsdiqini tapdığından, cavabdeh tərəfindən isə həmin pul vəsaitinin iddiaçıya qaytarılması ilə əlaqədar hər hansı bir sübut mövcud olmadığından, tərəflər arasında bu münasibəti təsdiq edən müvafiq qəbzin (90.000 manat pulun iddiaçıdan alınmasını təsdiq edən qəbzin) hədə-qorxu təsiri altında yazılması təsdiq olunmadığından məhkəmə hesab edir ki, qaldırılan iddia əsaslı hesab edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə üçün) öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır. Qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 65.000 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 65.000 (altmış beş min) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-566/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-566/2023
16.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver