Məhkəmə qərarları › İş №2(009)-577/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-577/2022

22.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-577/2022 22.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi E.Ş.Bayramovanın iştirakı ilə İddiaçı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin cavabdeh Rufin X2rşı abidənin ilkin vəziyyətə qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi cavabdeh Rufin X2rşı abidənin ilkin vəziyyətə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, maddə-mənəvi sərvətləri olan İçərişəhər ərazisində abidələrin mühafizəsi İdarə tərəfindən daim diqqətdə saxlanılır və ölkə rəhbərliyinin qayğısı və dəstəyi nəticəsində qeyd olunan sahədə mütəmadi olaraq işlər həyata keçirilir. YUNESKO-nun “X7”nda unikal memarlıq-şəhərsalma kompleksi kimi mövqeyinin möhkəmləndirilməsi məqsədi ilə İdarə tərəfindən daimi olaraq bir çox mühüm əhəmiyyət kəsb edən qorunma və digər layihələr həyata keçirilməkdədir. Dövlət YUNESKO-nun qarşısında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində yerləşən abidələrin olduğu kimi qorunub saxlanılması və yalnız ilkin layihə sənədlərinə əsasən zərurət yarandığı təqdirdə bərpa edilməsi öhdəliyi daşımaqdadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.08.2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsü”nün 3 nömrəli əlavəsində yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi – XVİİİ-XİX əsrlərdə inşa olunmuş, ünvan 1 ünvanında yerləşən yaşayış evi (inventar No 2346) X10 İqor Fransisin mülkiyyətindədir. Cavabdeh öz hesabına təmir işləri aparmış və binanın damında texniki pasporta zidd olaraq qeyri-qanuni metal məhəccər, taxta konstruksiyalı bar və talvar quraşdırmışdır. Bununla da dövlət tərəfindən qorunan abidənin xarici görünüşünə xələl gətirmişdi. Əlavə konstruksiya həmçinin binanın dayanıqlığına zərər vuraraq və qəzalı vəziyyətin yaranması təhlükəsini yaratmışdır. Dəfələrlə xəbərdar edilməsinə baxmayaraq cavabdeh bu müraciətlərinə əhəmiyyət verməmiş əlavə olaraq ictimai iaşə obyekti kimi qeyri-qanuni istifadə etməkdədir. Azərbaycan Respublikası Prezidentinin 07.08.2017-ci il tarixli, 1573 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İçərişəhər” Dövlət Tari-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsinin 3.1.14-cü bəndinə əsasən, İdarə tarix və mədəniyyət abidələrindən istifadə rejiminin təmin edilməsi, abidələrin qorunması, onlardan istifadə qaydaları və Qoruqların mühafizə rejiminin pozulmasının qarşısının alınması, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada zəruri tədbirlər görmək vəzifəsinə malikdir. Ölkə rəhbərliyi İçərişəhər və onun abidələrinin qorunmasını daimi diqqəti önündə saxlaması nəticəsində İdarə tərəfindən müvafiq tapşırıqlar mütəmadi olaraq icra olunmaqdır. Göstərilənləri nəzərə alaraq iddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış evinin (inventar No 2346) cavabdeh X10 İqor Fransisin tərəfindən binanın damında texniki pasporta zidd olaraq inşa etdiyi qeyri-qanuni metal məhəccərlərin, taxta konstruksiyalı bar və talvarın sökülməsi, binanın damının üzərində texniki pasporta zidd olan digər əlavə qurğuların hamısını sökülməsi və binanın ilkin vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X3 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, cavabdeh mülkiyyətində olan evdə təmir işlərinin aparılması ilə bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə müraciət etmiş, onun müraciətinə cavab olaraq bərpa işlərinin mütəxəssislərin nəzarəti altında həyata keçirilməsinə etiraz edilmədiyi bildirmişdir. Həmin işlərin görülməsi zamanı cavabdeh onların razılığı olmadan binanın üst hissəsində iddia ərizəsində göstərdikləri tikililəri inşa etmişdir. Dəfələrlə həmin tikililərin sökülməsi barədə cavabdehə xəbərdarlıq göndərilsə də, cavabdeh buna məhəl qoymamış və onlar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh X9 İqor Fransis məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* seriyalı, 24.05.2018-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 32/6 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X9 İqor Fransisin mülkiyyətindədir. İş üzrə texniki pasportun kserosurətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsi, ev 32/6 fərdi yaşayış evi 1860-cı ildə tikilmiş, 2 mərtəbəli, 10 yaşayış otağından, 187,34 kv.m. ümumi sahədən, 131,34 kv.m. yaşayış sahədən, 55,8 kv.m. köməkçi sahədən, 158,9 kv.m. tikinti altı sahədən, 1042,0 kub.m. həmindən ibarətdir. İş üzrə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-kommunal və təmir xidməti tərəfindən Rufin Morisə ünvanlanmış 18.09.2018-ci il tarixli məktubun surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən evin dam örtüyünün təmirinə dair müraciətlə əlaqədar mütəxəssislər tərəfindən ünvanda araşdırmalar aparılmış və bildirirlər ki, dam örtüyünün monolit dəmir betonla yenidən qurulması məqsədəuyğun hesab edilməmişdir. Məlumat üçün bildirirlər ki, dam örtüyünün təmiri damın mövcud konstruksiyasına uyğun aparıla bilər. Bununla əlaqədar xüsusi ərizə forması ilə Xidmətə müraciət etməsi tövsiyə olunur. İş üzrə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Moris Rufinə ünvanlanmış 22.01.2019-cu il tarixli məktubun surətindən görünür ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun “Bakının tarixi mərkəzinin konservasiyası üzrə ətrafı Baş Planı”nda Qəsr küçəsi, 32/6 nömrəli binada konservativ bərpa olunması tösiyyə edilmişdir. Bununla əlaqədar, müraciətində göstərilən işlər, mərtəbə qaldırılması və yüngül şüşəli konstruksiyasının yerləşdirilməsi istisna olmaqla, Mənzil-kommunal və Təmir Xidmətinin və Elmi-istehsalat bərpa emalatxanasının mütəxəssislərinin nəzarəti altında həyata keçirilməsinə etiraz etmirlər. İş üzrə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-kommunal və təmir xidmətinin texniki nəzarət şöbəsinin müdiri Bəxtiyar Quliyev, şöbənin iş icraçıları Misir Xudaverdiyev və Bayram Quliyev tərəfindən tərtib edilmiş 30.05.2020-ci il tarixli aktın surətindən görünür ki, 30.05.2020-ci il tarixdə ərazidə nəzarət qaydasında monitorinq keçirilmişdir və aşağıdakılar müəyyən olunmuşdur: 7-ci M.Maqomayev döngəsi ev 6 (Qəsr küçəsi, ev 32/6) ünvanı yerli əhəmiyyətli abidədir. Yaşayış evi XVİİİ-XİX əsrlərdə tikilmişdir, inventar nömrəsi 2346-dır. Baxış zamanı ünvanın dam hissəsində qeyri-qanuni olaraq quraşdırılmış məhəccər aşkarlanmışdır. İş tərəflərdən dayandırılmış, xəbərdarlıq edilmiş və təcili sökülməsi bildirilmişdir. İş üzrə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-kommunal və təmir xidməti tərəfindən Maurice Rufinə ünvanlanmış 30.05.2020-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, 30.05.2020-ci il tarixdə 7-ci Müslüm Maqomayev döngəsi 6 (Qəsr küçəsi ev 32/6) ünvanlarda yerləşən yaşayış binasına mütəxəssislər tərəfindən baxış keçirilmiş və məlum olmuşdur ki, binanın damında qeyri-qanuni metal məhəccər quraşdırılmışdır. Diqqətinə çatdırırlar ki, yuxarıda qeyd olunan ünvan XVİİİ-XİX əsrlərdə tikilmiş və yerli əhəmiyyətli abidədir (inventar nömrəsi 2346-dır). Bunu nəzərə alaraq M.Rufindən tələb olunur ki, metal məhəccərin M.Rufin tərəfindən təcili olaraq sökülməsi təmin olunmalıdır. Əks təqdirdə qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcəkdir. İş üzrə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Moris Rufinə ünvanlanmış 23.06.2020-ci il tarixli məktubun surətindən görünür ki, 30.05.2020-ci il tarixdə 7-ci Müslüm Maqomayev döngəsi 6 (Qəsr küçəsi, ev 32/6) ünvanında mənzil tam hissəsində qanunsuz olaraq metal məhəccər quraşdırılması aşkarlanmışdır. Belə ki, Mənzil-kommunal və Təmir Xidmətinin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmiş, qanunsuz tikilmiş metal məhəccərin sökülməsi barədə 30.05.2020-ci il tarixdə Moris Rüfinə yazılı xəbərdarlıq edilmiş və 31.05.2020-ci il tarixli akt tərtib edilmişdir. Lakin edilən xəbərdarlıqlara baxmayaraq Mənzil-kommunal və Təmir Xidmətinin qanuni tələbi Moris Rufin tərəfindən icra edilməmiş və üzrlü səbəblərlə əlaqədar olaraq icra edilməməsi barədə Xidmətə hər hansı yazılı və şifahi məlumat verilməmişdir. Nəzərinə çatdırırlar ki, qeyd edilən yaşayış evi XVİİİ-XİX əsrlərə aid tarixi memarlıq abidəsidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarına əsasən ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında 2346 inventar nömrəsi ilə qeydə alınmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq 7-ci Müslüm Maqomayev döngəsi, 6 (Qəsr küçəsi, ev 32/6) ünvanında Moris Rufin tərəfindən qanunsuz olaraq quraşdırılmış metal məhəccərin sökülməsi təmin edilmədiyi təqdirdə barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər görüləcəkdir. İş üzrə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-kommunal və təmir xidmətinin texniki nəzarət şöbəsinin müdiri Bəxtiyar Quliyev, şöbənin iş icraçıları Misir Xudaverdiyev və Bayram Quliyev tərəfindən tərtib edilmiş 09.06.2020-ci il tarixli aktın surətindən görünür ki, 09.06.2020-ci il tarixdə ərazidə nəzarət qaydasında monitorinq keçirilmişdir və aşağıdakılar müəyyən olunmuşdur: 7-ci M.Maqomayev döngəsi, ev 6 (Qəsr küçəsi, ev 32/6) ünvanı yerli əhəmiyyətli abidədir. Yaşayış evi XVİİİ-XİX əsrlərdə tikilmişdir, inventar nömrəsi 2346-dır. Baxış zamanı ünvanın dam hissəsində qeyri-qanuni olaraq quraşdırılmış məhəccər yazılı və şifahi xəbərdarlıqlarına baxmayaraq sökülməmiş və əksinə rənglənməyə başlanmışdır. İş tərəfindən saxlanılmış və mühafizə xidmətinə məlumat verilmişdir. İş üzrə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-kommunal və təmir xidmətinin texniki nəzarət şöbəsinin müdiri Bəxtiyar Quliyev, şöbənin iş icraçıları Misir Xudaverdiyev və Bayram Quliyev tərəfindən tərtib edilmiş 16.05.2021-ci il tarixli aktın surətindən görünür ki, 16.05.2021-ci il tarixdə ərazidə nəzarət qaydasında monitorinq keçirilmişdir və aşağıdakılar müəyyən olunmuşdur: 7-ci M.Maqomayev döngəsi, ev 6 (Qəsr küçəsi, ev 32/6) ünvanı yerli əhəmiyyətli abidədir. Yaşayış evi XVİİİ-XİX əsrlərdə tikilmişdir, inventar nömrəsi 2346-dır. Baxış zamanı ünvanın dam hissəsində qeyri-qanuni olaraq dəmir profildən ölçüləri (4x3) m olan çardaq karkas və taxtadan bar konstiuksiyasının quraşdırılması işlərinin aparılması işləri aşkar edilmişdir. İş tərəfindən saxlanılmış və mühafizə xidmətinə məlumat verilmişdir. İş üzrə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-kommunal və təmir xidməti tərəfindən X8 Francisə ünvanlanmış 16.05.2021-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Mənzil-kommunal və təmir xidmətinin mütəxəssisləri tərəfindən nəzarət qaydasında 15.05.2021-ci il tarixdə X8 Francisin mülkiyyətində olan Qəsr 32/6 ünvanının dam örtüyünə baxış keçirilmiş və orada qeyri-qanuni dəmir profildən ölçüləri (4x3) m olan çardaq karkas və taxtadan bar konstuksiyasının quraşdırılması işlərinin aparılması aşkar edilmişdir. Odur ki, X1sa müddətdə qeyri-qanuni quraşdırılmış çardaq və barın sökülməsinin təmin edilməsini tələb olunmuşdur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, XVİİİ-XİX əsrlərdə inşa olunmuş ünvan 3 ünvanında yerləşən yaşayış evi cavabdehin mülkiyyətindədir. Həmin ev yerli əhəmiyyətli abidədir (inventar No 2346) və dövlət tərəfindən qorunur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh öz hesabına təmir işləri aparmış və evin damında texniki pasporta zidd olaraq metal məhəccər, taxta konstruksiyalı bar və talvar quraşdırmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh yerli əhəmiyyətli abidəsi olan yaşayış evinin damında quraşdırılmış əlavə konstruksiyalar dövlət tərəfindən qorunan abidənin xarici görünüşünə xələl gətirmiş, həmçinin binanın dayanıqlığına zərər vuraraq, qəzalı vəziyyətin yaranması təhlükəsini yaratmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh buna əhəmiyyət verməmiş və əlavə olaraq ictimai iaşə obyekti kimi qeyri-qanuni istifadə etməkdədir. Bu səbəbdən iddiaçı abidənin ilkin vəziyyətə qaytarılmasını xahiş etmişdir. AR Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.5.).Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir (maddə 152.6.).Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır (maddə 152.11). Eyni Məcəllənin 226.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir, lakin o, ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. Həmin Qanunun 11-ci maddəsinə əsasən mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və ya hüquqi şəxslər abidələrin qorunması, tədqiqi və onlardan istifadə edilməsi qaydalarına ciddi əməl etməlidirlər. Mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və hüquqi şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) həmin abidələrin qorunmasına dair mühafizə müqaviləsi bağlamalıdırlar və həmin abidələrin salamatlığına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Eyni Qanunun 28-ci maddəsinə əsasən abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 12-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti çərçivəsində tarixi landşaftın və mədəni irs obyektlərinin olduğu ərazilərin, xüsusi mühafizə olunan təbiət ərazilərinin və ya obyektlərin mühafizəsi təmin edilməlidir. AR Mülki Məcəlləsinin 180.1-ci maddəsinə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur (maddə 180.2.). Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz (maddə 180.3.). Lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (maddə 180.4.). Məhkəmə qeyd edir ki, cavabdehin mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən yaşayış evi XVİİİ-XİX əsrlərdə inşa olunmuş, yerli əhəmiyyətli abidə olmaqla dövlət tərəfindən qorunduğundan, həmin evin fasadında və üzərində hər hansı bir yenidənqurma və rekonstruksiya işlərinin aparılması, tarixi abidənin qorunmasına məsul olan təşkilat kimi iddiaçının müvafiq razılığı ilə həyata keçirilə bilər. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh tərəfindən belə yenidənqurma işlərinin aparılmasına hər hansı bir razılıq alınmamış, bununla da tarix və mədəniyyət abidələrin qorunması və istifadəsi üzrə müəyyən edilən tələbləri pozmuşdur. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olaraq təmin edilməli, cavabdeh tərəfindən mübahisəli yaşayış binasının damında texniki pasporta zidd olaraq inşa etdiyi qeyri-qanuni metal məhəccərlər, taxta konstruksiyalı bar və talvar sökülməli, binanın damının üzərində texniki pasporta zidd olan digər əlavə qurğuları hamısının sökülməli və bina ilkin vəziyyətinə qaytarılmalıdır. AR MPM-nin 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Həmin Məcələlnin 223.2-ci maddəsinə əsasən cavabdeh müəyyən edilmiş vaxt ərzində qətnaməni icra etməsə, məhkəmə zəruri hesab etdikdə iddiaçının cavabdehdən zəruri xərcləri almaqla, həmin hərəkətləri cavabdehin hesabına etməyə haqlı olmasını qətnamədə göstərə bilər. Qeyd edilən Məcəllənin 223.3-cü maddəsinə əsasən həmin hərəkətlər yalnız cavabdeh tərəfindən edilə bilərsə, məhkəmə qətnamənin icra edilmə müddətini qətnamədə göstərir. Məhkəmə həmçinin hesаb edir ki, mübahisəli binada inşa edilən qeyri-qanuni tikililər qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdehin vəsaiti hesabına 1 ay ərzində sökülməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin olunduğu üçün məhkəmə xərcləri cavabdehə aid edilməlidir. AR MPM-nin 119.2-ci madəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” AR Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizələrinin verilməsinə görə dövlət rüsumu 100 (yüz) manatdır. “Dövlət rüsumu haqqında” AR Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə qeyd edir ki, iddiaçı qaldırılan tələblə bağlı məhkəməyə müraciət etmək üçün dövlət rüsumunun ödəməkdən azad olduğu üçün və iddia tələbi təmin olunduğu üçün, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən yaşayış evinin (inventar No 2346) cavabdeh X9 İqor Fransisin tərəfindən binanın damında texniki pasporta zidd olaraq inşa etdiyi qeyri-qanuni metal məhəccərləri, taxta konstruksiyalı bar və talvar, binanın damının üzərində texniki pasporta zidd olan digər əlavə qurğular cavabdehin vəsaiti hesabına qətnamə qanuni qüvvəsini aldıqdan sonra bir ay ərzində sökülsün və bina ilkin vəziyyətə qaytarılsın. X9 İqor Fransisdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar