Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-592/2022 04.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı nümayəndəsi kimi X1 Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı nümayəndəsi kimi X1 Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər aşağdakı əsaslara görə iddiaçıya geri qaytarılmalıdır. AR MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin məcəllənin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Hakim ilk növbə də qeyd edir ki, cavabdehə qarşı iddia torpağın mülkiyyətçisinin adından onun nümayıəndəsi tərəfindən irəli sürülmüşdür.Lakin qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından hakim qeyd edir ki, hazırki tələb üzrə iddiaçı qismində iddia ərizəsində onu qaldırmağa subyektiv hüququ olan şəxs- torpağın mülkiyyətçisi göstərilməklə yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) qeyd edilməli, bundan sonra onu təmsil edən səlahiyyətli nümayəndənin soyadı, adı, atasının adı və yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) haqqında məlumat göstərilməlidir. Hakim qeyd edir ki, iddia ərizəsində AR MPM-nin yuxarıda göstərilən tələblərinə riayət edilməmişdir. Hakim digər tərəfdən qeyd edir ki, iddia ərizəsinə etibarnamənin kserosürəti əlavə olunmuşdur.Halbuki iddia ərizəsinə həmin sənədin əsli və ya lazımı qaydada təsdiq olunmuş sürəti əlavə olunmalı idi. İddia ərizəsinə əlavə olunan kserosürət etibarnamə əsasında etibar edilənin etibar edənin adından iddia qaldırmağa və iddia ərizəsini imzalamaq səlahiyyəti yoxdur.Belə ki, qanunvericilik iddia ərizəsini imzalamaq səlahiyyətinin etibarnamədə xüsusi olaraq göstərilməli olmasını nəzərdə tutur. AR MPM-nin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Həmin məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə halim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (Maddə 152.1.2). AR MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Beləliklə hakim hesab edir ki, iddia ərizəsi AR MPM-nin tələblərinə uyğun tərtib edilmədiyindən, həmçinin nümayəndənin iddia ərizəsini imzalamaq səlahiyyəti etibarnamədə xüsusi olaraq göstərilmədiyindən iddia ərizəsi sənədlərlə birlikdə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 152-ci maddəsini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı nümayəndəsi kimi X1 Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-592/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-592/2022
04.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver