Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-60/2020 10.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Aygün Həsən qızının katibliyi İddiaçı, onun nümayəndəsi X2 və vəkili X4, cavabdehlərin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 X14 və Cavabdeh2 qarşı «dəymiş maddi və mənəvi zərərin, əldən çıxmış faydanın ödənilməsi» tələbinə dair iddiası, Cavabdeh1 X12 cavabdeh İddiaçı qarşı «pul tələbinə» dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 X14 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada ümumilikdə 201000 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini, eyni zamanda cavabdehlərin hərəkətlərində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin əlamətləri mövcud olduğundan barələrində xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh2 ilə yaxın qohumdur. Cavabdeh onun dayısının yeznəsidir. 2002-ci ildən “xxxxxxxxxxxxxxxxx” X12 rəhbəridir. Həmin idarənin ərazisində müxtəlif vaxtlarda bir çox qaçqın və məcburi köçkün ailəsi məskunlaşmışdır. “xxxxxxxxxxxxxxxxx” ASC əvvəllər Dövlət Neft Şirkətinin tabeliyində fəaliyyət göstərirdi. Əsas fəaliyyəti Dövlət Neft Şirkətinin nəzdində fəaliyyət göstərən təşkilatlara məxsus binaların təmir və tikintisi ilə məşğul olmaqdan ibarət idi. Cavabdeh “xxxxxxxxxxxxxxxxx” ASC-nin təkcə Bakı şəhərində Qaradağ, Suraxanı, Sabunçu, Binəqədi, Xəzər və Səbail rayonunda tikinti sahələrinin olduğunu bilirdi. Cavabdeh təşkilatın 1 saylı tikinti sahəsi isə Sabunçu rayonu ərazisində yerləşirdi. 1 saylı tikinti sahəsi cavabdeh təşkilatın tikililərin sayına və ölçüsünə görə ən böyük sahəsi sayılırdı. Bu ərazidə çoxlu qaçqın və məcburi köçkün ailəsi məskunlaşdığı üçün dəfələrlə həmin binaların bu ailələr tərəfindən qanunsuz zəbt edilməsi halı ilə rastlaşan cavabdehlər bu qanunazidd hərəkətlərlə hüquq müstəvisində mübarizə aparmaq məcburiyyətində qalırdılar. O, 2002-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olduqdan sonra cavabdehin təkid və istəyi ilə, həmin sahəyə nəzarət etməyə başladı. Hətta xx.xx.2003-cü ildə “xxxxxxxxxxxxxxxxx” ASC-nin 1 saylı tikinti sahəsinə 5-ci dərəcəli rəngsaz peşəsinə qəbul edilmiş və xx.xx.2003-cü ildə həmin sahədə böyük iş icraçısı vəzifəsinə keçirilmişdi. Bu vəziflərə keçirilməyində cavabdehin əsas məqsədi onun hüquqşünas olmağından istifadə etmək və bir qohum kimi onun ərazisinə daha etibarlı biri tərəfindən nəzarət olunması istəyi idi. O həmin vaxtlarda həyat təcrübəsinin az olması səbəbindən onun yalan vədlərlə bir çox insanları aldatmasından xəbəri yox idi. Qeyd olunan tarixdən etibarən cavabdeh onun həmin əraziyə daha yaxşı baxmağı üçün, ondan əvvəlki iş icraçısının qaldığı otağı onun istifadəsinə verdi. Həmin otağın sahəsi təxminən 40 və 50 kvadrat metrdən çox olmazdı. Həmin otağı (iş kabineti) ona verən cavabdeh ona bildirdi ki, bu evi sənə verirəm və sən buranı öz istədiyin kimi düzəlt ki, gələcəkdə sənin adınma keçirəcəm. O, cavabdehin sözlərinə inanaraq, 2005-cı ilədək həmin evdə yaşamağa başladı. Bu evin gələcəkdə ona veriləcəyini nəzərə alaraq müxtəlif vaxtlarda həmin evin yaxşılaşdırılması üçün, çoxlu vəsait xərcləmişdir. Beləki, orda qaldığı 3 il müddət ərzində həmin evi yaşayış üçün yararlı vəziyyətə salmağı üçün 12000manatdan artıq pul vəsaiti xərcləmişdir (hamam tikilib, qaz və su xətləri tərəfindən çəkilmiş və işıq xətti yenilənmişdir). 2004-cü ildə o, ailə həyatı qurduğu üçün tez-tez rayona getməli olurdu. Onun orda olmamağından istifadə edən cavabdeh həmin evi başqa bir şəxsin istifadəsinə verdi. Bununla bağlı ona etirazını bildirəndə isə, cavabdeh ona bildirdi ki, narahat olmasın və həmin ərazidə yerləşən daha böyük bir sahəni onun istifadəsinə verəcək ki, o, oranı düzəldərək ailəsilə birlikdə orda yaşasın. Cavabdeh həmçinin ona bildirdi ki, ona təklif etdiyi sahə daha böyük olmasına rəğmən eyni zamanda yola yaxın və ayrılması daha rahatdır. Yəni o, cavabdeh “xxxxxxxxxxxxxxxxx” ASC-nin İdarə Heyətinin sədri Cavabdeh2 təkid və təklifi ilə əvvəl qaldığı yerdən çıxardılaraq, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi, döngə 2 ünvanında yerləşən 105,5 kv.metr qeyri-yaşayış sahəsinə köçdü və bunula bağlı aralarında icarə müqaviləsi bağlanıldı. Həmin müqavilə bağlanılmamışdan öncə də Cavabdeh2 ona bildirmişdir ki, onlar yaxın qohum olduduqları üçün gələcəkdə bu qeyriyaşayış sahəsini onun adına keçirəcəkdir. Həmin qeyri-yaşayış sahəsi olduqca yararsız və istifadə üçün yararsız vəziyyətdə olsa da, cavabdeh Hüseyn Nəsrivov ona bildirdi ki, bu qeyri-yaşayış sahəsini onun istifadəsinə verməkdə məqsədi bir qohum kimi guya yaxşılıq etmək istəyidir. Bunun müqabilində də, o həmin qeyri-yaşayış sahəsini yaxşılaşdıraraq oranı təmir etməli və icarə müqaviləsi üzrə hər ay cavabdehlərə rəsmi olaraq 90 manat, qeyri rəsmi olaraq isə cavabdehin özünə 200 manat məbləğində pul verməliydi. Qeyd olunan tarixdə o həmin sahəyə köçmək istəsə də, ona təqdim olunan sahə olduqca yarasız və bərbad vəziyyətdə idi. Təxminən iki ay müddətində o öz vəsaiti hesabına oranı qismən yararlı vəziyyətə salıb ailəsi ilə ora köçdü. Həmçinin cavabdehin yaxın qohum olduğuna və yalan vədlərinə inanaraq qeyd olunan şərtlər daxilində ona hər ay (2004-cü ildən 2015-ci ilədək) 290 manat pul ödəmişdir. Təxminən 10 ildən artıq müddətdə cavabdeh təşkilatın hesabına 10000 manatdan artıq rəsmi, Cavabdeh2 isə əlavə olaraq 24000 manatdan artıq pul vəsaiti ödəmişdir. Eyni zamanda cavabdehin yalan vədlərinə inanaraq həmin qeyri yaşayış sahəsinin yararlı vəziyyətə gətirilməsi üçün 10 ildən artıq müddət ərzində müxtəlif vaxtlarda hissə-hissə olmaqla ümumilkdə 85 000 manat məbləğində pul xərcləmişdir. Bu müddət ərzində həmin binanın dam örtüyndən tutmuş xarici fasadlarına qədər təmir edilmiş, binanın özülünün qurunt sularınadan azad olması üçün drenaj şəbəkəsi qurulmuş, daxili hissəsi yaşayış üçün yararalı vəziyyətə gətirilərək otaqlara ayrılmış və dəfəflərlə təmir edilmişdir. Bina köhnə tikili olduğu üçün təmirdən sonra qısa müddət ərzində yararsız vəziyyətə düşürdü. Buna baxmayaraq, cavabdeh həmişə ona bildirirdi ki, guya gələcəkdə səhmdarların iclasını keçirməklə həmin binanı onun adına keçirəcək və o da, cavabdehə hər ay ödədiyi 190 manat məbləğindəki ödənişdən azad olacaq. Lakin 2015-ci ildə ona məlum oldu ki, Cavabdeh2 onun etibarından istifadə etməklə onu aldadır, onun pullarını mənimsəməklə əslində həmin binanı ona vermək istəmir. Bunula bağıı ona irad və etirazlarını bildirsə də, Cavabdeh2 nə onun ödədiyi pulları ona qaytarmaq istəyir, nə də, həmin binanı onun adına keçirtmək istəyir. Artıq o başa düşdü ki, cavabdehin əsas niyyəti onun etibarından istifadə etməklə ona məxsus pulları mənimsəmək və aldatmaq yolu ilə, başqasının pul vəsaiti hesabına varlanmaq niyyətidir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona ümumilikdə 131000 manat məbləğində maddi zərər dəymişdir. Belə olan halda hesab edir ki, ona məxsus pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə cavabdehlər tərəfindən ona həmin vəsaitin məbləğinə uyğun olaraq (Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyənləşdirilmiş bank uçot dərəcəsinə müvafiq) faizlər də ödənilməlidir. Nəzərə alınsa ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyənləşdirilmiş bank uçot dərəcələri 2005-ci ildən bu günki günə qədər 5 faizdən 15 faizədək qalxaraq enmiş və bu baxımdan qeyri sabit olmuşdur, o zaman hesab edir ki, belə olan halda bank uçot dərəcəsinə əsaslanmaqla cavabdehlərdən əldən çıxmış fayda kimi 20000 manat məbləğində pul istəməkdə də haqlıdır. Həmçinin hesab edir ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona 50000 manat məbləğində mənəvi zərər dəymişdir. Belə ki, cavabdehin təqsirli və hüquqazidd hərəkətləri nəticəsində o ona inanaraq başqa yerdə daimi və sərbəst yaşamaq hüququndan məhrum olmuşdur. Belə ki, onun Hövsan qəsəbəsi, Bahar yaşayış massivində 3 sot torpaq sahəsi olsa da, orada ev tikib məskunlaşmamışdır. Həmçinin cavabdehin çirkin niyyətini əvvəlcədən bilsəydi bu qədər pul vəsaitini hazırkı mübahisəli qeyri yaşayış sahəsinə xərcləməzdi. Bu baxımdan hesab edir ki, cavabdeh tərəfindən ona vurulan 50 000 manat məbləğindəki mənəvi zərər də cavabdehlərdən tutularaq ona verilməlidir. Həmçinin cavabdeh tərəf bu qanunsuzluqlarına hüquqi don geyindirmək üçün məhkəməyə müraciət edərək, “xxxxxxxxxxxxxxxxx” ASC ilə cavabdeh İddiaçı arasında xx xxxxxx 2015-ci il tarixdə bağlanmış Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi, döngə 2 ünvanında yerləşən 105,5 kv.metr sahəsinə dair icarə müqaviləsinə əsasən ödənilməmiş 3 aylıq icarə haqqının tutulması, İddiaçı və həyat yoldaşının həmin qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi, cavabdehin əsas niyyəti onu aldatmaqla pullarını mənimsəmək və qanunsuz yolla varlanmaq istəyi olmuşdur. Hesab edir ki, belə olan halda cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş ümumilikdə 201000 manat məbləğində dəymiş zərər cavabdehlərdən alınaraq ona qaytarılmalıdır. Həmçinin məhkəmənin diqqətinə çatdırmaq istərdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi, döngə 2 ünvanında yerləşən 105,5 kv.metr sahə onun tərəfindən təmir olunmaqla yanaşı, həmin sahəyə telefon, qaz, işıq, su xətti çəkilmiş və bütün bunlardan da cavabdehin xəbəri olmaqla yanaşı heç bir etirazı da olmamışdır. Belə çıxır ki, cavabdeh tərəf məqsədli və qərəzli şəkildə əvvəlcədən planlı olaraq onu aldatmaq istəmiş, onun vəsaiti hesabına həmin qeyri yaşayış-sahəsini yaxşılaşdıraraq başqa şəxslərə yenidən satmaq və ya icarəyə verməklə əsassız varlanmaq və onu aldatmaq istəmişdir. Çünki iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən də görünür ki, cavabdeh onun etibarından sui-istifadə edərək onu aldatmış və nəticə etibari ilə ona maddi və mənəvi zərər vurmuşdur. Həmçinin cavabdehlərin əməllərindəki cinayət tərkibli faktların olmasını nəzərə alaraq hesab edir ki, məhkəmə tərəfindən də bu hallara hüquqi qiymət verilməli, cavabdehlərin əməllərindəki cinayət xarakterli xüsusatların araşdrılması üçün prokurorluğa məlumat verilməlidir. xx xxxx 2018-ci il tarixdə Cavabdeh1 X19 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərb.Res. Mülki Məcəlləsinin 705-ci maddəsinin tələbləri qaydasında xx.xx.2016-xx.xx.2018-ci il tarixləri üçün aylıq 90 manat hesablanmaqla 2.700 manat, xx.xx.2016-xx.xx.2018-ci il tarixləri üçün 4.391 manat əldən çıxmış gəlir, cəmi 7.091 manat pulun ilkin iddia üzrə cavabdeh İddiaçı alınaraq qarşılıqlı iddiaçı Cavabdeh1 ASC-yə ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxxxxxxxxxxxxxxx” ASC-yə məxsus qeyri-yaşayış sahəsi illərdir ki, ilkin iddia tələbləri üzrə İddiaçı tərəfindən 1 illik xx.xx.2015-ci il tarixli icarə müqaviləsinin müddətinin bitməsinə baxmayaraq heç bir ödəniş olmadan qanunsuz istifadə edilir. Sahənin İddiaçı tərəfindən zəbt olunma faktı qanuni qüvvəsini almış Sabunçu rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(008)- 9728/2016 saylı qətnaməsi ilə öz təsdiqini tapmışdır. Bu səbəbdən də icarə müqaviləsi müddətinin xx.xx.2016-cı il tarixdə bitməsinə baxmayaraq, ilkin iddia üzrə İddiaçı illər boyu sözü gedən sahədən çıxmaması nəticəsində sahənin mülkiyyətçisi Cavabdeh1 ASC həmin sahəni təyinatı üzrə istifadə edə bilməmiş, sahəni icarə haqqını ödəyə bilən hər hansı üçüncü şəxslərə icarəyə vermək imkanlarından, bununla da adi mülki dövriyyə şəraitində ala biləcəyi gəlirlərdən məhrum olmuşdur. İş materiallarına əlavə edilmiş Sabunçu rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(008)-9728/2016 saylı qətnaməsindən görünür ki, “xx.xx.2015-ci il tarixli 07 saylı icarə müqaviləsindən görünür ki, Cavabdeh1 ASC (icarəyə verən) İddiaçı (icarədar) özünə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q. Vəzirov küçəsi, döngə 2 ünvanında yerləşən 105.5 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsini 01 il müddətinə, yəni xx.xx.2016-cı il tarixədək icarəyə vermişdir. İşin materiallarından görünür ki, icarəyə verən Cavabdeh1 ASC icarədar İddiaçı xx.xx.2015-ci il tarixdə və xx.xx.2015-ci il tarixdə bildiriş məktubları göndərərək, xx.xx.2015-ci il tarixli icarə müqaviləsinin müddətinin artırmaq niyyətində olmadığını bildirmiş və xx.xx.2016-cı il tarixdə cəmiyyətə məxsus qeyri-yaşayış sahəsinin boşaldılmasını təklif olunmuşdur.İcarə müddəti bitməsinə baxmayaraq icarədar icarəyə verənin yazılı xəbərdarlıqlarına baxmayaraq qeyri-yaşayış sahəsini boşaltmaqdan imtina etmişdir.” Sabunçu rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(008)-9728/2016 saylı qətnaməsi ilə İddiaçı və X2 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi, döngə 2 ünvanında yerləşən 105.5 kv.m sahədən çıxarılması qət edilmiş, apellyasiya və kassasiya məhkəmələri tərəfindən qətnamə həmin hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qətnamənin icrası hazırda Sabunçu rayon icra şöbəsinə həvalə edilmişdir. Yəni icra hələ də baş tutmayıb və İddiaçı həmin sahədən çıxarıllmayıb, icra hərəkətlərinin keçirilməsi xx.xx.2018-ci il tarixinə təyin edilib. Sabunçu rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(008)-9728/2016 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-2724/2017 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı icarə müqaviləsi üzrə qalıq borcu 270 manat təşkil edir. Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsi ilə cavabdeh İddiaçı 270 manat pulun alınaraq iddiaçı Cavabdeh1 ASC-yə ödənilməsi qət edilmişdir. Göründüyü kimi, Cavabdeh1 ASC ilə İddiaçı arasında Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi, döngə 2 ünvanında yerləşən 105.5 kv.m. qeyri-yaşayış sahəsinin istifadəsinə dair bağlanılmış xx.xx.2015-ci il tarixli icarə müqaviləsinin xx.xx.2016-cı il tarixdə müddəti bitmişdir. Həmin müqavilə üzrə ödənilməmiş 270 manat icarə haqqı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-2724/2017 saylı qətnaməsi ilə İddiaçı tutulmuşdur. Bununla da, İddiaçı həmin sahədən çıxarılmasına dair Sabunçu rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(008)-9728/2016 saylı qətnaməsi çıxarılsa da, İddiaçı həmin qətnaməni apellyasiya və kassasiya qaydasında mübahisələndirmişdir və bu günədək sahədən çıxmamışdır. Bununla da, ilkin iddia tələbləri üzrə İddiaçı xx.xx.2016-cı ildən etibarən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi, döngə 2 ünvanında yerləşən 105.5 kv.m. qeyri-yaşayış sahəsini heç bir qanuni əsas olmadan və heç bir ödəniş etmədən istifadə edir. Halbuki Azərb.Resublikası Mülki Məcəlləsinin 705-ci maddəsinə görə əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. İlkin iddia tələbləri üzrə İddiaçı qeyd etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi, döngə 2 ünvanında yerləşən 105.5 kv.m. qeyri-yaşayış sahəsinin istifadəsinə dair bağlanılmış xx.xx.2015-ci il tarixli icarə müqaviləsinə əsasən aylıq icarə haqqı 90 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş həmin xx.xx.2015-ci il tarixli icarə müqaviləsinin 3.1-ci maddəsi də aylıq icarə haqqının 90 manat olmasını təsbit edir. Buna görə də İddiaçı Azərb.Res. MM-nin 705-ci maddəsinin tələbləri qaydasında xx.xx.2016-cı il tarixdən etibarən, yəni xx.xx.2016-xx.xx.2018-ci il tarixlərində (həmin dövrdə 30 təqvim ayı vardır) aylıq 90 manat, cəmi (30x90=2.700) 2.700 manat pul tutulmalıdır. İş materiallarına əlavə edilmiş Cavabdeh1 ASC ilə X5 arasında bağlanılmış Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi, döngə 2 ünvanında yerləşən 302.5 kv.m və 15.3 kv.m qeyri-yaşayış sahələrinin icarəyə verilməsinə dair xx.xx.2015-ci il tarixli 12 saylı icarə müqaviləsindən görünür ki, həmin müqavilə 1 il müddətinə bağlanılmışdır və aylıq icarə haqqı 700 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Cavabdeh1 ASC ilə X6 arasında bağlanılmış Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi, döngə 2 ünvanında yerləşən 302.5 kv.m və 15.3 kv.m qeyri-yaşayış sahələrinin icarəyə verilməsinə dair xx.xx.2016-ci il tarixli 17 saylı icarə müqaviləsindən görünür ki, həmin müqavilə 1 il müddətinə bağlanılmışdır və aylıq icarə haqqı 700 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Cavabdeh1 ASC ilə X6 arasında bağlanılmış Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi, döngə 2 ünvanında yerləşən 302.5 kv.m və 15.3 kv.m qeyri-yaşayış sahələrinin icarəyə verilməsinə dair xx.xx.2017-ci il tarixli 13 saylı icarə müqaviləsindən görünür ki, həmin müqavilə 1 il müddətinə bağlanılmışdır və aylıq icarə haqqı 800 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Cavabdeh1 ASC ilə X7 arasında bağlanılmış Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi, döngə 2 ünvanında yerləşən 113.1 lcv.m qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair xx.xx.2018-ci il tarixli 09 saylı icarə müqaviləsindən görünür ki, həmin müqavilə 1 il müddətinə bağlanılmışdır və aylıq icarə haqqı 250 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Cavabdeh1 ASC ilə X6 arasında bağlanılmış Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi, döngə 2 ünvanında yerləşən 302.5 kv.m, 15.3 lcv.m, 75.4 lcv.m, 142.0 lcv.m qeyri-yaşayış sahələrinin icarəyə verilməsinə dair xx.xx.2018-ci il tarixli 08 saylı icarə müqaviləsindən görünür ki, həmin müqavilə 1 il müddətinə bağlanılmışdır və aylıq icarə haqqı 1.100 manat təşkil edir. Göründüyü kimi, ilkin iddia tələbləri üzrə İddiaçı icarəyə götürdüyü sahə ilə eyni ünvanda yerləşən sahələrin aylıq icarə haqqısı 250, 700, 800, 1100 manat təşkil edir. Qarşıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ASC həmin sahələri müxtəlif şəxslərə icarəyə verməklə gəlir əldə edir. İcarə müqaviləsinin qüvvədə olduğu müddətdə qohumluq münasibətlərinə əsasən İddiaçı güzəşt edilmiş, icarə haqqının aylıq məbləği 90 manat göstərilmişdir. Onunla xx.xx.2015-ci il tarixdə bağlanılmış 1 illik icarə müqavilənin müddətinin bitməsindən sonra (xx.xx.2016-ci il tarixdən sonra) o həmin sahədən çıxmamışdır və nəticədə Cavabdeh1 ASC adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirdə məhrum edilmişdir. İddiaçı icarə müqavilənin müddətinin bitməsindən sonra (xx.xx.2016-ci il tarixdən sonra) həmin sahədən çıxmamasına görə həmin sahə Cavabdeh1 ASC-nin qanuni sahibliyində çıxmış, hər hansı şəkildə istifadə oluna bilməmişdir, həmin sahənin hər hansı şəxsə icarəyə verilməsi mümkün olmamışdır. Yuxarıdakı icarə müqavilələrindən görünür ki, İddiaçı tutduğu sahə ilə eyni ünvanda, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi, döngə 2 ünvanında yerləşən 302.5 kv.m+15.3 kv.m=317.8 kv.m qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə görə xx.xx.2015-xx.xx.2016-cı il tarixlərində aylıq icarə haqqı 700 manat təşkil etmişdir. Bununla da, İddiaçı icarə müqaviləsi əsasında verilmiş 105.5 kv.m sahəyə bərabər olan sahənin icarəyə verilməsinə görə aylıq icarə haqqı həmin dövrdə 232.4 manat təşkil etmişdir (X9 ilə bağlanılmış xx.xx.2015-ci il tarixli 12 saylı icarə müqaviləsi). 302.5 kv.m+15.3 kv.m=317.8 kv.m qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə görə xx.xx.2016-xx.xx.2017-ci il tarixlərində aylıq icarə haqqı 700 manat təşkil etmişdir. Bununla da, İddiaçı icarə müqaviləsi əsasında verilmiş 105.5 kv.m sahəyə bərabər olan sahənin icarəyə verilməsinə görə aylıq icarə haqqı həmin dövrdə 232.4 manat təşkil etmişdir (X10 ilə bağlanılmış xx.xx.2016-ci il tarixli 17 saylı icarə müqaviləsi). 302.5 kv.m+15.3 kv.m=317.8 kv.m qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə, görə xx.xx.2017-xx.xx.2018-ci il tarixlərində aylıq icarə haqqı 800 manat təşkil etmişdir. Bununla da, İddiaçı icarə müqaviləsi əsasında verilmiş 105.5 kv.m sahəyə bərabər olan sahənin icarəsinə görə aylıq icarə haqqı həmin dövrdə 266 manat təşkil etmişdir. (X10 ilə bağlanılmış xx.xx.2017-ci il tarixli 13 saylı icarə müqaviləsi). 113.1 kv qeyri-yaşayış sahələsinin icarəyə verilməsinə görə xx.xx.2018- xx.xx.2019-cu il tarixlərində aylıq icarə haqqı 250 manat təşkil etmişdir. Bununla da, İddiaçı verilmiş 105.5 kv.m sahəyə bərabər olan sahənin icarəsinə görə aylıq icarə haqqı həmin dövrdə 233 manat təşkil etmişdir. (X11 ilə bağlanılmış xx.xx.2018-ci il tarixli 09 saylı icarə müqaviləsi). 302.5 kv.m+15.3 kv.m+75.4 kv.m+142.0 kv.m=535.2 kv.m. qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə görə xx.xx.2018-xx.xx.2019-cu il tarixlərində aylıq icarə haqqı 1100 manat təşkil etmişdir. Bununla da, İddiaçı verilmiş 105.5 kv.m sahəyə bərabər olan sahənin icarəsinə görə aylıq icarə haqqı həmin dövrdə 217 manat təşkil etmişdir. (X10 ilə bağlanılmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsi). Bununla da, yuxarıdakı icarə müqavilələrindən görünür ki, xx.xx.2016-xx.xx.2017-ci il tarixlərində İddiaçı tərəfindən tutulan 105.5 kv.m sahəyə bərabər olan, həmin ünvanda (Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi, döngə 2) yerləşən sahələrin icarəsində görə aylıq icarə haqqı: xx.xx.2016-cı il tarixlərində 232.4 manat; xx.xx.2017-ci il tarixlərində 232.4 manat; xx.xx.2018-ci il tarixlərində 266 manat; xx.xx.2019-cu il tarixlərində 233 manat; xx.xx.2019-cu il tarixlərində 217 manat təşkil edir. Göründüyü kimi, İddiaçı tərəfindən onunla bağlanılmış xx.xx.2015-ci il tarixli 1 illik icarə müqaviləsinin bitməsi tarixindən sonra (xx.xx.2016-cı il tarixindən sonra) həmin müqaviləyə əsasən icarəyə götürülmüş 105.5 kv.m sahə onun tərəfindən icarə müqaviləsinin bitməsi vaxtında Cavabdeh1 ASCyə qaytarılsaydı, Cavabdeh1 ASC 2016-2017-ci il tarixlərində aylıq ən azı 232.4 manat; 2016-2018-ci il tarixlərində orta hesabla aylıq 239 manat ((266+233+217)/3=239) gəlir əldə etmiş olardı. Buna görə də, xx.xx.2016-cı il tarixdən (icarə müqaviləsinin bitməsi tarixi) xx.xx.2018-ci il tarixədək olan müddət üçün əldən çıxmış gəlir məbləği hesablanaraq İddiaçı tutulmalıdır. xx.xx.2015-xx.xx.2017-ci il tarixlərində (həmin dövrdə tam 12 təqvim ayı vardır) aylıq 232.4 manat hesablanmaqla 2789 manat (12x232.4=2789); xx.xx.2017-xx.xx.2018-ci il tarixlərində (həmin dövrdə tam 18 təqvim ayı vardır) aylıq 239 manat hesablanmaqla 4.302 manat (18x239=4302), cəmi xx.xx.2016-xx.xx.2018-ci il tarixlərində (2789+4302=7091) 7091 manat əldən çıxmış gəlir məbləği vardır. Yuxarıda qeyd edilmişdir ki, İddiaçı AR Mülki Məcəlləsinin 705-ci maddəsinin tələbləri qaydasında xx.xx.2016-cı il tarixdən etibarən, yəni xx.xx.2016xx.xx.2018-ci il tarixlərinə görə (həmin dövrdə tam 30 təqvim ayı vardır) aylıq 90 manat olmaqla, cəmi (30x90=2700) 2700 manat pul tutulmalıdır. Bu hal nəzərə alınaraq, əldən çıxmış gəlirin qəti məbləği aşağıdakı qaydada hesablanmalıdır. Yuxarıda qeyd edilmiş 7091 manat əldən çıxmış gəlir məbləğindən indiyədək ödənilməmiş 90 manat aylıq icarə haqqı məbləğinin cəmi çıxıldıqda (7091 manat-2700 manat=4391) əldən çıxmış gəlirin qəti məbləği 4391 manat təşkil edir. İddiaçı xx.xx.2016-xx.xx.2018-ci il tarixlərində mübahisəli sahədən çıxmaması nəticəsində sahənin mülkiyyətçisi Cavabdeh1 ASC-yə cəmi 7091 manat ziyan dəymişdir, həmin pulun 2700 manata bərabər hissəsi xx.xx.2016xx.xx.2018-ci il tarixlərində ödənilməmiş aylıq 90 manat icarə haqqının cəmi məbləği, 4391 manata bərabər olan hissəsi ilə əldən çıxmış gəlir məbləğidir. Bu kimi hesablama nəticəsində xx.xx.2016-xx.xx.2018-ci il tarixləri üçün müqavilə münasibətlərində olarkən aylıq ödənilməli olan 90 manat pulun cəmini və əldən çıxmış gəlirləri müəyyən etmək olur. Nəzərə alınmalıdır ki, xx.xx.2016-cı il tarixdən etibarən icarə müqaviləsi qüvvədə deyildir, buna görə də dəymiş ziyanın məbləğinin aylıq 90 manat hesablanmaqla məhdudlaşdırılması yolverilməzdir. Müqavilə müddəti bitdiyindən sonra (xx.xx.2016-cı ildən sonra) sahə İddiaçı tərəfindən boşaldılsaydı adi mülki dövriyyə şəraitində hər hansı üçüncü şəxslərlə icarə müqaviləsi bağlayaraq Cavabdeh1 ASC ən azı 7091 manat gəlir əldə edə bilərdi. Eyni dövr üçün həm aylıq 90 manat pulun və həm də əldən çıxmış gəlirin tutulmaması məqsədilə,aylıq 90 manat pulun cəmi olan 2700 manat məbləğ ayrıca hesablanır, ümumi əldən çıxmış gəlirdən çıxılır və nəticədə ədlən çıxmış gəlirin 4391 manat qəti məbləği ayrıca göstərilir. Qeyd olunanlar sübut edir ki, ilkin iddia üzrə İddiaçı xx.xx.2016-xx.xx.2018-ci il tarixləri üçün aylıq 90 manat hesablanmaqla 2700 manat, 05.01. 2016-xx.xx.2018-ci il tarixləri üçün 4.391 manat əldən çıxmış gəlir olan, cəmi 7091 manat pul tutulmalıdır. xx xxx 2019-cu il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlərdən müştərək qaydada yerinə yetirilmiş təmirtikinti, yaxşılaşdırma işlərinə görə 80746 AZN, 20000 AZN əldən çıxmış faydaya görə, 34400 AZN obyektdən istifadəyə görə ödənilmiş pul vəsaitinin, 10000 AZN obyekt boşaldılarkən əşyaların sıradan çıxmasına və zədələnməsinə görə dəymiş zərərin, 50000 AZN mənəvi zərərin, cəmi 195146 AZN məbləğində pulun tutularaq ona verilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini, cavabdehlərin hərəkətlərində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin (“dələduzluq” cinayətinin) əlamətləri mövcud olduğundan barələrində xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə dəqiqləşdirilməsi barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı qarşılıqlı iddia tələbini qəbul etməyərək, öz iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və eləcə də bildirmşdir ki, “Bakı Torpaq” X16 müraciəti əsasında cavabdeh “xxxxxxxxxxxxxxxxx” ASC-nə məxsus Bakı şəhəri, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi, döngə 2 ünvanında yerləşən 105.5 kv.m qeyri yaşayış sahəsində və Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi, döngə 7 ünvanında yerləşən 40 kv.m qeyri yaşayış sahəsində onun tərəfindən yerinə yetirilmiş təmir-tikinti işlərinin smeta hesabatı tərtib edilmişdir ki, həmin smeta hesabatına əsasən onun tərəfindən 105.5 kv.m qeyri yaşayış sahəsinə 10 ildən artıq müddət ərzində 71074,64 manat və 40 kv.m qeyri yaşayış sahəsinə 2 ildən artıq müddət ərzində 9672 manat məbləğində pul xərclənmişdir. Cavabdeh2 onu aldadıb qeyri yaşayış sahələrini ona təmir elətdirib, sonra ondan geri alaraq, onun hesabına varlanmaq niyyətində olmuşdur. Ona görə də, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X8 qarşılıqlı iddia tələbini qəbul etməyərək, iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 ASC-nin və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi və izah etdi ki, Cavabdeh1 ASC-yə məxsus Bakı şəhəri, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi, döngə 2 ünvanında yerləşən 105.5 kv.m qeyri yaşayış sahəsi 2009-2010-cu illərdən 1 illik icarə müqaviləsi əsasında iddiaçının müvəqqəti istifadəsinə verilmişdir. Sahə iddiaçıya istifadəyə yararlı vəziyyətdə verildiyindən, onun tərəfindən əsaslı təmir və ya yenidən qurma (yenidən planlaşdırma) işləri görülməmişdir. İddiaçı ilə 2015-ci ildə yenidən 1 illik icarə müqaviləsi bağlanmış, sonra iddiaçı icarə haqqını ödəmədiyi üçün iddiaçının oradan çıxarılması məhkəmə qaydasında tələb olunmuş və xx.xx.2018-ci il tarixdə iddiaçı ailə üzvləri ilə birlikdə məhkəmə qərarı əsasında qeyri-yaşayış sahəsindən çıxarılmışdır. Bundan sonra həmin sahə onun qanuni mülkiyyətçisi tərəfindən tam təmir olunmuş və icarə müqaviləsi əsasında digər şəxslərin istifadəsinə verilmişdir. İddiaçı qeyri-yaşayış sahəsindən iki il qanunsuz istifadə etdiyinə görə ona qarşı pul tələbinə dair qarşılıqlı iddia irəli sürülmüşdür. İddiaçıya həmin sahənin yaxşılaşdırılması həvalə edilməmiş, həmin sahənin hər hansı şəkildə dəyişdirilməsinə dair icazə və səlahiyyət verilməmişdir. İddia tələblərində sadalanmış işlərin həqiqətən icra edilmiş olması müəyyən olunarsa belə həmin işlərin görülməsinə dair cavabdehin tapşırığı olmamışdır. İddiaçı tapşırıqsız hər hansı iş görərsə belə, cavabdehlər buna görə pul ödəməli deyillər. Hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməli,qarşılıqlı iddia tələbi isə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını, şahidlərin ifadəsini dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək hesab edir ki, iddia və qarşılıqlı iddia tələbləri aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan əlavə edilmiş, xx xxxxxx 2012-ci il tarixli 02 nömrəli icarə müqaviləsindən görünür ki, «xxxxxxxxxxxxxxxx» ASC (bundan sonra icarəyə verən) idarə heyətinin sədri Cavabdeh2 simasında bir tərəfdən və icarəyə götürən (bundan sonra icarədar adlanacaq) ünvan 2i ünvanda qeydiyyatda olan İddiaçı timsalında Bakı şəhəri, Sabunçu rayonu Q.Vəzirov küçəsi döngə 2 ünvanda yerləşən sahəsində ailəsi ilə birlikdə yaşamaq üçün, mülkiyyət hüququ ilə «xxxxxxxxxxxxxxxx» ASC məxsus olan 105.5 kvm sahəsini həyəti birlikdə icarədarın istifadəsinə verməyi, icarədar isə bunların əvəzində bu müqavilənin 3.1 maddəsində nəzərdə tutulmuş məbləğdə və qaydada icarə haqqını ödəməyi öhdəsinə götürməsi barədə icarə müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx xxxxxx 2014-cü il tarixli 05 nömrəli icarə müqaviləsindən görünür ki, «xxxxxxxxxxxxxxxxx» ASC (icarəyə verən) İddiaçı (icarədar) mülkiyyət hüququ ilə Cavabdeh1 ASC məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Q.Vəzirov küçəsi, döngə 2 ünvanda yerləşən 105.5 kv.m. sahəsini ailəsi ilə birlikdə yaşamaq üçün 01 il müddətinə, yəni xx xxxxxx 2015-ci il tarixədək icarəyə vermişdir. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən icarədar 90 manat təşkil edən icarə haqqını hər ayın 10-dan gec olmayaraq ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan kassa mədaxil orderlərinin qəbzlərin surətindən görünür ki, icarədar İddiaçı tərəfindən Cavabdeh1 ASC-nə 2008-ci ilin may ayındın 2015-ci ilin may ayına kimi hər ay 90 manat məbləğində ödənişlər olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X15 Üzrə Dövlət Komitəsinin 000647 saylı, xx.xx.2007-ci il tarixli şəhadətnaməsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ünvanında yerləşən 311,0 kv.m qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 X17 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-9728/2016 saylı, xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər İddiaçı və X3 qarşı qeyri-yaşayış sahəsindən çıxarılma və pul tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı və X2 Bakı şəhəri, Sabunçu rayonu, Q.Vəzirov küçəsi, döngə 2 ünvanda yerləşən 105.5 kv.m. sahədən çıxarılmaları, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2724/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, iddiaçı Cavabdeh1 ASC-nin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-9728/2016 saylı, xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsinin iddia tələbinin təmin edilməməsi hissəsində qismən ləğv edilməsi, iddia tələbinin həmin hissədə qismən təmin edilməsi, cavabdeh İddiaçı 270 manat pulun alınaraq iddiaçı Cavabdeh1 ASC-nə ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6623/17 saylı, xx xxxxxx 2017-ci il tarixli qərarından görünür ki, cavabdehlər İddiaçı və X1 şikayətləri təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli, 15649 nömrəli ekspert rəyindən görünür ki, hər hansı daşınmaz əmlak (tikili, obyekt, ev və s.) üzrə yerinə yetirilmiş tikinti, təmir, quraşdırma və s. işlərin müddətinin müəyyən olunmasına və hansı dövrdə icra olunmasının tədqiq edilməsinə dair hazırda metodikanın olmadığı, eləcə də, Bakı şəhəri, Sabunçu rayonu, Q.Vəzirov küçəsi, döngə 2 ünvanında yerləşən sahəsi 105,5 kv.m. olan qeyri-yaşayış sahəsi və 7 ünvanında yerləşən 40,0 kv.m. olan qeyri-yaşayış sahəsi üzrə aparılmış işlərin konkret olaraq hansı növlərinin, məsələn söküntü, tikinti, quraşdırma, təmir, abadlıq və s. işlərin hansı ildə (dövrdə) görülməsi barədə dəqiq məlumat iş materiallarında olmadığını və hər hansı obyekt (qeyri yaşayış sahəsi, fərdi yaşayış evi, mənzili, tikili və s.) üzrə yerinə yetirilmiş işlərin, o cümlədən bu işlərə sərf olunan xidmət (əmək) haqqı və tikinti materiallarının dəyərinin, işlərin aparıldığı dövrdə mövcud olan bazar qiymətlərinə uyğun olaraq müəyyən olunduğunun nəzərə alaraq, tədqiq olunan qeyri-yaşayış sahələrində, iddiaçının iddia etdiyi və baxış zamanı göstərdiyi işlərdən hansı növünün dəqiq olaraq hansı ildə (tarixdə) yerinə yetirilməsini, illər üzrə görülən işlərin dairəsini və işlərin görülməsinə çəkiliş xərclərin dəyərini müəyyən etmək mümkün deyildir. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizası üzrə “X23” MMC-nin ƏEM/İ 25-264/20 saylı, xx xxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi, döngə 2 ünvanında yerləşən 105,5 kv.m. yaşayış sahəsinə vizual-texniki baxış zamanı müəyyən edilmişdir ki, hazırda yaşayış sahəsinin daxilində və həyətyanı sahəsində rekonstruksiya işləri aparılmışdır, təmir işləri davam etməkdədir. Əmlakın iddiaçı tərəfindən təqdim edilən fototəsvirlər təhlil edilmişdir. Lakin əmlakın ilkin vəziyyətini əks etdirən fototəsvirlər məhdud olduğundan və hazırda yaşayış sahəsinin daxilində rekonstruksiya işləri davam etdiyindən hansı elementin hansı dövrə aid olduğunu müəyyən etmək ekspertin zəruri bilik səviyyəsinin hüdudları xaricində olmuşdur. Beləliklə, Bakı şəhəri, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi, döngə 2 ünvanında yerləşən 105,5 kv.m qeyri-yaşayış sahəsində və onun həyətyanı sahəsində görülən təmirtikinti işlərinin həcminin və onların görülməsinə çəkilmiş xərclərin 2006-2014-cü illərə aid olduğunu müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi, döngə 7 ünvanında yerləşən 40 kv.m. yaşayış sahəsində 2003-2005-ci ilədək təmir-tikinti işlərinin həcminin və həmin işlərin görülməsinə çəkilmiş xərclərin dəyərini müəyyən etmək üçün əmlaka baxış keçirilmişdir. Fototəsvirlərdən də göründüyü kimi əmlak köhnə təmirlidir. Təmir işlərinin aşınması 90% təşkil edir. Yaşayış üçün istismara qismən yararlıdır. Əmlakın daxilində mövcud olan təmir işlərinin 2003-2005-ci il əvə ya daha əvvəlki illərə aid olduğunu müəyyən etmək yalnız laboratoriya şəraitində müəyyən elementlərdən nümunə götürməklə mümkün olduğu ehtimal olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (AR MM-nin 1091.2-ci mad.). Ona görə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. İş materiallarından göründüyü kimi, iddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, cavabdeh «xxxxxxxxxxxxxxxxx» ASC mülkiyyət hüququ ilə özünə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Q.Vəzirov küçəsi, döngə 2 ünvanda yerləşən 105.5 kv.m. sahəsini ona ailəsi ilə birlikdə yaşamaq üçün 2005-ci ildən hər ay 90 manat icarə haqql ödəməklə 01 il müddətinə icarəyə vermiş, bu qaydada hər il olmaqla aralarında xx xxxxxx 2015-ci ilin yanvar ayınadək icarə müqavilələri bağlanmış, sonuncu dəfə xx xxxxxx 2015ci il tarixədək 01 il müddətinə icarə müqaviləsi bağlandıqdan sonra cavabdeh yenidən onunla icarə müqaviləsi bağlamaqdan imtina edərək, ondan qeyri-yaşayış sahəsini boşaltmağı tələb etmişdir. O isə həmin qeyri-yaşayış sahəsi ona verilərkən yaşayış üçün yararsız olduğundan oranı yararlı vəziyyətə gətirmək üçün öz şəxsi vəsaiti hesabına orada təmir bərpa işləri görmüş, qeyri-yaşayış sahəsini yaxşılaşdırmaq üçün 10 ildən artıq müddət ərzində 80746 manat məbləğində pul xərcləmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-9728/2016 saylı, xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər İddiaçı və X3 qarşı qeyri-yaşayış sahəsindən çıxarılma və pul tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı və X2 Bakı şəhəri, Sabunçu rayonu, Q.Vəzirov küçəsi, döngə 2 ünvanda yerləşən 105.5 kv.m. sahədən çıxarılmaları, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Qeyd olunan məhkəmə aktı ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 ASC İddiaçı özünə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q. Vəzirov küçəsi, döngə 2 ünvanında yerləşən 105.5 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsini 01 il müddətinə, yəni xx.xx.2016-cı il tarixədək icarəyə vermiş, icarəyə verən Cavabdeh1 ASC icarədar İddiaçı bildiriş məktubları göndərərək, xx.xx.2015ci il tarixli icarə müqaviləsinin müddətinin artırmaq niyyətində olmadığını bildirmiş və sonuncuya xx.xx.2016-cı il tarixdə cəmiyyətə məxsus qeyri-yaşayış sahəsinin boşaldılması təklif olunmuşdur.İcarə müddəti bitməsinə baxmayaraq icarədar icarəyə verənin yazılı xəbərdarlıqlarına baxmayaraq qeyri-yaşayış sahəsini boşaltmaqdan imtina etmişdir. Yuxarıda qeyd olunan məhkəmə qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2724/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə qismən iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilmiş, pul tələbi hissədə iddia qismən təmin edilərək, cavabdeh İddiaçı 270 manat pulun alınaraq iddiaçı Cavabdeh1 ASC-nə ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6623/17 saylı, xx xxxxxx 2017-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçı iddia tələbində mübahisəli qeyri-yaşayış sahəsi üzrə yerinə yetirilmiş təmirtikinti, yaxşılaşdırma işlərinə görə 80746 manat vəsait sərf etdiyini iddia etsə də, məhkəmə iclasında dindirilmiş şahidlər H.Ə.Nəbiyev, Z.B.Nəsirov, V.A.Mirimov, R.B.Qarayev iddiaçı tərəfindən mübahisəli qeyri-yaşayış sahəsində yaşadığı dövrdə, Y.A.Mirimov, E.F.Adıgözəlov R.A.Xəlilov isə 2018-ci ilin iyul ayının ikinci yarısında iddiaçı ailə üzvləri ilə birlikdə mübahisəli qeyri-yaşayış sahəsindən çıxarıldıqdan sonra cavabdeh tərəfindən müəyyən təmir tikinti işləri aparıldığını göstərdilər. Məhkəmə məhkəmə tərəfindən təyin edilmiş ekspert rəylərindən görünür ki, mübahisəli qeyri yasşayış sahələri üzrə aparılmış işlərin konkret olaraq hansı növlərinin, hansı ildə (dövrdə) görülməsi barədə dəqiq məlumat iş materiallarında olmadığını və hər hansı obyekt (qeyri yaşayış sahəsi, fərdi yaşayış evi, mənzili, tikili və s.) üzrə yerinə yetirilmiş işlərin, o cümlədən bu işlərə sərf olunan xidmət (əmək) haqqı və tikinti materiallarının dəyərinin, işlərin aparıldığı dövrdə mövcud olan bazar qiymətlərinə uyğun olaraq müəyyən olunduğunun nəzərə alaraq, tədqiq olunan qeyri-yaşayış sahələrində, iddiaçının iddia etdiyi və baxış zamanı göstərdiyi işlərdən hansı növünün dəqiq olaraq hansı ildə (tarixdə) yerinə yetirilməsini, illər üzrə görülən işlərin dairəsini və işlərin görülməsinə çəkiliş xərclərin dəyərini müəyyən etmək mümkün deyildir. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, mübahisəli qeyri-yaşayış sahəsi cavabdehin mülkiyyətində olmaqla onun tərəfindən iddiaçıya hər ay 90 manat icarə haqqı ödəmək şərti ilə 1 illik icarə müqavilələri əsasında icarəyə verilmişdir. Məhkəmə iclasında eləcə də, müəyyən olundu ki, cavabdeh tərəfindən icarəyə verilmiş qeyri- yaşayış sahəsində hər hansı təmir-tikinti işlərinin aparılması üçün iddiaçıya heç bir tapşırıq və sifariş verilməmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbində sadalanmış təmir bərpa işlərinin görülməsi barədə cavabdehdən ona tapşırıq və yaxud sifariş verilməsi barədə hər hansı sübutu təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlərdən yerinə yetirilmiş təmir-tikinti, yaxşılaşdırma işlərinə görə 80746 manat pul tutulması hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin 20000 AZN əldən çıxmış faydaya görə, 34400 AZN obyektdən istifadəyə görə ödənilmiş pul vəsaitinin, 10000 AZN obyekt boşaldılarkən əşyaların sıradan çıxmasına və zədələnməsinə görə dəymiş zərərin cavabdehlərdən tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Əldən çıxmış faydanın tutulması qaydası və şərtləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2-ci maddələrinin qaydaları ilə tənzimlənir ki, həmin qaydalara əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, qanunun yuxarıda qeyd olunan normalarının mənasına görə əldən çıxmış fayda əsaslandırılmış sübutlarla təsdiq olunmalıdır. Bundan əlavə, əldən çıxmış faydanın ölçüsü, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər nəzərə alınmaqla müəyyən olunmalıdır. Lakin iddiaçı əldən çıxmış fayda ilə bağlı əsaslandırılmış sübutlarıı məhkəməyə təqdim etməmişdir. Ona görə də, həmin tələb hissəsində iddia təmin edilməməlidir. Eləcə də, iddiaçı 34400 AZN obyektdən istifadəyə görə ödənilmiş pul vəsaitinin, 10000 AZN obyekt boşaldılarkən əşyaların sıradan çıxmasına və zədələnməsinə görə dəymiş zərərin cavabdehlərdən tutulması hissəsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etmədiyinə görə məhkəmə hesab edir ki, həmin tələblər hissəsində də iddia təmin edilməməlidir. Məhkəmə iddia tələbinin cavabdehlərdən mənəvi zərərin əvəzi olaraq 50000 manat tutulması hissəsində aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7№-li Qərarında da Plenum izah etmişdir ki, “...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır”. Məhkəmə hesab edir ki, maddi ziyan tələbi hissəsində iddia təmin olunmadığından mənəvi ziyanın əvəzinin ödənilməsi hissəsində də iddia təmin edilməməlidir. Məhkəmə, iddia tələbinin cavabdehləri hərəkətlərində cinayətin əlamətləri mövcud olduğundan bu barədə xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi hissəsinin tələbin “maddi ziyan, əldən çıxmış fayda və mənəvi ziyanın əvəzinin tutulması” hissəsi ilə birbaşa bağlı olduğunu, tələbin sözügedən hissəsinin isə təmin olunmadığını nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehlərin hərəkətlərində cinayətin əlamətləri mövcud olduğundan bu barədə xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi hissəsində də rədd edilməlidir. Cavabdeh1 X12 cavabdeh İddiaçı qarşı 7091 manat pul tələbi barədə qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə hesab edir ki, əldən çıxmış fayda ilə əlaqədar dəymiş ziyanın ödənilməsi barədə qarşılıqlı tələb təmin edilə bilməz, belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə zidd olaraq iddiaçı cavabdehin qanunsuz hərəkətləri ilə əlaqədar olaraq həmin məbləğin əldə edilməməsini təsdiq edən hər hansı əsasları təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin olunmadığı üçün iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu onların özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia və qarşılıqlı iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı tutulub AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-60/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-60/2020
10.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver