Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-609/2020 08.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Aygün Həsən qızının katibliyi, iİddiaçı nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 52356 manat pul tutularaq iddiaçı X6 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli ilə çıxarışdan da göründüyü kimi, Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsi, ev 51 yerləşən mənzil üzərində mülkiyyət hüququ 1/10 hissəsi onun adına, 9/10 hissəsi isə vəfat etmiş anası-X12 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bir müddət sonra anası vəfat etmişdir. Daha sonra sözügedən mənzil sökülmüş və dövlət ehtiyacları üçün satın alınması ilə əlaqədar olaraq 197570 manat kompensasiya ödənilmişdir. Bu kompensasiya ödənilən zaman o, bacısı- X9 etibarnamə verdi ki, onun adından alqı-satqını həyata keçirsin. Onlar əvvəlcədən öz aralarında razılaşmışdılar ki, veriləcək kompensasiyanın 2/3 hissəsi bacısı X7, 1/3 hissəsi isə ona aid olacaq. Kompensasiyanı aldıqdan sonra isə bacısı ona 13500 manat pul vermişdir. O, ondan məbləğin niyə bu qədər az olduğunu soruşduqda, o isə az miqdarda kompensasiya məbləğinin verildiyini və əlavə xərclərə pul sərf etdiyini bildirdi. Daha sonra Yasamal rayon icra hakimiyyətidən onlara sözügedən mənzillə bağlı əlavə 24000 manat maddi yardım ediləcəyini bildirdilər. O, xx xxxxxx 2020-ci ildə Yasamal rayon icra hakimiyyəti ilə razılaşma bağlayan zaman əvvəllər sözügedən əmlakla bağlı 197570 manat kompensasiya verildiyini öyrənmiş, daha sonra bacısına niyə ona həddindən az pul verdiyini soruşmuş, bacısı isə onun anasının qayğısına daha çox qalması, evin onun olması barədə müxtəlif bəhanələr gətirdi. Bununla əlbəttə ki, o, razı ola bilmir. Hesab edir ki, bacısı 197570 manatın 1/3 hissəsini yəni, 65856 manat verməlidir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, xx xxxxxx 2020-ci ildə iddiaçı ilə Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti arasında bağlanmış razılaşma əsasında müəyyən edilmiş 24000 manat məbləğində maddi yardımın 1/3 hissəsi iddiaçıya verilmişdir. Belə olan halda hesab edir ki, cavabdeh aldığı 197570 manat məbləğin də 1/3 hissəsini iddiaçıya verməli idi. Yuxarıda qeyd edildiyi kimi iddiaçıya verilməli olan 658xx xxxxxxxx 13500 manat çıxılmaqla 52356 manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya verilməlidir. xx xxxxxx 2020-ci il tarixdə iddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqqdim edərək bildirmişdir ki, iddia ərizəsində texniki səhvə yol veriləcək İddiaçı «soyadı Zeynalova» kimi qeyd olunmuşdur. İddia ərizəsində qeyd olunmuş iddiaçı X4 «soyadı Zöhrabova» kimi nəzərə alınmasını, yəni İddiaçı kimi qənamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələblərini müdafiə edərək ərizədə qeyd olunanlara uyğun izahat verdi və tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını xahiş etdi və izahat verərək bildirdi ki, Bakı şəhəri, Səbail rayonu, Mustafa Sübhi küçəsi 51 saylı mənzilin mülkiyyətçisi iddiaçının və onun X8 olmuşdur. X5 xx.xx.2016-cı ildə vəfat etmişdir və onun vəfatından sonra Bakı şəhəri, Mustafa Sübhi küçəsi 51 saylı mənzil miras qalmışdır. Anasının vəfatından sonra onun 5 vərəsəsi qalmışdır: X21, X10, X15, X13, Cavabdeh. X2 və bacısı X13 miras əmlakı qəbul etmək üçün müraciət etməmişlər, ona görə də, onların payı 2/10 hissədə açıq qalmışdır. Baxmayaraq ki, hər 2 vərəsə - həm X15, həm də, X13 vərəsəliyi qəbul etmək üçün müraciət etməmişlər, lakin o, mənzilin sökülməsi ilə bağlı aldığı kompensasiyadan onların hər ikisinin payını vermişdir. xx.xx.2016-cı ildə ölmüş X12 vərəsələri - X16 və ona hər birilərinə miras əmlakdan 1/10 hissədə pay almaları barədə qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. Həmin tarixdə, yəni xx.xx.2016-cı ildə vərəsə X1 Elmira Aslan qızından miras qalmış Mustafa Sübhi küçəsi, mənzil 51 ünvandakı, ümumi sahəsi 51,7 kv.metr olan, 2 otaqdan ibarət mənzilə dair Bakı şəhəri 12 saylı Notariat Kontorunda xx.xx.2016-cı ildə öz miras payını ona bağışlamışdır. X8 ölməmişdən əvvəl, yəni xx.xx.2010-cu il tarixdə Bakı şəhəri 32 saylı Dövlət Notariat Kontorunda qeydiy-yatdan keçirməklə vəsiyyətnamə vermişdir və bütün əmlakını, eyni zamanda Bakı şəhəri, Mustafa Sübhi küçəsi, 51 nömrəli mənzili ona vəsiyyət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən Çıxarış verilmişdir və həmin Çıxarışda iddiaçının payı 1/10 hissədə, onun payı isə 7/10 hissədə müəyyən edilmişdir. 2/10 hissədə X3 payı açıq qalmışdır. Bu Çıxarışda qeyd edilmiş paylar iddiaçı tərəfindən mübahisələndirilməmişdir. 2018-ci ilin sentyabr ayında sözügedən mənzil dövlət ehtiyaçları üçün satın alınması ilə əlaqədar sökülmüşdür və 197570 manat kompensasiya verilmişdir. Elə həmin gün, yəni xx.xx.2018ci il tarixdə kompensasiyanı alan gün, o, iddiaçının vərəsəlik payından da artıq, yəni Çıxarışda göstərilmiş 1/10 hissədən də artıq sahənin dəyərini - 20000 manatı iddiaçının əri Zöhrabov Gülağa Yusif oğluna vermişdir. Bundan bir neçə gün sonra isə yenə də 3500 manatı yenə də Zöhrabov Gülağa Yusif oğluna vermişdir. Yəni ümimilikdə tərəfindən iddiaçıya 23500 manat ödənilmişdir. Bunu sübut edən şahidlər də vardır. Halbuki iddiaçıya 1/10 hissəyə görə 23500 manat deyil, 19757 manat ödənilməlidir. O, anası ilə birlikdə yaşamış, onun müayinə və müalicəsində iştirak etmişdir, anasına o, qulluq etmişdir. Anasının vəfatından sonra isə o, ondan miras qalmış mənzildə yaşayaraq atasının da qulluğunda durmuşdur, atasına o baxmışdır. Yəni vəsiyyətnamə üzrə vərəsəlikdən əlavə, eyni zamanda mirası faktiki qəbul etmişdir. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 197570 manat kompensasiyanın 1/3 hissəsini tələb edərkən, yəqin ki, anası tərəfindən ona verilmiş vəsiyyətnaməni nəzərə almamışdır, hansı ki, həmin vəsiyyətnamə ilə X19 bütün əmlakını, eyni zamanda Bakı şəhəri, Mustafa Sübhi küçəsi 51 saylı mənzili ona vəsiyyət etmişdir. Belə olan halda iddiaçı miras əmlakdan 1/3 hissə deyil, vəsiyyətnamə verildiyi üçün ancaq məcburi pay hüququna malikdir. X3 2/10 hissə payı, hansı ki, açıq qalmışdır, iddiaçı həmin hissədə ona çatası payın olub-olmaması barədə müraciət etməmişdir. Bundan əlavə, iddia ərizəsində göstərilir ki, guya iddiaçı ilə aralarında əvvəlcədən belə bir razılaşma olmuşdur ki, veriləcək kompensasiyanın 2/3 hissəsi onun, 1/3 hissəsi isə iddiaçıya aid olacaq. Bu belə deyildir, onların arasında heç vaxt belə bir razılaşma olmamışdır. Bundan əlavə, iddia ərizəsində göstərilir ki, guya sözügedən mənzilin sökülməsi ilə əlaqədar verilmiş kompensasiyanın məbləğindən onun xəbəri olmamışdır. Bu belə deyildir. İddiaçı mənzilin sökülməsi ilə əlaqədar verilmiş kompensasiyanın məbləğini bilirdi, kompensasiyanı alandan sonra ona verdiyi 23500 manat məbləğlə razılaşmışdır, lakin sonradan sözügedən mənzillə bağlı əlavə 24000 manat maddi yardımın 1/3 hissəsi iddiaçıya verildikdə, o, daha çox vəsait əldə etmək məqsədi ilə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə iddianın təmin tədbirləri barədə ərizə ilə müraciət edərək göstərmişdir ki, guya onun adına Bakı şəhəri Yasamal rayonu, Nabat Aşurbəyova küçəsi, 51 saylı ünvanda yerləşən mənzilin 7/10 hissəsi və Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi, Ələddin Ağakişiyev küçəsi, 19b saylı evin (1-ci mərtəbədən 41,5 kv.m) bir hissəsi qeydiyyatdan keçmişdir. Bakı şəhəri Səbail rayonu Müstafa Sübhi küçəsinin adı dəyişdirilərək, hal-hazırda Nabat Aşurbəyova olmuşdur və ərizədə göstərilmiş Bakı şəhəri Yasamal rayonu, Nabat Aşurbəyova küçəsi, 51 ünvanda yerləşən mənzil dövlət ehtiyacları üçün satın alınmış Mustafa Sübhi küçəsi, 51 saylı evdir, həmin ev artıq sökülmüşdür və hal-hazırda həmin evin sökülməsi üçün verilmiş kompensasiya mübahisələndirilir. Məhkəmə işə baxb, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan AZ-İ 822289 nömrəli, xx.xx.2016-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2016 ilin 03 ayının 31 günündə 392 № ilə qeyd edilmişdir. İş materiallarında olan daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2018-ci il tarixli, ********** nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsi, 51 saylı evdə X14 məxsus olan payın 9/10 hissəsi açıq qalmış, 1/10 hissə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri, Yasamal rayonunun «Sovetski» adlanan ərazisində dövlət ehtiyacları üçün satın alınmış yaşayış obyektlərinin sahibləri ilə xx xxxxxx 2020-ci il tarixli razılaşma protokolundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsi, 51 saylı evin yerləşdiyi ərazinin dövlət ehtiyacları üçün satın alınması ilə əlaqədar evin sahibləri: X19 (vəfat edib), İddiaçı və Cavabdeh ödənilmiş 197570 manat kompensasiya məbləği ilə bərabər əlavə olaraq 24511 manat maddi yardım ödənilir: İddiaçı 8170 manat və Cavabdeh 16341 manat. İş materiallarında olan Bakı şəhəri 32 saylı notariat kontorunda təsdiq edilmiş xx xxxxxx 2016-cı il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X19 özünə məxsus bütün əmlakını, o cümlədən Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsi, 51 saylı ünvanda yerləşən evini qızı Cavabdeh vəsiyyət etmişdir. İş materiallarında olan Bakı şəhəri 12 saylı notariat kontorunda təsdiq edilmiş xx xxxxxx 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə ölmüş X12 vərəsələri X20, Cavabdehdır və onlarmiras əmlak olan və Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsi, 51 saylı ünvanda yerləşən mənzildən hər biri 1/10 hissədə pay almışlar. İş materiallarında olan Bakı şəhəri 12 saylı notariat kontorunda təsdiq edilmiş xx xxxxxx 2016-cı il tarixli miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, X20 Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsi, 51 saylı ünvanda yerləşən mənzilə dair Bakı şəhəri 12 saylı notariat kontorunda xx.xx.2016-cı il tarixdə 2V-130 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasındaverilmiş miras payını Cavabdeh bağışladı. İş materiallarında olan daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2018-ci il, və xx.xx.2018-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Nabat Aşurbəyova küçəsi, 51 saylı evdə X14 məxsus olan payın 2/10 hissəsi açıq qalmış, 1/10 hissə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına, 7/10 hissə Cavabdeh adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermis sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Bakı şəhəri, Yasamal rayonu, Nabat Aşurbəyova küçəsi, 51 saylı ev X14 məxsus olmuş, X19 xx.xx.2016-cı il tarixdə ölmüş, Bakı şəhəri, Yasamal rayonu, Nabat Aşurbəyova küçəsi, 51 saylı evdə X14 məxsus olan payın 2/10 hissəsi açıq qalmış, 1/10 hissə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına, 7/10 hissə Cavabdeh adına qeydiyyata alınmışdır. Həmin evin yerləşdiyi ərazinin dövlət ehtiyacları üçün satın alınması ilə əlaqədar evin sahibləri: X19 (vəfat edib), İddiaçı və Cavabdeh 197570 manat kompensasiya məbləği ödənilmişdir. İddiaçı tərəfindən Cavabdeh verilmiş etibarnamə əsasında kompensasiyanı sonuncu almış və həmin məbləğdən iddiaçıya onun payına düşən 1/10 hissə üzrə 19757 manat deyil, 13500 manat məbləğində pul vermişdir. Məhkəmə hesab edir ki, aralarında olan razılaşmaya əsasən veriləcək kompensasiyanın 2/3 hissəsinin cavabdehə, 1/3 hissəsinin isə iddiaçıya aid olacağı barədə iddiaçının dəlili əsassızdır, belə ki, həmin dəlillə bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Cavabdeh tərəfindən 197570 manat kompensasiyadan iddiaçıya onun payına düşən 1/10 hissədən də artıq, yəni 23500 manat pul verilməsi barədə cavabdehin dəlilini məhkəmə əsassız hesab edie, belə ki, cavabdeh bu dəlilini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədi. İş üzrə müəyyən olunmuş hallara qiymət verərək, məhkəmə hesab edir ki, evə görə ödənilmiş 197570 manat kompensasiya məbləğindən cavabdeh tərəfindən iddiaçıya onun payına düşən 1/10 hissə üzrə 19757 manat məbləğdən 13500 manat məbləğində pul verildiyi üçün qalan məbləğ, yəni 6257 (19757-13500) manat cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 6257 (altı min iki yüz əlli yeddi) manat tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-609/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-609/2020
08.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver