Məhkəmə qərarları › İş №2(009)-624/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-624/2020

07.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-624/2020 07.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rəna Nazim qızı Qafarovanın sədrliyi, Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Üçüncü şəxs “xxxxxxxxxxxx” ASC-nin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı – cavabdehlər X3 və Cavabdeh2 (üçüncü şəxs kimi Suraxanı RPİ-nin DYPŞ və “xxxxxxxxxxxx” ASC qeyd edilən) qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı –cavabdehlər X3 və Cavabdeh2 (üçüncü şəxs kimi Suraxanı RPİ-nin DYPŞ və “xxxxxxxxxxxx” ASC qeyd edilən) tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yüksək təhlükə mənbəyi sayılan yol nəqliyyat hadisəsi nəticəsində “Range Rover” markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə sahibi cavabdehlər X1 və YNH-si törətmiş Cavabdeh2 tərəfindən ona vurulmuş maddi ziyan kimi avtomobilin təmiri üzrə mütəxəssis arayışına əsasən müştərək qaydada vurulmuş ziyanın yarısını 895 manatın, əlavə yaranan xərclərə görə maddi ziyan kimi 2.000 manat, mənəvi ziyan kimi 3.000 manat və ödənilmiş 31 manat dövlət rüsumunun cəmi 5926 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən iddiaçı və cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Bundan başqa, tərəflər işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs “xxxxxxxxxxxx” ASC-nin nümayəndəsi və vəkili X4 qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1 və 260.6-cı maddələrinə görə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı – cavabdehlər X3 və Cavabdeh2 (üçüncü şəxs kimi Suraxanı RPİ-nin DYPŞ və “xxxxxxxxxxxx” ASC qeyd edilən) qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar