Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-640/2025 11.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh ASC-yə qarşı pul və kartın blokdan çıxarılması tələblərinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq…… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3050 manat məbləğində pulun tutulması və onun adına verilmiş kartın blokdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Hakim ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsinə müəyyən olunmuş məbləğdəhəddə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmamış, dövlət rüsumu kəsirlə ödənilmişdir. Belə ki, iddiaçı tərəfindən irəli sürülmüş tələblərdən biri qiymətli, digəri isə qiymətləndirilməyən iddia tələbidir. “Dövlət rüsumu haqqında” AR Qanunun tələblərinə əsasən qiymətləndirilməyən iddia ərizələrinə görə dövlət rüsumun məbləği 100 manat həddində, qiymətləndirilən iddia ərizələrinə görə isə qaldırılan tələbin məbləğinə uyğun olaraq müəyyən edilir. Belə ki, hazırki tələb qiymətləndirilməyən iddia tələbi olduğundan 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. İddiaçı iddia tələbi üzrə 51 manat dövlət rüsumu ödəmişdir. Halbuki qaldırılan iddia tələbi üzrə ödənilməli dövlət rüsumunun məbləği 100 manat təşkil etməlidir. AR MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi geri qaytarılır. Hakim digər tərəfdən qeyd edir ki, iddiaçı məhkəməyə qədər mübahisənin nizama salınması ilə bağlı tədbirlərin görülməsinə dair hər hansı sübutları məhkəməyə də təqdim etməmişdir. AR MPM-nin 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumatı iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət etməmişdirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri ərizəçiyə geri qaytarır. Hakim qeyd edir ki, iddiaçı qanunun yuxarıda göstərlən tələblərinə əsasən mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət etmədən məhkəməyə müraciət etmişdir. Yəni qanunun tələbinə əsasən tərəflər arasında müqavilə münasibətləri mövcud olduğundan iddiaçı ilk növbədə hazırda irəli sürdüyü tələblərlə bank təşkilatına müraciət etməli, onun müraciətinə müsbət cavab verilmədiyi təqdirdə mübahisə ilə əlaqədar məhkəməyə müraciət olunmalıdır. Beləliklə hakim hesab edir ki, iddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət olunmadığından və ödənilməli olan dövlət rüsumu kəsirlə ödənildiyindən iddia ərizəsi geri qaytarılmalıdır. AR MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 149.2.4, 151.1 və 152.1.5, 152.1.6 maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı pul və kartın blokdan çıxarılması tələblərinə dair iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-640/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-640/2025
11.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver