Məhkəmə qərarları › İş №2(009)-648/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-648/2022

29.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-648/2022 29.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X9 və "xxxx" ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən 4422 manat, qüsur aktının əldə edilməsinə çəkilmiş xərc olan 150 manat və ödənilmiş 66 manat dövlət rüsumunun, cəmi 4638 manat pulun müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh1, 05 avqust 2021-ci il tarixdə, Bakı şəhəri Yasamal rayonu Zərgərpalan küçəsində idarə etdiyi “VAZ 21214” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə sığorta hadisəsi törədərək iddiaçıya məxsus olan “KİA RİO” markalı “**-EB-***” dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuşdur. Hadisə nəticəsində iddiaçıya məxsus “KİA RİO” markalı “**-EB- ***” dövlət qeydiyyat nişanlı avtomobildə olan X10, X8 və X10 yüngül xəsarət almışlar. Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin TŞ-nin təhqiqatçısı, polis kapitanı X7 13 avqust 2021-ci il tarixində cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. İş materiallarına əlavə edilmiş icbari siğorta müqavilələrinin mövcudluğunun yoxlanılması barədə arayışa əsasən “VAZ 21214” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən sığortalanmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" servis mərkəzi tərəfindən təqdim edilmiş qüsur aktına əsasən iddiaçıya məxsus “KİA RİO” markalı “99-EB- 780” dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin yekun məbləği 9422 manat məbləğində müəyyən edilmişdir. Həmin qüsur aktının əldə edilməsi üçün iddiaçı "xxxx" servis mərkəzinə 150 manat pul ödəmişdir. "xxxx" ASC tərəfindən dəymiş ziyanın ödənilməsi ilə bağlı tələb olunan sənədlər təqdim olunduqdan sonra 5000 manat məbləğində vəsait iddiaçının bank hesabına köçürülmüşdür. Qalıq 4422 manat pul məbləğini iddiaçı hazırki iş üzrə cavabdehlər Cavabdeh1 və "xxxx" ASCdən dəfələrlə tələb etsə də, dəymiş ziyanın ödənilməsindən qərəzli şəkildə yayınmışlar. Ona görə də, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia tələbinə etiraz ünvanlayaraq, etirazını onunla əsaslandırmışdır ki, iddia tələbini "xxxx" ASC hissəsində əsassız olduğundan qəbul etmir. xx.xx.2021-ci il tarixində Bakı şəhər, Yasamal rayonu, Zərgərpalan küçəsində "xxxx" ASC-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış “Vaz 21214 minik” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini Cavabdeh1 idarə edərkən, yol nəqliyyat hadisəsi törətmiş və nəticədə hadisə zamanı İddiaçı tərəfindən idarə olunan “Kia Rio minik” markalı, ** EB *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuş və hadisə nəticəsində həmin avtonəqliyyat vasitəsində olan sərnişinlər X4 və Nuriyevə Yetər qızının sağlamlığına yüngül zərər dəymişdir. AR DİN Yasamal Rayon DYPŞ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışına və xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən, “Vaz 21214 minik” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli şəxs kimi müəyyən edilmişdir. xx.xx.2021ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən xx.xx.2021-ci il tarixində Bakı şəhər, Yasamal rayonu, Zərgərpalan küçəsində törədilmiş yol-nəqliyyat hadisəsi ilə bağlı Cavabdeh1 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması təsviri hissədə ləğv edilməsi, Cavabdeh1 AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. İş üzrə materiallara əlavə edilmiş, xx.xx.2021-ci il tarixli zərərin hesablanması aktına və "xxxx" MMC-yə məxsus Qüsur aktına əsasən hadisə nəticəsində “Kia Rio minik” markalı, ** EB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 9422,00 (doqquz min dörd yüz iyirmi iki manat) manat məbləğində müəyyən edilmişdir. İş üzrə materiallara əlavə edilmiş, xx.xx.2021-ci il tarixli, 479/21 saylı sığorta aktına və 31.08..2021-ci il tarixli, № AZ0010238 saylı ödəniş tapşırığına əsasən 5000,00 (beş min) manat məbləğində sığorta ödənişi hadisə nəticəsində zərər dəymiş “Kia Rio minik” markalı, ** EB *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi (sahibi) İddiaçı "xxxx" ASC-dəki hesabına köçürülmüşdür. İş üzrə materiallara əlavə edilmiş AR Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X15 xx.xx.2021-ci il tarixli, №752 saylı rəyinə əsasən hadisə zamanı X2 dəymiş bədən xəsarəti sağlamlığın müəyyən müddətə pozulmasına səbəb olmuş YÜNGÜL zərərvurmaya aid edilmişdir. İş üzrə materiallara əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 829/21 saylı sığorta aktına və xx.xx.2021-ci il tarixli, №AZ0010787 saylı ödəniş tapşırığına əsasən 750,00 (yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi hadisə zamanı yüngül xəsarət almış X5 "xxxx" ASC-də hesabına köçürülmüşdür. İş üzrə materiallara əlavə edilmiş AR Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X15 xx.xx.2021-ci il tarixli, №751 saylı rəyinə əsasən hadisə zamanı X1 dəymiş bədən xəsarəti sağlamlığın müəyyən müddətə pozulmasına səbəb olmuş YÜNGÜL zərərvurmaya aid edilmişdir. İş üzrə materiallara əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 830/21 saylı sığorta aktına və xx.xx.2021-ci il tarixli, №AZ0010786 saylı ödəniş tapşırığına əsasən 750,00 (yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi hadisə zamanı yüngül xəsarət almış X4 "xxxx" ASC-də hesabına köçürülmüşdür. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 56.1.1-ci maddəsinə əsasən fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 (əlli min) manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5.000 (beş min) manat məbləğində müəyyən edilir. Həmin Qanunun 14.2.5-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində zərərçəkən yüngül xəsarət aldıqda sığorta ödənişi ümumi sığorta məbləğinin 15 faizi miqdarında, yəni 750,00 (yeddi yüz əlli) manat məbləğdə ödənilir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56.1.2-ci maddəsinə əsasən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə üçüncü şəxslərin əmlakına dəyən zərərə görə hər bir hadisə üzrə sığorta ödənişinin məbləği 5000,00 (beş min manat) məbləğində müəyyən edilir. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs kimi müəyyən edilmiş Cavabdeh1 idarə etdiyi “VAZ 21214 minik” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası "xxxx" ASC tərəfindən sığortalandığından, İddiaçı tərəfindən idarə olunan “Kia Rio minik” markalı, ** EB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərlə bağlı 5000,00 (beş min) manat məbləğində sığorta ödənişi İddiaçı hesabına və hadisə nəticəsində həmin avtonəqliyyat vasitəsində olan sərnişinlər X4 və Nuriyevə Yetər qızının sağlamlıqlarına yüngül dəymiş zərərlə 750,00 (yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi hər iki şəxsin hesabına ödənilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məlum olur ki, cavabdeh "xxxx" ASC öz üzərinə düşən öhdəliyi yerinə yetirərək, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən üçüncü şəxslərin əmlakına dəyən zərərə görə müəyyən edilmiş 5000, 00 (beş min) manat, sağlamlığa dəymiş zərərə görə isə 750,00 (yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi yol-nəqliyyat hadisəsi zamanı zərərçəkən şəxslərə ödənilmişdir. Yuxarıda göstərilənlərə əsasən İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-nə qarşı pul tələbinə dair iddiasının cavabdeh "xxxx" ASC-nə aid hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etimişdir. Cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-nin nümayəndəsinə məhkəmə iclasının vaxdı və yeri haqqında məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, iddiaçının izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan, xx.xx.2021-ci il tarixli zərərin hesablanması aktına və "xxxx" MMC-yə məxsus Qüsur aktına əsasən hadisə nəticəsində “Kia Rio minik” markalı, ** EB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 9422,00 (doqquz min dörd yüz iyirmi iki manat) manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan, xx.xx.2021-ci il tarixli, 479/21 saylı sığorta aktına və 31.08..2021-ci il tarixli, № AZ0010238 saylı ödəniş tapşırığına əsasən "xxxx" ASC tərəfindən 5000,00 (beş min) manat məbləğində sığorta ödənişi hadisə nəticəsində zərər dəymiş “Kia Rio minik” markalı, ** EB *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı "xxxx" ASC-dəki hesabına köçürülmüşdür. İş materiallarında olan AR Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X15 xx.xx.2021-ci il tarixli, №752 saylı rəyinə əsasən hadisə zamanı X2 dəymiş bədən xəsarəti sağlamlığın müəyyən müddətə pozulmasına səbəb olmuş YÜNGÜL zərərvurmaya aid edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 829/21 saylı sığorta aktına və xx.xx.2021-ci il tarixli, №AZ0010787 saylı ödəniş tapşırığına əsasən "xxxx" ASC tərəfindən 750,00 (yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi hadisə zamanı yüngül xəsarət almış X5 "xxxx" ASC-də hesabına köçürülmüşdür. İş materiallarında olan AR Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X15 xx.xx.2021-ci il tarixli, №751 saylı rəyinə əsasən hadisə zamanı X1 dəymiş bədən xəsarəti sağlamlığın müəyyən müddətə pozulmasına səbəb olmuş YÜNGÜL zərərvurmaya aid edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 830/21 saylı sığorta aktına və 01 .11.2021-ci il tarixli, №AZ0010786 saylı ödəniş tapşırığına əsasən "xxxx" ASC tərəfindən 750,00 (yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi hadisə zamanı yüngül xəsarət almış X4 "xxxx" ASC-də hesabına köçürülmüşdür. Məhkəmə tərəfindən təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 25 may 2022-ci il tarixli, 9/2471 saylı ekspert rəyindən görünür ki, "xxxx" servis mərkəzinin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı «Kia Rio» markalı, 99.EB 780 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissəslərinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7455,0 manat müəyyən edilir. Yuxarıda göstərildiyi kimi, hazırki iş üzrə tərəflərin hüquq münasibətləri xx.xx.2021-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı yaranmışdır. Mülki qanunvericilikdə sığorta hadisəsinin anlayışı verilməklə yanaşı, həmçinin sığorta hadisəsi baş verdiyi təqdirdə sığortalı və sığortaçının vəzifələri, habelə sığorta ödənişlərinin verilməsindən imtina əsasları da göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda” həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. Həmin Məcəllənin 925.5-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir. Həmin Məcəllənin 935.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda sığortaçı sığorta ödəməkdən imtina edir. Qanunvericiliyin qeyd edilən normalarından aydın olur ki, sığorta hadisəsi barədə sığortalı və digər şəxslər tərəfindən sığortaçıya dərhal və mümkün olan ən qısa müddət ərzində məlumat verilməməsi nəticəsində sığortaçı, hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar onun mənafeyi əhəmiyyətli dərəcədə pozulduqda sığorta ödəməkdən imtina edə bilər. Qeyd edilən hal onu təsdiq edir ki, məhz göstərilən hallar müəyyən edildikdə, sığortaçı tərəfindən sığorta ödənişindən imtina edilə bilər. Qanunun 935.1.1-ci maddəsinin məzmunundan aydın olur ki, sığorta ödənişindən imtina əsası kimi müəyyən edilmiş şərtlərin sübut edilməsini məhz sığorta ödəməkdən imtina edən sığortaçının üzərinə düşür. Bununla yanaşı, məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, «Kia Rio» markalı, 99.EB 780 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. xx.xx.2021-ci il tarixdə baş verən yol-nəqliyyat hadisəsi zamanı cavabdeh tərəfindən icbari sığortalanmış “VAZ 21214” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə iddiaçıya məxsus «Kia Rio» markalı, 99.EB 780 dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və iddiaçıya maddi zərər vurulmuşdur. Yuxarıda qeyd olunanları ümumiləşdirməklə məhkəmə hesab edir ki, tərəflər arasında qanunvericiliyin tələblərinə uyğun olaraq sığorta münasibətləri yaranmış, həmin münasibətlər sığorta şəhadətnaməsi və onun əlavəsi (Nəqliyyat Vasitələrinin Sığortasının Qaydaları) ilə rəsmiləşdirilmiş, tərəflərin hüquq və vəzifələri həmin şəhadətnamədə və əlavədə əks olunmuş, "xxxx" ASC tərəfindən dəymiş ziyanın ödənilməsi bağlı tələb olunan sənədlər təqdim olunduqdan sonra 5000 manat məbləğində vəsait iddiaçının bank hesabına köçürülmüşdür. Məhkəmə bu qənaətə gələrkən həm də, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alınmalı olduğunu nəzərə alır. Bundan əlavə ekspertin rəyində göstərilir ki, "xxxx" servis mərkəzinin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı «Kia Rio» markalı, 99.EB 780 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7455,0 manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC tərəfindən dəymiş ziyanın ödənilməsi bağlı tələb olunan sənədlər təqdim olunduqdan sonra 5000 manat məbləğində vəsait iddiaçının bank hesabına köçürülmüşdür. Məhkəmə hesab edir ki, "xxxx" ASC tərəfindən avtomobilə dəymiş maddi zərərlə bağlı 5000,00 (beş min) manat məbləğində sığorta ödənişi İddiaçı ödənildiyindən, ekspertin rəyi nəzərə alınmaqla iddia tələbi qismən təmin edilməli və Cavabdeh1 2755 manat (7455 manat-50000 manat=2755 manat) tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 2755 manat dəymiş ziyan, qüsur aktının alınması üçün çəkilmiş xərc olan 150 manat tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 2755 (iki min yeddi yüz əlli beş) manat dəymiş ziyan, qüsur aktının alınması üçün çəkilmiş xərc olan 150 (yüz əlli) manat və ödənilmiş 66 (altmış altı) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh1 tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X3, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar