Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-655/2022 18.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Ərizəçi Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi L.A.Hüseynzadənin iştirakı ilə Ərizəçi Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətinin http://www.crowd1.comMaraqlı şəxs2 və http://www.ocok.ukMaraqlı şəxs1 internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması barədə ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən təbliğat xarakterli məlumatların qarşısının alınması məqsədilə http://www.crowd1.comMaraqlı şəxs2 və http://www.ocok.ukMaraqlı şəxs1 internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə Maraqlı şəxs2 və Maraqlı şəxs1 internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması barədə 01.02.2022-ci il tarixli 05/07-çıx və 05/06-çıx nömrəli məktublar ünvanlanmışdır. 01.02.2022-ci il tarixli 05/06-çıx nömrəli məktubda bildirilir ki, 2 nəfər təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək və uydurma sxem üzrə fəaliyyət göstərən «şəbəkə biznesi» quraraq, özlərini 2021-ci ilin yanvar ayından etibarən hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən "OCOS" adlı şirkətin və mövcud olmayan kriptovalyutanın beynəlxalq valyuta bazarında satışı ilə məşğul olan, mərkəzi ofisi X5 yerləşən beynəlxalq şirkətin Azərbaycan Respublikasındakı rəsmi nümayəndəsi kimi təqdim edərək, müştərilərdən müxtəlif məbləğlərdə nağd pul vəsaitlərini heç bir müqavilə və ya ödəniş qəbzi tərtib etmədən qəbul etmiş, müştərilərə guya həmin pul məbləğlərini "OCOS" adlı şirkətin X3 hesabına köçürdüklərini, guya həmin pulun müqabilində müştərilərə kriptovalyutanın satıldığını bildirməklə aldatmış, bu üsulla 2021-ci il ərzində 30 nəfər şəxsin müxtəlif məbləğlərdə ümumilikdə 731.000 manat məbləğində pulunu qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Məktubda qeyd olunur ki, həmin şəxslər Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara ittiham elan olunmuş və barələrində Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. İstintaq zamanı müəyyən edilmişdir ki, "OCOS” şirkətinin fəaliyyəti ilə bağlı təbliğat xarakterli məlumatlar Maraqlı şəxs1 internet informasiya ehtiyatında yayılmışdır. 01.02.2022-ci il tarixli 05/07-çıx nömrəli məktubda bildirilir ki, 5 nəfər təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək və uydurma sxem üzrə fəaliyyət göstərən «şəbəkə biznesi» quraraq, cəlb edəcəkləri çoxsaylı müştərilərin etibarından suiistifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək barədə razılıq əldə edərək, özlərini 2019cu ilin sentyabr ayının əvvəllərindən etibarən sosial şəbəkələrdə mərkəzi ofisi Dubay şəhərində yerləşən "Crowd 1" adlı beynəlxalq şirkətin Azərbaycan Respublikasındakı rəsmi nümayəndəsi kimi təqdim edərək, müştərilərə ödəniş etdikdən sonra heç bir aktiv şəkildə fəaliyyət göstərmədən gəlir əldə edəcəklərini yalandan bildirməklə onları aldatmış, həmçinin pul aldıqdan sonra həmin şəxslərə daha çox gəlir qazanmaq üçün əlavə şəxslər də cəlb etmək lazım olduğunu, cəlb etdikləri şəxsin verdikləri pulun 5-10 faizi məbləğində pulun gəlir formasında onlara qayıdacağını bildirməklə yeni şəxslərin cəlb edilməsinə təhrik etmiş, törətdikləri əməli pərdələmək və cinayət məsuliyyətindən kənarda qalmaq məqsədilə pul aldıqları şəxslərə internetdə eyni göstəriciləri olan və pulsuz əldə edilməsi mümkün olan analoji elektron xidmətlərin elektron platformalarını satmaları görüntüsü yaratmış, Bakı və Gəncə şəhərləri üzrə nağd və ya kart hesabına köçürmə yolu ilə zərərçəkmiş 29 nəfər şəxsin müxtəlif məbləğlərdə, ümumilikdə 43.700 manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Məktubda qeyd olunur ki, aparılmış istintaq zamanı təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası CM-nin 178.3.1-ci maddəsi ilə ittiham elan edilmiş və 4 nəfər barəsində Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, 1 nəfər isə həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İstintaq zamanı müəyyan edilmişdir ki, yayılması qadağan edilən informasiya, "Crowd 1" şirkətinin fəaliyyəti ilə bağlı təbliğat xarakterli məlumatlar Maraqlı şəxs2 internet informasiya ehtiyatında yayılmışdir. "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasinin Qanununa əsasən, internet informasiya ehtiyatının sahibi həmin informasiya ehtiyatında yerləşdirilən informasiyanın tərkibi və onun yerləşdirilməsi qaydasının müəyyən edilməsində müstəqildir. Bununla yanaşı, internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatının qanunauyğun fəaliyyətini təmin etməlidir və buna görə şəxsən məsuliyyət daşıyır. Qanun eyni zamanda yayılması qadağan edilən informasiyaların siyahısını müəyyənləşdirir. İnsanların həyat və sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının törədilməsi, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatlar yayılması qadağan edilən informasiyalar hesab olunur (Qanunun 13- 2.3.10-1-ci maddəsi). Qanunun 13-2.2-ci maddəsinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi hüquqi şəxsdirsə adı, təşkilati-hüquqi forması, elektron poçt ünvanı, fiziki şəxsdirsə adı, soyadı və atasının adı və elektron poçt ünvanı həmin internet informasiya ehtiyatında aydın oxuna bilən yerdə və formada yerləşdirilməlidir. Hər iki internet informasiya ehtiyatının və onların domen adının sahiblərinə dair ünvan və ehtiyatlarında internet informasiya yerləşdirilmədiyi üçün onların digər məlumatlar aşkarlanması mümkün olmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 mart tarixli 833 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti haqqında Əsasnamə"yə uyğun olaraq yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş məlumatlar əsasında müəyyən etmək, yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını müəyyən etdikdə bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq etmək və onlardan bu cür halların aradan qaldırılması məqsədi ilə müvafiq tədbirlərin görülməsini tələb etmək, eləcə də yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi internet informasiya ehtiyatına müraciətin qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırılmasını həyata keçirmək Xidmətin vəzifələrindəndir. Maraqlı şəxs2 və Maraqlı şəxs1 internet informasiya ehtiyatlarına "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanunun 13-3.1-ci maddəsinə (müvafiq icra hakimiyyəti orqanı yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə aşkar etdikdə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında müəyyən etdikdə, bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq edir) uyğun olaraq xəbərdarlıq edilmişdir. Buna baxmayaraq hər iki internet informasiya ehtiyatı tərəfindən yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi istiqamətində heç bir tədbir görülməmişdir. Göstərilənləri nəzərə alaraq ərizəçi http://www.crowd1.comMaraqlı şəxs2 və http://www.ocok.ukMaraqlı şəxs1 internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi X12 ərizəyə uyğun məzmunda izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxslər - http://www.crowd1.comMaraqlı şəxs2 və http://www.ocok.ukMaraqlı şəxs1 internet informasiya ehtiyatının və onların domen adının sahiblərinə dair ünvan və ehtiyatlarında internet informasiya yerləşdirilmədiyi üçün və onlar haqqında digər məlumatlar aşkarlanması mümkün olmadığından, onlara məhkəmə iclası barədə məlumat verilməsi mümkünsüz olmuş, bu səbəbdən məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Baş X6 tərəfindən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə ünvanlanmış 01.02.2022-ci il tarixli, 05/06-çıx saylı məktubun surətindən görünür ki, X14 tamah niyyəti ilə tanışı X8 ilə birlikdə uydurma sxem üzrə fəaliyyət göstərən “şəbəkə biznesi” qurub cəlb edəcəkləri çoxsaylı müştərilərin etibarından suiistifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək barədə razılıq əldə edib qabaqcadan əldbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Xəyal Yaxyayev və Gülara Abdullayeva əlaqəli qaydada 2021-ci ilin yanvar ayından etibarən internet resursları və sosial şəbəkələrdə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən “Ocos” adlı şirkətinin və mövcud olmayan kriptovalyutanın beynəlxalq valyuta bazarında satışı ilə məşğul olan, mərkəzi ofisi X5 yerləşən etibarlı beynəlxalq şirkətin Azərbaycan Respublikasındakı rəsmi nümayəndəsi kimi təqdim edərək müştərilərdən müxtəlif məbləğlərdə nağd pul vəsaitlərini heç bir müqavilə və ya ödəniş qəbzi tərtib etmədən qəbul etmiş, müştərilərə guya həmin pul məbləğlərini “Ocos” adlı şirkətin X3 hesabına köçürdüklərini, guya həmin pulun müqabilində müştərilərə kriptovalyutanın satıldığını bildirməklə aldatmış, bu üsulla Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 15 ünvanında yerləşən “Azure” Biznes Mərkəzində icarəyə götürdükləri ofisdə 2021-ci il ərzində 30 nəfər şəxsin müxtəlif məbləğlərdə ümumilikdə 731.000 manat məbləğində pulunu qabaqçadan əlbir olan bir qrup şəxs halında etibarən sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Həmin faktla bağlı 18.11.2021-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə başlanaraq istintaq aparılır. 19.11.2021-ci il tarixdə X14 və X8 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara ittiham elan olunmuş və barələrində Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. İstintaq zamanı müəyyən edilmişdir ki, yayılması qadağan edilən informasiya, yəni “Ocos” şirkətinin fəaliyyəti ilə bağlı təbliğat xarakterli məlumatlar “Ocos.uk” internet saytında yerləşdirilmişdir. Göstərilənlərə əsasən “Ocos.uk” internet saytına müraciətin məhdudlaşdırılması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbir görülməsinə dair göstəriş verilməsini xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Baş X6 tərəfindən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə ünvanlanmış 01.02.2022-ci il tarixli, 05/07-çıx saylı məktubun surətindən görünür ki, X15 tanışları X4, X17, X9, X10 və X2 ilə birlikdə uydurma sxem üzrə fəaliyyət göstərən “şəbəkə biznesi” qurub cəlb edəcəkləri çoxsaylı müştərilərin etibarından suiistifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək barədə razılıq əldə edib cinayətin törədilməsi üçün qabaqcadan öz aralarında vəzifə bölgüsü aparmaqla sabit cinayətkar qrup yaradıb mütəşəkkil dəstə halında birləşmiş, bu məqsədlə Habil Bədəlov rəhbərlik etdiyi mütəşəkkil dəstənin digər üzvləri ilə əlaqəli qaydada 2019-cu ilin sentyabr ayının əvvəllərindən etibarən “İnstaqram” və digər sosial şəbəkələrdə mərkəzi ofisi Dubay şəhərində yerşləşən “Crowd1” adlı beynəlxalq şirkətin Azərbaycan Respublikasındakı rəsmi nümayəndəsi kimi təqdim edərək müştərilərə ödəniş etdikdən sonra heç bir aktiv şəkildə fəaliyyət göstərmədən gəlir əldə edəcəklərini yalandan bildirməklə onları aldatmış, həmçinin pul aldıqdan sonra həmin şəxslərə daha çox gəlir qazanmaq üçün əlavə şəxslər də cəlb etmək lazım olduğunu, cəlb etdikləri şəxsin verdikləri pulu 5-10 faiz məbləğində pulun gəlir formasında onlara qayıdacağını bildirməklə yeni şəxslərin cəlb edilməsinə təhrik etmiş, törətdikləri əməli pərdələmək və cinayət məsuliyyətindən kənarda qalmaq məqsədilə pul aldıqları şəxslərə internetdə olan eyni göstəricilərə malik olan açıq mənbələrində pulsuz əldə edilməsi mümkün olan analoji elektron xidmətlərin elektron platformalarını satmaları görüntüsü yaratmış, bu üsulla X11 şəhəri, Habil Bədəlov və qeyriləri isə Bakı şəhərinin müxtəlif ünvanlarında nağd və ya kart hesabına köçürmə yolu ilə zərərçəkmiş 29 nəfər şəxsin müxtəlif məbləğlərdə ümumilikdə xeyli miqdarda 43.700 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb mütəşəkkil dəstə halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Həmin fakta görə 05.10.2021-ci il tarixdə Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi Ceyhun Məmmədov tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaqı aparılır. Aparılmış istintaq zamanı X15, X4, X10, X9 və X17 Azərbaycan Respublikası CM-nin 178.3.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham onlara elan edilmiş və barələrində Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, X1 isə həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İstintaq zamanı müəyyən edilmişdir ki, yayılması qadağan edilən informasiya, yəni “Crowd1” şirkətinin fəaliyyəti ilə bağlı təbliğat xarakterli məlumatlar “Crowd1.com” internet saytında yerləşdirilmişdir. Göstərilənlərə əsasən “Crowd1” internet saytına müraciətin məhdudlaşdırılması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbir görülməsinə dair göstəriş verilməsini xahiş edilmişdir. Azərbaycan Respublikasının Nəqliyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətinin tərəfindən http://www.crowd1.comMaraqlı şəxs2 və http://www.ocok.ukMaraqlı şəxs1 internet informasiya ehtiyatlarına göndərilən xəbərdarlığın mətnindən məlum olur ki, həmin internet informasiya ehtiyatları vasitəsi ilə bir qrup şəxs Azərbaycan Respublikası ərazisində zərərçəkmişlərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmişlər, qanunvericiliyin tələblərinə əsasən respublika ərazisində əhəmiyyətli əmlak ziyanı vurmaq təhlükəsi yaradan məlumatların dərc etməsi qadağandır, həmin məlumatların 8 saat ərzində internet informasiya ehtiyatlarından götürmədikdə onların məhdudləşdırılması üçün məhkəməyə müraciət olunacaqdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən aparılmış araşdırma ilə müxtəlif şəxslərdən alınan pul müqabilində müştərilərə kriptovalyutanın satılması ilə əlaqədar kriptovalyutanın beynəlxalq valyuta bazarında satışı ilə məşğul olan internet resursları və sosial şəbəkələrdə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmayan “Ocos” adlı beynəlxalq şirkətin Azərbaycan Respublikasındakı rəsmi nümayəndəsi kimi özlərini təqdim edən şəxslər tərəfindən aldadıldığı, eyni zamanda ödədikləri pul müqabilində verdikləri pulun 5-10 faiz məbləğində gəlir formasında qazanc əldə etmək məqsədi ilə vətəndaşları aldadaraq özünü “Crowd1” adlı beynəlxalq şirkətin Azərbaycan Respublikasındakı rəsmi nümayəndəsi kimi təqdim edən şəxslər müəyyən edilərək onlar barəsində cinayət işi qaldırılmış, həmin şirkətlərin fəaliyyəti ilə bağlı təbliğat xarakterli məlumatların internet saytında yerləşdirildiyindən, həmin informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması barədə tədbir görülməsi üçün səlahiyyətli orqana müraciət olunmuşdur. Azərbaycan Respublikası Baş Prokurorluğunun müraciətindən sonra Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti tərəfindən informasiya ehtiyatında elektron ünvan kimi göstərilən http://www.crowd1.comMaraqlı şəxs2 və http://www.ocok.ukMaraqlı şəxs1 ünvanlarına rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmişdir. Məhkəmə qeyd edir ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsi internet informasiya ehtiyatının və onun domen sahibinin həmin informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməməsini müəyyən edir. Yayılması qadağan edilən informasiyalar sırasına təhqir və böhtan xarakter daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar da daxil edilmişdir. Belə məlumatların aşkara çıxarılması zamanı qanunvericilik müvafiq icra hakimiyyəti orqanına internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 mart tarixli 833 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti haqqında Əsasnamə"yə uyğun olaraq yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş məlumatlar əsasında müəyyən etmək, yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını müəyyən etdikdə bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq etmək və onlardan bu cür halların aradan qaldırılması məqsədi ilə müvafiq tədbirlərin görülməsini tələb etmək, eləcə də yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi internet informasiya ehtiyatına müraciətin qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırılmasını həyata keçirmək Xidmətin vəzifələrindəndir. Göründüyü kimi qanunvericilik hazırki ərizəçiyə internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın müəyyən edilməsi səlahiyyəti verməklə, belə informasiyanın aşkara çıxarılması zamanı edilmiş xəbərdarlıqdan sonra nəticə çıxarılmayacağı təqdirdə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmək səlahiyyətini də verir. Məhkəmə işin hüquqi həlli ilə bağlı aşağıdakıları qeyd edir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, internet informasiya ehtiyatının sahibi həmin informasiya ehtiyatında yerləşdirilən informasiyanın tərkibi və onun yerləşdirilməsi qaydasının müəyyən edilməsində müstəqildir. Bununla yanaşı, internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatının qanunauyğun fəaliyyətini təmin etməlidir və buna görə şəxsən məsuliyyət daşıyır. Qanun eyni zamanda yayılması qadağan edilən informasiyaların siyahısını müəyyənləşdirir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 13-3.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə aşkar etdikdə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında müəyyən etdikdə, bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq edir. "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasinin Qanununa əsasən, internet informasiya ehtiyatının sahibi həmin informasiya ehtiyatında yerləşdirilən informasiyanın tərkibi və onun yerləşdirilməsi qaydasının müəyyən edilməsində müstəqildir. Bununla yanaşı, internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatının qanunauyğun fəaliyyətini təmin etməlidir və buna görə şəxsən məsuliyyət daşıyır. Qanun eyni zamanda yayılması qadağan edilən informasiyaların siyahısını müəyyənləşdirir. İnsanların həyat və sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının törədilməsi, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatlar yayılması qadağan edilən informasiyalar hesab olunur (Qanunun 13-2.3.10-1-ci maddəsi). Həmin Qanunun 13-2.2-ci maddəsinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi hüquqi şəxsdirsə adı, təşkilati-hüquqi forması, elektron poçt ünvanı, fiziki şəxsdirsə adı, soyadı və atasının adi və elektron poçt ünvanı həmin internet informasiya ehtiyatında aydın oxuna bilən yerdə və formada yerləşdirilməlidir. Eyni Qanunun 13-2.4 və 13-2.5-ci maddələrinə əsasən, internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın olduğunu aşkar etdikdə və ya bu barədə ona müraciət daxil olduqda, belə informasiyanın informasiya ehtiyatından götürülməsini təmin edir, host provayder isə öz informasiya sistemlərində yerləşdirilmiş internet informasiya ehtiyatlarında yayılması qadağan edilən informasiya aşkar etdikdə və ya ona bu barədə məlumat daxil olduqda, dərhal onun informasiya ehtiyatının sahibi tərəfindən götürülməsi üçün tədbirlər görür. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən məhkəməyə qədər müvafiq tədbirlər görülsə də, yəni maraqlı şəxslərə xəbərdarlıq məktubları göndərilsə də, maraqlı şəxslər tərəfindən həmin məktublarda qeyd edilən nöqsanlar aradan qaldırılmamış, hər iki internet informasiya ehtiyatı tərəfindən əhəmiyyətli əmlak ziyanı vurmaq təhlükəsi yaradan yayılması qadağan edilən yalan məlumatların internet informasiya ehtiyatından götürülməsi istiqamətində heç bir tədbir görülməmişdir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 13-2.3.11-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən digər informasiyaların yayılması yolverilməzdir. AR MPM-nin 355-20.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı internet informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi hallarını müəyyən etdikdə, internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması üçün məhkəməyə müraciət edir. Beləliklə məhkəmə qeyd edir ki, http://www.crowd1.comMaraqlı şəxs2 və http://www.ocok.ukMaraqlı şəxs1 internet informasiya ehtiyatlarında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri pozulmuş, internet informasiya ehtiyatında yayılması qadağan edilən təbliğat xarakterli, əhəmiyyətli əmlak ziyanı vurmaq təhlükəsi yaradan yalan məlumatlar internet saytlarında yerləşdirilmişdir. Məhkəmə hesab edir ki, informasiya ehtiyatlarının istifadə olunması, işlənməsi, informasiya sistemləri, texnologiyaları və onların təminat vasitələrinin istehsalı və tətbiqi sahəsində fiziki və hüquqi şəxslərin hüquqlarının müdafiəsi və qanun pozuntularının qarşısının alınması, pozulmuş hüquqların bərpa edilməsi, habelə cəmiyyətin və ya dövlətin ümumi maraqlarını təmin etmək məqsədilə internet informasiya ehtiyatlarına müracətin məhdudlaşdırılması təmin olunmalı, http://www.crowd1.comMaraqlı şəxs2 və http://www.ocok.ukMaraqlı şəxs1 internet portalının informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması barədə qətnamə qəbul edilməlidir. Qanunverici informasiyanın yayılması əsasında informasiya ehtiyatlarının mühafizəsi ilə əlaqədar olaraq yaranan münasibətlərin tənzimlənməsi və informasiya proseslərində iştirak edən subyektlərin hüquqlarını təmin etmək baxımından internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında işlər üzrə xüsusi icraat qaydasını müəyyən etmiş xüsusi institutu nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-22.3-cü və 355-22.4-cü maddələrinə əsasən, işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. İnternet informasiya ehtiyatına müracətin məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Məhkəmə eyni zamanda qeyd edir ki, internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması yalnız Azərbaycan Respublikası ərazisində tətbiq edilir və həmin müraciətlərin məhdudlaşdırılması hər hansı şəxsin Konstitusion hüquqlarını pozulması kimi qiymətləndirilə bilməz. Bundan başqa məhkəmə qeyd edir ki, «Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»a görə, insanın fikir və söz azadlığı hüququ digər şəxslərin hüquqlarına və adına hörmət edilməsi və dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, mənəviyyatının qournması məqsədilə yalnız qanun çərçivəsində məhdudlaşdırıla bilər (19-cu maddə). Beləliklə məhkəmə hesab edir ki, göstərilən internet informasiya ehtiyatlarında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi hallarının olması təsdiq olunduğundan, qanunun yuxarıda göstərilən tələbləri baxımından internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması ilə bağlı verilmiş ərizə əsaslı hesab edilməli və təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 35520-355-22-ci maddələrini rəhbər tutub məhkəmə... QƏT ETDİ: Ərizə təmin edilsin. http://www.crowd1.comMaraqlı şəxs2 və http://www.ocok.ukMaraqlı şəxs1 internet informasiya ehtiyatlarına müraciət məhdudlaşdırılsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-655/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-655/2022
18.02.2022 · Yayılması qanunla qadağa edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver