Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-678/2021 06.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı hüquqi varisi X2 Cavabdeh qarşı “mülkiyyətdə olan qeyri-yaşayış sahəsinin boşaldılması, icarə müqaviləsinin ləğv edilməsi, icarə borcunun tutulması, mülkiyyətdə olan qeyri-yaşayış sahəsinin tam boş vəziyyətdə təhvil verilməsi” tələbinə dair iddiası, Cavabdeh X3 qarşı “icarəsində olan qeyri-yaşayış sahəsindən istifadəyə mülkiyyətçinin törətdiyi maneçiliklərin aradan qaldırılmasının təmin olunması, qeyri-yaşayış sahəsində fəaliyyət göstərməyinə maneçilik törətməsi nəticəsində ona vurduğu maddi zərərin və icarə obyektinin yenidənqurma, bərpa və yaxşılaşdırma işlərinə sərf etdiyi vəsaitin mülkiyyətçidən alınıb ona verilməsi” tələbinə dair qarşılıqlı iddiası barədə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı hüquqi varisi X5 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 50 ünvanında yerləşən ümumi sahəsi 476,6 kv.m. olan qeyri-yaşayış sahəsinin 175 kv.m. olan hissəsinə mərhum atası İddiaçı Cavabdeh ilə 08 may 2018-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 50 ünvanında yerləşən ümumi sahəsi 476,6 kv.m. olan qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılması və tam boş vəziyyətdə ona qaytarılması vəzifəsinin Cavabdeh üzərinə qoyulması, 08 may 2018-ci il tarixli icarə müqaviləsi üzrə son bir il ərzində olan icarə haqqı borcunun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, 08 may 2018-ci il tarixdə atası İddiaçı Cavabdeh ilə atasının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 50 ünvanında yerləşən ümumi sahəsi 476,6 kv.m. olan qeyri-yaşayış sahəsinin 175 kv.m. olan hissəsinə dair icarə müqaviləsi bağlamışdır. Atası İddiaçı 17 fevral 2019-cu il tarixdə vəfat etmişdir. Bundan sonra miras əmlakı qəbul etmək üçün notariusa müraciət etmiş və 07 sentyabr 2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 50 ünvanında yerləşən ümumi sahəsi 476,6 kv.m. olan qeyri-yaşayış sahəsinə dair onun və bacısı X1 adına hər birilərinə miras əmlakdan 1/2 hissədə pay almaqla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamənin əsasında qeyd etdiyi qeyri-yaşayış sahəsinə dair 1/2 hissə payına olmaqla digər 1/2 hissə bacısı Leyla Ələkbərovanın adına olmaqla 10 sentyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən çıxarış verilmişdir. 07 noyabr 2018-cu il tarixli Xətai Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə o, bacısı X1 üzərinə qəyyum təyin edilmişdir. Atası vəfat etdikdən sonra yuxarıda qeyd etdiyi qeyri-yaşayış sahəsinin icarəçisi atası ilə bağladığı icarə müqaviləsi üzrə öhdəlikləri vaxtında yerinə yetirməmiş və son bir ildə ümumiyyətlə icarə müqaviləsini ödəməmişdir. Bununla bağlı dəfələrlə şifahi qaydada cavabdeh ilə söhbət etmiş, yazılı təklif göndərmiş, lakin heç bir nəticə baş verməmişdir. Bundan əlavə 2018-ci ildə atasının cavabdeh ilə həmin qeyri-yaşayış sahəsinə dair Səbail Rayon Məhkəməsində məhkəmə mübahisəsi olmuş və 25 iyun 2018-ci il tarixli 2(009)- 1400/2018 saylı Səbail Rayon Məhkəməsinin qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Beləlikə, cavabdeh onun mülkiyyətində olan əmlakdan istifadəsinə maneçilik törədir, qeyri-yaşayış sahəsini boşaltmaqdan imtina edir, onun mülkiyyət hüququnu məhdudlaşdırır və hüquqlarını pozur. Yuxarıda göstərilənlərə əsasən Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 50 ünvanında yerləşən ümumi sahəsi 476,6 kv.m. olan qeyri-yaşayış sahəsinin 175 kv.m. olan hissəsinə mərhum atası İddiaçı Cavabdeh ilə 08 may 2018-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi,50 ünvanında yerləşən ümumi sahəsi 476,6 kv.m. olan qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılması və tam boş vəziyyətdə ona qaytarılması vəzifəsinin Cavabdeh üzərinə qoyulması, 08 may 2018-ci il tarixli icarə müqaviləsi üzrə son bir il ərzində olan icarə haqqı borcunun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 01 oktyabr 2021-ci il tarixdə iddiaçı X2 nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia tələbinin artırılması barədə ərizə ünvanlayaraq bildirmişdir ki, onun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 50 ünvanında yerləşən ümumi sahəsi 476,6 kv.m. olan qeyri-yaşayış sahəsinin bugünkü günə hazırki vəziyyətdə aylıq icarə haqqı 30000 manata qədər təşkil edir. Cavabdehin təqsirindən mülkiyyətində olan qeyri-yaşayış sahəsini hazırda sərbəst surətdə istifadə etmədiyindən maddi ziyan çəkir. Onun hazırki iddia ərizəsi 29.01.2021-ci il tarixdə məhkəmənin icraatındadır və həmin vaxtdan etibarən mülkiyyətində olan qeyri-yaşayış sahəsi istifadə etmədiyi vəziyyətdə saxlanılır. Bununla da cavabdeh kobud surətdə onun mülkiyyət hüququnu pozaraq ona maddi ziyan vurur. Ona görə də, hesab edir ki, hazırki mülki iş baxılıb yekun nəticə qəbul edilib qanuni qüvvəsini alana qədər həmin qeyri-yaşayış sahəsinin aylıq icarə haqqı 30000 manat hesabı ilə cavabdehdən onun xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 50 ünvanında yerləşən ümumi sahəsi 476,6 kv.m. olan qeyri-yaşayış sahəsinin 175 kv.m. olan hissəsinə mərhum atası İddiaçı Cavabdeh ilə 08 may 2018-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 50 ünvanında yerləşən ümumi sahəsi 476,6 kv.m. olan qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılması və tam boş vəziyyətdə ona qaytarılması vəzifəsinin Cavabdeh üzərinə qoyulması, 08 may 2018-ci il tarixli icarə müqaviləsi üzrə son bir il ərzində olan icarə haqqı borcunun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi, hazırki mülki iş məhkəmənin icraatına qəbul edildiyi vaxtdan baxılıb yekun nəticə qəbul edilib və qanuni qüvvəsini alana qədər mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 50 ünvanında yerləşən 476,6 kv.m.olan qeyri-yaşayış sahəsinin aylıq icarə haqqı 30.000 manat hesabı ilə pul vəsaiti əldən çıxmış fayda kimi Cavabdeh tutulub xeyrinə ödənilməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. 22.04.2021-ci il tarixdə Cavabdeh X3 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 tərəfindən mübahisə predmeti olan 08 may 2018-ci il tarixli icarə müqaviləsinə əsasən istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 50 ünvanında yerləşən ümumi sahəsi 476,6 kv.m. olan qeyri-yaşayış sahəsinin 175 kv.m. olan hissəsində (mağaza) ticarət fəaliyyəti göstərməsinə törətdiyi maneçiliklərin aradan qaldırılması, qeyri-yaşayış sahəsində (mağaza) fəaliyyət göstərməsinə imkan verməməsi nəticəsində ona vurduğu 70000 manat zərərin və icarə obyektində yenidənqurma, bərpa və yaxşılaşdırma işlərinə sərf etdiyi cəmi 202000 ABŞ dolları məbləğində vəsaitin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı vərəsəsi X5 ona qarşı iddia ərizəsi ilə Bakı şəhəri, Səbail rayon məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanda yerləşən, sahəsi 476,6 kv.m olan qeyri-yaşayış sahəsinin 175 kv.m. olan hissəsinə mərhum atası İddiaçı ilə onun arasında olan 08 may 2018-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, hazırda mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 50 ünvanında yerləşən, ümümi sahəsi 476,6 kv.m. olan qeyri yaşayış sahəsinin boşaldılması və tam boş vəziyyətdə ona qaytarılması vəzifəsinin onun üzərinə qoyulması, 08 may 2018-ci il tarixli icarə müqaviləsi üzrə son bir il ərzində olan icarə haqqı borcunun ondan tutularaq ona ödənilməsini xahiş etmişdir. Bildirir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsini 21 fevral 2017-ci il tarixdə icarəyə götürmüşdür və həmin sahədə ticarət fəaliyyəti ilə məşğul olur. Qeyri-yaşayış sahəsinin mülkiyyətçisi mərhum İddiaçı ilə iyirmi bir fevral iki min on yeddinci il tarixli icarə müqaviləsi bağlamışlar. İddiaçı ilə razılaşmışlar ki, icarə müqaviləsində formal olaraq 1 (bir) il müddət qeyd edilsə də, mütəmadi olaraq müqavilənin müddətini artırmaqla, müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməyəcəklər və müqavilə növbəti dövrlər (10 il) üçün uzadılmış hesab ediləcək. O da, iddiaçı ilə razılaşmalarına uyğun olaraq, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin uzun müddət istifadəsində olacağını düşünərək, qeyri-yaşayış sahəsini icarəyə götürdüyü məqsəd üçün yararlı vəziyyətə gətirmək, uzun müddət ticarət fəaliyyətinin normal həyata keçirilməsini təmin etmək üçün qeyri-yaşayış sahəsində yenidənqurma, bərpa və yaxşılaşdırma işləri apardı. İcarə haqqını ödəmək şərti ilə demək olar ki, 3 ay ərzində mübahisə predmeti olan qeyri-yaşayış sahəsində əsaslı, geniş yenidənqurma, bərpa və yaxşılaşdırma işləri apardı. Lakin icarə müqaviləsinin formal olaraq qeyd edilmiş 1 illik müddəti sona yaxınlaşanda mərhum İddiaçı icarə haqqının yenidən artırılmasını tələb etdi. O razı olmayanda isə aralarında bağlanmış icarə müqaviləsinin müddətlə bağlı 1 il müddətinə əsaslanaraq, 2018-ci ilin fevral ayında onun qeyri-yaşayış sahəsindən çıxarılması barədə Səbail rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etdi. Təsadüfdən həmin dövrdə də iddia ərizəsi ilə bağlı mülki iş hakim Şahin Abdullayevin icraatına verildi. Aydındır ki, iddiaçının hərəkətləri ədalətsiz olduğundan, razılaşmalarına zidd olduğundan o, da yenidənqurma,bərpa və yaxşılaşdırma işlərinə sərf etdiyi 202.000 (iki yüz iki min) ABŞ dolları məbləğində vəsaitin iddiaçıdan alınıb ona verilməsi barədə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İşə baxan hakim Şahin Abdullayev qarşılıqlı iddia ərizəni icraata qəbul etdi və sərf edilmiş vəsaitin ümumi məbləğini müəyyən etmək üçün məhkəmə tikinti-texniki ekspertizası təyin etdi. Lakin məhkəmə prosesinin sonrakı gedişində onlar barışdı və məhkəməyə ərizə ilə müraciət edərək hər iki tərəf iddia ərizələrini geri götürdülər. Eyni zamanda hər ilin axırında bu cür hallar baş verməsin deyə 08 may 2018-ci il tarixdə yeni icarə müqaviləsi tərtib edib, təsdiq etdilər. Müqavilənin müddəti 4 il, 08 may 2022-ci il tarixə kimi müəyyən olundu. İndiyə kimi heç bir problem olmadan işləyirdilər. Lakin bu ilin yanvar ayının axırlarında icəradar İddiaçı vərəsəsi - oğlu X2 ona qarşı yuxarıda qeyd etdiyi məzmunda iddia qaldırmasından xəbər tutmuşdur. İddiaçının iddia tələblərini əsassız, ədalətsiz, haqsız, ən başlıcası isə mülki qanunvericiliyin tələblərinə zidd hesab edir. İddiaçı iddia ərizəsində yalnız bir cümlə ilə onun son bir il ərzində icarə haqqını ödəmədiyini bildirir. Bildirir ki, iddiaçının tələbini əsaslandırmaq iştədiyi bu dəlilin heç bir əsası yoxdur. Belə ki, icarə müddəti ərzində hər ay icarə haqqı nağd şəkildə, əvvəl İddiaçı, onun ölümündən sonra isə iddiaçıya ödənilirdi. İndi ola bilər ki, pandemiya səbəbindən müəyyən geçikmələr olsun, ancaq icarə haqqının ödənilməməsindən söhbət gedə bilməz. Əgər onlar icarə haqqını ödəməsəydilər iddiaçı nəinki bir il, heç bir ay da dözməzdi, məhkəməyə müraciət edərdi. Odur ki, iddiaçının tələblərinin əsassızlığı aydın görünür. Eyni zamanda məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı icarə müqaviləsinin müddətlə bağlı şərtlərini, eyni zamanda Mülki və MPM-nin tələblərini pozaraq aralarında məhkəmə mübahisəsi getdiyi bir vaxda onun icarə obyektindən istifadə etməyinə maneçilik yaradır. İddiaçı Səbail rayon məhkəməsinin onun tərəfindən verilmiş iddianı təmin etmə tədbiri barədə ərizəsi əsasında qəbul etdiyi 01.02.2021-ci il tarixli qərardadından istifadə edərək, ticarət fəaliyyəti ilə məşğul olduğu satış üçün nəzərdə tutulmuş geyim paltarlarının icarə obyektindən çıxarılmasına nail olmuş, obyektin açarlarını da götürərək, onun və işçilərin icarə obyektinə daxil olmalarına, ticarət fəaliyyəti ilə məşğul olmalarına imkan vermir. Cavabdeh Ələkbərov Emilin qeyd edilən hərəkətlərini qanunsuz hesab edir və hesab edir ki, onun icarə obyektində ticarət fəaliyyəti göstərməyinə maneçilik törətməsi onun hüquqlarını pozur, ona görə qarşısı məhkəmə qaydasında alınmalıdır. Onun özbaşına olaraq mağazanın fəaliyyətinə maneçilik törətməsi, mağazanın fəaliyyətinə imkan verməməsi səbəbindən gəlirindən məhrum olmuşdur, ona külli miqdarda zərər vurulub və zərər vürulmaqda da davam edir. Cavabdehin ona vurduğu zərəri 70.000 manat məbləğində qiymətləndirir və hesab edir ki, onun mağazanın fəaliyyətinə törətdiyi maneçilyin aradan qaidırılması ilə yanaşı, ona vurduğu 70.000 manat maddi zərər də ondan tutulub ona ödənilməlidir. Bundan başqa, yuxarıda qeyd etdiyi kimi, icayəyə götürdüyü qeyri-yaşayış sahəsində ticarət fəaliyyəti göstərilməsi üçün icarə obyektini yararlı vəziyyətə gətirilməsi məqsədilə yenidənqurma, bərpa və yaxşılaşdırma işlərinə külli miqdarda vəsait sərf etmişdir. Belə ki, gördüyü işlər və bu məqsədlə çəkdiyi xərclər aşağıdakı qaydada və məbləğdə olmuşdur: - Mebel və dekor işlərinə çəkilən xərc - 80000 ABŞ dolları; - Mebel ve dekorasiya ləvazimatlarının Türkiyə Respublikasından 2 Beynəlxalq yükdaşıma avtomobili (Tır) ilə gətirilməsi xərci- 36000 ABŞ dolları; - Havalandırma sisteminin (isitmə və soyutma sisteminin) yenidən qurulması- 16000 ABŞ dollar; - Tavan, döşəmə, divarların alçıpan, kafel və metlaxla işlənməsinə çəkilən xərc- 35000 ABŞ dolları; - Daxili pilləkənların yerinin dəyişdirilməsinə çəkilən xərc - 15000 ABŞ dolları; - Qeyri yaşayış sahəsinin yenidən qurulması, dizayn işləri üçün Türkiyə Respublikasından dəvət olunmuş memar dizaynerə ödənilmiş məbləğ- 20000 ABŞ dollar. Qeyd olunan işlərin görülməsinə ümumilikdə 202.000 ABŞ dolları məbləğində pul vəsaiti xərclənmişdir. Hazırki şəraitdə X2 onun mübahisə predmeti olan qeyri-yaşayış sahəsində fəaliyyət göstərməyinə maneçilik törətməsini əsassız və qanunsuz hesab edir. İddiaçının qeyd olunan qanunsuz hesab etdiyi hərəkətlərinin biznes fəaliyyəti ilə bağlı ona külli miqdarda maddi və mənəvi zərər vurması ilə yanaşı, obyektin yaxşılaşdırılmasına çəkdiyi xərclər şəklində külli miqdarda ziyan çəkməyinə səbəb olacaqdır. Odur ki, hesab edir ki, cavabdehin icarə müddəti ərzində icarə obyektində ticarət fəaliyyəti göstərməyinə maneçilik törətməsinin qarşısının alınması ilə yanaşı, icarə obyektində həyata keçirdiyi yenidənqurma, bərpa və yaxşılaşdırma işlərinə çəkdiyi xərclərin əvəzi də cavabdeh tərəfindən ona ödənilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə qarşılıqlı iddia tələbini qəbul etməyərək onun təmin olunmamasını, ilkin iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş və iddia ərizəsində qeyd olunanlara uyğun izahat vermişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbini qəbul etməyərək onun təmin olunmamasını, qarşılıqlı iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etmiş və qarşılıqlı iddia ərizəsində qeyd olunanlara uyğun izahat vermişdir. Məhkəmə işə baxıb, tərəfləri dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək hesab edir ki, iddia əsaslıdır və aşağıdakılara əsasən qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 08 may 2018-ci il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 50 ünvanında yerləşən ümumi sahəsi 476.6 kv.m olan qeyri-yaşayış sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 175 kv.m.olan hissəsini Cavabdeh icarəyə vermişdir. İcarə müqaviləsinin 3-cü bəndinə əsasən icarə müddəti 08.05.2022 il tarixədək müəyyən edilmişdir. İcarə müqaviləsinin 4-cü bəndinə əsasən icarəyə verilən sahənin istifadəsinə görə icarəyə götürən Cavabdeh icarəyə verən İddiaçı aylıq 6000 manat icarə haqqı ödəyir. İcarə müqaviləsinin 7-ci bəndinə əsasən qüvvədə olduğu müddətdə müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. İcarə müqaviləsinin 8-ci bəndinə əsasən “İcarəçi”lər “İcarəyə verən”(lər)-in razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. İş materiallarında olan AZ-İ nömrəli 456336 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 17.02.2019-cu ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2019 ilin 02 ayının 20 günündə 002 № ilə qeyd edilmişdir. İş materiallarında olan 07 sentyabr 2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 17.02.2019-cu il tarixdə ölmüş İddiaçı vərəsəsi Bakı şəh., Xətai r-nu, Y.Səfərov küçəsi, ev 1A. mənzil 32 qeydiyyatda olan X5 və Bakı şəh.,M.Hadi küç., ev 65, mən.76-da qeydiyyatda olan X4 hər biri miras əmlakdan 1/2 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak AR İqtisai İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən 05.04.2004-cü il tarixdə İddiaçı verilmiş 4 nömrəli reyestr, 002387 qeydiyyat nömrəli şəhadətnaməyə əsasən Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 50 ünvanında yerləşən ümumi sahəsi 476.6 kv.m olan qeyri-yaşayış sahəsindən ibarətdir. İş materiallarında olan daşınmaz əmlakın Dövlət Reyestrindən ********** saylı, 10.09.2019-cu il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 50 qeyri-yaşayış sahəsi 1/2 hissə ilə X2, 1/2 hissə ilə xüsusi ilə X1 paylı mülkiyyətindədir. İş materiallarında olan Xətai Rayon İcra Hakimiyyəti Başçısının 07.11.2012-ci il tarixli sərəncamından çıxarışdan görünür ki, X5 bacısı X1 üzərində qəyyum təyin edilmişdir. İş materiallarında olan X5 tərəfindən Cavabdeh ünvanlanmış Təklifdən görünür ki, icarəyə verilmiş qeyri-yaşayış sahəsinin icarə haqqı uzun müddətdir ki, ödənilməmişdir. Bununla əlaqədar olaraq müqavilənin 4-cü bəndi pozulduğu üçün icarə haqqı üzrə borcunun olduğundan birtərəfli icarə müqaviləsinin ləğv edilməsi, bir həftə ərzində icarə haqqı üzrə borcun ödənilməsi ona təklif olunur. Əks təqdirdə məhkəməyə müraciət etməyə məcbur olacaqdır. Məhkəmə iddia tələbinin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı, cavabdehə qarşı hazırki tələblərini irəli sürməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fıziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci mad.). Qanunun yuxarıda göstərilən normalarının dispozisiyasına əsasən bağlanmış müqavilələr o şərtlər əsasında yerinə yetirilməlidir ki, tərəflər bu şərtlər əsasında razılığa gəlmişlər və bu şərtlər dəyişilməzdir. Ona görə də, müqavilənin qüvvəsi bir qayda olaraq onun iştirakçılarının öz öhdəliklərini tamamilə icra etməsi ilə bitir. Bununla yanaşı, qanunverici müqavilənin vaxtından əvvəl ləğv edilməsini də nəzərdə tutur. Lakin buna yalnız müəyyən əsaslar olduqda yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qanunun qeyd olunan normalarının tələblərindən göründüyü kimi, öhdəliyin yerinə yetirilməməsi dedikdə müqavilə şərtlərinin pozulması və ya lazımınca yerinə yetirilməməsi başa düşülür. İddiaçı tərəfındən irəli sürülmüş tələbdən görünür ki, o, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 50 ünvanında yerləşən ümumi sahəsi 476,6 kv.m. olan qeyri-yaşayış sahəsinin 175 kv.m. olan hissəsinə dair mərhum atası İddiaçı ilə Cavabdeh arasında bağlanmış 08 may 2018-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsini, mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 50 ünvanında yerləşən ümumi sahəsi 476,6 kv.m. olan qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılması və tam boş vəziyyətdə ona qaytarılması vəzifəsinin Cavabdeh üzərinə qoyulmasını, 08 may 2018-ci il tarixli icarə müqaviləsi üzrə son bir il ərzində olan icarə haqqı borcunun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə iclasında müəyyən olundu ki, iş üzrə cavabdeh icarə müqaviləsi üzrə üzərinə götürmüş öhdəlikləri dəfələrlə pozmuş, ona xəbərdarlıq edilməsinə baxmayaraq son son bir il ərzində olan icarə haqqı borcunu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafıq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafıq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı 30.12.2020-ci il tarixdə cavabdehə təklif göndərərək, icarəyə verilmiş qeyri-yaşayış sahəsinin icarə haqqının uzun müddət ödənilməməsi və bununla əlaqədar olaraq müqavilənin 4-cü bəndi pozulduğu üçün icarə haqqı üzrə borcunun olduğundan birtərəfli icarə müqaviləsinin ləğv edilməsi, bir həftə ərzində icarə haqqı üzrə borcun ödənilməsi ona təklif olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Cavabdeh tərəfindən iddiaçının bu təklifinə hər hansı cavab verilmədiyindən, iddiaçı 29.01.2021-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Müdafiəsinə və toxunulmazlığına dövlət tərəfindən təminat verilən bu hüquq hər kəsin təkbaşına və ya başqaları ilə birlikdə daşınar və daşınmaz əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək kimi əsas elemetləri ehtiva edir. Azərbaycan Respublikasmın tərafdar çıxdığı İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fıziki və hüqüqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulması, icarə haqqının ödənilməsi üzrə öhdəliyin yerinə yerinə yetirilməməsi halı təsdiq olunduğundan və cavabdehin bu hərəkətləri müqavilənin ləğv edilməsi üçün əsas olduğundan, iddia tələbi 08 may 2018-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, icarə müqaviləsinin obyekti olan daşınmaz əmlakın boşaldılması və həmin əmlakın iddiaçıya qaytarılması, 08 may 2018-ci il tarixli icarə müqaviləsi üzrə son bir il ərzində olan icarə haqqı borcunun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi hazırki mülki iş məhkəmənin icraatına qəbul edildiyi vaxtdan baxılıb yekun nəticə qəbul edilib və qanuni qüvvəsini alana qədər mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 50 ünvanında yerləşən 476,6 kv.m.olan qeyri-yaşayış sahəsinin aylıq icarə haqqı 30.000 manat hesabı ilə pul vəsaitinin əldən çıxmış fayda kimi cavabdehdən onun xeyrinə tutulması hissəsində əsassızdır və təmin edilməməlidir. Əldən çıxmış faydanın tutulması qaydası və şərtləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2-ci maddələrinin qaydaları ilə tənzimlənir ki, həmin qaydalara əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, qanunun yuxarıda qeyd olunan normalarının mənasına görə əldən çıxmış fayda əsaslandırılmış sübutlarla təsdiq olunmalıdır. Bundan əlavə, əldən çıxmış faydanın ölçüsü, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər nəzərə alınmaqla müəyyən olunmalıdır. Lakin iddiaçı əldən çıxmış fayda ilə bağlı əsaslandırılmış sübutlarıı məhkəməyə təqdim etməmişdir. Ona görə də, həmin tələb hissəsində iddia təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin qeyri-yaşayış sahəsində (mağaza) fəaliyyət göstərməsinə imkan verməməsi nəticədə ona vurmuş 70.000 manat zərərin və icarə obyektində yenidənqurma, bərpa və yaxşılaşdırma işlərinə sərf etdiyi cəmi 202.000 ABŞ dolları məbləğində vəsaitin iddiaçıdan tutularaq ona ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə vurğulayır ki, iddia tələbinin göstərilən hissəsinə məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Qeyd edilən tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Qarşılıqlı iddia tələbində iddiaçı icarə obyektində yenidənqurma, bərpa və yaxşılaşdırma işlərinə sərf etdiyi cəmi 202000 ABŞ dolları məbləğində vəsaitin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. İş materiallarında olan 08 may 2018-ci il tarixli icarə müqaviləsinin 8-ci bəndinə əsasən icarəyə verənin razılığı olmadan icarəçi icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. Məhkəmə iclasında müəyyən olundu ki, qarşılıqlı iddia üzrə iddiaçı onun tərəfindən aparılmış yenidənqurma, bərpa və yaxşılaşdırma işlərinin cavabdehin razılığı ilə aparıldığına dair sübutları təqdim edə bilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə əsasən qeyd edilən halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddiaçı tərəfindən iddia tələblərinin əsası kimi istinad etdiyi sübutlar məhkəməyə təqdim edilmədiyi üçün qarşılıqlı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 50 ünvanında yerləşən ümumi sahəsi 476,6 kv.m. olan qeyri-yaşayış sahəsinin 175 kv.m. olan hissəsinə İddiaçı ilə Cavabdeh arasında bağlanmış 08 may 2018-ci il tarixli icarə müqaviləsi ləğv edilsin. Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 50 ünvanında yerləşən ümumi sahəsi 476,6 kv.m. olan qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən boşaldılsın və qeyri-yaşayış sahəsi iddiaçı X3 qaytarılsın. 08 may 2018-ci il tarixli icarə müqaviləsi üzrə son bir il ərzində ödənilməmiş 72000 (yetmiş iki min) manat məbləğində icarə haqqı borcu Cavabdeh tutularaq iddiaçı X3 ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-678/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-678/2021
06.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver