Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-68/2025 18.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X4 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Vəkil və cavabdeh “İçərişəhər Dövlət Tarixi- Memarlıq Qoruğu İdarəsi”nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı – cavabdehlər “İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi”nə və Cavabdeh1 QSC-yə qarşı “ziyan” tələbinə dair mülki işə 18 aprel 2025-ci il tarixdə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi”nə və Cavabdeh1 QSC-yə qarşı “ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 36235,55 manat məbləğində maddi zərərin, 10.000 manat məbləğində mənəvi zərərin, 520 manat vəkil xərcinin və 230 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh2 Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən qəzalı vəziyyətdə olan binanın təmir-bərpa və möhkəmləndirmə işləri ilə bağlı sakinlərlə mənzilin boşaldılması və təhvil verilməsi haqqında müqavilə bağlanılmışdır. Mənə məxsus və həmin binada yerləşən 3 nömrəli mənzil tərəfimdən 22 noyabr 2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh2 Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinə təhvil verilmiş və aylıq kirayə haqqı 1000 (bir min) manat müəyyən edilmişdir. Kirayə haqqının ödənilməsi ilə bağlı aramızda yaranmış problem həll edilmişdir. Lakin müqavilə şərtlərinə uyğun olaraq mənzilin təmiri 18 aya başa çatdırılmalı olduğu halda buna əməl edilməmiş və mənəvi-psixoloji əziyyətlərə düçar edilmişəm. Səbail rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciətimdən sonra yaranmış problemin həlli üçün Cavabdeh2 Qoruq İdarəsi ilə uzun müzakirələr nəticəsinə 02 oktyabr 2019-cu ildə Barışıq Sazişi bağladıq və təmir-bərpa işləri aparılmağa davam etdi. Həmin Sazişin 1.1.-ci bəndinə əsasən təmir-bərpa və gücləndirmə işləri zamanı mənzildə hər hansı zədənin təsirindən çat və ya kostruktiv dəyişiklik baş verdiyi təqdirdə Cavabdeh2 Qoruq İdarəsi mənzili yenidən tam və əsaslı bərpa edəcək. Belə ki, Cavabdeh2 Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin sifarişi əsasında mənə məxsus mənzilin yerləşdiyi evin və ona bitişik evin təmirini həyata keçirən Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti (VÖEN **********) adlı təşkilatm gördüyü keyfiyyətsiz, əksər hallarda yarıtmaz işi barədə Cavabdeh2 DTMQİ-nin rəhbərliyinə dəfələrlə məlumat verib kömək istəsəm də heç bir nəticəsi olmamışdır. Bildirirəm ki, Cavabdeh1 QSC-nin təmir-bərpa işləri zamanı mənim mənzilimə ciddi ziyan vurulmuş və ziyanın aradan qaldırılması üçün dəfələrlə QSC-nin və Qoruq İdarəsinin rəhbərliyi ilə görüşüb tələblərimi çatdırsam da tələblərimə məsuliyyətsiz yanaşılıb. Narazılığımı təsdiq edən foto şəkilləri və video çəkilişləri Qoruq İdarəsinin məsul şəxslərinə təqdim etdikdən sonra onlar mənə məxsus mənzilə baxış keçirmiş və dediklərimdə haqlı olduğumun şahidi olmuşlar. Mənə həmin ziyanların aradan qaldırılması üçün podratçı təşkilata tapşırıq verəcəklərini və işin qısa müddətdə başa çatdırılmasına nəzarət edəcəklərinə söz versələr də, bu elə söz olaraq qaldı. Mən evim olduğu halda uzun müddət kirayələrdə yaşaya bilməzdim. Eyni zamanda bildirirəm ki, bu səbəbdən 2022-ci ilin oktyabr ayının 01-də evə köçməli olduğum halda, yalnız səkkiz ay sonra, yəni xx.xx.2023-cü il tarixdə mənzilə köçə bilmişəm. Qoruq İdarəsinin uzun müddət hərəkətsizliyindən təngə gəlib evə vurulmuş ziyanın aradan qaldırılması məqsədilə "xxxx" MMC (VÖEN **********) ilə xx.xx.2023-cü il tarixdə müqavilə bağlamaq məcburiyyətində qaldım. "xxxx" MMC tərəfindən 05 aprel 2023-cü il tarixdə görülməli işlərin smetası tərtib olundu və işlərin dəyəri 36235,55 manat qiymətləndirildi. "xxxx" MMC iki ay ərzində mənzilin təmirini başa çatdırdı və görülmüş işlərin dəyəri olan 36235,55 manat məbləğində pul vəsaiti Müqavilənin 4.4-cü bəndinə əsasən tərəfimdən 2024-cü ilin fevral ayının 15-dək MMC-yə ödənilməli idi. Lakin bü günədək həmin vəsaiti MMC-yə ödəyə bilməmişəm. Cari ilin yanvar aymm 22-də Cavabdeh2 Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri cənab Şahin Seyidzadəyə podratçı təşkilat olan Cavabdeh1 QSC-nin vurduğu 36235,55 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-yə ödənilməsi məqsədilə mənə verilməsinə göstəriş verməyi xahiş etsəm də, nəinki pul köçürüldü, heç mənim müraciətimə cavab belə verilmədi. Bu müddət ərzində mənəvi və psixoloji sarsmtılardan səhhətimdə ciddi problemlər yarandı Hüquqlarımın müdafiəsi üçün Vəkil Bürosu ilə müqavilə bağlayaraq 520,00 manat xidmət haqqı və məhkəməyə 230,00 manat dövlət rüsumu ödəmək məcburiyyətində qaldım. Cavabdeh2 DTMQ İdarəsi etirazda qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001 -ci il tarixli 132 nömrəli Qərarına əsasən Böyük Qala küçəsi, 3 saylı yaşayış evi (inventar № 2124) yerli əhəmiyyətli tarix və memarlıq abidələri siyahısına daxil edilmişdir. Böyük Qala küçəsi ev 5 və 3 saylı ünvandakı yaşayış binaları qəzalı vəziyyətə düşməsi müəyyən edilmişdir. Bu səbəbdən də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin verdiyi müvafiq rəyə əsasən Böyük Qala küçəsi ev 5 ünvanında regenerasiya, ev 3 ünvanında isə bərpa-gücləndirmə işlərinin aparılmasının zəruri olduğu bildirilmişdir (qəzalı evlər). Bu məqsədlə dövlət vəsaiti ayrılmış, layihə-smeta sənədləri hazırlanaraq təsdiqlənmişdir. “Dövlət satınalma haqqınada” qanuna əsasən tender keçirilib və qalib "xxxx" MMCilə A-02 saylı, xx.xx.2018ci il tarixli Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi bağlanılıb. Böyük Qala küçəsi, ev 3 və 5 saylı yaşayış binalarında regenerasiya bərpa- gücləndirmə işləri satınalma müqaviləsinə əsasən podratçı təşkilat "xxxx" MMC tərəfindən aparılmışdır. Məlumat üçün bildiriLİR ki, Böyük Qala küçəsi, ev 5 ünvanında regenerasiya və ev 3 saylı ünvanda yerləşən binanın bərpa-gücləndirmə işlərinə başlanılmasının əsas səbəblərindən biri də sakinlər tərəfindən abidələrdə qanunsuz (özbaşına) tikililər aparılaraq əlavə yükləmələri olmuşdur. Böyük Qala küçəsi ev 5 ünvanında regenerasiya işləri bitdikdən sonra oradakı mənzillərin təmir edilərək sakinlərə təhvil verilməsi nəzərdə tutulmuşdur. Böyük Qala küçəsi ev 3 saylı ünvanındakı binada bərpa-gücləndirmə işləri aparılmış və oradakı mənzillərin (vətəndaş İddiaçı mənzili daxil olmaqla) təmir işlərinin aparılması nəzərdə tutulmamışdır. Böyük Qala küçəsi, ev 3 və 5 saylı ünvanlarda yerləşən hər iki yaşayış binalarında görülməsi nəzərdə tutulmuş işlər barədə vətəndaşlar məlumatlandırılmışlar. Buna baxmayaraq Tikintidə X2 Agentliyi ilə birgə baxış zamanı 3 və 5 ünvanlarında bütün ailələrin köçdüyünü, həmin dövrdə yalnız onun yeganə sakin olaraq İddiaçı köçməyinə dair razılıq bildirməmişdir. Vətəndaş İddiaçı ilə Cavabdeh2 Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsi xx.xx.2019-cu il tarixdə (bir ildən sonra) Məhkəmə qərarı əsasında xx.xx.2019-cu il tarixində barışıq sazişini bağlanmışdır. Barışıq sazişinə əsasən İdarə binanın bərpa-gücləndirmə işlərinin bərpa işləri tam yekunlaşacaq vaxta qədər İddiaçı hər ay 1000 manat kirayə haqqı ödənilməsini öz öhdəliyinə götürmüşdür. Vətəndaş tərəfindən 1 (bir) ildən çox törədilən maneələr səbəbindən, 2019-2020-ci illərdə Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar bərpa-gücləndirmə işlərinin nəzərdə tutulmuş zamanda başlanması mümkün olmamışdır. Böyük Qala küçəsi, ev 3 və 5 saylı yaşayış binalarında regenerasiya və bərpa- gücləndirmə işləri yekunlaşdıqdan sonra mülkiyyətçilər mənzillərini təhvil almışdılar. Vətəndaş İddiaçı binada aparılmış bərpa-gücləndirmə işləri zamanı ona məxsus mənzilə ziyan dəyməsindən narazılığını bildirmişdir. Böyük Qala küçəsi ev 5 ünvanında regenerasiya işləri bitdikdən sonra oradakı mənzillərin təmir edilərək sakinlərə təhvil verilməsi nəzərdə tutulmuşdur. Böyük Qala küçəsi ev 3 saylı ünvanındakı binada bərpagücləndirmə işləri aparılmış və oradakı mənzillərin (vətəndaş İddiaçı mənzili daxil olmaqla) təmir işlərinin aparılması nəzərdə tutulmamışdır. Böyük Qala küçəsi, ev 3 və 5 saylı ünvanlarda yerləşən hər iki yaşayış binalarında görülməsi nəzərdə tutulmuş işlər barədə vətəndaşlar məlumatlandırılmışlar. Buna baxmayaraq Tikintidə X2 Agentliyi ilə birgə baxış zamanı 3 və 5 ünvanlarında bütün ailələrin köçdüyünü, həmin dövrdə yalnız onun yeganə sakin olaraq İddiaçı köçməyinə dair razılıq bildirməmişdir. Vətəndaş İddiaçı ilə Cavabdeh2 Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi xx.xx.2019-cu il tarixdə (bir ildən sonra) Məhkəmə qərarı əsasında barışıq sazişini bağlanmışdır. Barışıq sazişinə əsasən idarə binanın bərpa-gücləndirmə işlərinin bərpa işləri tam yekunlaşacaq vaxta qədər İddiaçı hər ay 1000 manat kirayə haqqı ödənilməsini öz öhdəliyinə götürmüşdür. Vətəndaş tərəfindən 1 (bir) ildən çox törədilən maneələr səbəbindən, 2019-2020-ci illərdə Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar bərpagücləndirmə işlərinin nəzərdə tutulmuş zamanda başlanması mümkün olmamışdır. Böyük Qala küçəsi, ev 3 və 5 saylı yaşayış binalarında regenerasiya və bərpa- gücləndirmə işləri yekunlaşdıqdan sonra mülkiyyətçilər mənzillərini təhvil almışdılar. Vətəndaş İddiaçı binada aparılmış bərpa-gücləndirmə işləri zamanı ona məxsus mənzilə ziyan dəyməsindən narazılığını bildirmişdir. Böyük Qala küçəsi, ev 3 və 5 saylı yaşayış binalarında regenerasiya bərpa- gücləndirmə işləri satınalma müqaviləsinə əsasən podratçı təşkilat "xxxx" MMC tərəfindən aparılmışd. İddiaçı heç bir səbəb olmadan onun şərəf və ləyaqətinin təhqir edilməsini iddia edir. Belə ki, 7 saylı xx.xx.2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarına əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Əlavə olaraq, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları 10000,00 manat məbləğində formada qiymətləndirməsi reallığa uyğun olmamışdır. İddiaçı iddiasında hüquqi əsası olmadan Cavabdeh2 Dövlət Tarixi- Memarlıq Qoruğu İdarəsi tərəfindən dəymiş zərər barədə tərəfindən imzalanmış müqaviləyə istinad edib. Belə ki təqdim olunan 22.11,2017-ci il tarixli Böyük Qala küçəsi, 3 ünvanındakı qəzalı vəziyyətdə olan binada təmir-bərpa və möhkəmləndirmə işləri ilə bağlı sakinlərin əşyaları ilə birlikdə mənzilin boşadılması və təhvil verilməsi haqqında müqavilədə Cavabdeh2 Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin Mənzil-kommunal və təmir xidməti “Xidmət” tərəfindən imzalanmayıb . Bununla da, qeyd olunan müqaviləni bildirməsi heç bir rəsmi sübutlara istinad edilmir. İddiaçının göstərdiyi 46985,55 manat dəymiş zərərin ödənilməsi əsassız və reallığa uyğun deyil. Belə ki, Cavabdeh1 MMC gördüyü işləri zamanı damın üstündən sement məhlulun evə tökülməsi olub. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini tam müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini tam müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaya etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin üzrlü səbəb olmadan o, məhkəmə iclasında iştirak etməmiş və məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılması mümkün saymışdır. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: 22 noyabr 2017-ci il tarixli İddiaçı ilə Cavabdeh2 DTMQ İdarəsi arasında bağlanmış müqaviləyə əsasən İddiaçı (mülkiyyətçi) Bakı şəhəri, Böyük Qala küçəsi 3 ünvanında yerləşən 3 nömrəli mənzildə aparılacaq təmir-bərpa və möhkəmləndirmə işləri ilə əlaqədar mənzili şəxsi əşyaları və digər əmlakı ilə birlikdə boşaldaraq Xidmətə təhvil verməyi, Xidmət isə təmir-bərpa işlərini görüb mənzili mülkiyyətçiyə təhvil vermək öhdəliyini üzərlərinə götürürlər. 02 oktyabr 2019-cu il tarixli İddiaçı ilə Cavabdeh2 DTMQ İdarəsi arasında bağlanmış barışıq sazişinə əsasən Cavabdeh2 DTMQ İdarəsi öhdəsinə götürür ki, Bakı şəhəri, Böyük Qala küçəsi 3 ünvanında yerləşən 3 nömrəli mənzildə binanın bərpa-gücləndirmə işləri zamanı heç bir ziyan dəyməyəcək. Sazişin 1.2-ci bəndinə əsasən Cavabdeh2 DTMQ İdarəsi öhdəsinə götürür ki, binanın bərpa-gücləndirmə işləri Sazişin imzalandığı tarixdən 10 ay müddətində yüksək standartlara cavab verən formatda tam yekunlaşacaq. 13 aprel 2018-ci il tarixli “İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi” (Sifarişçi) ilə Cavabdeh1 MMC (İcraçı) arasında bağlanmış mallar üzrə satınalma müqaviləsinə əsasən Sifarişçi 2018-ci ildə ünvan 2 ünvanında yerləşən yaşayış binalarının fasadlarında üzlük daşlarının sökülüb yenisi ilə əvəz olunması və bərpa gücləndirmə işlərinin satın alınması üçün İcraçının ƏDV daxil 1,668192.31 manat məbləğində tender təklifini qəbul edir. Müqavilənin 2.2-ci bəndinə əsasən İcraçı Sifarişçiyə satın alınan 2018-ci ildə ünvan 2 ünvanında yerləşən yaşayış binalarının fasadlarında üzlük daşlarının sökülüb yenisi ilə əvəz olunması və bərpa gücləndirmə işlərinin müqavilənin icra müddəti müqavilə bağlandığı gündən 5 ay müddətində xx.xx.2018-ci il tarixi daxil olmaqla müəyyən edilir. Müqavilənin 18.3-cü bəndinə əsasən İcraçı məsuliyyət müddəti ərzində qüsurları aradan qaldırmırsa, Sifarişçi həmin qüsurların aradan qaldırılması üçün tələb olunan məbləği hesablayır və İcraçıya ödəniləcək məbləğdən çıxır. 03 aprel 2023-cü il tarixli İddiaçı (Sifarişçi) ilə "xxxx" MMC (İcraçı) arasında bağlanmış müqaviləyə əsasən Sifarişçi mənzil təmiri xidmətlərinin göstərilməsini sifariş verib İcraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, İcraçı isə Sifarişçinin müəyyən etdiyi qaydada Mənzil təmiri xidmətləri göstərməyi öhdəsinə götürür. İddiaçı tərəfindən “İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi”nə ünvanlanmış müraciətdə qeyd edilir ki, 02 oktyabr 2019-cu il tarixli İddiaçı ilə Cavabdeh2 DTMQ İdarəsi arasında bağlanmış barışıq sazişinin evin təmiri ilə əlaqədar hissəsi yarımçıq və keyfiyyətsiz icra edilmişdir. Evin və ona bitişik evin təmirini həyata keçirən təşkilatın gördüyü keyfiyyətsiz, əksər hallarda yarıtmaz işi barədə Qoruq İdarəsinə məlumat verib kömək istənilsə də, heç bir nəticəsi olmamışdır. Narazı qalınan işlərin foto şəkillərini və video çəkilişlərini Qoruq İdarəsinin məsul şəxslərinə təqdim etdikdən sonra onlar mənzilə baxış keçirmişlər. Nöqsanların aradan qaldırılması üçün podratçı təşkilata tapşırılq verəcəklərinə söz versələr də, bu elə söz olaraq qalmışdır. AR Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi MM-in 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmin ünsürlərdən hər hansı birinin aşkar edilməməsi deliktə söykənən tələbin rədd edilməsi üçün əsasdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 22 noyabr 2017-ci il tarixli İddiaçı ilə Cavabdeh2 DTMQ İdarəsi Mənzil-kommunal və təmir xidməti arasında bağlanmış müqaviləyə əsasən İddiaçı (mülkiyyətçi) Bakı şəhəri, Böyük Qala küçəsi 3 ünvanında yerləşən 3 nömrəli mənzildə aparılacaq təmir-bərpa və möhkəmləndirmə işləri ilə əlaqədar mənzili şəxsi əşyaları və digər əmlakı ilə birlikdə boşaldaraq Xidmətə təhvil verməyi, Xidmət isə təmir-bərpa işlərini görüb mənzili mülkiyyətçiyə təhvil vermək öhdəliyini üzərlərinə götürmüşlər. Bundan sonra iddiaçı mənzili cavabdehə təhvil verib, tərk etmişdir. Daha sonra iddiaçı Qoruq İdarəsinin müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi səbəbindən məhkəməyə müraciət etmiş və məhkəmənin gedişində tərəflər arasında barışıq sazişi imzalanmışdır. Sazişə əsasən Cavabdeh2 DTMQ İdarəsi öhdəsinə götürmüşdür ki, Bakı şəhəri, Böyük Qala küçəsi 3 ünvanında yerləşən 3 nömrəli mənzildə binanın bərpa-gücləndirmə işləri zamanı iddiaçıya məxsus mənzilə heç bir ziyan dəyməyəcək və Cavabdeh2 DTMQ İdarəsi 10 ay müddətində təmir-bərpa işlərini standartlara cavab verən formatda yekunlaşdırıb iddiaçıya təhvil verəcəkdir. İddiaçı cavabdehin barışıq sazişinin şərtlərinə əməl etmədiyini görüb həmin saziş üzrə icraata xitam verilməsi barədə icra məmurunun xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi üçün məhkəməyə müraciət etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə sözügedən qərar ləğv edilmişdir. Məhkəmə belə nəticəyə gələrkən qeyd etmişdir ki, borclu tərəfindən barışıq sazişi icra edilməmişdir. Cavabdeh2 DTMQ İdarəsinin müqavilə şərtlərinə əməl etmədiyini görən iddiaçı dəfələrlə bununla əlaqədar Qoruq İdarəsinə müraciət etməsinə baxmayaraq müraciətləri nəticəsiz qalmışdır. Bundan sonra iddiaçı Cavabdeh2 DTMQ İdarəsinin sifarişi əsasında görülən işlər nəticəsində ona məxsus əmlaka dəymiş zərərin aradan qaldırılması və nəhayət evinə köçüb yaşaya bilməsi üçün öz təşəbbüsü ilə başqa bir tikinti şirkəti ilə müqavilə bağlayaraq evində təmir-bərpa işləri aparmışdır. Hazırda isə həmin təmir-bərpa işlərinin dəyərinin cavabdehlərdən tutulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçıya məxsus evə dəymiş zərər Cavabdeh2 DTMQ İdarəsinin təqsiri nəticəsində yaranmışdır. Belə ki, İdarə iddiaçı ilə müqavilə bağlayaraq ona məxsus mənzili təmir-bərpa üçün ondan təhvil almasına baxmayaraq, müqavilə ilə razılaşdırılmış müddət daxilində, habelə həmin müddət bitdikdən sonra da müqavilə ilə üzərinə götürmüş olduğu öhdəliyi yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçı yarımçıq qalmış və keyfiyyətsiz görülmüş işlərin nəticələrini aradan qaldırmaq üçün başqa bir tikinti şirkəti ilə müqavilə bağlamağa məcbur olmuş və lüzumsuz olaraq maddi zərərə məruz qalmışdır. Qeyd olunanlara əsasən, iddiaçının zərərin əvəzini tələb etmək hüququ əsaslı hesab edilməlidir. Məhkəmə zərərin əvəzinin cavabdehlərdən müştərək qaydada tutulmasına münasibətdə qeyd edir ki, tələb bu hissədə yalnız Cavabdeh2 DTMQ İdarəsinə münasibətdə əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı mənzilini təmir üçün məhz Cavabdeh2 DTMQ İdarəsinə təhvil verib, məhz ondan təhvil almağı razılaşdırmışdır. Bundan sonra isə Qoruq İdarəsi tender keçirilməsi yolu ilə İcraçı ilə müqavilə bağlayaraq işin görülməsini Cavabdeh1 MMC -yə tapşırmışdır. İşin keyfiyyətli görülməsində Cavabdeh1 MMC Qoruq İdarəsinin qarşısında məsuliyyət daşımışdır. Belə ki, iş materiallarında olan Qoruq İdarəsi ilə Cavabdeh1 MMC arasında bağlanmış müqavilənin 18.3-cü bəndindən də görünür ki, tərəflər razılaşırlar ki, İcraçı məsuliyyət müddəti ərzində qüsurları aradan qaldırmırsa, Sifarişçi həmin qüsurların aradan qaldırılması üçün tələb olunan məbləği hesablayır və İcraçıya ödəniləcək məbləğdən çıxır. Yəni ki tikinti şirkəti müqavilə öhdəlikləri üzrə məhz Qoruq İdarəsi qarşısında məsuliyyət daşıyır. Belə olan halda iddiaçıya dəymiş maddi zərərin əvəzi Cavabdeh2 DTMQ İdarəsindən tutulmalıdır. Mübahisənin mahiyyəti üzrə düzgün həll olunması məqsədilə iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının nəticəsi üzrə qəbul olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyində qeyd olunur ki, ünvan 3 ünvanında yerləşən 3 saylı mənzildə müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 27,504 manat məbləğində müəyyən olunur. Rəydə qeyd olunmuşdur ki, video müşahidə sistemlərinin dəyərini müəyyən etmək məsələsi tikinti-texniki ekspertinin həll etdiyi məsələlərə aid olmadığından həmin hissə üzrə tədqiqat aparılmır. Məhkəmə video müşahidə sistemlərinin dəyərini müəyyən etmək üçün məhkəməəmtəəşünaslıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası “X3” MMC-nin 01 aprel 2025-ci il tarixli rəyində qeyd edilir ki, ünvan 3 ünvanında yerləşən 3 saylı mənzildə quraşdırılmış videomüşahidə sistemlərinin dəyəri 3554 manat təşkil edir. Məhkəmə ekspert rəyinin əsaslılığını və bitərəfliliyini əsas götürərək, ümumilikdə 31,058 (27,504+3554) manat məbləğinə zərərin əvəzinin Cavabdeh2 DTMQ İdarəsindən tutulmalı olması qənaətinə gəlir. Məhkəmə iddiaçının mənəvi ziyana görə 10.000 manat pul tələb etməsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında izah edilir ki, mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və y ahəmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə yuxarıda sadalananları və işin hallarını əsas götürərək hesab edir ki, iddiaçı cavabdeh tərəfindən böhtana məruz qalmaqla mənəvi sarsıntı keçirdiyini bildirsə də, hansı mənəvi sarsıntı və ya fiziki itirab keçirdiyi barədə məhkəməyə əsaslı bir sübut təqdim edə bilməmişdir. Məhkəmə 520 manat hüquqi xidmətə görə ödənilmiş pulun cavabdehdən tutulması hissəsinə aşağıdakıları qeyd edir: AR MPM-nin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan 21840 nömrəli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardım göstərilməsi üçün 33 saylı Vəkil Bürosunun hesabına 520 manat məbləğində ödəniş edilmişdir. İddia tələbi qismən təmin edildiyindən həmin məbləğin 250 manat hissəsi də cavabdeh Qoruq İdarəsindən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Eyni zamanda hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi qismən təmin olduğu halda isə, hazırkı iddianın qaldırılması ilə əlaqədar 230 manat dövlət rüsumunun 120 manat hissəsi cavabdeh Qoruq İdarəsindən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 31,058 manat məbləğində maddi zərərin əvəzi və hüquqi yardım göstərilməsi üçün ödənilmiş pul vəsaitinin 250 manat hissəsi “İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi”ndən tutulub İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 120 manat hissəsi “İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi”ndən tutulub İddiaçı ödənilsin. Azərbaycan Respublikası "xxxx" MMC-nin hesabına İddiaçı tərəfindən köçürülmüş 300 manat vəsaitin 150 manat hissəsi “İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi”ndən tutulub İddiaçı ödənilsin. xx.xx.2025-ci il tarixli ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin 50 manat hissəsi İddiaçı, 50 manat hissəsi isə “İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi”ndən tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEMVÖEN ********** X1 VÖEN ********** Kod: 210005 Müxbirhesabı 41nABZ********************, hesab AZ34CTRE********************,S.W.İ.F.T. Bik:CTREAZ22) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-68/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-68/2025
18.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver