Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-683/2023 27.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi X3, İddiaçı cavabdeh Azərbaycan Respublı̇ kası Baş Prokurorluğuna qarşı “öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublı̇ kası Baş Prokurorluğuna qarşı “öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Fəqan Mahmudovun üzərinə cinayət işinin başlanması üzrə prosesual qərarın qəbul edilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsin onunla əsaslandırmışdır ki, Nərimanov rayonu Fətəlixan Xoyski 85, binanın 2-ci mərtəbəsində, yanma nəticəsində sol ayağında fiziki qüsuru olan və fobiyadan əziyyət çəkən əlil övladı ilə yaşayır. Yaşadığı binanın 1-ci mərtəbəsində qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərən adi bildiyi Arzum Parfümeriya mağazasının mülkiyyətçisi olan X2r (1-ci mərtəbədə 16 və 17-ci hər iki mənzili birləşdirib). Yaşayış sahəsi 45.96 kv.m, qanunsuz əlavə artırmaları 80,8 kv.m, ümumi sahəsi 126,76 kv.metrdi. Obyekt həyətin içinə (arxa qapısı - onlara aidiyyatı olan əlavə artırması) 5 m 80 sm əlavə irəli çəkməklə qanunsuz artırma edib. Tikinti normalarına cavab verən yalnız 1 metr əlavə artırma nəzərdə tutulur(və yaxud hasara alınması).Yaşadığı mənzilin pəncərəsi və eyvanı birbaşa həmən qanunsuz artırmanın (5m 80 sm) damma açılır. Qanunsuz tikilinin üzərində yerləşən topa-bərbad vəziyyətdə olan elektrik xətlərini (obyektə məxsusdur) onun taxta eyvanına birləşdiriblər və üzərinə siqaret atılması səbəbindən real təhlükə mənbəyinə çevrilib (evlərində elektrik əşyaları yandı, 3 ay ardıcıl 68 manatdan işıq pulu ödədi və vaxtında ətraflı Daxili İşlər Nazirliyinə və Prokurorluqda, ərizə və izahatlarında əsaslandırmışdır). Oğlunun qorxuları artdı, digər tərəfdən qanunsuz tikilinin üzərində yağış sularının gölməçə şəklində yığılıb qalmasından nəmişlik, evinin polunu bərbad vəziyyətə salıb. Digər tərəfdən qanunsuz tikilinin üzərində müxtəlif tullantı məhsullarının pis qoxusundan ora zibilliyə çevrilib, antisanitariya vəziyyəti yaranıb, iri milçəklərin artmasına səbəb olub və ordakı natəmizlik, nəmişlik səbəbindən oğlunun dərisindəki yaralar saralınır. Binanın qarşısında obyektin təhlükəli generatoru yerləşdirilib. Digər tərəfdən yaşayış; binasının konstruksiyasına zidd olaraq avtomobil və piyada yolu həddindən çox daraldılıb. Yayayış, vətəndaş hüquqları pozulub. xx.xx.2021-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova hər iki bina sakinlərinin imzası altında olan ərizə göndərmişdir (iş nömrəsi 1-165-149 qeydiyyata alınıb). Bina sakinlərinin haqlı və əsaslı narazılığı (imzaları). xx.xx.2021-ci il tarixdə Prezidentə poçtdan təcili teleqram göndərmişdir, xx.xx.2021 tarixdə Prezident Administrasiyanın 012 *** ** ** məktublar şöbəsinə zəng edərək, teleqramın baş prokurorluğa göndərildiyini bildirib (səs yazısını əlavə edir). xx.xx.2021-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinin qaynar xətt Ülvi adlı şəxsə (*** *** ** **) saat 09:10 şikayət bildirmişdir (Ülvi adlı şəxsin qanunsuz danışıq səs yazısı). DTX-yə xx.xx.2021-ci il tarixdə teleqram, xx.xx.2021 tarixdə məktub göndərmişdir (Məmmədov qəbul edib) və 077 *** ** ** vatçap kanalına məlumat vermişəm. xx.xx.2022 tarixdə Nərimanov İcra Hakimiyyətinin başçısı Elgün Həbullayevin adına rəsmi ərizə təqdim etmiş dəftərxanaya (möhürlü surətini əlavə edir). Rəsmi ərizəsində məsələnin yerində araşdırılması, onun və qonşuların iştirakı ilə baxış keçirilməsi, yaşayış hüquqlarının pozuntusunu nəzərə alaraq qanunsuz tikilinin sökülməsi üçün Nərimanov İcra Hakimiyyətinin özü tərəfindən qanunla məhkəməyə müraciət edib sökülməsini xahiş etmişdir. xx.xx.2022 tarixdə Elgün Həbullayevin qəbulunda olmuş. Təhlükəsizlik tələblərinə cavab verməyən tikililərin sökülməsi bilavasitə yerli icra hakimiyyəti orqanlarına həvalə olunmuşdur. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində 5 metr 80 sm-dən əlavə tikinti aparmağına icazə verən Nərimanov İcra Hakimiyyəti vəzifə səlahiyyətlərindən, suiistifadə edərək qanunsuz artırmaya rüşvət qarşılığında icazə verib. xx.xx.2022-ci il tarixdə Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə məktub göndərmişdir, 02/2- 73 5q-22 iş nömrəsi ilə qeydiyyata alınıb (qəbzin və ərizənin surətini əlavə edir). 161 (Korrupsiya) qaynar xətt Rahil Bayramlı və ********** Kamil Kamilli danışıq səsləri. Yenidən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəhbəri Nazim Rəcəbovun qəbulu ilə bağlı rəsmi ərizə təqdim etsədə qəbuluna buraxılmamışdır (ərizənin surəti). Prezidentin sərəncamına əsasən, xx.xx.2022 tarixdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ünvanına daxil olan məktubda göstərilir ki ,tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsi və təhlükəsizlik tələblərinə cavab verməyən qanunsuz artırmaların sökülməsi bilavasitə yerli icra hakimiyyətlərinə həvalə olunmuşdur, (iş nömrəsi MİHO/2.1.1 -2-2022-1931). Dəfələrlə Bakı Şəhər İcra Hakimiyyətində özünü ona Hüseyn müəllim kimi təqdim edən şəxsin qəbulunda olmuşdur, vətəndaş olaraq başçı Eldar Əzizovun qəbulunu tələb etmişdir və xx.xx.2022-ci il tarixdə rəsmi ərizə təqdim etmişdir (iş nömrəsi 0-26-158, 012 *** ** ** - Hüseyn adlı şəxsin qanunsuz danışıq səs yazısı). 3 ildir 5 m 80 sm qanunsuz tikili ilə bağlı məlumatlı olan Eldar Əzizov onu qəbuluna buraxmayıb. Dəfələrlə Baş Prokurorluğa gedərək vətəndaş olaraq Kamran Əliyevin qəbulunu tələb etsə də, qəbuluna buraxılmamışdır. xx.xx.2022-ci il tarixdə X1 Qəbul Mərkəzində (7-ci otaq) özünü ona Ənvər müəllim kimi təqdim edən şəxsin qəbulunda olmuşdur və bir çox problemlərlə əlaqədar Baş Prokuror Kamran Əliyevin qəbuluna buraxılmadığını bildirmişdir. xx.xx.2022 tarixdə şəxsən Kamran Əliyevə, qəbuluna buraxılmamağı ilə bağlı poçtdan məktub göndərmişdir (qəbz və məktubun surəti). Bununla əlaqədər xx.xx.2022 tarixdə Prezidentə təcili teleqram göndərmişdir (möhürlü teleqram). Ölkənin 1-ci Vitse Prezidentinin şəxsən onu qəbul etməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə teleqram göndərmişdir (teleqramın surəti), lakin xx.xx.2022-ci il tarixdə Vitse-Prezidentin katibliyinin nümayəndəsi qəbul edib və 6 vərəqli ərizə təqdim etmişdir. Ərizəsinə cavab verilməməsi ilə bağlı dəfələrlə 1111 qaynar xəttinə bildirmişdir, Prezident Administrasiyasının daxili şöbəsi ərazi və təşkilat məsələləri üzrə Zeynal Nağdəliyevin şöbəsinə göndərildiyi bildirilib. Ərizəsinə cavab verilməməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə X1 Qəbul Mərkəzində özünü ona Natiq Əliyev kimi təqdim edən şəxs video görüntülü qəbul etsə də, rəsmi cavab ona təqdim etməyib. Nərimanov icra hakimiyyətinin başçısı Elgün Həbubullayev vəzifəli şəxs olaraq qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etdiyini dərk edir, bunun bunun fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan nəticələrini qabaqcadan görür, bu nəticələrin baş verməsini arzu edir (birbaşa qəsd) və ya belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir (dolayı qəsd). Nərimanov icra hakimiyyətinin başçısı Elgün Həbubullayev barəsində(CPM 308-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən suiistifadə və 311-ci maddə rüşvət alma) xx.xx.2022 tarixdə Nərimanov rayon prokurorluğuna rəsmi ərizə təqdim etmiş lakin Fəhmin Həsənov (ərizənin möhürlü surətini və 961 çağrı mərkəzinin səs yazısını əlavə edir) hansısa marağa görə vəzifəli şəxsin izahatını götürmədi və ona qərar təqdim etmədi. xx.xx.2023 tarixdə yuxarı prokurorluq orqanı olaraq Baş Prokurorluğa gedərək şikayət ərizəsi təqdim etmişdir və mühafizə polisi surətini çap edərək ona təqdim edib. xx.xx.2023 tarixdə saat 14:30 Baş Prokurorun birinci müavini Elçin Məmmədovun və İstintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyevin qəbulunda olmağına baxmayaraq İstintaqa nəzarət idarəsinin rəis müavini Fəqan Mahmudov hansısa marağa görə Rayon Prokurorluğuna müvafiq qərarın qəbul edilməsi ilə bağlı göstəriş verməyib və ya ona rəsmi qərar təqdim etməyib. xx.xx.2023 tarixdə Baş Prokurorluğun 961 çağrı mərkəzi tərəfindən şikayətinin qeydə alınması barəsində telefonuna SMS göndərilmişdir (SMS şəklini əlavə edirəm). AR Baş Prokurorluğunun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəis müavini Fəqan Mahmudov isə AR Cinayət Məcəlləsinin 204-207-ci maddələrinin tələblərini pozaraq onun müraciətinə prosessual qərarla deyil, sadə məktubla cavab vermişdir. Hesab edir ki, AR Baş Prokurorluqda istintaqa nəzarət idarəsinin rəis müavini Fəqan Mahmudovun konkret vəzifəli şəxsin cinayət əməlləri barədə məlumata məktubla cavab verməkdə ifadə olunmuş hərəkətləri və fakta görə cinayət işinin başlanması və ya başlanmasının rədd edilməsi barədə qərarın qəbul edilməməsində ifadə edilmiş hərəkətsizliyi tamamilə qanunsuzdur və əsassızdır. Aşağıda göstərilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsi yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, prokurorluqda qanunla müəyyən edilmiş qaydada və səlahiyyətləri daxilində ərizə, şikayət və təkliflərə baxılır, vətəndaşların qəbulu həyata keçirilir. Cinayət barədə ərizə, şikayət və məlumatlara təxirəsalınmadan baxılır. Bu hallarda müvafiq prokuror qanunla nəzərdə tutulmuş səlahiyyətləri çərçivəsində ərizə, şikayət və məlumatlarda göstərilən faktların yoxlanılması məqsədilə, dövlət orqanlarından və ya audit təşkilatlarından mütəxəssisin ayrılmasını təmin edir və araşdırılan faktların cinayət işinin başlanmasına kifayət qədər əsas verib-verməməsindən asılı olaraq müvafiq qərar qəbul edir. ... Dövlət orqanının (və ya onun vəzifəli şəxsinin) qanunazidd hərəkəti (hərəkətsizliyi) barədə prokurorluq orqanlarına daxil olmuş müraciətlərə bu Qanuna və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 12.6-cı maddəsinə uyğun olaraq baxılır. “Prokurorluq haqqında” Qanunun 28-ci maddəsinə əsasən prokurorluq işçilərinin hərəkətlərindən (hərəkətsizliyindən) və aktlarından müvafiq olaraq yuxarı prokurora və ya məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikasının prosessual qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna edilməklə şikayətin verilməsi prokuror aktlarının icrasını dayandırmır. Azərbaycan Respublikası CPM-nin 442.1-ci maddəsinə əsasən, məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi, əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi və ya ibtidai araşdırmanın aparıldığı yer üzrə səlahiyyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər. İddia ərizəsindən görünür ki, iddiaçı prokurorluq orqanının əməkdaşlarının hərəkətlərindən narazıdır. Qeyd edilənləri nəzərə alaraq hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə olan halda, İddiaçı cavabdeh Azərbaycan Respublı̇ kası Baş Prokurorluğuna qarşı “öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Həmçinin izah edir ki, iddiaçının ərizəsində göstərdiyi xüsusatlar üzrə müvafiq səlahiyyətli dövlət orqanına və ya məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etmək hüququ vardır. MPM-nin 153.4-cü və 153.5-ci maddələrinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263 və 264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublı̇ kası Baş Prokurorluğuna qarşı “öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizəsində göstərdiyi xüsusatlar üzrə müvafiq səlahiyyətli yuxarı prokurora və ya məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-683/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-683/2023
27.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver