Məhkəmə qərarları › İş №2(009)-693/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-693/2024

22.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-693/2024 22.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı Nuhu qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Nuhu qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materillarını araşdırıb hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə iddiaçıya geri qaytarılmalıdır. AR MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Hakim ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə ünvanlanan iddia ərizəsi imzalanmamış, iddia ərizəsinə əlavə olunan sənədlərdə şəxsiyyət vəsiqələrinin surətləri, ekspert rəyi, fotoşəkillər, dövlət rüsumunun ödənilməsi barədə qəbz göstərilsə də iddia ərizəsinə əlavə edilməmişdir. AR MPM-nin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hakim digər tərəfdən qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsinə müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmamışdır. İddiaçı ərizə ilə müraciət edərək iddia ərizəsini hazırki formada məhkəmə icraatına qəbul edilməsini, hazırlıq iclasında dövlət rüsmunun ödənilməsi barədə qəbzi təqdim edəcəyini bildirmişdir. Hakim qeyd edir ki, prosessual qanunvericilikdə dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi barədə müddəa olmadığından (belə bir norma əvvəllər Mülki Prosessual Məcəllədə olsa da, sonradan məcəllədən çıxarılmışdır) qaldırılan iddia qiymətləndirilən iddia olduğundan və tələb 2400 manat pul məbləğinin tutulması ilə bağlı olduğundan, həmin tələb üzrə iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilməlidir. Qaldırılan tələbə görə ödənilməli dövlət rüsumunun məbləği 44 manat təşkil etməlidir. AR MPM-nin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi geri qaytarılır. Beləliklə hakim qeyd edir ki, iddiaçı tərəfindən qaldırılan tələbə görə müəyyən olunmuş məbləğdə dövlət rüsumu ödənilmədiyindən, iddia ərizəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədiyindən və iddia ərizəsi imzalanmadığından iddia ərizəsinin məhkəmə icraatı mümkün deyil, bu səbəbdən iddia ərizəsi geri qaytarılmalıdır. AR MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı Nuhu qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ona əalvə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar