Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-703/2021 18.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X3 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı – cavabdehlər Cavabdeh1 MMC-yə və Səbail rayon İcra Şöbəsinə (X2 3-cü şəxs qismində) qarşı «əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdehlər Cavabdeh1 MMC-yə və Səbail rayon İcra Şöbəsinə (X2 3-cü şəxs qismində) qarşı «əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-nin 14 noyabr 2020-ci il tarixli QR 2745 nömrəli rəyinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Səbail rayon Məhkəməsinin 18.10.2019cu il tarixli qətnaməsinə əsasən İddiaçı 150.000 ABŞ dolları məbləğində borc və 300 ABŞ dolları məbləğində dəbbə pulu tutularaq X1 ödənilməlidir. Cavabdeh1 MMC-nin iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin bazar dəyərinin 60.000 manat məbləğində qiymətləndirilməsinə dair hesabatı həqiqi bazar qiymətini əks etdirmədiyindən ləğv edilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat vermiş və iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə onlarıı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Səbail rayon Məhkəməsinin 18.10.2019-cu il tarixli qətnaməsinə əsasən, İddiaçı 150.300 ABŞ dolları məbləğində borcun tutularaq X1 ödənilməsi qət edilmişdir. Səbail rayon İcra və probasiya Şöbəsinin sifariş məktubu əsasında Cavabdeh1 MMC tərəfindən qiymətləndirmə işi həyata keçirilmiş, İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi 60.000 manata qiymətləndirilmişdir və bu barədə Cavabdeh1 MMC tərəfindən 14.11.2020-ci il tarixli “Qiymətləndirmə rəyi” tərtib edilmişdir. İş materiallarında olan 14.11.2020-ci il tarixli Cavabdeh1 MMC-nin «Qiymətləndirmə rəyi»nin surətindən görünür ki, İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi 60.000 manata qiymətləndirilmişdir. «Qiymətləndirmə fəaliyyəti haqqında» Qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə həqiqi sayılır. Həmin Qanunun 7-ci maddəsinin 2-ci hissəsinə əsasən, qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə dair Cavabdeh1 MMC tərəfindən qəbul edilmiş qiymətləndirilmənin nəticələri haqqında hesabat ona görə ləğv edilməməlidir ki, göstərilən əmlakın 2020-ci il tarixdə 60.000 manat məbləğində qiymətləndirilməsi real bazar qiymətini əks etdirir. Belə ki, Səbail Rayon Məhkəməsinin qərardadı ilə İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin qiymətləndirilməsi məqsədilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması «xxxx» MMC-yə həvalə edilmişdir. İş materiallarında olan «xxxx» MMC-nin ƏEM/M 34-493/21 saylı ekspert rəyində İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin 2020-ci il üçün orta bazar dəyərinin 60.000, likvid dəyərinin isə 48.000 manat olduğu göstərilmişdir. Göründüyü kimi mübahisəli Cavabdeh1 MMC tərəfindən qəbul olunmuş 14.11.2020-ci il tarixli «Qiymətləndirmə rəyin»də ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin 2020-ci il tarix üçün ilkin qiyməti real bazar qiymətinə uyğun olaraq düzgün müəyyənləşdirilmişdir. «Qiymətləndirmə fəaliyyəti haqqında» Qanunun 8-ci maddəsinin 1-ci hissəsinə əsasən, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Həmin Qanunun 8-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azər.Resp. MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlarla yanaşı məhkəmə hesab edir ki, Az. Resp. MPM-nın 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş «xxxx» MMC-nin 16.05.2021-ci il tarixli ƏEM/D 34-493/21 saylı məktubundan görünür ki, məhkəmə xərcinə aid edilən iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri 150 manat məsrəfdən ibarətdir. Göstərilənlərə müvafiq olaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçı ləğv prosesində olan İddiaçı aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı – cavabdehlər Cavabdeh1 MMC-yə və Səbail rayon İcra Şöbəsinə (X2 3-cü şəxs qismində) qarşı «əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul vəsaiti İddiaçı tutulub «xxxx» MMC-yə (VÖEN:**********, Hesab N AZN: AZ30GUNA********************47944, KOD: 505594; SWİFT: GUNAAZ22) ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-703/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-703/2021
18.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver