Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-71/2021 15.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı1 və İddiaçı2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti cəlb olunmaqla) Cavabdeh qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti cəlb olunmaqla) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 saylı sahədə 0.06 ha torpaq sahəsinə dair Cavabdeh verilmiş 27 may 2019-cu il tarixli, ********** saylı çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli, 1333 saylı sərəncamına əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanda yerləşən 600 kv.m torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında İddiaçı2 adına sənədləşdirilmişdir. Bakı şəhəri Səbail Bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli, 67 saylı sərəncamına əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanda yerləşən 600 kv.m torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqısatqı qaydasında İddiaçı1 adına sənədləşdirilmişdir. Bu günlərdə iddiaçılara məlum olmuşdur ki, onlara məxsus torpaq sahəsində naməlum şəxs tərəfindən tikinti işləri aparılır. Aparılmış araşdırmaların nəticəsində müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsində tikinti işləri Cavabdeh tərəfindən aparılır. Cavabdehlə görüşdükdən sonra o, iddiaçılara bildirmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ona 27 may 2019-cu il tarixli, ********** saylı çıxarış verilmişdir. Həmin çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 saylı sahədə 0,06 ha sahə mülkiyyət hüququ əsasında cavabdehə məxsusdur. İddiaçılar artıq uzun illərdir həmin torpaq sahəsinə xeyli xərc çəkərək abadlaşdıraraq nəzarətlərində saxlamış, sadəcə, maddi imkanları olmadığı üçün həmin torpaq sahəsində heç bir tikinti işləri aparmamışlar. Lakin onların həmin ərazidə heç bir tikinti işlərinin aparmaması cavabdehin həmin sahəni sənədləşdirərək tikinti aparmasına əsas vermir. İddiaçıların “mülkiyyəti” hesab edilən torpaq sahəsinə dair Cavabdeh 27 may 2019-cu il tarixdə çıxarışın verilməsi onların mülkiyyət hüquqlarının açıq-aşkar qanunsuz və əsassız müdaxilə, mülkiyyət hüquqlarının pozulmasıdır. Ona görə də, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 saylı sahədə 0.06 ha torpaq sahəsinə dair Cavabdeh verilmiş 27 may 2019-cu il tarixli, ********** saylı çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və bildirmişdir ki, onun torpaq sahəsi və digər İddiaçı2 torpaq sahəsi bir-birinin yanında yerləşir. Cavabdehə verilmiş torpaq sahəsi isə onların torpaq sahələrinin demək olar ki, orta hissəsinə düşür, yəni hər ikisinin torpaq sahəsinə düşür. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və İddiaçı1 izahatında göstərilənləri təsdiq etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını xahiş etdi və izahat verərək bildirdi ki, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 saylı sahədə 0.12 ha torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında 2018-ci ildə almış və həmin torpaq sahəsinin 0.06 ha hissəsini 2019-cu ildə X1. Qeyd olunan alqı-satqı müqaviləsi əsasında Cavabdeh qalan 0.06 ha hissə torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən 27 may 2019-cu il tarixli, ********** saylı çıxarış verilmişdir. Cavabdeh 2018-ci ildə əldə etdiyi Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 saylı sahədə 0.12 ha torpaq sahəsi X7 adına olmuş və həmin şəxsin ölümündən sonra qeyd olunan torpaq sahəsi onun vərəsələri tərəfindən Cavabdeh satılmışdır. X8 qeyd olunan torpaq sahəsi Səbail rayon Bələdiyyəsi tərəfindən 2004-cü ildə ayrılmışdır. İddiaçılara bələdiyyə tərəfindən ayrılan torpaq sahələri cavabdehin torpaq sahəsindən tamamilə başqa istiqamətdə yerləşir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakılara görə iddia əsasız olduğundan təmin edilməməlidir. İş materiallarında olan 04 oktyabr 2006-cı il tarixli, 67 nömrəli Bakı şəhəri Səbail Bələdiyyəsinin qərarından görünür ki, Səbail rayonu, Salyan şossesi, 12 ünvanda yerləşən 600 kv.m.torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında vət.İddiaçı1 adına sənədləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan torpaqların alqı-satqısına dair aktdan görünür ki, Əliyev X14 Bələdiyyəsinə torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Əraziyə bələdiyyə orqanının iclasında baxılmış və müvafiq rəy verilmişdir, bələdiyyə ərazisində 600 kv.m ha torpaq sahəsi satılması barədə 2006-cı il 04 oktyabr tarixli 67 saylı qərar qəbul edilmişdir. İddiaçı1 tərəfindən banka 1000 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan 30 dekabr 2004-cü il tarixli, 1333 nömrəli Bakı şəhəri Səbail Bələdiyyəsinin sərəncamından görünür ki, Səbail rayonu, Salyan şossesi, 12 ünvanda yerləşən 600 kv.m.torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında vət. İddiaçı2 adına sənədləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan torpaqların alqı-satqısına dair aktdan görünür ki, İddiaçı2 Səbail Bələdiyyəsinə torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Əraziyə bələdiyyə orqanının iclasında baxılmış və müvafiq rəy verilmişdir, bələdiyyə ərazisində 600 kv.m ha torpaq sahəsi satılması barədə 2004-cü il 30 dekabr tarixli qərar qəbul edilmişdir. İddiaçı2 tərəfindən banka 870 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 27.05.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 saylı sahə, 0.06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 10.11.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia etdikləri və naturada göstərdikləri torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilmiş **********72 reyestr nömrəli çıxarışın və ona qonşu olan X3 mülkiyyətinə verilmiş **********73 reyestr nömrəli çıxarışın plan ölçü sənədində qeyd edilən torpaq sahəsi ilə üst-üstə düşür. Lakin Cavabdeh adına olan 27 may 2019-cu il tarixli, ********** saylı çıxarışın verilməsinə əsas olmuş ilkin torpaq ayırma sənədlərinin təqdim edilməməsi (ayrıc aktı, miqyası, koordinatı və ya hər hansı istinad nöqtəsindən məsafə göstərilən sxem) səbəbindən və mülki iş materialına əlavə edilmiş sxemlərin miqyası, koordinatı və ya hər hansı istinad nöqtəsindən məsafəsi göstərilmədiyindən 27 may 2019-cu il tarixli, ********** saylı çıxarışda Cavabdeh mülkiyyətinə verilmiş Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 saylı sahədə 0.06 ha torpaq sahəsi ilə iddiaçılar İddiaçı1 Bakı şəhəri Səbail Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli, 1333 saylı sərəncamına əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanda ayrılmış 600 kv.m torpaq sahəsi və həmin torpaq sahəsinin yanında İddiaçı2 Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanda ayrılmış 600 kv.m torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsini müəyyən etmək mümüknü olmamışdır. ********** saylı çıxarışla Cavabdeh mülkiyyətinə verilmiş torpaq sahəsinin yerləşmə koordinatlarını müəyyən etmək mümkündür, lakin təqdim edilmiş sxemlərin miqyası, koordinatı və ya hər hansı istinad nöqtəsindən məsafəsi göstərilmədiyindən iddiaçılar İddiaçı1 və İddiaçı2 istifadəsinə ayrılmış torpaq sahələrinin koordinatlarını müəyyən etmək tərəflərindən mümkün olmamışdır. İş materiallarında olan 29 dekabr 2020-ci il tarixli, 10/2029 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 10 noyabr 2020-ci il tarixli **********08 saylı mütəxəssis rəyinə əsasən, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia etdikləri və naturada göstərdikləri torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilmiş **********72 reyestr nömrəli çıxarışın və ona qonşu olan X3 mülkiyyətinə verilmiş **********73 reyestr nömrəli çıxarışın plan ölçü sənədində qeyd edilən torpaq sahəsi ilə üstüstə düşür. Lakin Cavabdeh adına olan 27 may 2019-cu il tarixli, ********** saylı çıxarışın verilməsinə əsas olmuş ilkin torpaq ayırma sənədlərinin təqdim edilməməsi (ayrıc aktı, miqyası, koordinatı və ya hər hansı istinad nöqtəsindən məsafə göstərilən sxem) səbəbindən və mülki iş materialına əlavə edilmiş sxemlərin miqyası, koordinatı və ya hər hansı istinad nöqtəsindən məsafəsi göstərilmədiyindən 27 may 2019-cu il tarixli, ********** saylı çıxarışda Cavabdeh mülkiyyətinə verilmiş Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 saylı sahədə 0.06 ha torpaq sahəsi ilə iddiaçılar İddiaçı1 Bakı şəhəri Səbail Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli, 1333 saylı sərəncamına əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanda ayrılmış 600 kv.m torpaq sahəsi və həmin torpaq sahəsinin yanında İddiaçı2 Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanda ayrılmış 600 kv.m torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümükün olmamışdır. Mütəxəssis rəyinə əsasən, ********** saylı çıxarışla Cavabdeh mülkiyyətinə verilmiş torpaq sahəsinin yerləşmə koordinatlarını müəyyən etmək mümkündür, lakin təqdim edilmiş sxemlərin miqyası, koordinatı və ya hər hansı istinad nöqtəsindən məsafəsi göstərilmədiyindən iddiaçılar İddiaçı1 və İddiaçı2 istifadəsinə ayrılmış torpaq sahələrinin koordinatlarını müəyyən etmək tərəflərindən mümkün olmamışdır. İş materiallarında olan torpaqların alqı-satqısına dair aktdan görünür ki, X2 Bələdiyyəsinə torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Əraziyə bələdiyyə orqanının iclasında baxılmış və müvafiq rəy verilmişdir, bələdiyyə ərazisində 1200 kv.m ha torpaq sahəsi satılması barədə 2004-cü il 30 dekabr tarixli 951 saylı qərar qəbul edilmişdir. X10 tərəfindən banka 24960000 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Bələdiyyəsinin 951 saylı, 30 dekabr 2004-cü il tarixli sərəncamdan görünür ki, Səbail rayonu, Salyan şossesi, 12 ünvanda yerləşən 1200 kv.m. torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında vət.X7 adına rəsmiləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan 26.06.2017-ci il tarixli SB/TA-5/132 nömrəli Səbail Bələdiyyəsinin arayışından görünür ki, Səbail Bələdiyyəsi tərəfindən Salyan şossesi, 12 ünvanda 28 dekabr 2004-cü il tarixdə X7 adına 951 saylı sərəncam ilə 1200 kv.m.torpaq sahəsi sənədləşdirilmişdir. İş materiallarında olan Cəlilabad rayon 1 saylı notariat kontorunun 07 fevral 2018-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış məktubdan görünür ki, X15, X13 və X16 mərhum X7 qanun üzrə vərəsəsidir. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən 15.02.2018-ci il tarixli, ********** saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 saylı sahədə 0.12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X7 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Cəlilabad rayon notariat kontoru tərəfindən verilmiş 20.02.2018-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 30.04.2013-cü il tarixdə ölmüş X7 vərəsəsi arvadı X15 əmlakdan tam hissədə pay almalıdır. Miras əmlak Daşınmaz Əmlakın Dövlət Reyestrdən 15.02.2018-ci il tarixli, ********** saylı çıxarışa əsasən Səbail rayonu, Salyan şossesi, 12 ünvanda yerləşən 0.12 ha torpaq sahəsidir. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən 26.02.2018-ci il tarixli, ********** saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 saylı sahədə 0.12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X11 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri 12 saylı notariat ofisində təsdiq edilmiş 08 may 2018-ci il tarixli, AN-1 № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı qismində çıxış edən X15 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 saylı sahədə yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsini alıcı Cavabdeh mülkiyyətinə verir. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 15.05.2018-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 saylı sahə, 0.12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri 22 saylı notariat ofisində təsdiq edilmiş 04 aprel 2019-cu il tarixli, AN-1 № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı qismində çıxış edən Cavabdeh xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 saylı sahədə yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin 0,06 ha hissəsini alıcı X4 mülkiyyətinə verir. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 27.05.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 saylı sahədə 0.06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 10.11.2020-ci il tarixli mütəxəssis arayışından görünür ki, X8, və torpaq sahəsinin ayrılması barədə Səbail Bələdiyyəsinin 951 saylı 30.12.2004-cü il tarixli sərəncamına əlavə edilmiş Bakı şəhəri Səbail Bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli, 67 saylı, İddiaçı1 Bakı şəhəri Səbail Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli, 1333 saylı və İddiaçı2 Bakı şəhəri Səbail Bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli, 67 saylı sərəncamların əlavəsi olan sxemlərin miqyassız, koordinatsız, hər hansı bir istinad nöqtəsindən məsafəsinin göstərilməsi qeyd edilməməklə hazırlanmadığından, hazırlandığı müddətdən uzun illər keçdiyi üçün stiuasiyanın dəyişdiyindən və eləcə də “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması qaydaları” haqqında əsasnamənin 19-cu bəndində nəzərdə tutulan qaydada planalma aparılaraq ayrılan torpaq sahəsinin ölçüsündən asılı olaraq tələb olunan miqyasda plan-ölçüsü hazırlanmadığından (keçmiş DTXK-nin Bakı şəhər şöbəsi tərəfindən hazırlanıb rəy verilməli və qeydiyyatdan keçməli idi) Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 saylı sahədə 0.06 ha sahəsinə dair Cavabdeh adına 27 may 2019-cu il tarixli ********** saylı çıxarışın verilməsinə əsas olmuş ilkin torpaq ayırma (X7 adına Səbail Bələdiyyəsinin 951 saylı 30.12.2004-cü il tarixli sərəncamına əlavə olunmuş) sxemi üzrə 0.12 ha torpaq sahəsi ilə iddaçılar İddiaçı1 Bakı şəhəri Səbail Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli, 1333 saylı sərəncamına əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanda ayrılmış 600 kv.m həmin torpaq sahəsinin yanında İddiaçı2 Bakı şəhəri Səbail Bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli, 67 saylı sərəncamına əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanda ayrılmış 600 kv.m torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 12 oktyabr 2021-ci il tarixli 10/3785 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 saylı sahədə 0.06 ha torpaq sahəsinə dair Cavabdeh adına 27 may 2019-cu il tarixli, ********** saylı çıxarışın verilməsinə əsas olmuş ilkin torpaq ayırma (X7 adına Səbail Bələdiyyəsinin 951 saylı 30.12.2004-cü il tarixli sərəncamına əlavə olunmuş) sxemində, İddiaçı1 Bakı şəhəri Səbail Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli, 1333 saylı sərəncamına əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanda ayrılmış 600 kv.m torpaq sahəsinin ilkin torpaq ayırma sxemində və İddiaçı2 Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanda ayrılmış 600 kv.m torpaq sahəsinin ilkin torpaq ayırma sxemində miqyas, koordinat və ya hər hansı istinad nöqtəsindən məsafə göstərilmədiyindən həmin torpaq sahələrinin ilkin torpaqayırma sənədlərində göstərilən sxemlər əsasında naturada yerinin müəyyən olunması və üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümükün olmamışdır. Məhkəmə iddia tələbinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli Qərarında izah etmişdir ki, əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafıə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşmar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən torpaq üzərində mülkiyyət hüququ və torpaqdan daimi istifadə hüququ müvafıq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarına əsasən müvafıq icra hakimiyyəti tərəfındən verilən dövlət aktı (şəhadədnamə) ilə rəsmiləşdirilir. Torpaqdan (o cümlədən icarə şərtləri ilə verilmiş torpaqdan) müvəqqəti istifadə hüququ müvafıq icra hakimiyyəti orqanı tərəfindən verilən şəhadətnamə və tərəflər arasında bağlanan icarə müqaviləsi ilə rəsmiləşdirilir. Dövlət aktının, şəhadətnamənin, alqı-satqı, ipoteka, istifadə və icarə müqavilələrinin nümunəvi formaları qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilir. Torpaq üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar, o cümlədən hüquqi və fiziki şəxslərin, habelə dövlət orqanlarının və bələdiyyələrin hüquqları, onları yaradan əsaslar müdafıə olunmaq məqsədilə dövlət torpaq kadastırında və dövlət torpaq reyestirində, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestirində qeydiyyatdan keçirilməlidir. Dövlət torpaq kadastırında və dövlət torpaq reyestirində, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestirində torpaq sahələri üzərində mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin hüquqları və vəzifələri barədə qeydlər əsas təsdiqedici və hüquıqmüəyyənedici sənəddir. Torpaq üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 saylı sahədə 0,6 ha torpaq sahəsi 12 saylı dövlət notariat kontorunun 08.05.2018-ci il tarixli, 4Ə-243 reyestr nömrəli alqı-satqı müqavləsinə əsasən 27 may 2019cu il tarixli, ********** saylı çıxarışla Cavabdeh adına qeydiyyatdan keçmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-exniki ekspertizasının 12 oktyabr 2021-ci il tarixli 10/3785 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 saylı sahədə 0.06 ha torpaq sahəsinə dair Cavabdeh adına 27 may 2019-cu il tarixli, ********** saylı çıxarışın verilməsinə əsas olmuş ilkin torpaq ayırma (X7 adına Səbail Bələdiyyəsinin 951 saylı 30.12.2004-cü il tarixli sərəncamına əlavə olunmuş) sxemində, İddiaçı1 Bakı şəhəri Səbail Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli, 1333 saylı sərəncamına əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanda ayrılmış 600 kv.m torpaq sahəsinin ilkin torpaq ayırma sxemində və İddiaçı2 Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanda ayrılmış 600 kv.m torpaq sahəsinin ilkin torpaq ayırma sxemində miqyas, koordinat və ya hər hansı istinad nöqtəsindən məsafə göstərilmədiyindən həmin torpaq sahələrinin ilkin torpaqayırma sənədlərində göstərilən sxemlər əsasında naturada yerinin müəyyən olunması və üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümükün olmamışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 Səbail Bələdiyyəsinin sərəncamına əsasən onlara ayrılmış torpaq sahələrinin Cavabdeh tərəfindən zəbt edildiyini qeyd etsə də, bu hal məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən təyin edilmiş ekspertiza rəyi ilə öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçıların tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq affirmanti, neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçılar iddia tələblərinin əsası kimi istinad etdiyi hallara dair, yəni onlara məxsus torpaq sahəsinin Cavabdeh oğlu tərəfindən zəbt edilməsinə dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçılar məhkəməyə tələblərinin əsası kimi istinad etdiyi hallara dair hər hansı bir sübut təqdim etməmişlər, yalnız formal olan mülahizələr isə iddia tələblərinin təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə iddiaçılar tərəfindən tərəfindən mübahisələndirilən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 saylı sahədə yerləşən 0,6 torpaq sahəsinin Cavabdeh verilmiş 27 may 2019-cu il tarixli,********** saylı çıxarışın ləğv edilməsinə əsas ola biləcək qanunvericilikdə nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən mübahisələndirilən Cavabdeh verilmiş 27 may 2019-cu il tarixli,********** saylı çıxarışın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçıların çıxarışın ləğv edilməsi barədə iddia tələbi rədd edilməlidir. İşə əlavə edilmiş Azərbycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 dekabr 2020-ci və 12 oktyabr 2021-il tarixli ekspertizalar xərclərinə dair bildirişdən görünür ki, məhkəmə xərcinə aid edilən iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri ümumilikdə 150 (yüz əlli) manat məsrəfdən ibarətdir. Eləcə də ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinin bildirişdən görünür ki, məhkəmə xərcinə aid edilən iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri ümumilikdə 74,49 manat məsrəfdən ibarətdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsinin də əks olunmalı olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi rədd edildiyindən ekspertizalar tədqiqatının dəyəri olan 150 manat məhkəmə məsrəfi iddiaçılara aid edilməli, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manat iddiaçılardan tutularaq həmin qurumun hesabına köçürülməlidir. Eləcədə ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidməti tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 74,49 manat məhkəmə məsrəfi iddiaçılara aid edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti cəlb olunmaqla) Cavabdeh qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq tutulub AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X5, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Ekspertiza tədqiqatının dəyəri 74,49 (yetmiş dörd manat qırx doqquz qəpik) manat iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaqƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-71/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-71/2021
15.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver