Məhkəmə qərarları › İş №2(009)-715/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-715/2021

12.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-715/2021 12.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Məmmədli Kənan Fuad oğlunun katibliyi, iddiaçı X3 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 Alexanderin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X3 Cavabdeh2 Alexanderə qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 cavabdehlər “xxxx” MMC və X1rşı “yaşayış sahəsi ilə təmin etmə və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, “xxxx” MMC tərəfindən X2 şirkətinə ünvanlanmış xx xxxxxx 2021-ci tarixli, 62-01- 21 saylı icarə müqaviləsinə xitam verilmə barədə məktubun ləğv edilməsi, iddiaçı X5 və xx xxxx 2014-cü il təvəllüdlü X8 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, X14 10, “Royal Park” D.14 ünvanında və ya bu ünvana oxşar şəraitli yaşayış sahəsi ilə təmin olunma vəzifəsinin cavabdehlərə həvalə edilməsi və cavabdehlərdən mənəvi zərərin əvəzi qismində müştərək qaydada 35.000 manat tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh X6 Spencer 2011-ci ildə tanış olmuş və 2012-ci ildən birlikdə yaşamağa başlamışlar. xx xxxx 2014-cü ildə X12 adlı övladları anadan olmuşdur. Müəyyən müddət normal münasibətlərdə yaşasalar da sonradan münasibətləri pisləşmiş və aralarında hətta sonradan barışıqla bitən məhkəmə çəkişmələri də olmuşdur. Barışdıqdan sonra tərəflər xx xxxxxx 2017-ci ildə Bakı nikah evində nikaha da daxil olmuşlar. X6 Spencer digər cavabdeh «xxxx» MMC-nin əməkdaşıdır. Cavabdehlər arasında bağlanmış əmək müqaviləsinə, o cümlədən də «xxxx» MMC ilə X2 şirkəti arasında bağlanmış müqaviləyə əsasən bu ailə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, X14 10, «Royal Park» D. 14 ünvanında məskunlaşmışdır. Alisa xanımın dediklərinə görə bir neçə ay bundan öncə Wilson Allan özünü Alisa və uşağa qarşı çox aqressiv aparmağa başlamışdır. Belə ki, Allan başqa bir qadınla tanış olmuş və onunla münasibətlər qurmuşdur. Mütəmadi olaraq spirtli içkilər qəbul edərək, evə səhərə yaxın gəlmiş və Alisanı azyaşlı uşaqla dəfələrlə evdən qovmağa çalışmışdır. Allanın məqsədi Alisanı evdən qovaraq, həmin evə başqa bir qadını gətirməkdir. Bunu özü də gizlətmir və açıq şəkildə bildirir. Allan azyaşlı uşaqla demək olar ki, maraqlanmır. O, daima ev işləri ilə məşğuldur və evin təsərrüfatına heç bir vəsait sərf etmir. Dəfələrlə içkili vəziyyətdə 6 yaşlı uşağın gözü qarşısında heç bir səbəb olmadan münaqişələr yaratmış və uşaq bu səbəbdən isterikaya düşmüşdür. Bütün bunları nəzərə alan Alisa son nəticədə Allana qarşı Binəqədi rayon Məhkəməsinə müraciət etmişdir. Lakin, məhkəmədə tərəflər barışıq sazişi bağlamış və bu saziş Binəqədi rayon Məhkəməsinin 2(001)-6228/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli Qərardadı ilə təsdiq edilmişdir. Barışıq sazişinə və məhkəmə qərardadına görə (3-cü bənd) Alisa və tərəflərin ümumi övladı xx.xx.2014-cü il təvəllüdlü X10 Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən yaşayış yerində haqqı bütövlükdə Allanın İşəgötürəni tərəfindən ödənildiyi müddətdə yaşaya bilərlər. Adıçəkilən yaşayış yeri üzrə haqq və digər xərclər hazırda bütövlükdə Allanın İşəgötürəni tərəfindən qarşılanır. Lakin, bir neçə gün bundan öncə Allan Alisaya bildirmişdir ki, «xxxx» MMC Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, X14 10, «Royal Park» D. 14 ünvanına dair X2 şirkəti ilə bağlanmış müqaviləni xx xxxxxx 2021-ci il tarixdən ləğv edir və Alisa azyaşlı uşaqla birlikdə bu tarixə qədər əşyalarını da yığıb özünə başqa bir yaşayış yeri tapmalıdır. Hətta Alisaya «xxxx» MMC tərəfindən X2 şirkətinə ünvanlanmış xx xxxxxx 2021-ci il tarixli icarə müqaviləsinə xitam verilmə məktubu da təqdim edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, X14 10, «Royal Park» D. 14 ünvanında hal-hazırda Alisa və 6 yaşlı azyaşlı uşağın da yaşadığını nəzərə alaraq cavabdehlər tərəfindən hər hansı bir xəbərdarlıq edilmədən, o cümlədən Allan və onun ailə üzvlərinin yeni bir yaşayış yeri ilə təmin edilmədən hazırki yaşayış yerlərindən məhrum edilməsi tamami ilə qanunsuzdur. Bildirmək istərdik ki, bu Allanla bağlanmış əmək müqaviləsinin şərtlərinə ziddir. Tərəfindən «xxxx» MMC-nə məktub ünvanlansa da, müraciətimiz ümumiyyətlə cavablandırılmamışdır. Cavabdehlər birləşərək, iddiaçı X5 və xx xxxx 2014-cü il təvəllüdlü X9 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, X14 10, «Royal Park» D. 14 ünvanından hər hansı bir əsas olmadan çıxaraq niyyətindədirlər. Cavabdehlərin bu qanunsuz əməlləri nəticəsində iddiaçı azyaşlı uşağı ilə küçədə qalmaq təhlükəsi ilə üzləşmiş və nəticədə dərin mənəvi sarsıntı keçirtmişdir. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Ali Məhkəmənin Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı Qərarının 2-ci bəndinə görə “Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarım və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir». Qeyd edilənləri nəzərə alaraq, hesab edirik ki, cavabdehlərin qanunsuz əməlləri nəticəsində iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdehlərən müştərək qaydada 35.000 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçıya ödənilməlidir. İddiaçı X5 sonradan ərizə verərək Cavabdeh2 xx xxxxxx 2021-ci il tarixindən etibarən tərəflər rəsmi nikahda olduqları müddətdə hər ay 1500 ABŞ dolları tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırılmışdır ki, icraatda olan iddiaçı X3 cavabdeh X6 Spencerə və «xxxx» MMC-nə qarşı iddia ərizəsi ilə bağlı 2(009)-715/2021 saylı mülki iş üzrə müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra «xxxx» MMC-nin xx xxxxxx 2021-ci il tarixli məktubunu almışdır. Həmin məktubda göstərilənlərdən ona məlum olmuşdur ki, cavabdeh X6 Spencer «xxxx» MMC-nin əməkdaşı deyil və həmin şirkətə ezam edilmişdir. X6 Spencerin yaşadığı «Royal Park» yaşayış kompleksindəki mənzillə əlaqədar icarə müqaviləsinə X6 Spencerin xahişinə əsasən onun yeni evə köçmək niyyəti barədə şirkətə etdiyi bildirişdən sonra xitam verilmişdir. Müqaviləyə xitam və əmlakın boşaldılma tarixi xx xxxxxx 2021-ci ildir. «xxxx» MMC X6 Spenceri yeni yaşayış yeri iiə təmin etmək üçün icarə müqaviləsi bağlayacaq. İş materiallarında olan barışıq sazişinə və məhkəmə qərardadına görə (3-cü bənd) Alisa və tərəflərin umumi övladı xx.xx.2014-cü ii təvəllüdlü X11 Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən yaşayış yerində haqqı bütövlükdə Allanın İşəgötürəni tərəfindən ödənildiyi müddətdə yaşaya bilərlər. Adıçəkilən yaşayış yeri üzrə haqq və digər xərclər hazırda bütövlükdə Allanın İşəgötürəni tərəfindən qarşılanır. Ərin işəgötürəni tərəfindən həmin yaşayış yeri uzrə haqqın və digər xərclərin ödənilməsinin dayandınlmasına görə ər məsuliyyət daşımır. Barışıq sazişində X6 Spencer işəgötürəni kimi «xxxx» MMC-ni göstərmişdir. Şərh edilənlərdən də göründüyü kimi X6 Spencer barışıq sazişi bağlayarkən həm iddiaçını, həm də məhkəməni aldatmış, işə götürənini «xxxx» MMC kimi göstərərək, banşıq sazişini bağlamış və sonradan iddiaçını barışıq sazişində göstərilən evdən çıxartmaq niyyəti ilə yaşayış yerini dəyişmək üçün şirkətə özü müraciət etsə də, yaşayış yeri üzrə haqqın və digər xərclərin ödənilməsinin quya şirkətin təşəbbüsü ilə dayandırıldığı görüntüsünü yaratmada çalışmışdır. Onda olan məlumata görə «xxxx» MMC tərəfindən barışıq sazişi və məhkəmə qərardadında əks edilmiş Bakı şəhən, ünvan 4 ünvanı üçün X2 şirkətinə hər ay 3000 (üç min) ABŞ dolları ödənilirdi. Barışıq sazişinin tələblərini və qanuni qüvvəyə minmiş məhkəmə qərardadını nəzərə alaraq, hesab edirik ki, tərəflər rəsmi nikahda olduqları müddətdə X6 Spencer iddiaçını və azyaşlı övladını yaşayış yeri ilə təmin etməli olduğundan ondan hər ay 1500 ABŞ dolları tutularaq, iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında iştirak edən X3 nümayəndəsi və vəkili Nümayəndə ərizəyə uyğun izahat verərək bildirmişdir ki, onlar məhkəməyə müraciət etməmişdən qabaq «xxxx» MMС-yə müraciət etmişlər. 03 fevral tarixində məhkəməyə müraciət etmişlər, «xxxx» MMC-nin məktubu isə onlara 11 fevralda çatmışdır. Ondan sonra onlara məlum olmuşdur ki, Cavabdeh2 həqiqətən də aldadıb həm məhkəməni, həm də barışıq sazişi bağlayarkən onları, işəgötürəni kimi T»uran Drilling and Engineering Company MMC-ni göstərib. O cümlədən də öhdəlik götürüb ki, həmin mənzildə yaşayacaqlar, amma heç şirkətə xəbər verməyib ki, belə bir barışıq sazişi bağlamışdır. Sonradan isə Alisa xanımı oradan çıxartmaq üçün gedib öz yaşayış yerini dəyişdirmişdir. Yəni şirkətə müraciət edib, şirkət isə icarə müqaviləsinə xitam verib. Bütün bunları «xxxx» onlara göndərdiyi məktubda göstərmişdir. xx xxxxxx 2021-ci il tarixdən etibarən, tərəflər rəsmi nikahda olduqları müddətdə Cavabdeh2 Alexanderdən hər ay 1500 ABŞ dollarının tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 Alexanderin nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmirlər. Ər-arvad arasında olan mübahisə ilə bağlı (nikah, uşaq, aliment) Binəqədi Rayon Məhkəməsində iş vardır. İddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Belə ki, Mülki Prosessual Məcəllənin 153-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa həmin mülki işə məhkəmə qaydasında baxıla bilməz. Həmin barışıq sazişi bağlanan zaman hüquqlarını müdafiə etdiyi şəxs tərcüməçi ilə təmin olunmamışdır. Cavabdeh və o, vəkili olaraq həmin sazişdən xəbərdar deyillər. Barışıq sazişinin icra olunması üçün müraciət ediblərsə, hazırkı iddianı irəli sürməklə sadəcə iş artımı edirlər. Hal-hazırda cavabdehin ilkin iş yerinin hara olması barədə sübutlar toplamağa çalışırlar. İddia əsassız olduğu üçün rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-6228/2020 saylı qərardadından görünür ki, X5 ilə Cavabdeh2 Alexanderin arasında barışıq sazişi təsdiq edilmişdir. 1. Tərəflər təsdiq və qəbul edir ki, bağlanmış xx.xx.2017-ci il tarixli nikah müqaviləsinin şərtlərinə uyğun olaraq, 2017-ci il tarixdən etibarən ər arvada hər ay 1500 ABŞ dolları ödəmək öhdəliyi ərin Azərbaycan Respublikasında hazırki iş verində (Turan Driiiing&Engineering, AKCA Deutag and SOCAR AQS Company) işlədiyi müddətədək qüvvədədir.

2. Bundan (3000 ABŞ dollarından) əlavə, ər aşağıdakı xərcləri qarşılamağı öhdəsinə götürür: həftəlik dayə xidməti haqqı - 250 manat; həftəlik repetitor xidməti haqqı - 60 manat; həftəlik bazarlıq xərci - 150 manat; ev heyvanlan üçün həftəlik yemək xərcləri - 100 manat. 3. Arvad və tərəflərin ümumi övladı xx.xx.2014-cü il təvəllüdlü X10 Bakı şəhəri Yasamal rayonu X13 Dairəvi yol 10 Royal Park korpus D ev 14 ünvanında yerləşən yaşayış yerində haqqı bütövlükdə ərin işəgötürəni tərəfindən ödənildiyi müddətdə yaşaya bilərlər. Adıçəkilən yaşayış yeri üzrə haqq və digər xərclər hazırda bütövlükdə ərin işəgötürəni tərəfindən qarşılanır. Ərin işəgötürəni tərəfindən həmin yaşayış yeri üzrə haqqın və digər xərclərin ödənilməsinin dayandırılmasına görə ər məsuliyyət daşımır. Barışıq sazişinin hüquqi nəticələri: 1. Tərəflər üçün məcburi olan bu banşıq sazişi məhkəmə tərəfindən müvafiq qərardadla təsdiq edildikdən sonra qüvvəyə minir və tərəflər rəsmi nikahda olduğu müddət ərzində qüvvədədir. 2. Hazırki barışıq sazişi eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədə Azərbaycan dilində tərtib olunmuşdur: bir əsl nüsxə ərdə, digər əsl nüsxə arvadda saxlanılır, üçüncü əsl nüsxə isə məhkəməyə təqdim edilir. 3. Barışıq sazişinin şərtlərinin pozulması və ya layiqincə icra edilməməsi icra üzrə icraatın başlanılması üçün əsasdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən aidiyyat qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Hazırki vəziyyətdə məhkəmə hesab edir ki, nə qədər ki, tərəflər arasında xx xxxxxx 2020-ci il tarixdə bağlanmış barışıq sazişi mübahisələndirilməyib və qanuni qüvvəyə minmiş məhkəmə qərardadında artıq X3 və övladı xx.xx.2014-cü il təvəllüdlü X7 yaşayış yerləri müəyyən edilməklə qiymət verilib yaşayış yeri ilə təmin etməsi ilə əlaqədar nikahda olduqları müddətdə hər ay 1500 ABŞ dolları tutulmasına dair iddia tələbi təmin edilə bilməz. (Bakı şəhəri Yasamal rayonu X13 Dairəvi yol 10 Royal Park korpus D ev 14 ünvanında yerləşən yaşayış yerində haqqı bütövlükdə ərin işəgötürəni tərəfindən ödənildiyi müddətdə yaşaya bilərlər. Adıçəkilən yaşayış yeri üzrə haqq və digər xərclər hazırda bütövlükdə ərin işəgötürəni tərəfindən qarşılanır. Ərin işəgötürəni tərəfindən həmin yaşayış yeri üzrə haqqın və digər xərclərin ödənilməsinin dayandırılmasına görə ər məsuliyyət daşımır) Belə ki, barışıq sazişində nəzərdə tutulan şərt Cavabdeh2 tərəfindən yerinə yetirilmədiyindən həmin qərardadın icra edilməsi üçün icra vərəqəsinin verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməlidir. Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə məhkəmə aktlarını, qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir (MPM-in 15.1-ci maddəsi). «İcra haqqında» Qanunun icra sənədi kimi qəbul etdiyi Azərbaycan Respublikası məhkəmələrinin qərarları özündə həm məhkəmə qətnaməsini, həm də qərardadı ehtiva edir. Buna görə də barışıq sazişi bağlanmaqla icraatına xitam verilmiş işlər üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərardadları digər məhkəmə aktları ilə eyni hüquqi qüvvəyə malikdir. Mülki prosessual qanunvericilikdə müəyyən münasibətlərin tənzimlənməməsi, öz əlamətlərinə və hüquqi nəticələrinə görə digər prosessual qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə boşluğun tamamlanması məqsədilə hüququn analogiyasının və qanunun analogiyasının tətbiqi üçün əsas verir. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsində göstərilmişdir ki, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir (qanunun analogiyası). Həmin Məcəllənin 13.5-ci maddəsinə görə belə normalar da olmadıqda məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür (hüququn analogiyası). Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar