Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-720/2024 23.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail rayon Məhkəməsinin hakimi İlkin Şahin oğlu Rüstəmli, İddiaçı - cavabdeh AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə qarşı «rəyin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı - cavabdeh AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə qarşı «rəyin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsi yolverilməzliyinə görə qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılm alı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, iddianın yolverilməzliyi dedikdə, iddia ərizəsinin mümkünlüyünü istisna edən elə halların mövcud olması başa düşülür ki, həmin halların aradan qaldırılması mümkün olmur və buna görə də iddia ərizəsi üzrə məhkəmə icraatının başlanması və həyata keçirilməsi istisna edilir. İddia ərizəsindən görünür ki, iddiaçı Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş “mülki iş üzrə əmtəəşünaslıq ekspertizasının aparılmasından imtina edilməsi haqqında” 13 aprel 2023-cü il tarixli məlumatın etibarsız hesab olunmasını xahiş edir. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş qətnamədə qeyd olunmuşdur ki, qızıl-zinyət əşyalarının qiymətləndirilməsi məqsədilə məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyi (Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/7778 saylı, xx.xx.2022ci il tarixli rəyi) ilə əlaqədar qeyd olunmalıdır ki, həmin ekspert rəyi mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, ekspert əlavə araşdırma aparmadan, iddiaçı tərəfindən təqdim edilmiş mütəxəssis rəyini eynilə təkrarlamışdır. Həmçinin sonradan məhkəmə iclasında iddiaçı, onun vəkili və nümayəndəsi izahat verərək, ilkin iddia ərizəsində göstərilən bir neçə qızılların fotoşəkillərinin ümumiyyətlə mövcud olmadığını bildirmişlər. Sonradan məhkəmə tərəfindən təkrar əmtəəşünaslıq ekspertizası təyin edilmiş, lakin Ədliyyə Nazrliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1532-6/1357-4/382 saylı məktubu ilə rəy verilməsi üçün zəruri olan tədqiqat obyektləri (zərgərlik məmulatları) təqdim edilmədiyindən ekspertizanın aparılmasından imtina edilmişdir. Məhkəmə qeyd edir ki, AR MPM-nin 102-ci maddəsinə əsasən, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Bu baxımdan, məhkəmə qeyd edir ki, hazırki iddia ərizəsinə əsasən mübahisələndirilən AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məlumat məktubu ayrıca icraatda mübahisələndirilə və müstəqil formada məhkəmə baxışının predmeti ola bilməz. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü və 153.5-ci maddələrinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263 və 264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı - cavabdeh AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə qarşı «rəyin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-720/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-720/2024
23.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver