Məhkəmə qərarları › İş №2(009)-731/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-731/2023

05.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-731/2023 05.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X3 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı - Cavabdeh qarşı «pul tələbi» barədə iddiası üzrə mülki işə Bakı şəhərində 05 may 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 9,200 manat məbləğində pulun və 112 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 2019-cu ildən Nailə adlı şəxsin evində kirayədə qalırdı. Cavabdeh bacısı Nailə adlı şəxs vasitəsilə tanımışdır. Belə ki, 2020-ci ildən mart ayında Nailənin evində onun yeni doğulmuş nəvəsini görmək üçün gedən zaman Sevda ada onlarda idi və onunla da orada tanış olmuşdur. Qeyd edir ki, onun ailəsi yoxdur və kimsəsiz qadındır. Kafedə xadimə və qabyuyan işləməklə özünü dolandırır, həmçinin tikişi bacardığına görə boş vaxtlarında həm tikiş işi, həm də səyyar mal ticarəti ilə məşqul olur. Yəni müxtəlif geyim əşyaları alıb satır. Həmçinin özü də tikib satır. Bir gün Nailə onu bacısı Sevda gilə apardı və o Sevda ilə yaxından tanış oldu. Bundan sonra Sevda onu tez-tez evlərinə çağırır, cay və şirniyyat qonaqlığı verirdi. Sən demə o onu xoş münasibəti ilə ovsunlayaraq gələcəkdə pullarını ələ keçirtmək niyyəti güdürmüş. Belə ki, Sevda ona bildirdi ki, qızına nişan edəcək və pula ehtiyacı var. O ona borc pul versin, o işlərini həll etsin və onun pulunu yavaş-yavaş qaytaracaqdır. O əlində nəğd pul olmadığını dedi. Kredit götürüb verə biləcəyini bildirdi. O isə ona minnətdarlığını bildirərərk bu yaxşılığını yerdə qoymayacağı, tənha olduğundan hər zaman onun yanımda olacaqlarını, tənha qadın olduğundan öz ailələrini onun ailəsi hesab etməyini bildirdi. O də onun hiyləgər şirin dilinə aldanır və ona borc şəklində pullar verirdi. Belə ki, o 2020-ci ilin iyul ayının 27-də Sevdanın qızı ilə birlikdə Beynəlxalq Banka getdi və tamkart aldı və 500 manat kartda pul verdilər. Həmçinin həmin bankdan, həmin gün 2300 manat da kredit götürdü. Tamkartm özünü və 2300 manat pulu nəğd şəkildə Sevdaya verdi. Həmçinin Sevda yenə pula ehtiyacının olduğunu bildirirdi və buna görə 4 ay ərzində hər ay 350 manat aldığı maaş pulumu, yəni 1400 manat 4 ay maaşının pulunu Sevdaya vermişdi. Bu ərəfədə o mal satırdı və Sevda ona bildirdi ki, əlində mal varsa ver həmin malları satmaqda sənə kömək edim. Oda Sevdaya 4000 manatlıq mal, yəni geyim-paltar əşyalarını verdi. O malları ona verərkən yanında Arzu adlı tanışı da onun yanında olmuşdur. Sevda həmin malları da satdı və 1 manat da olsun onun pullarından qaytarmadı. Qeyd edir ki, 4000 manatlıq aldığı malın pulunu, alver etmək üçün qohumu Tamamnaz Məmmədovadan almışdı. Həmin malların pullarını da Sevda qaytarmamış və o Tamamnaz Məmmədovanın pulunu qaytara bilməmişdir. Nəticədə Sevdanın ona 9200 manat borcu yarandı. Sevdaya verdiyi 2300 manat pulu bankdan götürdüyünə görə və gecikmələr yarandığına görə banka əlavə faiz borcları da ödəmişdir. Həmçinin qeyd edir ki, tamkartdan 500 manatı Sevda özü çəkmişdir, onlar həmin pulu ödəmədiklərinə görə həmin pulun üstünə küllü miqdarda faizlər gəlmişdir. Həmin faizləri də onun təqaüdündən çıxmışlar. Sonda o də məcbur qalıb 500 manat tam karta olan borcunu özü bağlamaq məcburiyyətində qaldı. Borc alaraq həmin məbləği da ödədi. Nəticədə həm verdiyi nəğd şəkildə pullar və verdiyi mallara görə Cavabdeh ona 9200 manat borcu yarandı. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş ödəniş qəbzlərini qəbul edir. Belə ki, həmin qəbzlərdə göstərilən məbləğlər onun bankdan götürmüş olduğu 2,300 manat borcun bir hissəsinin ödənilməsində istifadə edilmişdir. İş materiallarında olan malların ona təhvil verilməsi ilə bağlı cavabdehin gəlini tərəfindən tərtib olunmuş siyahıda qeyd olunan mallar həqiqətən də onun özünə qaytarılmışdır. Lakin qalan digər mallar ona qaytarılmamışdır. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia ərizəsini qəbul etməyərək, iddianın təmin edilməməsini xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, iddiaçı 500 manatlıq tam kartı öz adına aldıqdan sonra həqiqətən də ona vermişdir. Bundan başqa iddiaçı yenidən bankdan öz adına 2,300 manat borc götürərək həmin pulu da cavabdehə vermişdir. Lakin həm 500 manat borcu, həm də 2,300 manat borcu cavabdeh öz vəsaiti hesabına bağlamışdır. Qeyd edilən məbləğlərlə bağlı cavabdehin iddiaçıya borcu qalmamışdır. İddiaçının 4 ay ərzində hər ay 350 manat olmaqla ümumilikdə 1,400 manat pulu cavabdehə verməsi həqiqəti əks etdirmir. Belə ki, cavabdeh iddiaçından sözügedən məbləği almamışdır. İddiaçının əlində həmin dövrdə satılıq malı var idi. İddiaçının daimi yaşaması üçün yeri olmadığından o, cavabdehdən həmin malları öz evində saxlamasını və satışından əldə edilən pulu iddiaçıya verməsini xahiş etmişdir. Bundan sonra o, həmin malların kiçik bir qismini öz qohumlarına satmış və satışdan əldə edilən pulu iddiaçıya vermişdir. Həmin pulun məbləği 100 manat civarında idi. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin “bankdan götürülən 2,300 manat pulun cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə qismən əsaslıdır. Belə ki, iş materiallarında olan 142151, 172125, 37369, 167926, 30957, 10964, 102653 63848, 90991, 158491, 24189, 126336, 121222, 20234 nömrəli qəbzlərin surətlərindən görünür ki, İddiaçı hesabına ümumilikdə 1,264 manat pul köçürülmüşdür. Bundan başqa eyni zamanda məhkəmə iclasında iddiaçı sözügedən qəbzlərin həqiqliyini qəbul edərək, qəbzlərdə göstərilmiş məbləğlərin sözügedən borc müqabilində cavabdeh tərəfindən ödənildiyini bildirmişdir. Cavabdeh 2,300 manat borcun bütövlükdə onun tərəfindən ödənildiyini qeyd etsə də, bunu təsdiq edə biləcək mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən, iddiaçının öz adına bankdan borc götürdüyü və cavabdehə verdiyi 2,300 manat pulun 1,264 manat hissəsi cavabdeh tərəfindən ödənilmiş hesab edilməklə, qalan 1,036 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “tam kart üzrə 500 manat pulun cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə əsaslıdır. Belə ki, cavabdeh sözügedən məbləğin özü və oğlu tərəfindən iddiaçıya tam ödənildiyini bildirsə də, bunu təsdiq edə biləcək mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh həmin məbləği iddiaçıdan aldığını etiraf etməsinə baxmayaraq, iddiaçıya sonradan geri ödədiyini məhkəmə iclasında sübut edə bilməmişdir. Bu səbəbdən tam kart borcu üzrə 500 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “4 ay ərzində hər ay 350 manat olmaqla cəmi 1,400 manat pulun cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə əsassızdır. Belə ki, iddiaçı qeyd edilən halı təsdiq edə biləcək mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddia tələbinin “iddiaçıya məxsus malların satışından əldə olunan 4,000 manat pulun cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə də əsassızdır. 31 mart 2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında şahid qismində ifadə vermiş X1 bildirmişdir ki, iddiaçı satılmalı əşyaları cavabdehə vermək üçün gətirdikdə o da həmin vaxt orada olmuşdur. Malların dəyəri haqqında məlumatı yoxdur. Mallar corablardan və geyimlərdən ibarət olmuşdur. Mallar siyahıya alındıqda o da orada olmuşdur. Malların kiçik bir qismi satıldıqdan sonra qalan hissəsi iddiaçıya geri qaytarılmışdır. Satışdan əldə edilən pulun məbləği 100 manatdan artıq olmazdı və həmin pul da iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə satmaq üçün vermiş olduğu malların dəyərinin 4,000 manat olduğunu məhkəmə iclasında sübut edə bilməmişdir. İddiaçının cavabdehə öz evində saxlaması və satması üçün malları təhvil verməsi işin mübahisəsiz halıdır. Lakin iddiaçı sözügedən malların hamısının cavabdeh tərəfindən satıldığını və pullarının mənimsənildiyini qeyd etsə də, məhkəmə iclasında təqdiq edilmiş sübutlar və şahid ifadəsi ilə bu hal müəyyən edilməmişdir. Bundan başqa iddiaçı cavabdeh tərəfindən malların bir hissəsinin ona qaytarıldığını qəbul etsə də, iddia etdiyi qaytarılmayan qalan digər malların mövcudluğunu, habelə hansı növ malların onun tərəfindən cavabdehə satılması üçün verildiyini təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Mülki Məcəllənin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi MM-in 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmin ünsürlərdən hər hansı birinin aşkar edilməməsi deliktə söykənən tələbin rədd edilməsi üçün əsasdır. Hazırkı mübahisədən görünür ki, cavabdeh iddiaçının ona olan etibarından suiistifadə edərək iddiaçıya məxsus pulu əldə etmiş, həmin pulu öz şəxsi xərcləri üçün istifadə etmiş, o puldan yalnız bir hissəsini iddiaçıya geri qaytarmış və bunun nəticəsində cavabdeh varlanmış, iddiaçı isə zərərə məruz qalmışdır. Qanuni əsas dedikdə elə əsas nəzərdə tutulur ki, məhrum olan şəxs hər hansı öhdəlik və ya müqavilə olmadan başqa şəxsə əmlak verir və bununla da həmin şəxsi zənginləşdirir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə həmçinin hesab edir ki, MPM-nın 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və hazırkı iddia tələbi qismən təmin olunduğundan, ödənilmiş dövlət rüsumunun 60 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1,536 manat məbləğində pul vəsaiti və iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 60 manat hissəsi Cavabdeh alınıb İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar