Məhkəmə qərarları › İş №2(009)-739/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-739/2020

02.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-739/2020 02.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, Cavabdehin nümayəndəsi-vəkilinin X1 iştirakları ilə, İddiaçı- cavabdeh X3 (Cavabdeh2 3-cü şəxs qismində göstərilməklə) qarşı «sanuzelin bərpasına maneənin qadağan edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı- cavabdeh X3 (Cavabdeh2 3-cü şəxs qismində göstərilməklə) qarşı «sanuzelin bərpasına maneənin qadağan edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki,ünvan 1 ünvanda yerləşən 27 saylı mənzil iddiaçının mülkiyyətindədir. Lakin iddiaçı həmin mənzildə sanuzelin olmaması səbəbindən mənzilindən istifadə edə bilmir. Sanuzel üçün nəzərdə tutulmuş əsl yer özəlləşdirilərək cavabdehin mülkiyyətinə keçmişdir. Bu səbəbdən iddiaçı ona məxsus mənzilin sanuzelini bərpa edə bilmir. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq etirazında göstərmişdir ki, iddiaçı bir neçə il əvvəl faktiki olaraq obyekt olan, ancaq sənəddə mənzil kimi göstərilən sahəni almışdır. Sanitar qovşağının olub-olmamasına alqı-satqı zamanı əhəmiyyət verməyən iddiaçı hazırda özünə aid sanitar qovşağı cavabdehin mülkiyyəti olan sahəyə xələl gətirərək təmir etmək istəyir. Heç bir sahənin sanitar qovşağı cavabdehə məxsus sahədən keçməyib. Hazırda əgər iddiaçının həqiqətən fikri sanitar qovşaq yaratmaqdırsa, bütün kommunikasiyalar mənzilin divarı ilə yaxınlıqdan keçir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə iddiaçı və 3-cü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndə-vəkili məhkəməyə ərizə təqdim edərək, iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndə-vəkili iddia tələbini qəbul etməyib, etiraz ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir Məhkəmə cavabdeh tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan RX seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən 27 saylı mənzil İddiaçı mülkiyyətindədir. 001908 saylı Mülkiyyət hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən ikimərtəbəli binanın zirzəmisindəki 105,6 kv.m qeyri-yaşayış sahəsi X2 xüsusi mülkiyyətindədir. İddiaçı mübahisəli zirzəmiyə mülkiyyət hüquqlarını təsdiq edən sənəd kimi mülkiyyətçisi olduğu RX seriyalı ******* nömrəli Çıxarışı təqdim etmişdir. Lakin məhkəmə araşdırılması zamanı həmin sənədlə zirzəminin deyil, məhz 27 saylı mənzilin mülkiyyət hüquqları, həmçinin ümumi sahəsi müəyyən olunmuşdur. Beləliklə, məhkəmə araşdırılması zamanı mübahisəli zirzəmiyə dair mülkiyyət hüququ üzrə hər hansı sübut məhkəməyə təqdim edilməmiş, əvəzində isə cavabdeh tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinə aid xüsusi mülkiyyət hüquqlarını təsdiq edən sənəd məhkəməyə təqdim edilmişdir. Araşdırılmış işin halları və iş materialları ilə, mübahisəli zirzəminin mülkiyyət hüququ üzrə iddiaçıya deyil, cavabdehə məxsus olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İstinad edilən Məcəllənin 5.1-ci maddəsinin tələbinə görə hər hansı bir fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Tətbiq olunan hüquq normalarından göründüyü kimi, hər hansı fiziki və ya hüquqi şəxs yalnız özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh X3 qarşı Bakı şəhəri, Ə.Cavad küçəsi 01 saylı evin 27 saylı mənzilin altında olan zirzəminin hesabına sanitar qovşağı bərpa etməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, həmin mübahisəli zirzəmiyə dair özünün hüquqlarını təsdiq edən hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Ona görə də, mübahisə edilən zirzəmiyə hüquqların mövcud olmadığı halında, həmin zirzəmiyə iddia edilən hüquqlar iddiaçıya münasibətdə dövlət tərəfindən tanınan və qorunan hüquqlara aid edilə bilməz. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbləri əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə həmçinin MPM-nın 119-cu maddəsinə əsaslanaraq hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və hazırki iddia təmin olunmadığından, məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı - cavabdeh X3 (Cavabdeh2 3-cü şəxs qismində göstərilməklə) qarşı «sanuzelin bərpasına maneənin qadağan edilməsi» iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar