Məhkəmə qərarları › İş №2(009)-745/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-745/2020

09.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-745/2020 09.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi Cavabdeh3 QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 - cavabdehlər Cavabdeh3 QSC-yə və Cavabdeh1 MMC-yə qarşı “əmlakın qiymətləndirilməsinin nəticələrinə dair hesabatın və yekun protokolun etibarsızlığı” tələbi üzrə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2- cavabdehlər Cavabdeh3 QSC-yə və Cavabdeh1 MMC-yə qarşı “əmlakın qiymətləndirilməsinin nəticələrinə dair hesabatın və yekun protokolun etibarsızlığı” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC tərəfindən keçirilən əmlakın qiymətləndirilməsinin nəticələri haqqında xx xxxxxx 2019-cu il tarixli hesabatın və hərracın yekun nəticələrinə dair protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, mülki iş üzrə iddiaçı məhkəmə iclasına gəiş vəlməm gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmiş, həmçinin cavabdehin nümayəndəsi işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, cavabdehin nümayəndəsi isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 - cavabdehlər Cavabdeh3 QSC-yə və Cavabdeh1 MMC-yə qarşı “əmlakın qiymətləndirilməsinin nəticələrinə dair hesabatın və yekun protokolun etibarsızlığı” tələbi üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar