Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-748/2023 12.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili E.X.Nuriyevin, CavabdehN iştirakları ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və CavabdehN qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair idida ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və CavabdehN qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.NNNN-ci il tarixdə mülkiyyətində olan “Mazda” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri, Ələsgər Qayıbov küçəsində yerləşən avtoservisin qarşısında təmir üçün saxlamışdır. CavabdehN xx.xx.NNNN-ci il tarixdə saat NN.NN radələrində yol vərəqəsi əsasında idarə etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məxsus “MAZ” markalı PN9699 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini mülkiyyətində olan “Mazda” markalı **-MF-*** dövlət qeydiyyat vasitəsinə və digər nəqliyyat vasitələrinə vurmuşdur. CavabdehN Azərbaycan Respublikası İXM-nin 3N7.1-ci maddəsinə əsasən təqsirli bilinərək 4N manat cərimə edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində mülkiyyətində olan “Mazda” markalı **- MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə texniki baxış keçirilmiş və qüsur aktı tərtib edilmişdir. Mülkiyyətində olan “Mazda” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 543N manat qiymətləndirilmişdir. CavabdehN hərbi qulluqçudur. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və CavabdehN 543N manat dəymiş zərərin, 3NNN manat mənəvi zərərin və 1N4 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili X1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, cavabdeh tərəfindən təqdim olunan ziyan aktındakı məbləğ həddindən artıq aşağı göstərilmişdir, adi fotoşəkillərdən dəyən ziyanın kifayət qədər yüksək olması müəyyən olunur. Ona görə də ziyan aktı kimi onlar tərəfindən təqdim olunan sənədi sübut kimi qiymətləndirilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış CavabdehN iddia tələbini qismən qəbul edərək öz izahatında göstərmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsində o, günahkardır. İddiaçının mülkiyyətində olan avtomaşına dəyən ziyanın ödəməkdən imtina etmir, lakin onların məhkəməyə təqdim etdiyi qüsur aktında göstərilən ziyan məbləği real deyil, NN ildən çox istismar olunan avtomaşının satış qiyməti o həddə deyil. Qiymətləndirmədə bütün detalların yenisi ilə əvəz edilməsi göstərilib, lakin fotoşəkillər və onun tərəfindən təqdim olunan qiymətləndirmə aktında həmin ziyan məbləğinin kifayət qədər aşağı olması müəyyən edilir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.NNNN-ci il tarixli AD№736748 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən «Mazda» minik markalı, ** MF *** dövlət qeydiyyat nişanlı avtomaşın İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.NNN3-cü il tarixli arayışına əsasən MAZ 64N5N8 markalı P N96 QQ hərbi qeydiyyat nömrə nişanlı avtomobil texnikası və TSP ********* markalı Y NN9 QQ hərbi qeydiyyat nömrə nişanlı avtomobil qoşqusu N nömrəli hərbi hissəyə məxsusdur. İş üzrə N nömrəli hərbi hissə komandirinin xx.xx.NNNN-ci il tarixli, 573 nömrəli əmrindən çıxarışının surətindən görünür ki, N nömrəli hərbi hissəyə məxsus avtomobil texnikaları xx.xx.NNNN-ci il tarixdən xx.xx.NNNN-ci il tarixədək istismara buraxılması məqsədi ilə MAZ 64N5N8 markalı P N96 QQ hərbi qeydiyyat nömrə nişanlı avtomobil texnikasına, TSP-94186- NNNNN-1N markalı, Y NN9 QQ hərbi qeydiyyat nömrə nişanlı avtomobil qoşqusuna (şassi: 8NNNN3N6, mühərrik: 7NNN5317, sayğac: N67N11, sürücü: MAHHXHQ əsgər CavabdehN Zərəf oğlu, maşın böyüyü: MAHHXHQ əsgər CavabdehN Zərəf oğlu) 15NN km. motoehtiyyatın ayrılması, avtomobil texnikalarının sürəti 35-4N km/saata qədər olması, daşınmaya cəlb olunan avtomobil texnikalarını xx.xx.NNNN-ci il tarixdə baxışa hazır etməsi, sürücü və maşın başçıları yol hərəkəti və texniki təhlükəsizlik qaydalarına riayət etməklə məlumatlandırılması, əmrin icrasına nəzarət maddi-texniki təminat bölmə rəisinə tapşırılması əmr edilmişdir. İş üzrə xx.xx.NNNN-ci il tarixli inzibati xəta haqqında protokola və həmin protokol əsasında qəbul edilmiş inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında qərara əsasən CavabdehN xx.xx.NNNN-ci il tarixdə idarə etdiyi “MAZ” yük markalı, PN96QQ dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yedəyə alma qaydalarını pozmuşdur. Bununla bağlı CavabdehN barəsində AR İXM-nın 3N7.1-ci maddəsinə əsasən 4N manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş üzrə fiziki şəxs XN tərəfindən tərtib edilmiş xx.xx.NNNN-ci il tarixli servis qiymətləndirilməsinə əsasən «Mazda 3N3» markalı ** MF *** dövlət nömrə nişanlı avtomobilinə baxış keçirilmiş və avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün cəmi 543N manat vəsait hesablanmışdır. İş üzrə İddiaçı, Hüseynov Həzi, Şirinov Elman, Həsənov Kazım, Hacıverdiyev Kazım tərəfindən tərtib edilmiş xx.xx.NNNN-ci il tarixli aktdan görünür ki, xx.xx.NNNN-ci il tarixdə, saat NN.NN-da Bakı şəhəri, Ə.Qayıbov küçəsi, (Baksol yolu) N3N nömrəli Hərbi hissəyə məxsus MAZ markalı P N96 QQ dövlət qeydiyyat nişanlı qoşqulu avtomobil Hüseynov Həziyə məxsus “Ford Fokus” (NNN1) ** BR *** dövlət nömrəli, Şirinov Elmana məxsus “Ford Fokus” (NNN1) ** RP *** dövlət nömrəli və İddiaçı məxsus “Mazda 3N3” (NNN1) ** MF *** dövlət nömrəli avtomobilləri yararsız hala salmışdır. Belə ki, onlara məxsus avtomobillər təmir üçün avtoservisin qabağında parklanmışdır. Hüseynov Həziyə məxsus avtomobil tam yararsız, yəni metallomluq, dəymiş zərər təxminən 8NNN manat, Şirinov Elmana məxsus maşına 51NN manat, İddiaçı məxsus maşına isə təxminən 478N manat zərər dəymişdir. Bütün xərclər servis tərəfindən hesablanmışdır. Qəzaya aid bütün sənədlər Nərimanov rayonu DYPŞ tərəfindən tərtib olunmuşdur. İş üzrə İddiaçı tərəfindən Nərimanov RPİ DYPŞ-də xx.xx.NNNN-ci il tarixdə verilmiş izahatın surətindən görünür ki, o, özünə məxsus olan “Mazda” markalı, 99MF9NN dövlət qeydiyyat nişanlı avtomaşını Ə.Qayıbov küçəsində avtoservisin qarşısında təmir üçün saxlamış, özü də kənarda olmuşdur. Sonra ona məlum olmuşdur ki, xx.xx.NNNN-ci il tarixdə, saat NN.NN-da “MAZ” markalı hərbi yük avtomobilin arxa qoşqusu açılaraq onun və digər avtomobillərə zərər yetirmişdir. Hadisə zamanı avtomobilinə zərər dəyib. İş üzrə CavabdehN tərəfindən Nərimanov RPİ DYPŞ-də xx.xx.NNNN-ci il tarixdə verilmiş izahatın surətindən görünür ki, o, yol vərəqəsi ilə idarə etdiyi “MAZ” markalı PN96QQ dövlət nömrə nişanlı avtomaşınla xx.xx.NNNN-ci il tarixdə saat NN.NN radələrində Ələsgər Qayıbov küçəsi ilə üzü Ziya Bünyadov prospekti istiqamətində hərəkət edərkən Bülbül prospekdə çatmamış kolonda hərəkət edən zaman avtomobildə yüngüllük hiss etmiş, yan güzgüdən görmüşdür ki, TSP markalı Y NN9 QQ dövlət nömrə nişanlı yarım qoşqu hissəsi avtomaşının ayrılaraq yol kənarında dayanmış “Mazda” markalı **-MF-*** nömrə nişanlı, “Ford” markalı **-RP-*** nömrə nişanlı, “Ford” markalı **-BQ-*** nömrə nişanlı avtomaşınlara zədələdi. Hadisə zamanı xəsarət alan olmayıb. Spirtli içki qəbul etməmişdir. Hadisədən sonra o, hərbi hissəyə məlumat vermis, Nərimanov rayon yol polisi və Hərbi polis hadisəni qeydə almışdır. İş üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə tərəfindən verilmiş N nömrəli yol vərəqəsinin surətindən görünür ki, “MAZ 64N5N8” markalı P N96 QQ hərbi qeydiyyat nömrə nişanlı yük avtomobili TSP-94186-NNNNN-1N markalı, Y NN9 QQ hərbi qeydiyyat nömrə nişanlı avtomobil qoşqusu ilə xx.xx.NNNN-ci il tarixdən xx.xx.NNNN-ci il tarixədək maşın böyüyü və sürücüsü əsgər CavabdehN adına N nömrəli hərbi hissə-A.A.H.M.-Bakı şəhəri-N nömrəli hərbi hissə marşrut üçün yol vərəqəsi verilmiş, xx.xx.NNNN-ci il tarixdə avtomobilin çıxma vaxtı NN.3N, gəlmə vaxtı NN.3N qeyd edilmişdir. İş üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyi MTİBİ STİ Avtomobil Xidməti rəisi tərəfindən verilmiş xx.xx.NNNN-ci il tarixli nəqliyyat vasitəsindən istifadə hüququ 15N4 nömrəli talonun surətindən görünür ki, “MAZ-64N5N8” markalı, PN96QQ hərbi qeydiyyat nişanlı avtomobil (gövdə No 8NNNN3N6, mühərrik No 7NNN5317, passport No AON7633) N nömrəli hərbi hissəyə məxsusdur. İş üzrə xx.xx.NNN3-cü il tarixdə Salyan rayon “İnam-93” KM tərəfindən tərtib edilmiş ziyan aktına əsasən «Mazda-3N3» markalı ** MF *** dövlət qeydiyyat nişanlı avtomaşına qəzadan sonra baxış keçirilmiş və həmin avtomaşına dəyən ziyanın ümumi məbləği 166N manat təşkil edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məxsus MAZ 64N5N8 markalı P N96 QQ hərbi qeydiyyat nömrə nişanlı yük avtomobili yol vərəqəsinə əsasən CavabdehN tərəfindən idarə olunarkən avtomobilə qoşulmuş TSP-94186- NNNNN-1N markalı Y NN9 QQ hərbi qeydiyyat nömrə nişanlı avtomobil qoşqusu açılmış və nəticədə iddiaçıya məxsus olan «Mazda» markalı ** MF *** dövlət qeydiyyat nişanlı avtomaşını zədələmişdir. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində Nərimanov rayon RPİ-nin DYPŞ tərəfindən müvafiq inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında qərara əsasən CavabdehN AR İXM-nin 3N7.1-ci maddəsi ilə təqsirli bilinərək 4N manat məbləğində cərimə olunmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan «Mazda» markalı ** MF *** dövlət qeydiyyat nişanlı avtomaşına maddi ziyan dəymiş və iddiaçı tərəfindən təqdim edilmiş zərər aktına əsasən həmin ziyan 543N manat təşkil etmişdir. Məhkəmə qeyd edir ki, CavabdehN xx.xx.NNNN-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli hesab olunduğundan, iddiaçı avtomaşına vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi məhkəməyə təqdim olunmuş qiymətləndirmə aktı zədələnmiş hissələrin hamısının yenisi ilə əvəzlənməsi və yeni detalların qiyməti əsasında tərtib edilmişdir. Lakin yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş avtomaşının hadisədən sonra çəkilmiş fotoşəkillərindən belə məlum olur ki, qüsur aktında göstərilən detalların hamısının dəyişdirilməsinə zərurət yaranmamış, həmin hissələr təmir nəticəsində bərpa oluna bilər. Buna görə də məhkəmə cavabdeh tərəfindən iddiaçının avtomaşınına hadisə ilə əlaqədar dəymiş ziyanın məbləğini nəzərdə tutan qüsur aktı daha mötəbər sübut kimi qəbul edilməlidir. Lakin müqayisəli şəkildə qüsur aktları tədqiq olunarkən məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi qüsur aktında dəyişdirilməli olan hissələrin qiymətləri də ziyan məbləği kimi müəyyən edilməlidir. Cavabdeh tərəfindən təqdim olunan ziyan aktında qabaq sağ yan güzgünün zədələnməsi qeyd edilsə də, onun qiyməti barədə məlumat həmin aktda əks olunmamış, eyni zamanda dəyişdirilməli şüşə qiymətləri arasında və rəngsaz işlərinin görülməsi ilə bağlı məsrəflər arasında da fərq mövcuddur. Fotoşəkillərdən qabaq bufer, oblisovkanın zədələnməsi müəyyən edildiyindən, onların dəyişdirmə zərurəti nəzərə alınaraq iddiaçı tərəfindən təqdim olunan qüsur aktındakı qiymətlər nəzərə alınır. Beləliklə, məhkəmə dəyişdirilməli olan arxa şüşənin N5N manat, sağ güzgünün N3N manat, qabaq buferin 33N manat, oblisovkanın 13N manat, görüləcək dəmirçi işlərinin 9NN manat, rəngsaz işlərinin 8NN manat təşkil etməsini nəzərə alaraq hesab edir ki, iddiaçıya məxsus avtomaşına vurulmuş ziyan məbləği - N64N manat real ziyan kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin N1.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin N1.N-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin N1 və N3-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may NNNN-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin N1-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. AR Mülki Məcəllənin 1N96-ci maddəsinə (Mülki Hüquq pozuntuları (deliktlər) anlayışı) əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən Məcəllənin 1N97-ci maddəsinə (mülki hüquq pozuntuları üçün məsüliyyətin əsasları) əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işguzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Məhkəmə vurulmuş ziyanın hər iki cavabdehdən tutulması ilə bağlı tələb üzrə qeyd edir ki, yolnəqliyyat hadisəsində inzibati xəta haqqında qərara əsasən CavabdehN təqsirli hesab olunduğundan və nəqliyyat vasitəsi CavabdehN tərəfindən qanuni əsaslarla (yol vərəqəsi əsasında) idarə olunduğundan, zərərin əvəzini ödənilməsi öhdəliyi hər iki cavabdehin üzərinə qoyula bilməz. Yəni məhkəmə hesab edir ki, iddiaçı tərəfindən zərərin əvəzini ödənilməsi ilə bağlı irəli sürülmüş tələb hər iki cavabdehə qarşı yönəldilsə də, ziyanın əvəzinin ödənilməsi vəzifəsi AR Mülki Məcəllənin 11N8.1-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyini qanuni əsaslarla idarə etmək hüququna dair yol vərəqəsi ilə idarə edən və yol-nəqliyyat hadisəsinin törətməkdə təqsirli hesab olunan cavabdeh – CavabdehN üzərinə qoyulmalıdır. AR Mülki Məcəllənin 11N8.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 11N8.N-ci madəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Mülki qanunvericiliyin tələblərinə əsasən yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə cavabdehliyi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxs daşıyır. Lakin eyni zamanda qanunvericiliyin tələbinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Bu halda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Əks halda vurulmuş ziyana görə məsuliyyəti həm mənbə sahibi, həm də ona hüquqa zidd yiyənlənmiş şəxs birgə daşıyır. Məhkəmə qeyd edir ki, «MAZ 64N5N8» markalı PN96QQ hərbi qeydiyyat nömrə nişanlı avtomaşını (TSP ********* markalı YNN9QQ hərbi qeydiyyat nömrə nişanlı avtomobil qoşqusu ilə) hadisə vaxtı yol vərəqəsi əsasında CavabdehN tərəfindən idarə edildiyi üçün və bununla da avtomaşın onun qanuni istifadəsində olduğu üçün, hazırki tələb üzrə vurulmuş ziyanla bağlı cavabdehliyi yalnız avtomaşını qanuni əsaslarla idarə edən şəxs daşıyır. Beləliklə məhkəmə hesab edir ki, vurulmuş ziyana görə cavabdehliyi yalnız hadisəni törətmiş şəxs, yəni CavabdehN daşıdığı üçün, irəli sürülmüş tələb üzrə cavabdehliyi də məhz o, daşımalıdır. Bu səbəbdən iddia tələbinin dəymiş ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli, vurulmuş maddi ziyanın əvəzi kimi N64N manat CavabdehN iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin mənəvi zərərə görə 3NNN manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsaslı hesab edilə bilməz. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.NNN8-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. AR MPM-nin 14.N-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin N18.1-ci maddəsiən əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, mənəvi ziyanın tutulması hissəsində tələb təmin edilməməlidir. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, maddi ziyanın tutulması hissəsində tələb qismən təmin olunduğundan, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə təmin olunmuş tələbə mütənasib olaraq 46,4N manat məbləğində pul tutulmalıdır. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin N16-NNN-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. CavabdehN vurulmuş maddi ziyanın əvəzi kimi İddiaçı xeyrinə N64N manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 46,4N manat, cəmi N686,4N (iki min altı yüz səksən altı manat, qırx qəpik) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-748/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-748/2023
12.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver