Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-749/2023 11.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı1 və onun vəkili X4 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6– cavabdeh Bakı şəhəri 28 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi vaxtının uzadılması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6– cavabdeh Bakı şəhəri 28 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi vaxtının uzadılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bacısı, X3 qalan miras əmlakın vərəsələr tərəfindən qəbul edilməsi ilə bağlı ötürülmüş müddəti üzürlü hesab edilib uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: X14 xx.xx.2022-ci il tarixdə dünyasını dəyişmiş və o vərəsəlik açılması ilə bağlı 28 saylı notariat ofisinin xüsusi notariusu E.Ə.Kərimov rəsmi qaydada ərizə ilə müraciət etdi. E.Ə.Kərimov mirasın qəbul edilməsi üçün müddətin buraxılması səbəbindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246 və Notariat haqqında Qanunun 40-cı maddəsinə istinad edərək ona qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin verilməsindən imtina haqqında 21 dekabr 2022-ci il tarixli Qərar verdi. Həmin ərəfədə mübahisəli mənzilin reyestrdən çıxarışı mübahisə predmeti olaraq məkəmələrdə idi və qanunda nəzərdə tutulmuş müddətdə notariat ofisinə müraciət edilməsi mümkün deyildi, belə ki, bacısı, X7 qonşusu X12 aldatma yolu ilə mübahisəli mənzili ələ keçirmək məqsədi ilə alqı-satqı edərək adına qanunsuz yolla sənədləşdirmişdi. Bacısı sağlılğında bunu başa düşərək məhkəməyə müraciət etmiş və məhkəmə yolu ilə evini qaytarmağa çalışmışdı, lakin birinci instansiya məhkəməsindən sonra xəstəliyi ilə əlaqədar dünyasını dəyişdi və sonrakı instansiya məhkəmələrində onlar bacı-qardaşlar qanuni vərəsə olaraq mübahisəni davam etdirmişlər. Mübahisə Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarı ilə əvvəlki sahibinə qaytarılmışdır və müddətin ötürülməsinin əsas səbəbi məhz bundan ibarət olmuşdur. Göründüyü kimi o miras payını qəbul etməklə bağlı Bakı şəhəri 28 saylı notariat ofisinin müraciət etmişdir, lakin rəhbərliy tərəfindən müddətin ötməsi səbəbindən vərəsəlik işinin açılması həyata keçirilməmişdir. Hesab edir ki, onun vərəsəliyi qəbul etməsi ilə bağlı ötürülmüş müddət üzürlü hesab edilərək uzadılmalıdır və onların qanunvericilikdə nəzərdə tutulan müddətdə ərizə ilə notariat ofisinə müraciət etmək hüququ bərpa edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bacısı, X3 qalan miras əmlakın vərəsələr tərəfindən qəbul edilməsi ilə bağlı ötürülmüş müddətin üzürlü hesab edilib uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X15 iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 ərizə ilə məhkəməyə müraciət edərək, bacıları xx.xx.2022-ci il tarixdə dünyasını dəyişdiyini, onun vərəsələri olduqlarını, miras paylarından onlara düşən hissəsindən bacıları İddiaçı1 xeyrinə imtina edilməsi barədə ərizə verdiklərini və məhkəmə iclasının onların iştirakları olmadan baxılmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh Bakı şəhəri 28 saylı Notariat Ofisi nümayəndəsinin iştirakı olmadan işə baxılması barədı məhkəməyə ərizə ilə müraciət etmişdir. Məhkəmə MPM-in 185.6-cı maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iddia ərizəsini iş materialları əsasında nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri 28 saylı notariat ofisinin 21 dekabr 2022-ci il tarixli qərarından görünür ki, vətəndaş İddiaçı1 qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2516/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, X14 ilə X8 arasında Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsində yerləşən 65 saylı evin 3a saylı, bir otaqlı, sahəsi 23,1 kv.m olan mənzilinə dair Bakı şəhəri 5 saylı "ASAN Xidmət” mərkəzində notarial ofisində bağlanmış xx.xx.2021 -ci il tarixli. AN-İ No0940448 saylı reyestrdə 4Ə-746 nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında X2 adına Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsində yerləşən 65 saylı evin 3a saylı, bir otaqlı, sahəsi 23,1 kv.m olan mənzilinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və həmin mənzilə dair X5 mülkiyyət hüquqlarının bərpa edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2738/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2516/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 2(102)-5206/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2738/2022 nömrəli mülki iş üzrə 25 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, xx.xx.2022-ci il tarixli 251213 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2022-ci ildə vəfat etmiş və bu barədə xx.xx.2022-ci il tarixdə 181 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Səbail Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 46 saylı MKİS-in 762 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X14 1998-ci ildən xx.xx.2022-ci il tarixə kimi A.Məmmədov küçəsi, ev 65, mənzil 3A-da qeydiyyatda olub, ölüm gününə kimi həmin evdə yaşayıb. Hal-hazırda həmin evdə qeydiyyatda heç kim yoxdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 21 sentyabr 1957-ci il tarixində Bakı şəhərində anadan olmuşdur, ata qrafasında X25, ana qrafasında X10 qeyd edilmişdir. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Esmira Salar qızı 27 iyun 1998-ci il tarixində nikah bağlamışlar. Arvada Bəylərova soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 292627 nömrəli 12 mart 2008-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 06 mart 2008-ci il tarixində vəfat etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx xxxx 1962-ci il tarixində Bakı şəhərində anadan olmuşdur, ata qrafasında X25, ana qrafasında X10 qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı6 25 iyul 1966-cı il tarixində Bakı şəhərində anadan olmuşdur, ata qrafasında X25, ana qrafasında X10 qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 05 yanvar 1950-ci il tarixində Bakı şəhərində anadan olmuşdur, ata qrafasında X25, ana qrafasında X10 qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı5 09 fevral 1968-ci il tarixində Bakı şəhərində anadan olmuşdur, ata qrafasında X25, ana qrafasında X10 qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 02 avqust 1964-cü il tarixində Bakı şəhərində anadan olmuşdur, ata qrafasında X25, ana qrafasında X10 qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 03 aprel 1959-cu il tarixində Bakı şəhərində anadan olmuşdur, ata qrafasında X25, ana qrafasında X10 qeyd edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2011-ci il tarixində vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.1973-cü il tarixində vəfat etmişdir. İş materiallarında olan notariat qaydada təsdiq olunmuş İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 ərizələrindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş bacısı X5 ölümündən sonra onun harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlaklardan onlara çatan payı qəbul etməmişdir, etmək niyyətlərində deyillər. Adlarının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmirlər. Gələcəkdə həmin miras əmlaka dair heç bir şikayət və tələbləri olmayacaqdır. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıların bacısı X14 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, vərəsəliyin açılması ilə bağlı 28 saylı notariat ofisinə rəsmi qaydada ərizə ilə müraciət etmiş, mirasın qəbul edilməsi üçün müddətin buraxılması səbəbindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246 və Notariat haqqında Qanunun 40-cı maddəsinə istinad edərək ona qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin verilməsindən imtina haqqında 21 dekabr 2022-ci il tarixli Qərar qəbul edilmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçıların mərhum bacısı X5 miras qalmış əmlakla bağlı məhkəmə mübahisəsi olmuş, məhkəmələrdə işə baxılan ərəfədə o vəfat etmiş və hazırki iddiaçı onun hüquq varisi kimi işə cəlb edilərək məhkəmə prosesləri davam etdirilmiş və iddianın təmin edilməsi barədə qərar qəbul edilmişdir. Yalnız bundan sonra X3 miras qalmış məhkəmə mübahisəsinin predmeti olmuş mənzillə bağlı vərəsəlik işinin açılması üçün notariat ofisinə müraciət edilmiş, lakin müddət ötürülməsi əsası ilə vərəsəlik işinin açılmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, miras əmlakın qəbul edilməsi üçün müəyyən olunmuş 6 aylıq müddətin ötürülməsi səbəbləri üzrlü hesab edilməli və həmin müddət 2 (iki) ay müddətinə uzadılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməli, X3 qalan miras əmlakın - Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsində yerləşən 65 saylı evin 3a saylı mənzilinin - vərəsələr tərəfindən qəbul edilməsi ilə bağlı ötürülmüş müddət üzrlü hesab edilməli və hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq miras əmlakın qəbul edilməsi müddəti 2 (iki) ay uzadılmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X3 qalmış mirasın (Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsində yerləşən 65 saylı evin 3a saylı mənzilinin) qəbul edilməsi müddətinin buraxılması səbəbləri üzrlü hesab edilsin. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq mirasın qəbul edilməsi müddəti 2 (iki) ay uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-749/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-749/2023
11.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver