Məhkəmə qərarları › İş №2(009)-750/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-750/2024

28.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-750/2024 28.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı cavabdeh AR Ədliyyə Nazirliyi MEM eksperti X1 qarşı “Azər Tikinti Şirkəti” tərəfindən əksik verilmiş 8,5 kv.m mənzilin qalan hissəsinin verilməsi və ya həmin sahənin bügünki qiymətlə qiymətlədirilib ödənilməsi və X2 haqqında layiqli cəza verilməsi tələblərinə dair verdiyi iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh AR Ədliyyə Nazirliyi MEM eksperti X1 qarşı “Azər Tikinti Şirkəti” tərəfindən əksik verilmiş 8,5 kv.m mənzilin qalan hissəsinin verilməsi və ya həmin sahənin bügünki qiymətlə qiymətlədirilib ödənilməsi və X2 haqqında layiqli cəza verilməsi tələblərinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. AR MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilir. Həmin Məcəllənin 149.2.3-cü mddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Göstərilən Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməklə verilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsindən görünür ki, iddia tələbi “Azər Tikinti Şirkəti”nin iddiaçıya təhvil verdiyi mənzilin sahələrinin düzgün olmaması, yəni mənzilin 95 kv.m olmalı olması təqdirdə 86,5 kvm təşkil etməsini, əksik verilmiş 8,5 kv.m sahənin verilməsini və ya həmin sahənin bugünki qiymətlə qiymətləndirilib ödənilməsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspert Mərkəzinin əməkdaşı X1 cəza verilməsi ilə əlaqədardır. Hakim qeyd edir ki, iddiaçı ona təhvil verilmiş mənzilin sahəsinin əksik hissəsinin və ya onun dəyərinin ona verilməli olması barədə tələb irəli sürsə də, əksik hissənin və ya onun pul konpensasiyasının kim tərəfindən ona verməli olmasını konkret göstərməmişdir. Yəni iddiaçının həmin tələbinin kimə qarşı yönəldilməsi aydın deyil. İddianın ikinci tələbi ekspertə layiqli cəza verilməsi ilə bağlıdır. Hakim qeyd edir ki, həmin tələbə mülki mühakimə icraatında baxılması yolverilməzdir. Şəxsə cəza verilməsi cinayət mühakimə icraatı qaydasında baxılan və araşdırılan iş üzrə verilə bilər. Bununla bağlı müvafiq hüquq mühafizə orqanlarında araşdırılma aparılmalı və əmələ hüquqi qiymət verilməlidir. AR MPM-nin 153.2.1-ci maddəsi ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadıqda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməsini nəzərdə tutur. Beləliklə hakim qeyd edir ki, iddiaçı tərəfindən irəli sürülən tələbin birinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, digər tələbin isə konkret kimə qarşı irəli sürülməsi tələbdən aydın olmadığından hazırki iddia ərizəsinin məhkəmə icraatı mümkün deyil və bu səbəbdən iddia ərizəsi geri qaytarılmalıdır. AR MPM-nin 151.1-ci madəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 152.1.1, 149.2.3, 263-264-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı cavabdeh AR Ədliyyə Nazirliyi MEM eksperti X1 qarşı “Azər Tikinti Şirkəti” tərəfindən əksik verilmiş 8,5 kv.m mənzilin qalan hissəsinin verilməsi və ya həmin sahənin bügünki qiymətlə qiymətlədirilib ödənilməsi və X2 haqqında layiqli cəza verilməsi tələblərinə dair verdiyi iddia ərizəsi qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar